kitabizim27

kitabizim27

You may also like

Ina sadiq
Ina sadiq

Kitabları Bizimlə izləyin...

Noyabr ayının 27-dən etibarən Bakı şəhəri ərazisindəki kitab oxucularına istədikləri kitabları və yeni kitab alarkən seçimlərində dəstək olmaq üçün fəaliyyətə başladıq.

09/08/2022

Qiymət:34.5
Türk

07/06/2020

Adı:Ben hep senin yanındayım
Müəllif:Nejat İşler
Janr:Romantika

Nəşriyyat:Digər
Gözlerimi kapadım, seni düşledim. yan koltuğumda oturuyordun. elinde bi kitap vardı. göz göze geldik, “masal okuyorum, iyi geliyor,” dedin. yanıma kitap almayı unutmuşum. sıkıntımı anladın, kitabı bana uzattın. “al, okumaya başla, iyi gelecek.” teşekkür edip aldım kitabı elime. tam ilk sayfayı çevirecekken uçağın güvenlik anonsu düşlerimden uyandırdı beni. gözümü açtığımda, hostes kılığına bürünmüş dünyanın en güzel kadını, portakal suyu uzattı, çapkın bi göz kırpış eşliğinde. “Buyrun nejat bey.” “Teşekkür ederim.” Bardaktan bi yudum aldım. havai fişekler patladı içimde. votka portakal! tekrar kapattım gözümü, düşümde seni görmek için. kitabı geri verecektim, yoktun. kitabın kapağına baktım: Ben Hep Senin Yanındaydım. Masallara daldım...

07/06/2020

Ad:Svann yolunda
Müəllif:Marsel Prust
Janr:Proza, Klassika
Nəşriyyat:Qanun
Səhifə sayı:280
“Svann yolunda” avtobioqrafik roman olmasa da, Marsel Prust özünün kiçik yaşlı qəhrəmanı ilə birlikdə vaxtaşırı qədim dədə-baba yurdu Kombreyə və oradan da bir-birinə əks iki səmtə, iki ayrı-ayrı aləmə əyani-qiyabi səyahətlərə çıxmaqla haradasa həm də “itirilmiş zamanın sorağına” çıxır və hər yerdə – istər öz otağında, ya bir küçədə, kilsədə, çəmənlikdə, çay sahilində, istərsə də hər şeydə – bir fincan çayda, bir tikə piroqda, axar suda, gül-çiçək qoxusunda, şah əsəri qarşısında, hətta röyalarında elə hey nəsə axtarır; özü də hamı tərəfindən qəbul edilmiş səciyyəvi məziyyətlər, “ütülənmiş” dəyərlər – “ifrat sığallı” bağ-bağat, “aşırı tumarlı” məhəbbət, “hədsiz dürüst” qadın siması onu çox da maraqlandırmır: çünki Əlahəzrət Həqiqət mövcud, oturuşmuş Gerçəklikdə deyil, asimmetrik gerçəklərin arxasında gizlənir; özünün, əcdadlarının əlindən alınmış Zamanı da onların arxasında axtarmaq gərəkdir – “İtirilmiş Zamanı” geri almaq, əsl Həqiqətə qovuşmaq yolunda yüzillər, minillər qabaq bəlli simaların uydurduğu hansısa başqa dünyaya can atmaq isə hədər vaxt itkisindən savayı bir şey deyil...

