RSD Dent

RSD Dent | Estetik Stomatoloji Klinika

Photos from RSD Dent's post 18/10/2023

Dr.İkram Məmmədli

Photos from RSD Dent's post 18/10/2023

Dr.Rəşid Cəfərli

Photos from RSD Dent's post 18/10/2023

Dr.Sabuhi Meherremov

Photos from RSD Dent's post 18/10/2023

Dr.Aysel Bayramova

Photos from RSD Dent's post 18/10/2023

Dr.Rasim Məmmedli

Photos from RSD Dent's post 18/10/2023

Dr.Rəşad Məmmədov

Photos from RSD Dent's post 18/10/2023

Dr.Rasim Memmədli

09/05/2023
15/02/2023

İmplantat nədir?
İmplantat – çənə sümüyünün içərisinə yerləşdirilmiş süni diş köküdür. İmplantat çənə sümüyünə yerləşdiriləndən bir müddət sonra sümüyə bitişir. İmplantat sümüyə bitişəndən sonra onun üzərində süni diş düzəldilir.

Lakin çənəyə implantat yerləşdirilməsi cərrahi əməliyyat olduğundan belə əməliyyat hər bir insan üçün münasib olmur. Bu məsələdə sağlamlıq vəziyyəti, ağız boşluğuna gigiyenik qulluğun səviyyəsi, zaman və maddi vəziyyət amilləri də öz sözünü deyir. Bəs implantasiya hər hansı bir səbəbdən insan üçün münasib olmasa nə etməli?

Belə halda çənədə çatmayan dişlər çıxan protez ilə bərpa olunur.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

14/02/2023

Qapaq nədir?
Qapaq – dişin tac hissəsini örtən ortopedik konstruksiyadır. Dişin səthindəki boşluğu taxma ilə bərpa etmək münasib olmadıqda, dişin formasını, yerləşməsini, rəngini dəyişmək lazım gəldikdə, habelə olmayan dişi körpü ilə bərpa etdikdə qapaq hazırlana bilər.

Qapaq – diş protezlənməsinin daha etibarlı variantı olub, hətta üzərinə böyük təzyiq düşdükdə belə dişi qoruya bilir. Tərkibinə görə metal, plastik kütlə, metal əsaslı plastik kütlə, metal əsaslı keramik, zirkon və tam keramik qapaqlar ayırd edilir.

Qapağı hazırlamaq üçün diş müvafiq qaydada yonulur, yuxarı və aşağı diş cərgələrindən ölçü alınaraq laboratoriyaya göndərilir. Laboratoriyada hazırlanmış qapaq klinikada dişin üzərində yoxlanılır və sonda xüsusi sementlə dişin üzərinə fiksasiya edilir.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

13/02/2023

Taxma nədir?
Taxma – dişin səthində yaranan kariyes və ya qeyri-kariyes mənşəli boşluğu dolduraraq dişin anatomik formasını bərpa edən mikroprotezdir. Başqa sözlə desək, plombun dişdən kənarda daha möhkəm materiallardan yaradılan variantıdır.

Tərkibinə görə metal, plastik kütlə, zirkon və keramik taxmalar ayırd edilir. Hal-hazırda müasir texnologiyalar son dərəcə estetik və möhkəm taxmaların düzəldilməsinə imkan verir.

Taxmanı hazırlamaq üçün boşluğun divarları xüsusi tələblərə uyğun yonulub hazırlanır və bu boşluqdan ölçü götürülərək laboratoriyaya göndərilir. Taxma laboratoriya şəraitində xüsusi üsullarla hazırlanır. Hazırlanmış taxma dişin üzərində yoxlanılaraq xüsusi sement vasitəsilə fiksasiya edilir.

