Gazelli Group, Baku Videos

Videos by Gazelli Group in Baku. GAZELLI GROUP - Azərbaycanın ilk təbii kosmetika istehsalçısı. GAZELLI GROUP - Первый производитель натуральной косметики в Азербайджане.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Nəsimi rayon təşkilatının sədri Azər Quliyev Gazelli Groupa öz təşəkkürünü videoçarx vasitəsilə çatdırdı. #gazelligroup #gazelli #novruzsovqatı #qarabağəlillərinəqayğı #şəhidailələrinədəstək

Click to enable sound Next

Other Gazelli Group videos

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Nəsimi rayon təşkilatının sədri Azər Quliyev Gazelli Groupa öz təşəkkürünü videoçarx vasitəsilə çatdırdı. #gazelligroup #gazelli #novruzsovqatı #qarabağəlillərinəqayğı #şəhidailələrinədəstək

#gazelligroup
Bu gün “Gazelli Group” şirkətinin prezidenti, yaradıcısı, həyat eşqi ilə dolu, daim yeniliklərə açıq Dr. Zərifə Həmzəyevanın Doğum Günüdür. Bütün kollektivimiz adından Zərifə xanımı səmimi-qəlbdən təbrik edirik, sağlam və xoşbəxt ömür arzulayırıq!

Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkətinin bu dəfə qonaqları Caspian Energy Club üzvləri oldu. Biznes tur zamanı üzvlər istehsalat prosesi və elmi-sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Biznes turun yekununda Dr. Zərifə Həmzəyevanın iştirakı ilə keçirilən müzakirələr sessiyasında qonaqların sualları cavablandırıldı. Bu görüş üzvlərə Gazelli Group-un fəlsəfəsi və biznes sahəsində yeni layihələri ilə tanış olmağa imkan yaratdı. #gazelligroup

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasından 100 il ötür! Ehtiramla yad edirik! #gazelligroup

Allah ibadətinizi, dualarınızı qəbul etsin! Ramazan bayramınız mübarək! #gazelligroup #ramazanbayramınızmübarekolsun

Bu gün Gazelli Group şirkəti 3000-dən artıq biznes iştirakçılarını birləşdirən “Nabat Talks Biznes Forumun”da iştirak etdi. Stendimizin ziyarətçiləri artıq bir çox brendlərimizi sınadıqlarını və keyfiyyətlərindən razı qaldıqlarını bildiriblər. Bu fakt bizi həm qürurlandırır, həm də xalqımız üçün faydalı olan məhsullarımızın çeşidini daha da artıqmağa motivasiya edir.#gazelligroup

Gazelli Group hər birinizi Baharın gözəl bayramı Novruzun gəlişi münasibətilə təbrik edir! Novruz ailələrinizə bol-bol sevinc və əminamanlıq gətirsin! #gazelligroup

Oyanan təbiət özü ilə birlikdə bol ruzi-bərəkət gətirsin. Çərşənbəniz mübarək! #torpaqçərşənbəsi

Bu gün Gazelli Group şirkətinin strukturuna daxil olan " Sky İnn" cafesinin fəaliyyətinin 1 ili tamam olur! Gazelli Group şirkəti adından həmkarlarımızı ürəkdən təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzu edirik! #gazelligroup

Bu gün Yel çərşənbəsidir. Yazın nəfəsini, təbiətin təravətini gətirən bu bahar küləyi sizə yalnız xoş anlar bəxş etsin! #gazelligroup

Daha bir uğura imza atdıq! Böyük qürür və sevinc hissi ilə bildirmək istərdik ki, məhsullarımız artıq Özbəkistanda satışa çıxarılıb. İndi özbəklərdə Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan “Gazelli Group”un məhsullarının sınamaq şansını əldə ediblər. #gazelligroup

Od çərşənbəsi hər birinizin evinə bol ruzi-bərəkət gətirsin! Qəlbiniz od qədər isti, ocağınız hər zaman gur olsun! Od çərşənbəniz mübarək! #gazelligroup

Yaddaşımızdan silinməyəcək! Allah rəhmət eləsin! #gazelligroup

Gazelli Group Novruzun ilk çərşənbəsi olan su çərşənbəsi münasibətilə bütün xalqımızı təbrik edirik! Qoy bu bahar həyatınıza yenilik və təravət gətirsin! #gazelligroup

Ümummilli lider, böyük siyasətçi, ulu öndər Heydər Əliyevin anım gününü dərin hüzn və hörmətlə anırıq! #gazelligroup

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalına son qoyulmasından və ərazi bütövlüyümüzün bərpa edilməsindən 2 il ötür. Zəfərimiz Mübarək!

Gazelli Group şirkəti Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgilərində iştirak edir. Sərgi zamanı Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev stendimizi ziyarət edib və ölkəmizin təbii nemətlərindən hazırlanmış məhsullarımızla tanış olub. Stendimiz ziyarətçilər tərəfindən böyük maraq ilə qarşılanıb. #gazelligroup

Müstəqilliyimiz əbədi olsun! #gazelligroup

Gazelli Group şirkəti Türkiyənin İstanbul şəhərində bu gün öz işinə başlayan "Beauty İstanbul 2022" Beynəlxalq Gözəllik Sərgisində ölkəmizi təmsil edir. Sərginin ilk günündə şirkətimizin stendi ziyarətçilərin böyük marağına səbəb olub. Qonaqların istehsal etdiyimiz məhsullar barədə təsüratlarını həmkarımız Səbinə Ağayevanın təqdimatında eşidin. #gazelligroup #madeinazerbaijan #beautyistanbul #gözəlliksərgisi

MÜƏLLİMLƏR GÜNÜ
BU GÜN, OKTYABRIN 5-İ ÇOX ÖZƏL BİR GÜNDÜR. Hər birimizin mütəxəssis olaraq formalaşmağımızda, işimizə məsuliyyətlə yanaşmağımızda və vətəndaş olaraq yetişməyimizdə əvəzsiz rolu olan Müəllimlərin Günüdür. Gazelli Group olaraq, bu müqəddəs peşənin sahibi olan bütün müəllimləri ürəkdən təbrik edirik. Və hər birinizə bu şərəfli yolda əzmkar fəaliyyətinizə görə, təşəkkürümüzü bildiririk! #gazelligroup #muellim #muellimlergunu