Radioloq Pakize R.

Radioloq Pakize R.

You may also like

ICd
ICd

Radioloq

Photos from Radioloq Pakize R.'s post 02/05/2021

Aşağı ətraf arteriyalarının tıxanıqlığı.
Ayaq damarlarında yaranan tıxanıqlıqlar periferik arteriya xəstəliyi olaraq da tanınır. Xəstədə heç bir əlamətin olmamasından tutmuş , qanqrenaya qədər yaranan problemlər tıxanmanın yerindən, sayından, tıxanmış damarın uzunluğu ve tıxanıqlığın kəskin ya da xronik olmasından asılıdır.

Anatomiyası: Ürəyimizdən atılan təmiz qan aorta vasitəsi ilə aşağı ətraf arteriyalarına göndərilir. Aşağı ətraf arteriyaları 3 şöbəyə ayrılır:

İliak damarlar: Göbəyin biraz yuxarısından qasığa qədər uzanan sahədə yerləşən ayaqlarımızın əsas damarlarıdır. Bu sahədəki tıxanmalar əsasən siqaret çəkməyə bağlıdır. Bu sahənin tıxanıqlıqları daha çox piyada gəzənda yaranan və qalçadan başlayan ayaq ağrıları yaradır.

Femoral ve popliteal damarlar: Hər iki qasıqdan dizə qədər olan sahədə yerləşən arteriyalardır. Dərin və səthi femoral olaraq iki əsas şaxəsi vardır, səthi femoral arteriya diz səviyəsində popliteal damarla davam edir. Ayaq damar tıxanıqlıqlarının ən çox yarandığı sahədir. Ən çox səthi femoral arteriya tıxanır. Bu sahənin tıxanıqlıqları zamanı daha çox gəzdikdə ve dizaltında hissedilən ayaq ağrıları yaranır.

Krural damarlar (anterior tibial arteriya(ATA), posterior tibial arteriya (PTA), peroneal arteriya (PA)): Diz ilə topuq arasında yerləşən 3 ədəd arteriyadır. Şəkərli diabet xəstələrində ən çox tıxanan bu sahədəki damarlardır. Bu sahədəki tıxanıqlıqlar diz altında yerimə zamanı ağrılara yol açabildiyi kimi, istirahət ağrısı ve ayaq barmaqlarında yara ya da qanqrena ilə də özünü büruzə verə bilər.

Klinik əlamətlər: Ayaq damarlarındakı tıxanıqlıqlar xəstədə bəzən heç bir şikayət yaratmaya bilir. Tıxanıqlıqlar damar diametrinin 50%-dən az olarsa, əsas damarda deyil də yan şaxələrdə olarsa, ya da xəstədə şiddətli tıxanıqlığa baxmayaraq bədənin yaratdığı kollateral damarlar yetərli olarsa bu vəziyyət yarana bilər. Bunun xaricində ayaq damarlarının tıxanıqlıqları iki cür özünü göstərə bilər:

Yerimə zamanı ağrı (klodikasiya): Damardakı daralmanın çox şiddətli olmadığı ya da daralma və ya tıxanmanın yavaş-yavaş yarandığı, kollateralların az yetərli olduğu vəziyyətlərdə yaranır. Ayaqlara gedən qan miqdarı xəstə istirahət edərkən yetərli miqdardadır, buna görə xəstə oturanda ya da yatanda ağrı hiss etməz. Amma xəstə yeriməyə başlayanda ayaq əzələlərinin qan ehtiyacı artır və ayağa geden qan yetərsiz olduğundan ağrı meydana çıxır. Bu ağrı, əsasən xəstə müəyyən bir məsafə yeridikdən sonra başlar, oturup dincələndə keçər. Xəstə yenidən yeriməyə başlayanda ağrı eyni şəkildə yenidən başlayar. Bu növ ağrıya Latınca topallamaq mənası verən "klodikasiya" deyilir.