3. Əgər hər hansı səbəbdən taxmanın hazırlanması münasib deyilsə, dişlər müvafiq müalicədən sonra qapaqla örtülür.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

12/02/2023

Diş plombu nədir?
Diş plombu – dişin səthində yaranan boşluğu doldurmaq üçün işlədilən materialdır. Tərkibindən asılı olaraq metal, sement, kompozit və s. plomblar ayırd edilir. Bərkimə xüsusiyyətinə görə kimyəvi bərkiyən, işıq şüasının təsirindən bərkiyən, ağız temperaturunda öz-özünə bərkiyən plomblar mövcuddur. Xidmət müddətinə görə müvəqqəti və daimi plomblar vardır.

Plombdan təkcə dişin səthindəki boşluğu doldurmaq üçün istifadə edilmir. Həmçinin, dişlərin rəngi və forması insanı qane etməyən zaman plomb vasitəsilə dişlərin estetik restavrasiyası həyata keçirilir.

Əgər dişdə yaranmış boşluq böyükdürsə, bu problemi həm plomb, həm taxma, həm də qapaq vasitəsilə aradan qaldırmaq olar. Hər üç variantı nəzərdən keçirək:
1. Dişdə yaranmış böyük boşluq plomblandığı təqdirdə bərk qidalar çeynəyən zaman plomb dişdə qalsa belə, təzyiq nəticəsində dişin divarı sına bilər.

Dişin divarı plomb materialının həcmcə kiçilməsi səbəbindən də sına bilir. Hər bir material maye və ya plastik haldan bərk hala keçən zaman həcmcə kiçilir. Plomb materialı bərkiyən zaman da belə bir proses baş verir. Dişdəki boşluğun divarlarına yapışan və həcmcə kiçilən plomb materialı nəticədə boşluğun divarlarını özünə doğru çəkir. Əgər divar nazikdirsə, bu zaman onun səthində çatlar yaranır və bir müddətdən sonra divarın sınmasına gətirib çıxarır. Məhz bu səbəbdən dişin səthində yaranan böyük boşluqları plombla bərpa etmək məsləhət görülmür.

2. Belə halda taxmanın nə olduğunu araşdıraq.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

11/02/2023

Diş ağrısının formasından nə üçün ağrıdığını anlamaq mümkündür?

Əgər dişlərdə soyuq həssaslıq varsa, səbəbi yeni başlamış çürük və ya dişin yuxarı nahiyəsindəki çatlaq,qırılma və s. ola bilər.

İsti həssaslıq varsa, bu, dişin sinirlərində iltihablanmanın yaranmasının əlaməti ola bilər.

Çiynəyən zaman ağrı ortaya çıxarsa bu böyük ehtimal dişlərin arasındakı fizioloji boşluq səbəbiylədir. Belə ki, ora daxil olan yemək əlavələri diş ətinə təsir edərək ağrıya səbəb ola bilər.

Diş, sümük dəstəyini itiribsə, bu da ağrı yarada bilər.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

10/02/2023

Dişlər hansı səbəblərdən ağrıyır?

Diş çürükləri

Dişlərdəki sümük itkisi

Diş ətindəki iltihablar

Yanlış qoyulan plomblar, protezlər

Diş qıcırdatma zamanı

Kanal müalicəsi

Qadınlarda menstruasiya zamanı

Diş fırçalayan zaman yaranan ağrıların səbəbləri nədir?

Diş fırçalayan zaman soyuq sudan istifadə edirsə dişlərdə 5 saniyəlik ağrılar yarana bilər. Bu təbiidir. Problemli dişlər isə 30-60 saniyə ərzində sızıldayır.

Diş fırçalayarkən ağrı, diş ətlərində yanma, diş əti qanaxması varsa bu, diş ətindəki problemin əlamətidir. Bu səbəbdən diş daşı təmizliyi gərəklidir.

Diş problemləri hansı vəziyyətlərdə çənə ağrısına səbəb olur?

20-li yaş dişləri,

Sümük itkisi.

Çənə sümüyündə itki yaranıbsa, diş dəstəyi yoxdursa bu, çənənin daxilindən gələn bir ağrı kimi hiss edilə bilər.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

09/02/2023

Müalicə edilməyən diş əti qanaması sümükləri əridir

Müalicə edilməyən diş əti qanaxmaları dişlərin laxlaması və ağız xəstəlikləri ilə nəticələnə bilər.

