Dr.Günel Şəfiyeva

Dr.Günel Şəfiyeva

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Günel Şəfiyeva, Surgeon, .

İcra olunan Əməliyyatlar
Vaginoplastika
Göbək,Qasıq
Öd kisəsi
Gemaroy(babasil)
A**l Çat
Abdomenoplastika
Labioplastika
Bud yırtığı
Appendisit
Qəbizlik müalicəsi
Ağ xətt yırtığı
Ventral yırtıq
Labioplastika

Photos from Dr.Günel Şəfiyeva's post 31/03/2022

Sag tərəfli residiv qasiq yırtığı əməliyyati

08/02/2022

Labioplastika doğuşa maneədirmi?

Bu əməliyyat doğum ka**lına aid bir prosedur deyildir, təbii doğum və ya keysəriyyə əməliyyatları üçün əks göstəriş sayılmır.

Əməliyyatdan sonra tikiş izləri qalırmı?

Mütəxəssis həkim tərəfindən icra olunmuşsa, əməliyyat sonrası heç bir tikiş izi qalmaz və belə bir prosedurdan keçdiyiniz belə bəlli olmaz.

Labioplastika sonrası daxili cinsiyyət dodaqlarında yenidən sallanmalar ola bilərmi?

Artıq hissənin götürüldüyü nahiyədə yenidən toxuma böyüməsi və sallanması görülməz.

Əməliyyat üçün yaş məhdudiyyəti varmı?

Hər hansı bir yaş məhdudiyyəti yoxdur, daxili dodaqlardakı sallanmalar səbəbindən yaşam keyfiyyəti pozulmuş və tibbi məcburiyyət gərəkdirən hallarda prosedur icra oluna bilər. Labioplastika 18 yaşına çatmış, evli və ya subay, doğuş etmiş və ya etməmiş hər yaşda xanıma tətbiq edilə bilər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

04/02/2022

Labioplastika sadəcə mütəxəssis həkim tərəfindən və xəstəxana ortamında edilməsi gərəkli, sterilizasiyanın önəmli olduğu bir əməliyyat növüdür. İlk öncə labioplastika üçün uyğun namizəd olub-olmadığınız həkim tərəfindən dəyərləndirilir. Uyğun olduğunuz halda həkiminiz əməliyyatın detalları və prosedur sonrası edilməsi vacib məsələlər haqqında sizi bilgiləndirəcəkdir. Ümumən yerli anesteziya altında icra olunsa da, pasiyentə müvafiq olaraq ümumi anesteziya da tətbiq oluna bilər. Əməliyyatın müddəti xəstədən xəstəyə dəyişməklə bərabər ortalama 30-60 dəqiqədir. Müdaxilə zamanı anesteziya icra olunduğu üçün pasiyent heç bir ağrı hiss etməməkdədir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

03/02/2022

Labioplastika böyük və kiçik cinsiyyət dodaqlarının estetik olaraq şəkilləndirmə əməliyyatına deyilir və ge***al estetik əməliyyatlar içərisində qadınlar tərəfindən ən çox arzu olunan əməliyyatdır. Qadın özünün dodaq, burun və s. orqanlarını bəyənmədiyi kimi öz ge***al nahiyyəsinində, xüsusi ilə kiçik cinsiyyət dadaqlarınında quruluşunu bəyənməyə bilər. Amerikada Plastik cərrahlar dərnəyinin verdiyi statistikalara görə ge***al estetik əməliyyatların bütün estetik əməliyyatlar içərisində 1-ci yeri tutur.

Ge***al bölgədə uşaqlıq yolunun giriş hissəsində olan kiçik cinsiyyət dodaqlarının və onun xarici hissəsində olan böyük cinsiyyət dodaqlarının normadan daha böyük, sallanmış və ya assimetrik vəziyyətində icra olunan estetik əməliyyatdır. Böyük cinsiyyət dodaqlarının estetik əməliyyatına az təlabat olduğundan xanımlar Labioplastika dedikdə əsəasən kiçik cinsiyyət dodaqlarının estetik əməliyyatını anlayırlar. (labio minora plasty).

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

01/02/2022

Abdominoplastika yalnız ümumi narkoz altında aparılır. Əməliyyat adətən qarnın aşağı hissəsindəki horizontal kəsikdən icra olunur. Geniş müdaxiləyə ehtiyac yarandıqda göbəyə qədər uzanan vertikal orta kəsik əlavə edilir. Əməliyyat prosesində cərrah artıq piy yığıntılarını bədəndən xaric edir, qarnın düz əzələlərini möhkəmləndirir və öz aralarında birləşdirir, aponevrozu tikir.