İşemiya: Tıxanıqlıqların sayının ve şiddətinin çox olduğu ya da kollateralların yetərsiz olduğu vəziyyətlərdə yaranır. Bu xəstələrdə ayağa gedən qan miqdarı çox azalmış olur. Bu miqdar, ayağın istirahətdəki qan ehtiyacını belə qarşılaya bilmədiyindən xəstədə oturarkən və ya yatarkən də şiddətli ayaq ağrısı yaranır. Təcili müdaxilə edilməzsə bu vəziyyət ayaqda yara və ya qanqrena yaranmasına səbəb olur.
Xülasə, yavaş yaranan, tək bir damarda olan və dizin yuxarısındakı damarlarda yerləşən darlıq və ya tıxanıqlıqlar yerimə zamanı ağrıları səbəb olarkən, daha sürətli yaranan, birdən çox damarda olan və dizin altındakı krural damarlarda yerləşən darlıq və tıxanıqlıqlar kritik işemiyaya yol açır. Şəkərli diabet xəstəliyi olanlarda daha çox dizaltı damarlar tıxandığından və kollateral yaranması da az olduğundan daha çox kritik işemiya izlənir.

Digər damarlardakı tıxanıqlıqlar: Bir insanda ayaq damarlarının tıxalı olması əksərən aterosklerozun yayılmış olduğunu göstərir. Bu cür xəstələrin təxminən yarısında ürək damarlarında, dörddə birində də beyin damarlarında da tıxanıqlıq vardır, amma infarkt ya da insult yaranmadığından xəstə bu tıxanıqlıqlardan xəbərsiz olabilər. Bu səbəbdən, periferik damar xəstəliyidiaqnozu alan bütün xəstələrdə yayılmış ateroskleroza qarşı medikamentoz müalicə yazılmalı, xəstənin çəkisini azaltmasına və siqareti bıraxmasına nail olunmalı və mütləq ürək və beyin damarları incələnməlidir. Çünki bu xəstələrdə, bəzi hallarda ayaq damarlarından əvvəl ürək ya da beyin damarlarına müdaxilə etmək lazım gələ bilər.

Diaqnoz: Periferik damar xəstəliyini ABI indeksi ilə ölçülüb diaqnoz qoyulur. Diaqnoz qoyulduqdan sonra radioloji metodlarla tıxanıqların daralma və ya tam tıxanma olduğu ayırd edile bilinir, darlığın dərəcəsi təsdiqlənir, tıxanıqlıqların sayı, uzunluqları və yerləşimləri aşkarlanır. Bütün bu məlumatlar xəstənin klinik əlamətləri ilə birlikdə dəyərləndirildikdən sonra xəstədə hansı müalicə növünün tətbiq olunacağına qərar verilir.

Müalicə: Periferik damar xəstəliyində müalicə iki istiqamətdə aparılmalıdır. Bir yandan xəstədə ayaq damar tıxanıqlığı səbəbi ilə yaranan vəziyyət uyğun metodlarla müalicə edilməli, diger tərəfdən yayılmış ateroskleroz ilə mübarizə edilməli ve xəstədə əlavə ürək və beyin damar tıxanıqlıqları araşdırılaraq, lazım gələrsə müalicə edilməlidir.

Ayaq damar tıxanıqlıqlarının müalicəsi: Xəstədə damar tıxanıqlığına bağlı şikayətlərin aradan götürülməsi üçün 3 metod vardır:
1.Dərman və idman müalicəsi
2.Endovaskulyar (damar içindən müalicə)
3.Cərrahi əməliyyat.
Dərman və idman müalicəsi əsasən şikayəti olmayıb, təsadüfən aşkarlanan xəstələrdə və ya xəfif şiakyəti olanlarda tətbiq olunur.
Ciddi şikayəti olanlarda isə endovaskulyar ya da cərrahi müalicə seçilir. Əvvəllər cərrahi müalicə çox daha geniş istifadə olunsa da hazırda bir çox hallarda yerini endovaskulyar müalicəyə buraxmışdır. Endovaskulyar müalicədə ən sıx işlədilən metod balon ya da stent ilə edilən angioplastika müdaxiləsidir.