Diş əti qanaması cəmiyyətdə olduqca çox müşahidə edilən ağız problemidir. Əksər zaman diqqət edilməyən və gecikdirilən diş əti qanaması dişlərin tökülməsi ilə nəticələnə bilər. Həmçinin bir çox diş əti xəstəliklərin yaranmasına da səbəb ola bilər. Bu barədə türkiyəli stomotoloq Pertev Kökdemir bəhs edib. Onun sözlərinə görə diş əti qanaması zamanı insanlar ən çox səhvi dişləri fırçalamamaqla edir:

“Diş əti qanasa belə diş təmizliyi edilməlidir. Qorxduqları üçün dişlərini fırçalamaqdan çəkinən insanlar çox böyük səhv edərək problemin daha da böyüməsinə yol açırlar”.

Diş ətləri nə üçün qanayır?
Diş əti, mövcud diş əti iltihabı ilə əlaqədar olaraq və ya hansısa travma səbəbi ilə qanayır. Sağlam dişlər, fırçalanan, diş ipi istifadəsi zamanı qanamamalıdır.

Bəs diş əti qanamalarının qarşısı necə alına bilər?
Yaxşı diqqət edillən ağız gigiyenası, mütəmadi dişlərin müayinəsi, diş daşı təmizliyi və diş ətləri müalicəsi aparıldıqdan sonra bu qanaxmaların qarşısı alına bilər. Diş dibləri qanasa belə fırçalamaqdan çəkinmək olmaz. Bu zaman diş daşları daha çox yaranır.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

08/02/2023

Kariesin mərhələləri.

Dişdə olan boşluğun dərinliyindən asılı olaraq kariesin inkişafı 3 mərhələ ayrılır:

•ləkə və ya səthi kariyes xəstəliyin ilkin mərhələsi,əvvəlcə ağ demineralizasiya ocağı əmələ gəlir, sonra zədələnmiş emal qaralır və kobudlaşır.
• orta kariyes emalın altındakı dentin təbəqəsi zədələnir və karioz boşluq yaranır.
•dərin kariyes iltihabın dentindən kənara çıxması və müxtəlif fəsadların inkişafı olan kariyesin forması.

Kariyesun məhvedici dərəcəsi fərqli ola bilər.
Yetkinlərdə proses çox vaxt xroniki və ləng xarakter daşıyır. Uşaqlarda isə kariyes kəskin formada olur, bu da süd dişlərinin sürətli çürüməsinə səbəb olur.

Kariyesin müalicəsi.

Diş həkiminə mütəmadi ziyarətlə, diş çürükləri ilə zədələnmiş dişlər vaxtında aşkar olunur və kariyes fəsadlanmadan, diş sinirini çıxarılmadan müalicəyə başlamaq olur, yəni dişlər vital ( diri )saxlanılır.Həkim prosesin şiddətini təyin edəndən sonra, zədələnmiş toxumaları təmizliyir və lazımi müalicəni həyata keçirir – müalicəvi “yastıq” və estetik plomb ilə dişim formasını bərpa edir.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

07/02/2023

Diş çürüməsini necə müəyyənləşdirmək olar ?

Bəzi hallarda insanın özü dişlərin görünüşünün dəyişməsinə əsaslanaraq kariyesin olmasını muəyyən edə bilər. Ancaq xəstəliyin etibarlı bir diaqnozu üçün stomatoloq ilə məsləhətləşməyiniz lazımdır.
Kariyesin diaqnostikası üçün 3 əsas metod istifadə olunur: emalın vital boyanması, ultrabənövşəyi şüalanma testi və rentgenoqrafiya.