Göstəriş olduqda göbək həlqəsinin forma, ölçü və yeri korreksiya olunur. Sonra həkim izafi dəri büküşlərini kəsir, kosmetik tikiş qoyur. Eksudatın xaricə axını üçün drenaj boru qoyulur. Abdominoplastika əməliyyatın ağırlığından 1,5-4 saat davam edir.

Pasiyent stasionarda adətən 2 gün qalır. Bu müddət ərzində sarğılar mütəmadi qaydada dəyişdirilir, a**lgetiklər təyin edilir. Xəstə evə buraxılandan sonra bandaj taxmalı, fiziki yüklənmələrdən və qarnın ön divarına günəş şüalarının uzunmüddətli təsirindən özünü qorumalıdır. Əməliyyatdan 1 ay sonra qoyulan məhdudiyyətlər götürülür. Yekun nəticə toxumalar tam sağaldıqdan, yəni plastikadan 1,5-2 ay keçdikdən sonra bilinir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Photos from Dr.Günel Şəfiyeva's post 31/01/2022
31/01/2022

İfadəli piylənmə zamanı abdominoplastika məsləhət görülmür. Ona görə ki, plastik korreksiya bədən çəkisini azaldan əməliyyat deyil. Həmçinin yaxın gələcəkdə hamiləlik planlaşdıran qadınlarda da abdominoplastika məqsədəuyğun sayılmır. Çünki hamiləlik dövründə əzələlər və dəri örtüyü yenidən gərilməyə məruz qalır. Ümumterapevtik göstərişlərə isə aşağıdakılar aiddir:

18 yaşdan kiçik şəxslər;

kəskin infeksion proseslər;

birləşdirici toxumanın sistem xəstəlikləri;

şəkərli diabet;

qan sisteminin patologiyaları;

ürək və tənəffüs çatışmazlıqları.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

27/01/2022

Abdominoplastika — qarın nahiyəsindəki artıq piy toxumasının və dərinin xaric edilməsinə əsaslanan cərrahi əməliyyatdır. Onun köməyilə qarnın estetik görünüşü bərpa olunur. Plastika qarın və bel nahiyəsinin gözəlləşdirilməsinə yönəldilir. Aparılma qaydası və korreksiya dərəcəsindən asılı olaraq, bu tip əməliyyatların müxtəlif növləri mövcuddur. Klassik abdominoplastika qasıqüstü horizontal kəsikdən aparılır. Reabilitasiya dövrü təxminən 30-45 gün davam edir. Abdominoplastikanın qiyməti əməliyyatın həcminə əsasən müəyyənləşdirilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

25/01/2022

Göbək yırtığı qarın əzələlərinin və birləşdirici toxumanın qüsurdur ki, bunlar ya anadan gəlmə göbək ətrafında düzgün şəkildə birləşmirlər yada sonradan siqaret çəkilməsi , öskürək, qəbizlik, mütamadi ağırlıq qaldırma, piylənmə, qarın boşluğunda çox miqdarda sərbəst maye olması( qaraciyər sirrozu xəstələrində), hamiləlik kimi səbəblərlə qarın boşluğu daxili təyziqin artması nəticəsində qazanılmış ola bilər. Bu zaman göbək nahiyyəsində şişlik müşahidə edilir. Şişkinliyin ölçüsü xəstə uzandıqda kiçilir, ayağa alxdıqda (uşaqlar ağladıqda) böyüyür. Əllə toxunduqda bəzən içində maye, bəzən qaz curultusu, bəzən yumşaq, bəzəndə çox sərt olduğu hiss edillə bilər. Şişkinliyin səbəbi əzələ və birləşdirici toxumada olan qüsurun böyüyərək dəlik şəklini alması və bu dəlikdən piy və bağırsaqların keçərək dəri altında kisə formasını almasındadır. Yırtıq ilkin dövrlərdə üzərin təyziq edilərkən geriyə qayıdır, və kiçilir. Bu mərhələdə xəstələrin şikayyəti sadəcə şişkinlikdən olur. Əgər xəstə əməliyyat olunmazsa zaman keçdikcə şişkinlik nahiyyəsində ağrılar olur. Bu ağrılar yırtıq kisəsi ilə yıtıq möhtəviyatı arasında iltihabi proses nəticəsində meydana gələn bitişmələrlə əlaqədardır. Əməliyyat olunmayan xəstələrdə proses daha da dərinləşərək yırtığın boğulmasına səbəb olur. Yırtığın boğulması zamanı yırtıq möhtəviyyatı bağırsaq olarsa, bir müddət sonra boğulmuş bağırsaq qanqrena olaraq deşilir və irinləməyə səbəb olur. Bu mərhələdə də əməliyyat olmayan xəstə ölümə məhkum edildi.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

25/01/2022

Əməliyyat zamanı

18/01/2022

Kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilə vasitəsilədir.

