Brothim

Müasir, bilikli, gözləntiləri aşan və fərq yaratmaqla incəsənətə əsaslanan teatr, kino və televiziya dünyasına ixtisaslı sənətkar namizədlər yetişdirməkdi.

Azərbaycan dilində yerli və xarici kino, film, reklam, serial, moda və buna oxşar xəbərlər yaymaq. Şirkət fotomodel, maniken, oyuncu, hostes, promotor, resjissor, ssenarist üzrə peşəkar şəxsləri bir arada toplayır.

07/03/2018

Ed Gein adlı qatil, üç qorxu filminə ilham qaynağı olmuşdur: 'Quzuların Səssizliyi', 'Anormal' və 'Texas qətliyamı'.

06/03/2018

Qorxu vaxtı ☠️☠️☠️

1973-cü il istehsalı olan
The Exorcist ( Şeytan ) filmi Oscar'a namizəd göstərilən ilk qorxu filmidir.

06/03/2018

Quentin Tarantino'nun 9-cu filmində Leonardo DiCaprio
və Brad Pitt olacaq!

Film real hadisələrə əsaslanaraq ekranlaşdırılıb.

Filimin mövzusu 1969-cu ildə Manson və onun dəstəsi rejissor Roman Polanskinin həyat yoldaşı Sharon Tate'in qətlindən bəhs edəcək. DiCaprio qərbdə bir aktyor və Brad Pitt isə dublyorunu təsvir edəcək. ilk olaraq Tom Cruise, Pittin rolu olaraq düşünülmüşdü, ancaq o, rolu qəbul etməmişdi. Brad Pitt, bu rolu üçün David Fincher'in yeni filmi "Dünya Savaşları Z 2" (World War Z 2) filmin çəkilişini təxirə saldı. DiCaprio və Pitt Tarantino ilə ikinci dəfə çalışacaq.
Bu filmdə Margot Robbie Tate rolunda qarşımıza çıxacaq.

"Once Upon a Time in Hollywood (Bir zamanlar Hollywood'da)" filmi 2019-cu ildə nümayiş olunacaq.

06/03/2018

Jüridə kimlər olub çox maraqlıdır 🤔

Charlie Chaplinin gizli şəkildə qatıldığı "Charlie Chaplinə bənzəmə" adlı yarışmada məğlub olmuşdur.

06/03/2018

Hitler"də film izləyərmiş 🤔

Deyilənlərə görə Hitlerin ən sevdiyi film 1933-cü ildə çəkilən ilk KİNG KONG filmi idi.

NOT: Görünür KİNG KONG filmi Hitlerə heç də yaxşı təsir etməyib.

06/03/2018

Nəhayət!
Səbirsizliklə gözləyənlərə müjdə.

Mehmed Bir Cihan Fatihi (Mehmed The Conqueror) tv serialı
13 Mart Çərşənbə axşamı günü Kanal D'də başlayacaq.

06/03/2018

Ən yaxşı film olaraq Oscar’a namizəd göstərilən ilk animasiya, 1991-ci il istehsalı olan Beauty and the Beast ( Gözəllik və Canavar ) animasiya cizgi filmidir.

05/03/2018

Gecə vaxtı az da olsa qorxudaq 😎

Quzuların səssizliyi ( the silence of the lambs ) filmində Anthony Hopkins Hannibal Lecter xarakteri üçün ən qorxulusunu seçmək məqsədi ilə bir çox maska testinə girmişdir.

05/03/2018

Azərbaycanda kino sənəti 1898-ci il avqustun 2 -də yaranıb.

XIX əsrin sonlarında Bakı "qara qızıl" hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınmağa başlayır. Elə bu vaxtlarda Fransadan gəlmiş fotoqraf Aleksandr Mixayloviç Mişonun Bakıda nəşriyyatı və fotoatelyesi var idi. O, Bakı mənzərələrini, neft mədənlərini, mədənlərdə baş vermiş yanğınlarla bağlı silsilə şəkillər çəkirdi. O, "Bibiheybətədə neft fontanının yanğını" , "Balaxanıda neft fontanı", "Şəhər bağında ictimai gəzinti", "Qafqaz rəqsi" xroniki sujetlərin də müəllifidir.