Emalın boyanması kariyesin ilkin mərhələlərini təyin etməyə imkan verir, bunun üçün əvvəllər təmizlənmiş və qurudulmuş diş səthinə xüsusi bir boya tətbiq olunur. Emalın zədələnən sahələri rəngini dəyişdirmir. Bu cür pozuntular aşkar edilərsə, həkim səthi toxumaların quruluşunu bərpa etmək üçün remineralizasiya kursu təyin edə bilər. Belə bir müayinə müntəzəm müayinələrdə kariyesin qarşısının alınması və erkən aşkarlanması üçün faydalıdır.

Ultrabənövşəyi şualanmanın təsiri altında kariesin inkişaf sahələri, sağlam emaldan fərqli olaraq lyuministent bir parıltı yaymır.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

06/02/2023

Diş çürüməsinə nə səbəb olur?

Kariyesin səbəbi bakteriyaların dişin sərt toxumalarına dağıdıcı təsiridir.
Bir insanın ağzında çox sayda müxtəlif mikroorqanizmlər yaşayır; hərtərəfli fırçalandıqdan sonra 2-4 saat ərzində onların sayı 1 milyona çata bilər. Onlar emal səthə fəal şəkildə yapışırlar və diş çürüməsinə səbəb olurlar.
Kariyesin əsas səbəbi streptokok Streptococcus mutans və Streptococcus sanguisdir. Bundan əlavə, bakteriyaların aktivliyi və zərərli olması, bədənin müqavimətindən və meyllilik amillərin mövcudluğundan çox asılıdır.
Bakteriyaların ən sürətli böyüməsi, onlar üçün əlverişli bir mühitdə meydana gəlir, bu da müxtəlif şərtlərdə yaranır.

Bunlara daxildir:
• düzgün olmayan ağız gigiyenası, xüsusən nizamsız və ya kifayət qədər təsirli fırçalama;
•yumşaq karbohidratlı qidaların çox olması və xam tərəvəzin olmaması ilə zəif qidalanma;
•hipovitaminoz;
•içməli suda müəyyən mineralların az miqdarı (flüor, fosfor və kalsium);
•uşaqlıqda keçirilmiş raxit və ya vərəmlə əlaqəli olan dişlərin çıxmasının pozulması;
•iminitetin azalması;
•mədə-bağırsaq traktının xəstəliklərinin olması.
Bu cür şərtlər emal tərkibinin dəyişməsinə, dişlərin kifayət qədər təmizlənməməsinə və ağız boşluğunda bakteriyaların artmasına səbəb olur.
Kariyesin qarşısının alınması üçün bu amillər aradan qaldırılmalıdır.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

05/02/2023

Diş daşları təmizlənsə də qısa zamanda yenidən yaranır – Tamamilə səhv fikirdir. Diş sağlamlığına düzgün formada diqqət etsəniz diş daşlarının yaranmasının qarşısını ala bilərsiniz.

Hamiləlikdə dişlərə nə qədər diqqət edilsə də, yenə də çürüyəcəkdir deyə fikirləşənlər ən böyük səhvi edirlər. Planlı hamiləlik zamanı diş müayinələri aparılmalıdır.Xüsusilə 3-6 aylarda mütəmadi olaraq stomotoloqa müayinəyə gedilməlidir.

Diş əyriliyinin düzəldilməsi çətindir – Artıq müasir zamanda diş əyriliyini istənilən yaşda düzəltmək mümkündür.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

04/02/2023

Diş sağlamlığı barədə doğru bilinən yanlışlar

Diş ipi və fırçası diş ətlərini qanadır, zərər verir – Bu fikir yanlışdır. Diş ipi vasitəsilə diş sağlamlığını daha yaxşı təmin edə bilərsiniz. Dİşlərin təmizlənməsində diş ipi çox faydalıdır.

Ağız qoxusunu saqqız, qarqaralarla müalicə edə bilərsiniz – Yanlış fikirdir. Ağız qoxusuna ağız bakteriyaları səbəb olur. Əgər ağızda heç bir çürük yoxdursa və yenə də ağız qoxusu varsa bu məsələ dərindən araşdırılmalıdır. Tənəffüs yolları, mədə, qida borusu, böyrək problemləri kimi bir çox faktorlar ağız qoxusuna səbəb ola bilər.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

03/02/2023

AĞIL DİŞİ BİZİ DAHA AĞILLI EDİR?