Qasıq yırtığına daha çox ağır yük qaldırıldığı zaman təsir göstəririk.Bundan başqa artıq çəkiniz varsa,daha çox ağır işlərlə məşğul olursunuzsa,xroniki öskürək varsa və ya kəskin hərəkətlər edirsinizsə yırtıq əmələ gəlmə ehtimalı çoxdur.

Qasıq yırtığı bəzən uşaqlarda doğulduğu zamandan bəzən isə uzun müddət keçdikdən sonra ortaya çıxa bilir.Kişilərdə qasıq yırtığı daha çox rast gəlinir.Qadınlarda da hamiləlikdən sonra risk arta bilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

17/01/2022

Qasıq yırtığı qasıq bölgəsindəki divarın zəifliyindən və ya uşaqlıq zamanı qapanmalı olan bir kisənin açıq qalması və bu səbəbdən də qarın boşluğu orqanları və ya mayesinin bu kisə içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsidir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

15/01/2022

Öd kisəsi xaric olunduqdan sonra (xolesistektomiya) insan ömrünün sonuna qədər pəhriz saxlamamalıdır. Öd kisəsi olmadıqda öd yollarında kompensator genişlənmə olur və bu genişlənmə öd kisəsinin yoxluğunu hiss elətdirmir.

Sadəcə qida qəbullarının tezliyini artırmaq lazımdır. Öd yalnız qida qəbulundan sonra bağırsağa daxil olunduğuna görə qidanı gün ərzində 5 dəfədən az olmayaraq qəbul etmək lazımdır,bir ay müddətində. Qida qəbullarının arasında uzun fasilələr olmamalıdır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

15/01/2022

İnsan müntəzəm qida qəbul etmədikdə, qida qəbulları aralarında uzun məsafələr saxladıqda, tez-tez quru yeməkləri yedikdə, öd kisəsində durğunluq yaranır. Bunun nəticəsində öd kisəsində iltihab prosesləri inkişaf edir və daşlar əmələ gəlir. Öd kisəsinin divarları nazikləşir və bu zaman öd çoxlu miqdarda yığıldıqda kisə yırtıla bilər. İnfeksiyalaşmış öd qarın boşluğuna düşür. Belə vəziyyət xəstənin həyatı üçün böyük təhlükə yaradır. Bu zaman təcili cərrahi əməliyyat təyin olunur və öd kisəsi xaric edilir. Əlbəttə ki, belə ağır fəsadları gözləmək lazım deyil. Planlı şəkildə aparılan əməliyyatdan sonra xəstə daha tez adi həyata qayıdır və əməliyyatdan sonra yarana bilən fəsadların ehtimalı da azalır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

13/01/2022

Əməliyyatdan sonrakı ilk saatlarda-aclıq,10-12 saatdan sonra-az miqdarda duru yemək (yağsız bulyon,şorba,kisel), 3-4 gündən sonra-suda bişib sürtgəcdən keçirilmiş tərəvəz,ət və balıq püresi,durulaşdırılmış sıyıqlar.Təxminən 2-3 həftə ərzində xəstənin həm qida rasionu genişlənir,həm də normaya salınır.Bununla belə,xəstə ən azı 2-3 ay ərzində sulu yeməklərə,qidalara üstünlük verməlidir.Öd kisəsi əməliyyatından sonra şorba,kompot,kisel daxil olmaqla gün ərzində 1,5-2 litrdən çox maye qəbul etmək olmaz. Ödqovucu təsir gostərən içkilər:-itburnu,zirinc (barbaris) dəmləmələri,meyvə və tərəvəz,xüsusən də pomidor şirəsi, almadan,qara gavalıdan,qaysı qurusundan kompot içmək xeyirlidir. İnsanın ödü öd turşularından ibarətdir. Ödün hasili qara ciyərin öd axarlarında baş verir. Oradan öd öd kisəsinə və sonra isə onikibarmaq bağırsağa daxil edilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

