Stomatoloq Dr. Xalilov Ruslan

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Stomatoloq Dr. Xalilov Ruslan, Health & Wellness Website, Arzu Dent klinikası, Abbas Mirzə Şərifzadə küç 241 (2 N-li Tibb Texnikomu ilə üzbəüz), Baku.

06/01/2024
15/11/2023

🔴İnlay – Onlay plomblarının üstünlükləri

🔸Əvvəllər material olaraq amalqam plomblarından istifadə edilirdi. Amalqam plombları gümüş plomblar olaraq tanınır. Bu gümüş plombların tərkibində civə var və baxıldığı zaman xoş görüntü yaratmır. Əslində civə toksik maddə olduğundan hazırkı dövrdə bu materiallardan istifadə edilmir.

🔸Əgər dişinizdə amalqam plomblarınız varsa və ya dişlərinizdə çürüklər varsa, estetik plomblardan istifadə edə bilərsiniz.

🔸Xüsusi metodlarla amalqam plomblarınız çıxardılır və boş qalmış yerlərdə çürüklər varsa təmizlənir. Bu sahənin ölçüsü götürülür və ölçüdən alınan modellə laboratoriya şəraitində keramika tərkibli plomb hazırlanaraq dişin oyulmuş hissəsinə yerləşdirilir. Hazırlanmış bu xüsusi keramika tərkibli plomba İnlay – Onlay Plombları adı verilmişdir.

🔸İnlay plomblar daha kiçik, Onlay plomblar isə daha böyük plomblara verilən addır. İnlay – Onlay Plomblarının üstünlükləri isə çox estetik olması, baxıldığı zaman təbii dişlərdən fərqlənməməsidir. İnlay – Onlay Plombları bir və ya iki seansda icra edilir.

Tel: 055 420 79 98 [Ödənişsiz müayinələr üçün]
Ünvan: Z DENT stomatoloji klinikası, Əsəd Əhmədov küçəsi ( BİZİM MARKETİN arxası)

10/11/2023

🔶️Elastik (yumuşaq və ya neylon) protezlər

🔸️Bioloji uyğunluq — neylon maddəsi tamamilə neytral olduğu üçün allergiya və mədə-bağırsaq problemləri olan vəziyyətlərdə belə rahatlıqla istifadə oluna bilər.
🔸️Estetikdir — protezin ağızda tutulması üçün heç bir metal qarmaq (klamer) və ya kilidə (ataçment) ehtiyac yoxdur deyə protezin estetik görünüşü təmin olunur.
🔸️Möhkəmlik — akril, hətta metal əsaslı bügel protezlərdən fərqli olaraq neylon protezlərin qırılması mümkün deyil. Nümunə olaraq, neylon protezi 7-ci mərtəbədən asfalt zəminə atdığımızda protez qırılmadı.
🔸️Elastiklik — əksər hallarda dəstək dişlər öz yerində düzgün yerləşmir və sərt akril protezin taxılıb-çıxarılması çox böyük problemə çevrilir. Amma neylon protezlərin əhəmiyyətli dərəcədə əyilə bilməyi və ən əsası da yenidən əvvəlki formasını ala bilmə xüsusiyyəti onun ən vacib üstünlüyüdür.
🔸️Dəstək dişlərə zərər verilmir -- dəstək dişlərə qapaq (koronka) qoyulmasına ehtiyac olmadığına görə dişlər maksimum qorunur.
Standart protezlərdə metal qarmaqlar diş minasına sürtünmə nəticəsində dişlər xarab olur, amma neylonun yumşaq olması səbəbi ilə protezlər istifadə edildikcə dişlərə heç bir zərər vermir.
🔸️Yumşaq protezlərin xüsusi forması və daha az mexaniki yüklənmə səbəbi ilə, dişlərdə parodontoz halında istifadə olunması daha məqsədə uyğundur.
🔸️Neylon protezlər daha yüngül və incədir — pasiyentin protezə öyrəşməsi daha tez və zəhmətsiz olur, istifadəsi isə daha rahatdır.
🔸️Dişlərin, protezin və ümumiyyətlə ağızın gigiyenasını təmin etmək daha asandır.

😁Gülmək hər kəsə yaraşır!

📲 055 420 79 98 (Öncədən yazılmaq üçün)
📍 Z DENT stomatoloji klinikası, Əsəd Əhmədov  küçəsi ( BİZİM MARKETİN arxası)

08/11/2023

🔶️Bügel protezlər çıxan protezlərin ən yayılmış növlərindən biridir. Bu protezlər universallığı və komfortlu olması ilə populyardır. Protezlər çeynəmə qüvvəsini həm dişlərə, həm də damağa verir. Bügel protezləri çənədə bir grup dişlər qaldıqda məsləhət görülür.
Bügel protezlərinin bir sıra üstünlükləri vardır ki, bu da onlarin istifadə dairəsini daha da genişləndirir