07/06/2020

Ad: Yaddaş haqqında bilmədiyimiz hər şey
Müəllif: Hilde Osvy
Janr: Özünü inkişaf
Nəşriyyat:Qanun
«Dəniz atının ardınca suya baş vurmaq» əsəri bizim yaddaşımız, onun fəaliyyəti, iş prinsipləri və yaddaşla bağlı tədqiqatlardan bəhs edir. İnsan beynində yaddaşa cavabdeh olan bu kiçik hissə quruluşca dəniz atına çox bənzədiyindən alimlər ona latıncadan tərcümədə dəniz atı mənasını bildirən hipokampus adını veriblər. İki bacı tərəfindən qələmə alınan kitab müxtəlif reportajlar, müsahibələr, araşdırmalar vasitəsilə insanların xatirələri yadda saxlamaq, unutmaq bacarığı, yaxın və uzun müddətli yaddaş haqqında elmi nəticələrə gəlməyə imkan verir. Kitabda elmi tədqiqatlardan, alimlərin araşdırmalarından, beynimizin, yaddaşımızın müxtəlif şərtlər daxilində fəaliyyətindən söz açılır. Geniş oxucu dairəsi üçün nəzərdə tutulan əsərdə ən müxtəlif yaddaşa malik qəribə insanlardan söz açılır, onların fikirlərinə yer verilir. İxtisasca nevroloq olan yazar beynimiz və yaddaşımız haqda indiyədək bizə məlum olmayan həqiqətləri yorucu olmayan bədii dildə çatdırmağa çalışır.
Biz yaddaşımıza güvənə bilərikmi? Ən yaxşı yadda saxlama texnikaları hansılardır? Ağrı-acılı xatirələrlə, yaxud ümumiyyətlə xatirələrlə necə yaşamaq olar? İnsan yaşantılarından hansını unudub, hansını bir ömür xatırlayacağına özümü qərar verir? Bu, müəlliflərin araşdırdığı, cavab ­axtardığı sualların yalnız bir hissəsidir.

07/06/2020

Adı:Bütün bunlar nə deməkdir
Müəllif:Tayms Neygel
Janr:Fəlsəfə
Nəşriyyat:Parlaq imzalar
Çağımızın məşhur amerikalı filosoflarından olan Tams Neygel fəlsəfənin zehin, əxlaq, siyasət, epistemologiya və s. sahələrində bir çox yeni fikirləri ilə tanınır. Hal-hazırda o, Amerikanın Nyu-York universitetində professor kimi fəaliyyət göstərir. O, araşdırmaları və kitablarına görə dünyanın nüfuzlu fəlsəfi mükafatlarına layiq görülmüşdür.

Bu kitab düşüncə tarixinə müraciət etmədən hər biri öz-özlüyündə anlaşıla bilən doqquz fəlsəfi problemə birbaşa giriş hesab olunur. Neygel bu kitabda heç bir “izm”ə və böyük filosofların fikirlərinə müraciət etmədən sadə bir dillə mövzunu təhlil etməklə oxucunun özünü mövzulara yaxın hiss etməsini təmin edir. Müəllif problemlərə konkret cavablar verməyərək onları açıq saxlayır və oxucunu düşünməyə vadar edir: “Fəlsəfəni öyrənməyə başlamaq üçün ən yaxşı yol fəlsəfi suallar barədə birbaşa düşünməkdir. Fəlsəfənin əsas qayğısı – hamımızın hər gün barəsində düşünmədən istifadə elədiyimiz ən ümumi düşüncələri sorğulamaq və anlamaqdan ibarətdir”. “Bütün bunlar nə deməkdir?” kitabı dünyanın 21 dilinə – çin, alman, portuqal, fransız, italyan və s. – tərcümə olunub və nəinki fəlsəfəsever insanları, hətta fəlsəfə ilə əlaqəsi olmayan şəxslərin də marağına səbəb olub. Kitabda həyatın mənası, ölüm, azad iradə, ədalət və bu kimi ən aktual fəlsəfi problemlərdən danışılır.

07/06/2020

Adı:Yalnızlıqdan şizofreniyaya
Müəllif:Oar
Janr:Roman
Nəşriyyat:Qanun
Mən tanrıyam. Yox, sənin Tanrın deyiləm. Mən kiçik bir dünya yaratdım. Cəmi üç nəfər bəndəmdən ibarət 344 səhifəlik kitabda rahatlıqla yerləşəcək bir dünya. Cəmi üç bəndə. Üçü də bir-birindən kafir. Xoş xəyalların reallığı sıxışdırıb üstələdiyi bir dünya. Amma reallıq sonda gəlir. Bəlkə də gəlişi elə SON olur. Kafir bəndəm və dostum Bendy Vuen. O, elə sənsən, dostum. Reallıq Günəşinin qara şüaları sənin qurduğun rəngarəng xəyallar dünyasında bərq vurduğunda istədiyin kimi bəzədiyin xəyallar dünyasının xoş rəngləri solacaq. Qara günəş bir səhər mütləq doğacaq. O səni məhv eləməmiş oyan!..