13/01/2022

Öd kisəsi çıxarılandan sonra öd qaraciyərdən qaraciyər və ümumi öd axarları ilə birbaşa on iki barmaq bağırsağa daxil olur,onun qatılığı daha azdır və yalnız az miqdarda qida üçün həzm şirəsi rolunu oynaya bilir.Əgər xəstə düzgün qidalanma rejiminə riayət etməsə,öd qaraciyərdə yığılır.Bu zaman qaraciyərin daxili axarlarında iltihab prosesi və hətta orada daşın yaranma təhlükəsi baş verir.Məhz buna gorə əməliyyatdan sonra xəstəyə az-az,həm də tez-tez yemək tövsiyə edilir.Çünki hər qida qəbulu-ödün onikibarmaq bağırsağa daha fəal axmasına bir növ təkandır.Əməliyyatdan sonrakı ilk 3-4 ayda orqanizm yeni həzm qaydalarına yavaş-yavaş öyrəşir.Artıq xəstəxanada müalicəvi qidalanma təyin edilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

11/01/2022

İnsanın orqanizmində öd kisəsinin mühüm rolu var.Öd öd turşularından ibarәtdir. Sağlam orqanizimdə öd qaraciyərdən öd kisəsinə axır,burda yığılaraq müəyyən konsentrasiyaya çatır. Öd hәzm proseslәrindә iştirak edir. Öd kisәsi rezervuar (anbar) funksiyasını yerinә yetirir. Hәzm prosesinin aktiv dövründә öd kisәsi ödü maksimal hәcmdә onikibarmaq bağırsağa ifraz edir. İnsan müntәzәm qida qәbul etmәdikdә, qida qәbulları aralarında uzun mәsafәlәr saxladıqda, tez-tez quru yemәklәri yedikdә, öd kisәsindә durğunluq yaranır. Bunun nәticәsindә öd kisәsindә iltihab proseslәri inkişaf edir vә daşlar әmәlә gәlir. Təəssüf ki,öddaşı xəstəliyinin sonu çox vaxt öd kisəsinin xaric olması ilə başa çatır.Öd kisəsinin çıxarılması bu gün dünya üzrə aparılan cərrahi əməliyyatlar arasında ikinci yerdədir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

09/01/2022

Yırtığın görünməsi üçün də əsas ola bilər:

irsi səbəblər

əməliyyatdan sonra yara izləri

obezite

fiziki maneə

uzun müddət öskürək

qəbizlik

Hamiləlik,çətin doğum

Öz növbəsində xəstəliyin qarşısının alınması üsulları var. Bu, qarın əzələlərinin hazırlanması, çəki normallaşması, hamiləlik dövründə bir bant istifadə edilməsi, yüksək fiziki qüvvə olması halında ehtiyatlı olmaq və mədə-bağırsaq traktının normallaşdırılması daxildir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

07/01/2022

Yırtıq fiziki işlə, idmanla məşğul olmağa mane olur, ağrılara səbəb olur. Ən əsası isə odur ki, yırtıq kisəsində olan daxili orqanların normal fəaliyyəti pozulur, orqanlar travmalara məruz qalır, bitişmələr əmələ gələ bilər. Xəstəliyin əvvəlində xəstə özü yırtığı yerinə sala bilir, lakin vaxt keçdikcə yırtıq böyüyür və onu yerinə salmaq mümkün olmur. Nəticədə yırtıq boğula bilər. Bu isə çox ciddi ağırlaşmadır. Yırtıq qapısına çıxan daxili orqanlar (adətən bağırsaq ilgəkləri) geriyə, öz qanuni yerinə qayıda bilmir və nəticədə burada nekroz (toxumaların həlak olması) inkişaf edir.

Yırtıqlar özü özündən keçmir və bağlanmır. Burada yeganə müstəsna hal - 5 yaşına kimi olan uşaqlarda göbək yırtıqlarıdır (5 yaşına kimi bu yırtıq özü özündən bağlana bilər).

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

06/01/2022

İnsanın qarın divarında zəif yerlər var - göbək, qasıq ka**lı, qarının ağ xətti (qarının ortasından gedən xətt).

Bu yerlərdə yırtıqların əmələ gəlməsi riski daha çoxdur. İrsiyyətin də burada böyük rolu var. Bəzi ailələr var ki, bu ailələrin bir neçə üzvündə yırtıqlar olur. Buna səbəb əzələlərin zəif olmasıdır.

Digər səbəblər arasında - ağır əşyaların qaldırılması və daşınması, qadınlarda hamiləlik və doğuş, güclü və uzunmüddətli öskürək, piylənmə. Bundan əlavə əməliyyatdan sonra çapıq yerində yırtıqlar əmələ gələ bilər.