Ağıl dişləri 18 yaşından 40 yaşına qədər çıxır və qidanın çeynənilməsində xüsusi rolu yoxdur. Ağıl dişi diş fırçası və diş ipiylə təmizlənməsi çətin bölgədə olduğu üçün yemək artıqları və bakteriyalar burada toplanır. Beləliklə dişin çürüməsi ehtimalı artır. Çeynəmə bucağında yer kiçik olduğu zaman ağıl dişləri əyri çıxır və ya öndəki dişlərin köklərini sıxır. Çənə darlığı və mövqe pozuntusu kimi problemlər olduğu halda ağıl dişlərinin çəkimi tövsiyə olunur.
Ağıl dişi çəkimi digər dişlərdən fərqlidirmi?
Ağıl dişinin mövqeyi, ölçüsü prosesin çətinliyinə təsir edir. Yüngül diş çəkimindən sonra daha az şişkinlik və ağrı olur.�Lakin pasientik yaşı çoxdursa(yaş artıqca sümük quruluşu qalınlaşır və elastiklik azalır), ağıl dişi əyri çıxıbsa və ya üzəri dişəti ilə örtülübsə cərrahi yolla diş çəkilir və daha sonra sağalma müddəti nisbətən daha çətin olur��Bəzi hallarda diş çəkiminə ehtiyac olmur:
• Dişin təmizlənməsinə heç bir problem yaratmırsa;
• Digər dişlər kimi nizamlı bir şəkildə diş sırasında yerləşirsə;
• Yanında yerləşən digər dişlərdə problem yaratmırsa;
• İtirilmiş bir dişin əvəzləyicisi olarsa;

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

02/02/2023

DİŞLƏRİMİZİN QAZLI İÇKİLƏRLƏ BİTMƏYƏN MÜBARİZƏSİ

İstifadə etdiyimiz qazlı içkilər dişlərə mənfi təsir göstərir.
Qazlı içkilərin tərkibində olan karbon qazı mina qatı üçün zərərlidir və aşındırıcı təsir göstərərək dişlərin həssaslaşmasına, kariyesin yaranmasına səbəb olur.
Dişlərinizin sağlamlığı üçün qazlı içkilərin istifadəsi zamanı aşağıdakı qaydalara riayət edin:
• Qazlı içkiləri çöp vasitəsilə için
• Yeməklə birgə qəbul edin
• Qazlı su içdikdən bir neçə saat sonra dişlərinizi yuyun.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

01/02/2023

BREKET

Ortodontiya -əyri dişlərin düzəldilməsi, diş çənə və üzündəki uyğunsuzluqların aradan qaldırılması ilə məşğul olan bir bölümdür.
Breketlə müalicə (breketlərin daşıma müddəti) yüngül dərəcəli əyriliklərdə 6-8 ay, orta dərəcəli əyriliklərdə 12 ay, ağır dərəcəli əyriliklərdə isə 18 ay və daha çox müddət civarındadır. Əyriliklərin dərəcəsi isə müayinə zamanı təyin olunur.
Diş əyriliklərinin breketlərlə müalicəsinin səbəbi dişlərin estetik olaraq düzəldilməsi ilə birliktə dişlərin sağlamlıqlarının qorunmasıdır. Belə ki, dişlər əyri olduqları zaman təmizlənmələri bir xeyli çətinləşir. Xüsusilə də əyrilik bölgələrində dişləri təmiz saxlamaq çətinləşir və o bölgədəki dişlərin və diş ətlərinin sağlamlığı təhlükə altındadır. Eyni zamanda ortodontik müalicə ilə alt və üst dişlərin bir-biri ilə düzgün bağlanmağını təmin etmək – qidaların düzgün çeynənməsi və lazımı qədər üyüdülməsi deməktir. Bu da öz növbəsində həzm sisteminin xəstəliklərinin qarşısını almaq deməktir.�Yəni dişlərin sağlamlığını qorumaq üçün aparılan bir müalicə təbii olaraq dişlərə zərər verməz. Lakin həkimin təcrübəsizliyi və pasiyentlərin səhlənkar yanaşması dişlərə zərər verə bilər.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (Xətai m/s yaxınlığı, FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