07/06/2020

Adı:Təhminə və Zaur
Müəllif:Anar
Janr:Sevgi
Nəşriyyat:Qanun
Bu kitab xoşbəxtliyin yeni mərtəbələrini fəth etmək, qalxdığı uca mərtəbələri qorumaq istəyənlər üçündür. “Təhminə və Zaur” və ya “Beşmərtəbəli evin altıncı mərtəbəsi” təsirli bir sevgi hekayəsidir. Əsərin baş qəhrəmanı Təhminə aparıcıdır, Zaur isə ziyalı ailəsindən olan və özünü hələ də təsdiq etməmiş bir gəncdir. Təhminənin yeganə qorxusu Zaurun qalxdığı o mərtəbəylə geri dönməsi idi. Çünki onların sevgisi imkansız görünürdü. Lakin imkansız olan onların sevgi hekayəsi yox, cəmiyyətin dəyişməyən maneələri, “olmaz”larıdır. Beşmərtəbəli evin altıncı mərtəbəsi təsdiq olunmadığı kimi, Zaur özünü təsdiq edə, cəmiyyət də onların sevgisini öz qoynuna ala bilmədi... Azərbaycan Xalq yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rəsul oğlu Rzayev 1938-ci ildə Bakıda anadan olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir.
Yazıçının ən məşhur əsərlərindən biri “Beşmərtəbəli evin altıncı mərtəbəsi”dir. Bu əsər rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda ayrıca kitab kimi nəşr edilmişdir.

07/06/2020

Adı:Məşhər
Müəllif:İsa Muğanna
Janr:Tarixi
Nəşriyyat:Hədəf
Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

07/06/2020

Adı:Sözünə güvən
Müəllif:Rəşad Bayramov
Janr:Motivasiya
Nəşriyyat:Parlaq imzalar “Yaşadığımız mühit, aid olduğumuz çevrə və həyat tərzimizdən asılı olmayaraq, bu kitab ictimai nitq qabiliyyətinin inkişafı və təkmilləşməsində dəyərli bilgi mənbəyidir. “Nə söylədiyin deyil, necə söylədiyin vacibdir” ifadəsi bu kitabın ana xəttini təşkil edir”.
Murad Dadaşov, şoumen və aparıcı “Sözünə Güvən” öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Bu kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilir. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib. Oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə, onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar.

07/06/2020

Adı:Karamazov qardaşları
Müəllif:Dostoyevski
Janr:Fəlsəfə klassika
Nəşriyyat:Qanun “Karamazov qardaşları” Fyodor Dostoyevskinin ən iri həcmli əsəri və məşhur romanlarından biridir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan «Karamazov qardaşları» XX yüzilin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.

07/06/2020

Adı:Tikanlıqda şərqi deyənlər
Müəllif:Kolin Makkalou
Janr:Klassika
Nəşriyyat:Qanun
Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o öz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə, gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir…

07/06/2020

Adı:Mənə naz et

Əliağa Vahid Mənə naz et... Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Ə.Vahid Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. Kitabımıza müəllifin qəzəllərini və şeirlərini daxil etmişik.

07/06/2020

Adı:Qadınlar
Müəllif:Çarlz Bukovski
Janr:Roman
Nəşriyyat:Qanun
Henri Çinaskinin yaşantıları normal bir insan, normal bir amerikalı həyatı deyil. Amma sevilən və çoxlu oxucu auditoriyasına malik sənət əsərlərini yaradan müəllif kimi, bu obraz çox maraqlıdır. Əsərin digər qəhrəmanları – qadınlar zərif cinsin müxtəlif baxış bucaqlı, müxtəlif taleli təmsilçiləridir. Çunaskinin aləmində onların hamısı seksual ehtirasın söndürülməsində əsas vasitədirlər. Fərqləri cüzi istisnalardan o tərəfə keçməyib. Lidiya, Katrin, Di Di… uzun bir qadın sıralanması. Yaşı 50-ni adlamış Çunaskini biri sarışınlığı, biri cazibəli bədən forması, digəri yataqda məharəti, başqa birisi cinsiyyət orqanının kiçikliyi və sairə ilə cəlb edirlər…