Xəstəliyin əvvəlində fiziki gərginliklər zamanı yırtıq olan yerdə yüngül ağrılar ola bilər. Xəstəlik inkişaf etdikcə insan qarın nahiyəsində oval formasında qabartmanın olmasını müşahidə edir. Bu o deməkdir ki, qarın divarında yırtıq qapısı əmələ gəlib. Bu yırtıq qapısından dəri altına yırtıq kisəsi çıxır ki, bu yırtıq kisəsində daxili orqanlar (bağırsaq ilgəkləri, piylik və s.) olur.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

05/01/2022

Babasilin müalicə taktikası xəstəliyin mərhələsindən asılıdır. Babasilin I və II mərhələsində konservativ terapiya, elektrokoaqulyasiya və ya skleroterapiya tətbiq edilir. Liqaturanın qoyulması (tikiş və ya lateks həlqələr) II və III mərhələdə effektiv ola bilər. Babasilin III mərhələsində Lonqo üsulu ilə hemorroidektomiya icra oluna bilər. Xəstəliyin IV mərhələsində hemorroidal düyünlərin cərrahi yolla kəsilməsi (hemorroidektomiya) tələb olunur.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

04/01/2022

Xəstəliyin diaqnostikasının mürəkkəb olmamasına baxmayaraq, bu mərhələyə ciddi yanaşmaq lazımdır. Çünki müayinənin səthi aparılması yanlış diaqnozun qoyulmasına və ciddi ağırlaşmalar və ya yanaşı gedən patologiyaların gizli qalmasına gətirib çıxara bilər. Babasilə şübhə yarandıqda ginekoloji kresloda dizləri maksimal dərəcədə qarına qatlayaraq və yaxud diz-dirsək vəziyyətində arxa keçid və peria**l nahiyəyə xarici baxış keçirilir, anusun forması, deformasiya, çapıq dəyişiklikləri, fistulalar, arxa keçidin aralanması müəyyən edilir. Dəri örtüklərinin rəng və vəziyyətinə diqqət yetirilir, xarici hemorroidal düyünlərin ifadəliliyi, daxili düyünlərin sallanma dərəcəsi və onların a**l ka**la qaytarılmasının mümkünlüyü dəqiqləşdirilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

03/01/2022

Kəskin babasil xarici hemorroidal düyünlərin trombozu və ya daxili düyünlərin a**l ka**ldan xaricə çıxması ilə səciyyələnir. Hemorroidal düyünlərin trombozu üçün onların əhəmiyyətli dərəcədə böyüməsi, bərkiməsi xarakterikdir. Düyünlər intensiv ağrı – proktalgiya (xüsusən defekasiya zamanı) ilə müşayiət olunur.

Xroniki babasilin əlamətlərinə arxa keçiddən qanaxma, peria**l nahiyədə qaşınma və göynəmə, daxili hemorroidal düyünlərin periodik sallanması aiddir. A**l sfinkterin tam bağlanmaması və hemorroidal düyünlərin daim xaricə çıxması arxa keçiddən şəffaf selikli ifrazatın axmasına səbəb olur.

Qanaxma – babasilin ən geniş yayılmış əlamətidir. Dünya əhalisinin təxminən 10%-də arxa keçiddən vaxtaşırı qanaxma epizodları baş verir. 70-80% hallarda bu qanaxmalar babasillə bağlı olur. Lakin xəstələrin əksəriyyəti qanaxmanın azlığı və gec-gec təkrarlanması ilə əlaqədar bu əlamətə əhəmiyyət vermədiyindən həkimə müraciət etmir. İnsanların bir qismi isə proktoloq müayinəsindən keçməyə utanır və ya qorxur.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

31/12/2021
28/12/2021

Babasil ən çox yayılmış proktoloji xəstəlik hesab olunur. Babasil iltihablaşma, qanama və a**l dəlikdən xaricə çıxmağa (sallanma) meylli olan patoloji şəkildə böyüyən hemorroidal düyünlərlə özünü büruzə verir. Xəstəliyin digər tibbi adı – hemorroy yunan termini olub, «qanaxma» deməkdir. Qanaxma babasilin ən qabarıq əlaməti sayılır.