31/01/2023

‼️Yeni fəaliyyətə başlayan RSD Dent Estetik Stomatoloji Klinikasında stomatoloji və texniki kabinetlər icarəyə verilir.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (Xətai m/s yaxınlığı, FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

30/01/2023

ŞİRNİYYATLARIN DİŞLƏRİMİZƏ TƏSİRİ NƏDİR?

Həddindən artıq şirniyyat yemək, hazır qidalarla qidalanmaq ağız içindəki turşu səviyyəsini artıraraq çürüklərin əmələ gəlməsinə səbəb olur. Şəkərli qidalar diş üzərinə asanlıqla yapışır və çox çətin təmizlənir. Bunların əvəzinə lifli, şəkər səviyyəsi aşağı olan, çiy və ya az bişmiş tərəvəz və meyvələrə üstünlük vermək lazımdır. Həmçinin şirniyyat və yağlı qidalar yedikdən sonra dişlər mütləq təmizlənməlidir.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213

29/01/2023

DİŞ SAPI FIRÇADAN ÖNCƏ YOXSA SONRAMI İSTİFADƏ OLUNMALIDIR?

Dişlərin təmizlənməsində diş sapından da istifadə mütləqdir. Ancaq bunu dişləri fırçaladıqdan sonra etməlisiniz. Çünki, əgər dişlər fırçalanmayıbsa onda diş sapı ilə təmizləyərkən bakterialar damağa yeridilə bilər.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

28/01/2023

DİŞ FIRÇASININ ÖMRÜ NƏ QƏDƏRDİR?

Bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

27/01/2023

DİŞLƏRİNİZİ DÜZGÜN FIRÇALAYIRSINIZMI?

Dişlərin təmizlənməsini üst çənənin sağ tərəfində yerləşən sonuncu arxa dişdən başlamaq lazımdır.Xarici tərəfdən təmizləyərkən,yavaş-yavaş irəli sol axrıncı dişə tərəf gedin.İndi fırçanı dişlərinizin daxili tərəfinə yönəldin.Yenə də fırçanı 45 dərəcəlik bucaq altında saxlayın və fırçalamanı eynilə təkrar edin.Yaddan çıxarmayın ki,fırça şaquli vəziyyətdə olduqda siz yalnız künc dişindən daxilə ön dişləri təmizləməlisiniz.Sonra səkkiz dəfə kiçik dairəvi hərəkətlər ilə hər dişin çeynəmə səthini təmizləməlisiniz.
Dişlərinizi ən azı gündə 2-3 dəfə təmizləyin.Hətta,imkanınız olsa yediyiniz hər şirniyyatdan və ya dadlı konfetdən sonra dişlərinizi təmizləyin.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

26/01/2023

UŞAQLAR DİŞ FIRÇALAMAĞA NƏ ZAMAN BAŞLAMALIDIR?

Körpələr altıncı aydan sonra diş çıxarmağa başlayırlar. Altı yaşa çatandan sonra isə bu, daimi dişlərlə əvəz olunur. Lakin vaxtından əvvəl çürümə gələcəkdə ağız və diş sağlamlığına təhlükə yaradır. Süd dişləri çıxandan sonra onlara daim qulluq tələb olunur. Hər bir süd dişinin çıxma müddəti olduğu kimi, onlara qulluq müddəti də var. Süd dişinin problemi yarananda onu çəkməzdən əvvəl ortodont-həkim müayinəsindən keçmək, rentgenoloji müayinədən sonra onun arxasında daimi dişin olduğuna əmin olduqdan sonra çəkilməsinə qərar vermək olar.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

25/01/2023

DİŞ QULLUĞUNUN ƏSASI NƏDİR?