07/06/2020

Adı:Böyük düşüncənin sehri
Müəllif:David.J Schwartz
Janr:Psixologiya
Nəşriyyat:Qanun
Dünyada milyonlarla insan “Böyük düşüncənin sehri”ni oxuyaraq həyatını dəyişib. Motivasiya sahəsinin ən böyük bilicilərindən hesab olunan Dr. David Schwartz sizə daha yaxşı işlər həyata keçirmək, daha yaxşı idarəedən olmaq, daha çox pul qazanmaq, ən vacibi, daha böyük xoşbəxtlik və dinclik tapmaqda kömək edir.
“Böyük düşüncənin sehri” oxucularının qarşısına boş sözlərlə deyil, həyatınızı yaxşılaşdıracaq faydalı üsullarla çıxır.
Schwartz işinizdən, ailə həyatınızdan və ətrafınızdan mükəmməl şəkildə faydalana bilməyiniz üçün diqqətlə hazırlanmış proqram təqdim edir. Böyük uğurlar qazanmaq və həyatınızı istədiyiniz kimi qurmaq üçün inanılmaz zəkaya və təhsilə sahib olmaya bilərsiniz. Lakin mütləq sizi irəliyə aparacaq düşüncə və davranış tərzinin sirlərinə yiyələnməlisiniz... Əlinizdəki kitab məhz bu sirlərə bələd olmağınıza kömək edəcək.

07/06/2020

Adı:Qadın kimi davran kişi kimi düşün
Müəllif:Steve Harvey
Janr:Psixologiya
Nəşriyyat:Qanun
Nə üçün, hətta ən ağıllı, uğurlu və cazibədar qadınlar belə kişilərin hərəkətlərini anlaya bilmirlər və şəxsi həyatlarında xoşbəxt deyillər? Amerikada qarşılıqlı münasibətlərdən bəhs edən çox məşhur radio verilişinin aparıcısı olan bu kitabın müəllifinin fikrincə, problem ondadır ki, qadınlar məsləhət üçün digər qadınlara müraciət edirlər…

Stiv Harvi bu kitabda bir çox vaxtı çatmış məsələlərə aydınlıq gətirməklə güclü cinsin nümayəndələrinin nə düşündüklərini anlamağa imkan yaradır. Məsələn, “Siz öz kişinizdən nəyi tələb etməlisiniz, nəyi isə tələb edə bilməzsiniz?”, “Ana uşağını necə tanımaq olar və bu halda nə etmək lazımdır?”, “Öz kavalerini uşaqlarınla nə vaxt tanış edə bilərsən?”, “Kişinin fikrinin ciddiliyini müəyyən etmək üçün ona hansı beş sualı vermək lazımdır?” Kişilərin qadınlar barəsində nə fikirləşdiklərini bilmək istəyirsinizsə əyləncəli, bəzi hissələri isə çox ciddi olan, yalnız həqiqətin yazıldığı bu kitabı oxumaq ­lazımdır.

07/06/2020

Adı:Əcəl zəngi
Müəllif:Ernest Heminguey
Janr:Roman
Nəşriyyat:Qanun
Ernest Hemingwayin romanları hər zaman bütün dünyanın diqqət mərkəzində olub. "Əcəl zəngi" İspan vətəndaş müharibəsi zamanı dağlarda mübarizə edən bir qrup partizandan bəhs edir.

Əvvəllər kilsə zəngləri, toy, xaç suyuna salınma və dəfn mərasimlərilə yanaşı döyüşdə qalibiyyət kimi əhəmiyyətli hadisələri elan etmək üçün istifadə edildi.

əsərdə həmçinin, Heminqueyin öz həyatından müxtəlif elementlərə də rast gəlinir.

