Kekalove Adaptive Fashion

Kekalove Adaptive Fashion

Azərbaycanda qeyri-mənfəət adaptiv geyim brendi
Azerbaijan’s non-profit adaptive fashion brand

03/09/2023

Azərbaycanda əlilliyi olan şəxslər peşə təhsili adı ilə əksər hallarda əl sənətlərinin, o cümlədən aksesuarların hazırlığına yönləndirilirlər. Yarımçıq hayata keçirilən bu proqramlarda əlilliyi olan şəxslər əmək bazarında ehtiyac duyulan bacarıqlara yiyələnə bilmirlər.

Buna görə də ölkədəki inklüziv peşə təhsili proqramları əlilliyi olan şəxslərə real bacarıqlar qazandıra bilmir. Biz Aksesuar Sənətkarlığı proqramımız vasitəsilə bacarıqların artırılması və görülən işin keyfiyyətinin yüksəlk standartlara cavab verə bilməsi üçün əlilliyi olan qadın sənətkarlarla birgə işləyirik.

Bizim icmamızın üzvü Xəyalə Yusif sənətkar kimi öz təcrübələrini paylaşır. Xəyalə əlilliyi olan gənclərə aksesuar sənətkarlığına yox, təhsil almağa üstünlük verməyi məsləhət görür.

26/08/2023

Biz bu ilin dekabrından artıq 7-ci Kekalove Adaptive Moda Nümayişini keçirəcəyik. Son 2 il ərzində bizim icmamızda olan əlilliyi olan şəxslər peşəkar dizaynerlər və dərzilərlə birgə 4 kolleksiya hazırlayıb müxtəlif moda nümayişlərində təqdim ediblər. Bu illər ərzində biz 10-dan çox səfirlik və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişik.

Keçən il yay kolleksiyası üçün komandamıza qoşulan Aybəniz İsakova bir model kimi öz təcrübələrini bölüşür.

22/08/2023

Əlilliyi olan qadınlar iqtisadi imkanlardan məhrum olduqları üçün əsasən sənətkarlıqla məşğul olurlar. Biz keçən il 25-ə yaxın əlilliyi olan qadın sənətkarla birgə çalışaraq onların sənətkarlıq bacarıqlarının bugünkü tələblərə uyğunlaşdırılması üçün çalışdıq. Növbəti sezonda da ustad dərslərimiz davam edəcək.

Azərbaycanda əlilliyi olan şəxslərin əmək bazarına çıxışı və rəsmi iş tapmaları müşkül məsələdir. Bizim əsas fəaliyyət istiqamətimiz sənətkarlıq, kreativlik və modadan istifadə edərək əlilliyi olan qadınların iqtisadi gücləndirilməsinə dəstək olmaqdır. Buna görə də biz "Aksesuar Sənətkarlığı Proqramı" misal olmaqla öz peşə təhsili modellərimizi yaradırıq və həyata keçiririk.

18/08/2023

Akademik təhsilin, bacarığın və təcrübənin olması hələ əlilliyi olan şəxslər üçün iş tapmaq demək deyil. Əlilliklə bağlı geniş yayılmış stereotiplər, onlara, onların bacarıqlarına inamsızlıq qeyri-effektiv qanunvericiliklə və səhv qurulmuş əlillik siyasəti ilə üst-üstə gələndə əlilliyi olan şəxslər üçün vəziyyət daha da qəlizləşir. Bu gün Azərbaycanın yarım milyondan çox əlilliyi olan əhalisi iqtisadi imkanlardan məhrumdurlar və vəziyyət yaxşılaşmaq əvəzinə pisləşir.

Nicat Şahmuradov əlilliyi olan şəxs kimi Azərbaycanda iş tapmağın çətinliklərindən danışıb.

15/08/2023

Elçin Cəlilov ictimai müyəssərliyin monitorinqi üzrə mütəxəssisdir. Onun sözlərinə görə, Azərbaycanda əlilliyi olan şəxslər üçün müyəssər infrastruktur qurulmayıb. Atılan addımlar isə formal xarakter daşıyır.

Bu problemdən hər kəs xəbərdar olsa da, heç bir qurum şəhərin müəyssərlik bəlasını həll etməyə cəhd etmir. Bu problemin kökündə hansı səbəblər durur? Nəyə görə Azərbaycanın yarım milyona yaxın əlilliyi olan əhalisi sərbəst hərəkət azadlığından məhrum ediliblər?