İnsan orqanizmində hemorroidal venoz kələflər a**l ka**lın selikaltı qatında yerləşir. Onlar öz quruluşuna görə cinsiyyət orqanlarının kavernoz cisimlərinə bənzəyir. Hemorroidal kələflər anusun tam bağlanmasını təmin etməklə nəcis kütlələrinin xaricə tökülməsinin qarşısını alır. Hemorroidal düyünlər xarici və daxili olur. Əksər insanlarda bu venoz törəmələrin müxtəlif dərəcəli böyümə hallarına rast gəlinir. Hemorroidal düyünlərin böyüməsi heç bir klinik simptomatika ilə müşayiət olunmadıqda, yalnız baxış zamanı aşkarlandıqda belə vəziyyətlər patologiya hesab edilmir.

Babasil xəstəliyi klinik olaraq, daxili hemorroidal düyünlərin sallanması, xarici düyünlərin trombzou , qanaxma, düz bağırsaqda qaşınma və göynəmə hissi, ağrılı defekasiya aktı ilə təzahür edir. Xəstəliyin erkən diaqnostikası qeyri-cərrahi müalicə üsullarının effektivliyini artırır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

25/12/2021

Müalicənin başlıca məqsədi ağrı və sfinkterin tonik spazmının aradan qaldırılmasından, nəcisin normaya salınmasından və çatların sağalmasından ibarətdir. Müalicə konservativ və ya cərrahi yolla icra olunur. Yaranma müddəti 1 həftədən artıq olmayan, hamar kənarlara malik, fəsadlaşmamış çatlar terapevtik vasitələrlə qısa zaman ərzində müalicə edilir. Konservativ terapiya 65-70% hallarda sağalma ilə nəticələnir.

Müalicənin əsas elementlərindən biri bağırsağın fəaliyyətinin aktivləşməsinə və defekasiya aktınnı yüngülləşməsinə yönəldilən pəhrizdir. Qida rasionu bitki tərkibli komponentlər və süd məhsulları ilə zəngin olmalı, kəskin və duzlu yeməklər, selikli qişanı qidalandıran ədəvalar, spirtli içkilərdən imtina edilməlidir. Çuğundur, qara gavalı, ərik qurusu və əncir bağırsağa müsbət təsir göstərir. Çuğundur bişmiş halda bitki yağı və ya xama ilə qəbul oluna bilər. Meyvə yeməzdən əvvəl onları qaynar suda bir qədər saxlamaq məsləhət görülür. Bu növ pəhriz nəcisin yumşalmasına və defekasiyanın asanlaşmasına səbəb olur.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

**lçat **lcat

25/12/2021

A**l ka**ldan qan adətən az miqdarda – nəcisdə və ya tualet kağızında qan izləri şəklində ifraz olunur. Qanlı axıntı defekasiya zamanı selikli qişanın zədələnməsi nəticəsində yaranır. İfadəli qanaxma orqanizmdə yanaşı xəstəliklərin: babasil, şiş və s. olmasından şübhələnməyə əsas verir. A**l çat müalicə olunmadıqda 3-4 həftədən sonra xroniki formaya keçir. Bu zaman onun kənarları qalınlaşır və bərkiyir, kobud çapıq formalaşır, daxili kənarda «gözətçi qabar» əmələ gəlir.

Kəskin prosesdən fərqli olaraq, xroniki a**l çat zamanı ağrı əsasən defekasiya aktından sonra yaranır və daha çox davam edir. Oturaq vəziyyətdə uzun müddət qaldıqda ağrı güclənir. Daimi ağrı sindromu xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldaraq, əsəbilik, yuxu pozğunluğu, nevroz törədir. Xroniki a**l çatı olan şəxslərdə adətən defekasiya qorxusu ilə əlaqədar işlədici preparatların tez-tez istifadə olunmasına rast gəlinir.

Davamlı qəbizlik hallarında gərgin defekasiya zamanı anusdan qanaxma ola bilər. Bəzən çatın irinləməsi və a**l ka**ldan irinli möhtəviyyatın axını müşahidə oluna bilər. Xroniki çatlarda sfinkterin spazmı qısa müddətli və zəif intensivlikli olur. Çox zaman a**l qaşınma izlənilir. Xroniki proses bağırsağın terminal şöbələrinin iltihabi prosesləri: sfinkterit, proktit, proktosiqmoiditlə müşayiət oluna bilər.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

**lçat

24/12/2021

Klinik proktologiya sahəsinin mütəxəsislərinin fikrincə a**l çatın yaranmasında xroniki qəbizlik və ishal, babasil xəstəliyi, ağır fiziki və ya oturaq iş, spirtli içkilər və kəskin qidaların həddindən artıq qəbulu, a**l ka**lın selikli qişasının yad cisim və ya bərk konsistensiyalı nəcis kütləsi ilə mexaniki zədələnməsi böyük rol oynayır. A**l çatın formalaşmasına səbəb olan xəstəliklərə yoğun bağırsağın iltihabı (o cümlədən proktit) aiddir.