Ayaq damar tıxanıqlıqlarında müalicə seçimi:
Bir tıxanıqlığın hansı üsulla müalicə edileceyini təsdiqləyən ən önəmli kriteriya tıxanıqlığın yerleşməsi ve uzunluğudur. Əsasən çox uzun tıxanıqlıqlar cərrahiyyə ilə, daha qısa olanlar da angioplastika iləmüalicə edilir. Günümüzdə uzunluğu 15sm-ə qədər olan tıxanıqlıqların angioplastika ilə müalicə edilməsi tövsiyyə olunur. Daha uzun tıxanıqlıqlarda cərrahiyyə düşünülməlidir. Tıxanıqlığın yerleşməsi də önəmli məqamdır. Qalça və diz oynağı kimi hərəkətli nahiyələrə stent yerləşdirmək problemlidir. Bu nahiyələrdəki tıxanıqlıqlarda əvvəlcə cərrahi müdaxilə seçilməlidir. Müalicə növünə təsir edən digər bir amil də xəstənin klinik vəziyyətidir. Bəzi xəstələrdə ayaq tıxanıqlığı ilə bərabər ürək və ağciyər problemləri olduğundan cərrahi əməliyyat riskli ola bilər. Bu xəstələrdə angioplastika sınana bilər. Bəzi vəziyyətlərdə isə xəstədə tıxanıqlıqların bir qisminin cərrahi metodla bir qisminin də angioplastika ilə müalicə edilmesi lazım gələ bilər. Periferik damar xəstəliyində hansı üsulun seçiləcəyi mövzusunda hər zaman bir damar cərrahı və bir invaziv radioloqun fikri alınmalıdır.

Yayılmış aterosklerozun müalicəsi: Periferik damar xəstəliyində ürək və beyin damarları da tez-tez tutulduğundan bu xəstələrdə sistemik aterosklerozla aktiv olaraq mübarizə aparılmalıdır. Günümüzdə periferik damar xəstəliyi diaqnozu qoyulan bir xəstə infarkt ya da insult keçirmiş bir xəstə kimi qəbul edilməkdədir. Bu xəstələrdə əvvəlcə yüksək təzyiq, diabet, xolesterolun yüksəkliyi kimi risk faktorları araşdırılır ve lazım gələrsə dərhal dərman müalicəinə başlanır. Periferik damar xəstələrində xolesterol normal olsa belə xolesterol dərmanının verilməsi tövsiyyə olunur. Aterosklerotik plaklar laxtalanmayı artıra bildiyindən bu xəstələrin əksəriyyətinə qan durulducu dərmanlar verilir. Xəstələrin mütəmadi idman etməsi, kilo atması, siqaretdən uzaq durmasına nail olunmalıdır.

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Website

Address

Parlament 76
Baku
Other Baku clinics (show all)
Tolerant Pharma Tolerant Pharma
Baku

Dərman, Qida

Aquamarisaz Aquamarisaz
Азербайджан
Baku, AZ1000

🤧 Uşaqlar və böyüklər üçün QRİPİN və SOYUQDƏYMƏNİN profilaktik həlli 🌊 Аkva M

Azestetik Azestetik
Həsən Əliyev K. 3
Baku, 1002

Artıq 10 ildir fəaliyyət göstərən AzEstetik Group sizin üçün dünyanın ən müasir texnologiyalarını, ən yeni avadanlıqları təqdim etdik.

Stomatoloq Dr. Xalilov Ruslan Stomatoloq Dr. Xalilov Ruslan
Arzu Dent Klinikası, Abbas Mirzə Şərifzadə Küç 241 (2 N-li Tibb Texnikomu Ilə üzbəüz)
Baku, AZ1000

Cosmetology Cosmetology
Nerman Nermanov
Baku, 1149

косметология

Health and Science Initiatives LLC Health and Science Initiatives LLC
Tbilisi Pr. , 35, ASK Plaza, Regus
Baku

Məqsədimiz: Tibbi xidmətlərinin optimallaşdırılması və əhalinin sağlamlıq təbəqəsinin yüksəlməsi İctimai səhiyyə və elm sahəsində faydalı layihələr və təşəbbüslərin həyata keçirilm...

TWINky Smiles TWINky Smiles
"ELMED" Tibb Mərkəzi
Baku

sasmedical sasmedical
Albert Aqarunov 14a
Baku, 1052

Tibbi cihazların SATIŞI, TƏMİRİ, İCARƏSİ. SAS Medical-ı seçin işinizi peşəkar əllərə etibar edin.

Hiperson Tea - Azərbaycan Hiperson Tea - Azərbaycan
Baku, 1005

Hiperson Tea - Azərbaycan Məhsullar haqqında məlumat və sizin üçün 50%-ə qədər endirimlər üçün bizimlə əlaqə saxlayın. 🚚🚚 Sürətli sifarişlər - Çatdırılma Pulsuz - Çatdırılmada nəğd...

Apteklab.az Apteklab.az
Tebriz 87
Baku

Axtardığınız bütün dərmanlar bir ünvanda

XGAME888o2 XGAME888o2
265/98
Baku

การันตี มั่นคง ปลอดภัย100%