İlk film Bibiheybətdə neft fontanı yanğını.
qısametrajlı sənədli film cəmi 49 saniyədən ibarət idi.

05/03/2018

Sənət dünyasının səbirsizliklə gözlədiyi Oscar 2018 mükafatlandırması dünən öz sahiblərini tapdı.

* Qaliblər

Ən Yaxşı Film

-Call Me By Your Name
-Darkest Hour
-Dunkirk
-Get Out
-Lady Bird
-Phantom Thread
-The Post
-The Shape of Water (*Qalib)
-Three Billboards Outside Ebbing, Missouri


Ən yaxşı rejjisor

-Christopher Nolan - Dunkirk
-Jordan Peele - Get Out
-Greta Gerwig - Lady Bird
-Paul Thomas Anderson - Phantom Thread
-Guillermo Del Toro - The Shape of Water (*Qalib)


Ən yaxşı qadın aktrisa

-Sally Hawkins - The Shape of Water
-Frances McDormand - Three Billboards Outside Ebbing, Missouri (*Qalib)
-Margot Robbie - I, Tonya
-Saoirse Ronan - Lady Bird
-Meryl Streep - The Post


Ən yaxşı kişi aktyor

-Timothee Chalamet - Call Me by Your Name
-Daniel Day-Lewis - Phantom Thread
-Daniel Kaluuya - Get Out
-Gary Oldman - Darkest Hour (*Qalib)
-Denzel Washington - Roman J. Israel, Esq.



Ən yaxşı köməkçi qadın aktrisa

-Mary J. Blige - Mudbound
-Allison Janney - I, Tonya (*)
-Lesley Manville - Phantom Thread
-Laurie Metcalf - Lady Bird
-Octavia Spencer - The Shape of Water


Ən yaxşı köməkçi kişi aktrisa

-Willem Dafoe - The Florida Project
-Woody Harrelson - Three Billboards Outside Ebbing, Missouri
-Richard Jenkins - The Shape of Water
-Christopher Plummer - All the Money in the World
-Sam Rockwell - Three Billboards Outside Ebbing,
Missouri (*Qalib)


Ən yaxşı redaktə

-Jonathan Amos, Paul Machliss - Baby Driver
-Lee Smith - Dunkirk (*Qalib)
-Tatiana S. Riegel - I, Tonya
-Sidney Wolinsky - The Shape of Water
-Jon Gregory - Three Billboards Outside Ebbing, Missouri


Ən yaxşı orijinal ssenari

-Emily V. Gordon, Kumail Nanjiani - The Big Sick
-Jordan Peele - Get Out (*Qalib)
-Greta Gerwig - Lady Bird
-Guillermo del Toro, Vanessa Taylor - The Shape of Water
-Martin McDonagh - Three Billboards Outside Ebbing, Missouri



Ən yaxşı uyğunlaşdırılmış ssenari

-James Ivory - Call Me By Your Name (*Qalib)
-Scott Neustadter, Michael H. Weber - The Disaster Artist
-Scott Frank, James Mangold, Michael Green - Logan
-Aaron Sorkin - Molly’s Game
-Virgil Williams, Dee Rees - Mudbound



Ən yaxşı görüntü rejissoru

-Roger Deakins - Blade Runner 2049 (*Qalib)
-Bruno Delbonnel - Darkest Hour
-Hoyte van Hoytema - Dunkirk
-Rachel Morrison - Mudbound
-Dan Laustsen - The Shape of Water


Ən yaxşı animasiya

-The Boss Baby
-The Breadwinner
-Coco (*Qalib)
-Ferdinand
-Loving Vincent


Ən yaxşı sənədli film

-Abacus: Small Enough to Jail
-Faces, Places
-Icarus (*Qalib)
-Last Man In Aleppo
-Strong Island


Xarici dildə ən yaxşı film

-A Fantastic Woman (*Qalib)
-The Insult
-Loveless
-On Body and Soul
-The Square


Ən yaxşı istehsal dizaynı

-Beauty and the Beast
-Blade Runner 2049
-Darkest Hour
-Dunkirk
-The Shape of Water (*Qalib)