70% hallarda çatlar mədə, nazik bağırsaq, qaraciyər, mədəaltı vəzi və biliar sistemin xəstəliklərindən əziyyət çəkən şəxslərdə aşkar edilir. A**loji sayda xəstələrdə patologiyaya babasillə birgə təsadüf olunur. Xroniki babasil pektonozla əlaqədar a**l ka**lın selikli qişasının elastikliyinin azalmasına gətirib çıxarır, nəticədə onun defektinə meyllik yaranır. A**l ka**lın dişli xətt nahiyəsi gərilmə vəziyyətində həssaslığı ilə seçilir.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

24/12/2021

Patologiya spesifik klinik şəklə malikdir. Xəstəliyin uzunmüddətli formaları ifadəli ağrı sindromu və defekasiyadan sonra sfinkterin tonik spazmı ilə xarakterizə olunur. Spazm bir neçə saat davam edə bilər. Tonik spazm xəstəliyin proqressivləşməsinə səbəb olan qüsurlu dövranın formalaşmasında iştirak edir: çat davamlı spazm törədir, o da öz növbəsində a**l ka**lın divarlarını təşkil edən toxumaların işemiyasına gətirib çıxarmaqla defektin sağalmasına mane olur.

Kəskin formalı çatlar a**l sfinkterin spazmı, ağrılı defekasiya, anusdan qanlı ifrazatla təzahür edir. Ağrı sindromu bu patologiyalı pasiyentlərin əsas şikayəti hesab olunur. İfadəli ağrı defekasiya aktının əvvəlində yaranaraq, adətən uzun müddət ərzində saxlanılır. Ağrı aralıq və ya oma nahiyəsinə irradiasiya edə bilər. İntensiv ağrı ilə əlaqədar xəstələrin əksəriyyəti defekasiya aktını təxirə salır, bu da qəbizliyin yaranmasına səbəb olur.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

18/12/2021

Va**na gəncləşdirmə geniş bir anlayışdır. Va**nanın gəncləşdirmə ehtiyacı sadəcə genişlənmədən şikayət edən pasiyentlər üçün olmayıb, həmçinin yaşlanma və həmçinin menopauza dövründə meydana gələn hormonal sistemdə baş verən düşüşlər səbəbində va**nanın elastik formasını itirən pasiyentlərə də aid olmaqdadır. Va**nanın əvvəlki formasını yenidən alması üçün tətbiq olunan bütün prosedurlar “va**na gəncləşdirmə” adı altında toplanmaqdadır.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

**nadaraldici **naplastika **na

15/12/2021

Qarnın ağ xətti üzərində yaranan yırtıqlardır.
Bir neçə forması var:

Göbəküstü (epiqastral)
Göbəkətrafı (paraumblikal)
Göbəkaltı

Klinikası qida qəbulundan sonra artan ağrıdan və obbyektiv müayinə zamanı göbəkətrafı nahiyədə şişkinliyin olmasından ibarətdir.
Müalicəsi yalnız cərrahi müdaxilə ilə mümkündür.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

13/12/2021

Bud həlqəsindən çıxan yırtıq bud yırtığı adlanır.

Bud həlqəsi yuxarıdan Pupart bağı, aşağıdan qasıq sümüyünün darağı, lateral tərəfdən bud venası, medial tərəfdən lakunar(jımberant) bağı ilə əhatə olunmuşdır.
Normada bud ka**lı mövcud deyil. Yırtıq əmələ gələn zaman ka**lın xarici dəliyini budun enli fassiyasında yerləşən oval çuxur təşkil edir.
Müalicəsi cərrahi əməliyatdır.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

11/12/2021

Qəbizlik bağırsaq hərəkətliliyinin azalması və defekasiya aktının çətinləşməsinə verilən addır. Bu hal insanlar arasında çox geniş yayılmış bir həzm sistemi problemidir. Müasir dövrün yaşam şərtlərinin gətirdiyi stres, hərəkətsizlik və yaxşı qidalanmamaq kimi faktorlar qəbizliyin əhali arasında geniş yayılmasına səbəb olmaqdadır. Qəbizlik ayrıca bir xəstəlik olmayıb, hər hansısa bir xəstəliyin əlaməti və ya bir halın nəticəsidir. Çox insan tərəfindən dilə gətirilməsə də, belə şikayətlər yaşam keyfiyyətinə ciddi surətdə təsir etməkdədirlər.
Bağırsağın hərəkətliliyi hər bir insanda fizioloji xüsusiyyətlərə görə fərqli ola bilir. Lakin ümumi götürdükdə, həftədə 3 dəfədən az defekasiya (nəcis ifrazı) olduğu zaman və nəcisin sərt və quru olduğu zamanlar qəbizlik var deməkdir.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