🔸️Yüksək estetiklik:  Protezin bazisi əlvan metaldan hazırlanır. Bazis danışdığımız zaman və çeynəmə aktında görünmür. Dişlər isə bütün estetik tələbatlara cavab verən kompozit materialdan hazırlanır və təbii dişlərimizin rənginə tam uyğunlaşdırılır. Güldüyümüz və danışdığımız zaman ağız boşluğunda protezin olması bilinmir.
🔸️Dayaq dişlərinin uzun müddət qorunub saxlanması: Protezin hazırlanmasında paralelometr deyilən cihazdan istifadə edilir və onun köməyi ilə çənəyə düşən qüvvə dişlər və damaq arasında bərabər bölünür. Bu da öz növbəsində dişlərin həddən artıq yüklənməsinin qarşısını alır və onların ömrünü uzadır.
Bir çox hallarda dayaq dişlərini yonmaq lazım gəlmir. Dişlər yonulmadan ölçü götürülür və lazım olan yerlərdə dişlərin üzərinə individual klamerlər düzəlir.
🔸️Möhkəmlik:  Protezin karkası metaldan hazırlandığı üçün deformasiyalara qarşı çox davamlı olur.
🔸️Tez uyğunlaşma: Sadə protezlərə nisbətən bu protezlər çox rahat oturduğu və az yer tutduğu üçün uyğunlaşma da tez baş verir.
🔸️Danışan zaman fonetikanın pozulmaması: protezin bazisindəki metal lövhə çox incə və nazik olduğu üçün dilin hərəkətinə heç bir məhdudiyyət yaratmır.
🔸️Çeynəmə aktında rahatlıq və komfort:
Gecə çıxarılmasına ehtiyac olmaması və s.

05/11/2023

😓Yemək yeyərkən əziyyət çəkirsiniz? 
🤐Güləndə ürəkli gülə bilmirsiniz?
🤭Əlinizlə ağzınızı gizləməyə çalışırsınız?

📣Hissəvi və tam dişsiz halda, rahat çeynəmə və gülüşünüzü bərpa etmək üçün protezlərlə bağlı endirimli qiymətlərimizdən faydalana bilərsiniz.

Müraciət üçün mesaj qutusuna və ya 055 420 79 98 nömrəli whatsappa yaza bilərsiniz.

04/10/2023

Dişlərinizdəki qüsurlara görə gülüşünüzü gizlətmədən, rahatlıqla və ürəkdən güləcəksiniz. Dəyərli pasiyentlərimizin çoxsaylı istəklərini nəzərə alıb, yenidən kampaniyamıza davam edirik. Buyurua bilərsiz.

Stomatoloq Dr. Xalilov Ruslan Health & wellness website

16/09/2023

Həm şəxsi, həm iş həyatında gülümsəməyin, gülərüz olmağın necə müsbət təsir etdiyini, uğur gətirdiyini bilirik. Həyatda çətinliklər, sınaqlar təbiidir olacaq, hər zaman gülməyə gücümüz, halımız olmaya bilər. Bəzən gülümsəməyimizlə fərqində olmadan kiminsə qəlbini isitmiş, ümid bəxş etmiş oluruq. Elə isə, xanımlar və cənablar, ilk öncə özünüzə gülümsəyin!

😁Gülmək hər kəsə yaraşır!

📲 055 420 79 98 (Öncədən yazılmaq üçün)
📍 Z DENT stomatoloji klinikası, Əsəd Əhmədov küçəsi ( BİZİM MARKETİN arxası)

Photos from Stomatoloq Dr. Xalilov Ruslan's post 16/03/2023

Pasiyentimizin ağız boşluğunda qeyri-sağlam və qeyri-estetik görünüşlü titan dişlər söküldü, kanal müalicəsi edildi və daha biouyğun və təbii görünüşlü zirkon keramikalarla bərpa xidmətləri həyata keçirildi.

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Arzu Dent Klinikası, Abbas Mirzə Şərifzadə Küç 241 (2 N-li Tibb Texnikomu Ilə üzbəüz)
Baku
AZ1000

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00
Sunday 15:00 - 15:00
Other Health & Wellness Websites in Baku (show all)
Azerturk Medikal Turizm Azerturk Medikal Turizm
Mikayil Refili Kucesi No :27
Baku, 1022

Azerbaycandan Turkiyeye A+ Ozel hastanelere ,Sehir Hastanelerine ve donanimli devlet hastanelerine H

Jane Fox Jane Fox
19 Samir Jafarov, Bakı
Baku, 5659

follow me

Н2 Water Н2 Water
Baku

Генератор водородной воды. 100% сделано в Японии. Высокое качество на долгие годы.

Tətbiqi Kinezioloq Tətbiqi Kinezioloq
Azerbajan
Baku

tətbiqi kinezioloqiya üzrə beynalxalq seminarlarin iştirakcisi olan təcrubəli həkim.təcrüb?

ThetaHealing -ThetaLife ThetaHealing -ThetaLife
28 May Küçəsi 3
Baku

ThetaLife Şəxsi və Mənəvi İnkişaf Mərkəzi

Lifli Lifli
Baku

Biz inanırıq ki, sağlam yemək hər kəs üçün rahat və əlçatan olmalıdır.

Kardioloq doktor Günel Zeynalova Kardioloq doktor Günel Zeynalova
Ellab Diagnostik Tibb Mərkəzi
Baku

Kardioloq doktor Günel Zeynalova Ürəyimizin sağlamlığını əmin əllərə etibar edək.

Doktor Tohid Naemi Doktor Tohid Naemi
Baku

- Manual terapiya (yapon,alman,rus,türk üslubu ilə) - Vakuum Terapiya (küpələrlə masaj) - Hirudo Terapiya (zəli ilə müalicə) - Hicamət terapiya (Kapilyar qanalma) - Diskopatiyalar...

Stom Stom
Suleyman Sanı Axundov
Baku

Akoresh Moto Akoresh Moto
14 Km Salyan şossesi, Bakı
Baku, 1023

follow for more

Radioloq Pakize R. Radioloq Pakize R.
Parlament 76
Baku

Radioloq

Corona VIRUS BAKU Covid-19 Corona VIRUS BAKU Covid-19
Baku

Coronavirus Azerbaijan Covid-19