07/06/2020

Adı:Beyin senin hikayen
Müəllif:David Eagleman
Janr:Elmi
Nəşriyyat:Digər

Büyük ilgi gören kitabı Incognito ile nörobilimi geniş kitlelerle buluşturan David Eagleman, bizi içimizdeki kozmosa doğru hızlı ve nefes kesici bir yolculuğa çıkarıyor: Gerçek nedir? "Sen" kimsin? Nasıl karar veriyorsun? Beynin neden başkalarına ihtiyaç duyuyor? Teknoloji "insan olmak"ın anlamını değiştirebilir mi? Durak durak ilerleyen bu büyüleyici yolculuk ekstrem sporlar dünyasından ceza hukukuna, yüz ifademizden beyin ameliyatlarına, içgüdülerden ölümsüzlük arayışına kadar uzanıyor. Yol üstünde, muazzam karmaşıklık barındıran beyin hücreleri ve onları birbirine bağlayan trilyonlarca sinirin arasında görmeyi pek de beklemediğiniz bir şey beliriyor: kendiniz.

07/06/2020

Ad: Böyük Çörçill
Janr: Bioqrafiya
Müəllif: Boris Tenenbaum
Nəşriyyat: Qanun
Boris Tenenbaumun “Böyük Çörçill” kitabı XX əsrin ən görkəmli siyasətçilərindən biri Uinston Çörçill haqqındadır. Qədim nəslin övladı olan, yaşamaq üçün vəsaiti qələmlə qazanan bu adam məşhur memuarlarına görə ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə siyasətçidir. Kitabda onun fərqli xüsusiyyətlərindən söz açılır, rəsm çəkməyi sevdiyi, Paris sərgilərində başqa adla iştirak etdiyi, içkiyə meylli və oyunbaz olduğu haqda danışılır. O da xüsusi olaraq vur­ğulanır ki, anası, gəlini və qızlarının şəxsi həyatı də­fələrlə hallandırılsa da, Çörçillə bağlı heç bir informasiya “sarı mətbuat” səhifələrinə heç vaxt sızmayıb. Çünki onun həyatda yeganə ehtirası siyasət olub.
Əgər bu kitabı oxusanız, kommunizmə nifrət edən, Kuba siqarlarını sevən, Stalini “cəhənnəm əntəri” adlandıran, amma onunla hərbi ittifaq bağlamağa məcbur qalan “SSRİ-nin ən qatı düşməni” haqqında bir çox həqiqətləri öyrənmiş olacaqsınız.

07/06/2020

Ad: Nadir şah
Müəllif: Laurens Lokhkart
Janr: Tarixi
Nəşriyyat: Qanun nəşriyyatı
İngiltərənin Kembric Universitetinin professoru Lourens Lokkartın «Nadir şah» monoqrafiyası «Asiyanın son sərkərdəsi»nə həsr olunmuş ən sanballı əsərdir. Qeyd etmək lazımdır ki, bu tədqiqat faktiki material­la­rın zənginliyinə görə Nadir şah barədə yazılmış digər əsər­lərdən daha sanballıdır. Kitabda L.Lokkart Nadirin mənşəyini, hakimiyyətdə yüksəlişini, nəhəng imperiya yaratmasını və daxili çəkişmələr nəticəsində həmin imperiyanın süquta uğramasını nə­zərdən keçirir. .

07/06/2020

Adı:Hər şey səninlə başlar
Müəllif:Mümin Sekman
Janr:Psixologiya
Nəşriyyat:Digər
Şəxsi inkişafa tuşlanan kitabları ilə tanınan Mümin Sekmanın 10-cu əsəri “Hər şey səninlə

başlar” sosial uğura gedən yolları anladır.

Kitabda yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və uğur

qazanmanın necə öyrənildiyi haqda bəhs edilir.

Əsərin təməlindəki sual budur: Nə üçün uğursuzluğa uğrayırıq? Çarəsizlik

psixologiyasını necə yenməliyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğurlu insanların

bildiyi və digərlərinin bilmədiyi nədir? “Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!” kəlamı

ilə çıxan və uğuru öyrədən bu kitab özünün də uğur tarixçəsini yazıb. İlk nəşri 100 min

tirajla çıxan əsər 2 ildə 500 min, 8 ildə isə 1 milyon oxucuyla görüşərək Türkiyədə rekord

qırıb. Bununla da “Ən uğurlu uğur kitabı” adlanmağı haqq edib.