Ən Yaxşı Geyim Dizaynı

-Beauty and the Beast
-Darkest Hour
-Phantom Thread (*Qalib)
-The Shape of Water
-Victoria & Abdul


Ən yaxşı makiyaj və saç dizaynı

-Darkest Hour (*Qalib)
-Victoria & Abdul
-Wonder


Ən Yaxşı Vizual Efekt

-Blade Runner 2049 (*Qalib)
-Guardians of the Galaxy Vol. 2
-Kong: Skull Island
-Star Wars: The Last Jedi
-War for the Planet of the Apes


Ən yaxşı səs qurğusu

-Baby Driver
-Blade Runner 2049
-Dunkirk (*Qalib)
-The Shape of Water
-Star Wars: The Last Jedi



Ən yaxşı səs miksi

-Baby Driver
-Blade Runner 2049
-Dunkirk (*Qalib)
-The Shape of Water
-Star Wars: The Last Jedi


Ən Yaxşı Orijinal Musiqi

-Hans Zimmer - Dunkrik
-Jonny Greenwood - Phantom Thread
-Alexandre Desplat - The Shape of Water (*Qalib)
-John Williams - Star Wars: The Last Jedi
-Carter Burwell - Three Billboards Outside Ebbing, Missouri


Ən Yaxşı Orijinal Mahnı

-Mighty River, Mudbound
-Mystery of Love, Call Me By Your Name
-Remember Me, Coco (*Qalib)
-Stand Up For Something, Marshall
-This Is Me, The Greatest Showman


Ən yaxşı qısa animasiya

-Dear Basketball (*Qalib)
-Garden Party
-Lou
-Negative Space
-Revolting Rhymes


Ən yaxşı qısa sənədli film

-Edith and Eddie
-Heaven is a Traffic Jam on the 405 (*Qalib)
-Heroin(e)
-Knife Skills
-Traffic Stop


Ən yaxşı qısa film

-DeKalb Elementary
-The Eleven O’Clock
-My Nephew Emmett
-The Silent Child (*Qalib)
-Watu Wote (All Of Us)

04/02/2018

Bu gün Akademik Professor Lütfi Zadə - nin doğum günüdür.
Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Birinci dünya müharibəsi illərində Ərdəbildən Bakıya köçüb və burada ticarətlə məşğul olmaq qərarına gəlib. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alaraq onu Bakıya gətirib və kibrit satışını təşkil etməklə özünə yaxşı güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıdakı müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yoldaşı Fanya ilə tanış olub və valideynlərinin razılığı ilə onunla ailə qurub.
Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o Amerika Birləşmiş Ştatlarına gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 97 yaşında dünyasını dəyişmişdir.[4][5] Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir. Bir sıra səbəblərdən alimin nəşinin doğma vətəninə gətirilməsi yubanmışdır. Nəhayət, 28 sentyabrda cənazə San-Fransiskodan Bakıya yola salınmış və 29 sentyabr saat 03 radələrində Bakıya çatdırılmışdır.[6] Həmin gün alimlə AMEA-da vida mərasimi keçirildi. Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak etdi. Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimova nümayəndə qismində çıxış etdi. Dünya şöhrətli alim I Fəxri Xiyabanda torpağa tapşırıldı.

04/02/2018

Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri , Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri , Azərbaycan SSR əməkdar incəsənət xadimi , Azərbaycan SSR xalq artisti,Türkmənistanın xalq artisti, TÜRKSOY-un sədri, Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Polad Bülbüloğlunun doğum günüdür.
Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürmüşdür. ADK-nı bitirmişdir (1968, Qara Qarayevin sinfini). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Azərbaycanın Rusiyadıkı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.
18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

04/02/2018

Bu gün həyatımızın ayrılmaz hissəsinə keçmiş Facebook - un yaranama günüdür.
2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı, aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu.
Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Bu gənc layihəyə ilk olaraq Piter Til investisiya qoydu, daha sonra ödəmə sistemi olan "PayPal"la əməkdaşlıq etməyə başladı. Bütün bunlara o, 500 min dollar vəsait qoydu. Bununla durmadan irəliləmə də əldə edildi. 2010-cu ilin oktyabrında Microsoft şirkəti "Facebook"un 1,6% səhmini 240 milyon dollara aldı. Bu qiymətə həm də 2011–ci ilə kimi Facebookda edilən reklam xidmətləri də daxildir.
"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "Facebook"un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "Facebook"u bu dildə istifadə edə bilərlər.