10/12/2021

Qasıq yırtığının simptomları

🔶️Qarında ağırlıq hissi

🔶️Əmək qabiliyyətinin aşağı düşməsi

🔶️Yürüş zamanı narahatçılıq hissi

🔶️Qasıq nahiyyəsində əmələ gələn və üfüqi vəziyyətdə qarın boşluğuna qayıdan müxtəlif ölçülü şişkinliklər

🔶️Ağırlıq qaldırandan sonra və gərginlik zamanı şişkinlik üzərində əmələ gələn ağrı

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

09/12/2021

Klinik proktologiya sahəsinin mütəxəsislərinin fikrincə a**l çatın yaranmasında xroniki qəbizlik və ishal, babasil xəstəliyi, ağır fiziki və ya oturaq iş, spirtli içkilər və kəskin qidaların həddindən artıq qəbulu, a**l ka**lın selikli qişasının yad cisim və ya bərk konsistensiyalı nəcis kütləsi ilə mexaniki zədələnməsi böyük rol oynayır. A**l çatın formalaşmasına səbəb olan xəstəliklərə yoğun bağırsağın iltihabı (o cümlədən proktit) aiddir.

70% hallarda çatlar mədə, nazik bağırsaq, qaraciyər, mədəaltı vəzi və biliar sistemin xəstəliklərindən əziyyət çəkən şəxslərdə aşkar edilir. A**loji sayda xəstələrdə patologiyaya babasillə birgə təsadüf olunur. Xroniki babasil pektonozla əlaqədar a**l ka**lın selikli qişasının elastikliyinin azalmasına gətirib çıxarır, nəticədə onun defektinə meyllik yaranır. A**l ka**lın dişli xətt nahiyəsi gərilmə vəziyyətində həssaslığı ilə seçilir.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

------
**lçat

08/12/2021

Abdominoplastika qarın dartılması ya da yığılması kimi də adlanan bir əməliyyatdır. Qarnın ön divarının sallanması və eybəcər hala gəlməsi çoxlu hamiləlik və doğuşlar, əzələlərin zəyifləməsi, piylənmə, arıqlamaq üçün aparılan əməliyyatlar nəticəsi kimi səbəblərdən ortaya çıxır. Qadınlarda qarın sallanması daha çox hamiləlik və doğuşdan sonra müşahidə edilir, kişilərdə isə əsas səbəb çox vaxt piylənmə (həddindən artıq kökəlmə) olur.
Sallanmış qarın p*s görünüşdən başqa bəzi problemlərə də yol açır. Belə ki, insanın gündəlik təmizlik alışqınlıqlarının yerinə yetirilməsi çətinləşir, sallanmış dəri ( “önlük” ya da rus dilində “fartuk”) ilə ön qarın divarı altında piy və tər vəzilərinin ifrazatı toplanır. Bu isə öz növbəsində p*s qoxu, dəri qıcıqlanması, qaşıntı və hətta kiçik yaraların əmələ gəlməsinə səbəb olur. Bədən xətlərinin təhrifi insanda özünə qarşı mənfi hisslər və psixoloji gərginlik yaradır.
Qarın dərisinin sallanması ilə birlikdə xəstələrdə yırtıqlar (rus dilində “qrıja”) və qarnın düz əzələlərinin ayrılması da müşahidə oluna bilər.

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

------

06/12/2021

Bəzən öd kisəsi daşı səbəbindən kəskin pankreatit inkişaf edir. Öd kisəsinin çıxarılması və ümumi öd axarı daşlarının təmizlənməsi bu xəstəliyin qarşısını almış olur. Ona görə də həkim müayinə vaxtı səbəbi aşkar edir və cərrahi müdaxiləni məsləhət görürsə, təklifini qəbul etmək lazımdır. Prosesin getməsinə mane ola biləcək əməliyyatı təxirə salmaqla və ya gecikdirməklə problemin daha da dərinləşməsinə şərait yaratmış olursunuz ki, fəsadları daha ağır olur❗

📍Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

------

Videos (show all)

Əməliyyat zamanı

Telephone

Website

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00