07/06/2020

Adı:Bu şəhərdə kimsə yoxdur
Müəllif:Rövşən Abdullaoğlu
Janr:Psixologiya
Nəşriyyat:Qədim qala
Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram..

07/06/2020

Adı:Həyat mozaikasının 5 əsas fraqmenti
Müəllif:Jim Rohn
Janr:Şəxsi inkişaf
Nəşriyyat:Qanun
Bu kitabda Cim Ron özünəməxsus, unikal stil­də, daha yaxşı həyat axtarışında olan insanlara ümid, ilham və suallarına cavab ola biləcək ideya və fi­­kir­lərini çatdırır. Bu kitab, müəllifin “Siz hal-ha­zır­­­­­­­­da malik olduğunuzdan daha çox şeyə nail ola bi­­lər­siniz, çünki Siz daha böyük olmaq imkanına ma­­liksiniz” fikri ilə şərik olanlara real dəyərlər və il­ham bəxş edir.
Həyat mozaikasının beş əsas fraqmentini oxu­yub qavradıqda, Siz öz imkanlarınızı indiyə ki­mi görmədiyiniz şəkildə görəcəksiniz!

07/06/2020

Adı:Böyük suallara qısa cavablar
Müəllif:Stefan Hawking
Janr:Elm
Nəşriyyat:Qanun
Stephen Hawking nəzəri fizika və kosmologiya üzrə görkəmli alim, yazıçı, Kembric Universitetinin Nəzəri Kosmologiya Mərkəzinin elmi işlər üzrə direktoru kimi tanınmışdır. Kvant kosmologiyasının əsasını qoyan nəzəri fizika alimlərindən biri olan Hawking həm də bu elmin kütləviləşməsi istiqamətində mühüm işlər görmüşdür. Onun “Zamanın qısa tarixi” kitabı bu sahə üzrə ən çox oxunan və dəyərləndirilən kitablar sırasındadır. Stephen Hawking ömrünün əlli ildən çoxunu əlil arabasında keçirməyə gətirib çıxarmış amansız xəstəliklə mübarizəsi və buna baxmayaraq, böyük elmi uğurlara imza atmağı bacarması ilə də seçilmişdir. “Böyük suallara qısa cavablar” əsərini Stephen Hawking-in bir alim və ictimai xadim kimi vəsiyyəti, insanlığa çağırışı və onun gələcək taleyi ilə bağlı müdrik məsləhətləri kimi də dəyərləndirmək olar. Həyatının son ilində, ən müxtəlif söhbət və müsahibələrindən ibarət olan arxiv əsasında yazmağa başladığı bu əsəri bitirməyə amansız ölüm imkan verməsə də, Stephen Hawking fondu və onun həmkarları əsəri tamamlayıb geniş oxucu kütləsinin sərəncamına vermişlər. Sadə, anlaşıqlı və estetik zövqlə yazılmış kitabın Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacağına ümid edirik.

07/06/2020

Adı:Özünü dərk və eşşəkləşdirmə
Müəllif:Əli Şəriəti
Janr:Psixologiya
Nəşriyyat:Parlaq imzalar
Əli Şəriəti intellektual fəaliyyəti boyunca iki qrup insana qarşı mübarizə aparırdı: dardüşüncəli dindar və təqlidçi ziyalılar. Bu kitabda Şəriəti, əsasən, ikinci qrupdan söhbət açır; o hesab edir ki, şərq cəmiyyətlərini iflic edən, onları inkişafdan saxlayan əsas faktorlardan biri məhz təqlidçilikdir.