03/02/2018

Tom Hardy-nin rol aldığı "Venom" karaktərli film çəkimləri artıq bitdi.
Aktyorl bu film üzrə "Ən Yaxşı Kişi Yardımcı Aktyor" naminasıyası üzrə Oscar mükafatı qazanmışdır.
1984 - cü ildə ilk dəfə bu karater yaradılmışdır.
Komik dünyasında, Spider-Man (Peter Parker), Deadpool (Wade Wilson), Parkerin keçmiş sinif yoldaşları Flash Thompson və The Scorpion (Mac Gargan) da daxil olmaqla, bir çox insanlar təsirləndi. Tom Hardy bu filmdə necə olacağı barədə yalnız 2018 -ci ilin Oktyabr ayında vizyona girdiiyi zaman biləcəyik.

02/02/2018

Bu gün Türk aktrisası Dәfnә Coy Foster - in anım günüdür.
Dəfnə Coy Foster "Sehirli Annem" serialı ilə məhşurluq qazanmağa başlamışdır.
Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyənin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkәr Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyun-da Can Qılınc adında bir oğlu olub. 2 fevral, 2011-ci ildə Caddebostanda yazıçı Әhmәd Altan-ın oğlu Kәrәm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dәfnәnin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir. Foster Zincirlikuyu Məzarlığında dəfn edildi.

02/02/2018

Bu gün Livan əslli Kolumbiyalı müğənni, söz yazıçısı, rəqqasə və aktrisa Şakiranın doğum günüdür.
Shakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur.
Son olaraq Shakira, Hollywood Walk Of Fame'də ulduz sahibi oldu və burada ulduzu olan ilk Kolumbiyalı ünvanını qazandı.

02/02/2018

Bu gün Akademik Həsən Əliyevin anım günüdür.
Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvanana əldikdən sonra 1917-1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur.
Əsas elmi yaradıcılığı torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. Cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət vermişdir. Meşə torpaqları sahəsi onun elmi yaradıcılığına daha doğma idi. 1957-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərkibində Meşə torpaqları laboratoriyası təşkil etmiş və 35 ilə qədər bu şöbənin rəhbəri olmuşdur. 1968-ci ildə Coğrafiya İnstitutunun direktoru təyin edilməsi ilə əlaqədar həmin şöbə Coğrafiya İnstitutuna köçürüldü. 1940-1985-ci illər ərzində 751 əsər dərc etdirmişdir.

01/02/2018

Bu gün müğənni və aktyor Rüfət Mehdiyevin anım günüdür.
Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində, Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb . 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.

1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.

01/02/2018

Bu gün Azərbaycan aktyoru və rejissoru, ssenari müəllifi, mətn oxuyan, filmlərin bədii rəhbəri, Azərbaycan Respublikasının xalq artisti Lütfi Məmmədbəyli - nin anım günüdür.
Lütfü Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub. Teatr Texnikumunda (1943-1947), M.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1961-1966) təhsil alıb. 1947-ci ildə bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib,40-cı illərin sonunda bu teatr müvəqqəti olaraq bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub.1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunub və ömrünün sonunadək burada çalışıb. Böyük aktyorluq məktəbi keçmiş Lütfi Məmmədbəyov 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən çox rəhbərlik edib və adı teatr tarixinə şərəflə yazılan böyük aktyor nəsli yetişdirib. L.Məmmədbəyov Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru, televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub. Respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) yaradıcısı olub Lütfi Məmmədbəyov olub - Əlibala Hacızadənin əsəri əsasında 12 seriyalı "İtkin gəlin" filmi çəkib.

Lütfi Məmmədbəyov kinofilmlərdə də çəkilib. “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Göz həkimi”, “Leyli və Məcnun”, “Sehrli xalat” və başqa filmlərdə rol alıb.

Görkəmli sənətkar 2004-cü il fevralın 1-də Bakıda vəfat edib.

01/02/2018

Bu gün Türk musiqiçisi, rok, pop və müasir türk sənət musiqisi sənətçisi, televiziya aparıcısı Barış Mançonun anım günüdür.