26/07/2023

“Çox təəssüf ki, Azərbaycanda əlilliyi olan şəxslərə qarşı yanaşma düzgün deyil. Məsələn həkimlər “xəstə”, “şikəst” sözlərindən istifadə edir.”

Jurnalist Orxan Əliyev əlilliyi olan şəxslərə qarşı düzgün rəftarı izah edir. Videonu izləyərək sən də əlilliyi olan şəxslərə qarşı öz davranışındakı səhvləri və ya doğruları öyrənə bilərsən.

Bu video “İnkluziya Festivalı” çərçivəsində çəkilib. Biz hər il bu onlayn Festivalı həyata keçirərək əlilliyi olan şəxslərlə bağlı vacib mövzuları öz icmamızın diqqətinə çatdırırıq. Bu il 16 müxtəlif mövzunu əhatə etmişik. Videonu paylaşaraq daha çox insanın bu vacib mövzuda əlavə məlumat əldə etməyinə dəstək ola bilərsən.

Photos from Kekalove Adaptive Fashion's post 13/06/2023

Kekalove Adaptive Fashion Show - May 11, 2023

With support from Deutsche Botschaft Baku / Almaniya Səfirliyi Bakı & Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi

08/05/2023
15/04/2023

Biz mayın 11-i keçirəcəyimiz moda nümayişində bəzi çatışmayan xərcləri qarşılamaq üçün kraudfanqind kampaniyası həyata keçiririk. Bütün dostlardan bizə qoşulmağını xahiş edirik. Siz də 20₼ və yuxarı ianə göndərərək dəvətnamə əladə edə bilərsiz. Moda nümayişindən əlavə qida və içkilər, o cümlədən musiqili hissə dəvətnaməyə daxildir.

İanələr üçün ilk şərhə baxın.

30/01/2023

We’re hiring a sales manager. Head to the link below to find out how to apply:

Sales Manager | Kekalove Adaptive | Jobsearch iş elanları 2023 # # Build Setup

Photos from Kekalove Adaptive Fashion's post 23/01/2023

Azerbaijan Fashion Week 03 Dec 2022

17/01/2023

Azerbaijan Fashion Week 03 Dec 2022

Photos from Kekalove Adaptive Fashion's post 24/12/2022

Azerbaijani - Israeli Joint Adaptive Fashion Show - 13 September 2022

Photos from Kekalove Adaptive Fashion's post 21/12/2022

Kekalove Adaptive Fashion Show " Vivid Dreams " Collection

Photos from Kekalove Adaptive Fashion's post 17/12/2022

Kekalove Adaptive fashion show " Vivid Dreams " Collection

Want your business to be the top-listed Clothing Store in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Azərbaycanda əlilliyi olan şəxslər peşə təhsili adı ilə əksər hallarda əl sənətlərinin, o cümlədən aksesuarların hazırlı...
Biz bu ilin dekabrından artıq 7-ci Kekalove Adaptive Moda Nümayişini keçirəcəyik. Son 2 il ərzində bizim icmamızda olan ...
Aksesuar Sənətkarlığı Proqramı
Akademik təhsilin, bacarığın və təcrübənin olması hələ əlilliyi olan şəxslər üçün iş tapmaq demək deyil. Əlilliklə bağlı...
Əlilliyi olan şəxslər və infrastrukturun müyəssərliyi
“Çox təəssüf ki, Azərbaycanda əlilliyi olan şəxslərə qarşı yanaşma düzgün deyil. Məsələn həkimlər “xəstə”, “şikəst” sözl...
Biz mayın 11-i keçirəcəyimiz moda nümayişində bəzi çatışmayan xərcləri qarşılamaq üçün kraudfanqind kampaniyası həyata k...
Aksesuar Sənətkarlığı Proqramı
İnklüziv Yanaşma Nədir? - Elnarə Məmmədova - İnklüziya Festivalı 2021
Cəmiyyətdə əlilliyi olan insanlarla ünsiyyət - Nurana Abiyeva - İnklüziya Festivalı 2021
Əlillik və Emosional İntellekt - Orxan Adıgözəl - İnklüziya Festivalı 2021
Ailədə İnklüzivlik - Nailə Həsənzadə - İnklüziya Festivalı 2021

Category

Telephone

Address

Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00