Şəriəti kitab boyu şərq-müsəlman ziyalısının necə metamorfoza uğradığını, öz mədəni kökündən necə qopduğunu, qoparıldığını analiz edir. Ürək ağrısı ilə zəngin şərq və İslam mədəniyyətinə sahib bu ziyalıların heç bir ictimai xəstəliyə şəfa vermədiyini və qərbin təqlidçisi olan bir “aydın”a çevrildiyini qeyd edir. Bu baxımdan Şəriəti ziyalılıqla intellektuallığı fərqləndirir; ziyalı kimi təqdim olunan şəxslərin, əslində, quru intellektualdan başqa bir şey olmadığını vurğulayır. Ziyalının isə cəmiyyətin xilaskarı, yolgöstərəni, bir mənada peyğəmbəri olmalı olduğunu deyir.

Şəriəti şərq, müsəlman cəmiyyətinin gətirildiyi bu vəziyyəti istismar sözü ilə deyil, özünün yaratdığı bir sözlə ifadə edir, həm də mövcud xəstəliyin kəskin diaqnozunu qoyur: istihmar – eşşəkləşdirmə.

07/06/2020

Adı:Əbədi ər
Müəllif:Dostoyevski
Janr:Klassika
Nəşriyyat:Qanun
Dostoyevskinin bu əsəri ilk dəfə 1870-ci ildə “Zarya” jurnalında dərc olunub. Əsərin əsas mövzusu Velçaninovla onun mərhum sevgilisinin sonradan evləndiyi Pavel Pavloviçlə olan qarışıq münasibəti üzərində qurulub. Pavel Pavloviç mənəviyyatca zəif, arvad sözüylə oturub-duran, müəllifin təbirincə desək, işi-peşəsi yalnız kiminsə “əbədi ər”i olmaqdan ibarət olan bir obrazdır. Kitabın əsas tragik qəhrəmanı isə balaca Lizadır. Əslində atası bildiyi Pavloviç qıza hər baxışında arvadının onu başqa kişiylə necə aldatdığını xatırlayır.

07/06/2020

Adı:İki şəhərin hekayəsi
Müəllif:Çarlz Dikkens
Janr:Roman
Nəşriyyat:Qanun
Çarlz Dikkensin “İki şəhərin hekayəti” əsəri ingilisdilli ədəbiy­yatda populyar romanlardan biri hesab olunur. Elə təkcə ingilis dilində bu roman 200 milyon tirajla çap olunub.

Əsərin əsas qəhrəmanları Lüsi Manett və Çarlz Darney iki düş­mən ailənin gəncləridi. Bu düşmənçilik ona gətirib çıxarır ki, Lüsi­nin atası doktor Manett iyirmi il həbsxanada yatır və nəticədə ağlını itirir. Təsadüf elə gətirir ki, Lüsi ilə Çarlz tanış olub bir-birini sevir, evlənirlər.

Həmin vaxt Böyük Fransız İnqilabı yetişmək üzrəydi. 1789-cu ildə Bastiliyanın alınmasıyla inqilab başladı. Fransa qan gölündə üzürdü- inqilab qurban tələb edirdi. Həmin qurbanlardan biri də Çarlz Darney olmalıydı və iş elə gətirdi ki, Çarlz Darney inqilabçıların əlinə keçdi. Artıq sağalıb ağlı başına gəlmiş doktor Manett, Lüsi, ailənin yaxın dostu, qoca bank işçisi mister Lorri gənc Çarlzı xilas etmək üçün əllərindən gələni edirlər. Lakin heç bir nəticə alınmır. Bu yerdə istedadlı vəkil, Lüsini hədsiz dərəcədə sevən, lakin onunla evlənə bilməyən vəkil Sidni Karton işə qarışır. Karton bu işə qarışmaya da bilərdi, lakin qarışdı və öz həyatı bahasına Lüsinin həyat yoldaşını ölümdən xilas etdi…

Dramatik hadisələrlə dolu, çox maraqlı bir əsər olan “İki şəhərin hekayəti” romanı Azərbaycan dilində ilk dəfə çap olunur.

07/06/2020

Uzun tarixdən bugünə qədər Bakılıların istifadə etdikləri arxaikləşmiş, ümumişlək sözləri ümumi bir kitab altında nəşr etdirən Səyavuş Əlizadədən bütün Bakılılara

18/05/2020
18/05/2020

Adı:Veronika ölməyə qərar verir
Müəllif:Paulo Coelho
Janr:Roman
Nəşriyyat:Qanun
Veronika monastırda kirayələdiyi otaqda dörd qutu dər-man içərək intihar etmək istəyir.