31/01/2018

7 ildir Serkan Yılmaz tərəfindən yazılan "Penguen" (Dudullu Post) adlı yumoristik (komediya) jurnalı efirə çıxmağa hazırlaşır. Limon Filminin istehsalında baş rolda olan Özgür Emre Yıldırım, Hazar Ergüçlü, Güven Kıraç, Erkan Can və Serkan Keskin "Dudullu Postası" Blutv'de nümayiş olunacaq.

Erkan Yılmaz və Funda Alpin, rejissorun əvvəlində Leyla və Məcnun rejissorluq sırasına alındığını, ayrıca Özledim və Beş Qardaş adlı komediya dizisini Onur Ünlü idarə edəcəkdir.

Dudullu Postunun ilk hissəsi 26 yanvar Cümə günü Blütv-də.

ANT MAN AND THE WASP Trailer (Marvel 2018) 31/01/2018

“Ant-Man and the Wasp”tan İlk Fragmanı Yayımlandı.
Marvel Cinematik Kainatın "Ant-Man və Huşu" adlı yeni qolunda ilk rəsmi treyler çıxdı. 2015-ci ildə ilk filmi olan auditoriya və tənqidçilər tərəfindən baxılmışdır, dünya miqyasında 519 milyon dollardan çox gəlir əldə etmişdir. İkinci filmdə, rejissoru Peyton Reed -dir, yeni aktyorlar isə Michelle Pfeiffer, Hannah John-Kamen, Walton Goggins, Laurence Fishburne və Randall Park da yeni rol oynayır, baş rolları Michael Peña, Judy Greer, Abby Ryder Fortson, David Dastmalchian, Vanessa Ross və Michael Douglas çəkilirlər. Film 2018 - ci ilin İyul aylarında vizyona girəcəkdir.

ANT MAN AND THE WASP Trailer (Marvel 2018) First Trailer for Ant Man and the Wasp

31/01/2018

Bu gün Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür.
M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib. Bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M.Ə.Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

Vous voulez que votre entreprise soit Entreprise De Médias la plus cotée à Baku ?
Cliquez ici pour réclamer votre Listage Commercial.

Téléphone

Adresse

Nizami Street 203. AF Business House, 3rd Floor
Baku
AZ1000

Heures d'ouverture

Lundi 09:00 - 18:00
Mardi 09:00 - 18:00
Mercredi 09:00 - 18:00
Jeudi 09:00 - 18:00
Vendredi 09:00 - 18:00
Autres entreprises de médias à Baku (voir toutes)
ssamadoff ssamadoff
Baku

ceyhunhsynn ceyhunhsynn
İçəri Şəhər, Qəsr Döngəsi 4
Baku, AZ1000

narmina.idrisova narmina.idrisova
Port Baku
Baku

diamondsmediagroup diamondsmediagroup
Pushkin 13
Baku, 1010

🔹SMM (Sosial Media Marketing) 🔹Event Organization 🔹Photo & Video 🔹Youtube Verlish Cekili

yardim.tv.official yardim.tv.official
Bakı (şəh) 28may (küç, 40)
Baku, YARDIMTV.OFFICIALGM

Hər-bir insanın sevinci, mənim sevincimdir! (İlkin Əliyev) "Yardım TV"

Mekteb_ofis_ressamliq. Mekteb_ofis_ressamliq.
Zire
Baku

description

QAZETA ANALİTİK İNFORMASİYA MƏRKƏZİ QAZETA ANALİTİK İNFORMASİYA MƏRKƏZİ
AZƏRBAYCAN, TÜRKİYƏ, RUSİYA
Baku, 1002

QAZETA AIM 04.03.2010-CU İLDƏ TƏSİS EDİLMİŞDİR.AZƏRBAYCAN VƏ LATVİA RESPUBLİKALARINDA D?

Sozcu.az Sozcu.az
Baku

Sozcu.az saytının məqsədi cəmiyyəti doğru informasiya ilə təmin etməkdir!

Art TV Art TV
Baku

ART TV youtube kanalı mədəniyyət tədbirlərini işıqlandırmaq məqsədilə yaradılıb.