Kariyesin yaranmasının ən əsas səbəbi düzgün qidalanmamaq və dişlərin vaxtında fırçalanmaması hesab olunur. Ağız sağlamlığını qorumaq üçün üç əsas vasitəyə - diş fırçası, məcun və diş sapına fikir vermək lazımdır. Diş fırçası isə üç aydan bir dəyişdirilməlidir. Eyni zamanda dişlərin möhkəm olması və kariyeslə mübarizə üçün hər gün dişləri fırçalamaq, ən azı ildə iki dəfə müayinə olunmaq məqsədəuyğundur.

Bizə WHATSAPP-dan yazın
☎️+994 55 515 5213
☎️+994 12 489 1345
📌Nəcəfqulu Rəfiyev 25a (FNH Yanğından Mühafizə Xidməti ilə üzbəüz)

Want your practice to be the top-listed Dentist in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Taxma nədir?Taxma – dişin səthində yaranan kariyes və ya qeyri-kariyes mənşəli boşluğu dolduraraq dişin anatomik forması...
‼️Yeni fəaliyyətə başlayan RSD Dent Estetik Stomatoloji Klinikasında stomatoloji və texniki kabinetlər icarəyə verilir.B...

Telephone

Website

Address

Nəcəfqulu Rəfiyev 25a
Baku
1123

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Other Cosmetic Dentists in Baku (show all)
Stomatoloq Zemfira Abbaszade Stomatoloq Zemfira Abbaszade
N. Nərimanov
Baku

�Hər növ stomatoji xidmətlər�

Ruslan Mirzayev Ruslan Mirzayev
Müzəffər Həsənov 41
Baku

Estetik stomatoloq Dr.Ruslan Mirzəyev

Dental Medicine Baku Dental Medicine Baku
Dental Medicine, 36 Rüstəm Rüstəmov
Baku

- Ortopediya - İmplant - Terapiya - Ortodontiya - Pedodontiya

Dr. Nərgiz Mustafazadə Dr. Nərgiz Mustafazadə
Dünya Estetik Klinikası
Baku, 1005

Dr. Nərgiz Mustafazadə Əgər sizdə dişlərinizin sağlam, gülüşünüzün cəlb edici olmas?

Dr Alisahib Dr Alisahib
Yasamal R-u, Musabeyov Parkı
Baku

Həkim stomatloq Əlisahib Bayramov

Restorative & Aesthetic Dentistry Restorative & Aesthetic Dentistry
H. Cavid Pr. 54B
Baku, AZ1141

Aesthetic rehabilitation. Caries treatment. Dental education. Lectures and individual courses.

Dr. Fərid Əhmədbəyli Dr. Fərid Əhmədbəyli
Zərifə Əliyeva 31B
Baku

Restorativ Stomatologiya Mütexxəsisi 5A Dent Estetik Dental Klinika

“Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi
Baku, AZ1052

"Estetik Diş" Stomatoloji və Dental Diaqnostika Mərkəzinin rəsmi Facebook səhifəsi. www.estetikdis.a

Modern DENT Modern DENT
Zərifə Əliyeva, 111
Baku

Современная,безболезненная,доступная стоматология в ?

Saf-Med Stomatoloji Mərkəz Saf-Med Stomatoloji Mərkəz
Həmzə Babaşov Küç. 17D
Baku, AZ1096

Saf Med MMC 2005-ci ildən əhaliyə stomatoloji xidmət göstərir. Məqsədimiz bütün stomatoloj

Stomatoloq Orxan Qurbanlı Stomatoloq Orxan Qurbanlı
Nazim Haciyev 20
Baku

🦷 Dişlərin müayinə və müalicəsi 🦷 Ortapediya 🦷 Ortadantiya 🦷 Dişlərin cərrahiyəsi