Bu qərarını o, iki cür əsas-landırır. Birincisi, həyatındakı hər şeyin eyni olması və yaşlılıqdan

qorxması. İkincisi, Veronika qəzet oxuyan, televiziya izləyən bir xanım olduğu üçün,

dünyada baş verənlərdən xəbərdardır. Səhv hesab etdiyi şeylərə mü- da- xilə etmək üçün

gücsüzlüyünü dərk edən Veronika inti- har- dan başqa çıxış yolu görmür. Amma cəhdi

uğursuzluqla nəticələnir, onu rahiblərdən biri xəstəxanaya çatdırır.

İçdiyi dərmanlarla ürəyində problemlərin yaranmasına səbəb olan Veronikaya məlum olur

ki, cəmi bir həftə ömrü qalıb. Onu ruhi-əsəb xəstəxanasına göndərirlər və Veronika burada

Eduarda aşiq olur.

Son günlərini ruhi xəstəxanada keçirmək istəmədiyindən o, Eduardla birgə qaçaraq

şəhərin bahalı bir restoranında yeyib-içir, əylənirlər. Səs-küy saldıqları üçün restorandan

qovulan cütlük şəhərin kənarındakı təpəyə dırmaşırlar. Təpədə hər ikisini yuxu tutur.

Səhər açılanda isə Veronika…

Want your business to be the top-listed Shop in Baku?
Click here to claim your Sponsored Listing.

Kitabları asanlıqla izləyə biləsiniz deyə “KitaBizim”-i yaratdıq

27 noyabr tarixində yaş məhdudiyyəti olmadan, ancaq xüsusən də gənclərin kitablara təbliğində bir vasitəçi rolunu oynamaq üçün bu layihəyə start verdik. Gələcəkdəki paylaşımlarımız əsasən kitablar barəsində məlumatlandırmaqla olacaq, eyni zamanda kitabların insanlarda yaratdığı önəmli dəyişiklikləri sizlərə çatdırmağı düşünürük

Category

Telephone

Website

Address

Baku
Other Retail Companies in Baku (show all)
Arzusu.az Arzusu.az
Baku

Su filterləri

greenway.5576 greenway.5576
Baku

Ekoməhsullar.

Amart Amart
Çinar Park Biznes Mərkəzi, Bina 1
Baku, 1075

Təsərrüfat ehtiyaclarınız bir arada!

Birdəfəlik qablar Birdəfəlik qablar
Baku

Birdəfəlik eko qablar, kraft qutular və torbalar. Topdan və pərakəndə.

Tovuz Retail Tovuz Retail
Shamsi Badalbayli 96
Baku, BAKU

Our company producinig grape and non-grape wines, brandy and vodka categories of alcohol drinks.

Kunefe_baklava Kunefe_baklava
Bakı
Baku

Künəfə Baklava Dünyası olaraq Dondurlmuş Künəfə çeşidlərinin Topdan və Pərakəndə sat

Pouf Pouf
Davud Aslan
Baku

TMB &TSC TMB &TSC
Ehmed Recebli
Baku

TexnoServiceCompany

Qazança Qazança
Asad Ahmadov 26K, Yeni Yasamal
Baku

Instagram Profile : @qazancha

Fərid Həkim Fərid Həkim
İnşaatçılar Metrosu
Baku, AZ9095

Saç tökülməsi əlehinə şampun

Durma Parts Durma Parts
Baku

Elektronika, aksessuarlar, avtomobil məhsulları, ev üçün məhsullar, bir sözlə - hər bir şey!

Novator HRC Novator HRC
Abbas Səhhət Küç. 40
Baku

Novator HRC, HORECA sektorunda Təmizlik Məhsullarını təmin edir. Əhatə dairəmiz: Xəstəxanalar, otellər, tibbi müəssisələr, təhsil mərkəzləri, fabriklər, zavodlar, restoranlar, isti...