Prive RA Consulting MMC

Biznesinizdə daha böyük uğurlara imza atmaq istəyirsinizsə, ona daha çox vaxt ayırın, qalan

Xidmətlərimiz:
Maliyyə konsaltinqi, Mühasibat uçotu, Hüquqi konsaltinq, Müqavilə hüququ, HR konsaltinq, Hüquqi şəxslərin qeydiyyatı və ləğv edilməsi

Photos from Prive RA Consulting MMC's post 16/12/2022
16/03/2022

Hüquq konsaltinqi müqavilə münasibətlərinin tam məxfi saxlanmasınıı təmin edərək, fiziki və hüquqi şəxslərə biznesin müdafiəsinə və onun effektiv inkişafına yönəlmiş geniş spektorda peşəkar hüquqi xidmətlər təklif edir

17/02/2022

Prive RA Consulting sizə sevdiyiniz işləri böyütmək üçün zəruri xidmətləri təklif edir.

07/02/2022

Mülki Məcəllənin 59-cu maddəsinə əsasən hüquqi şəxs aşağıdakı hallarda ləğv oluna bilər:
-Təsisçilərinin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanının qərarı ilə;
-Hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
-Müflis elan olunduqda.

31/01/2022
31/01/2022

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır.

29/12/2021

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

16/12/2021

08/12/2021

Prive RA Consulting insan resursları sahəsində aşağıda göstərilən xidmətləri təklif edir:

• əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
• əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ilə yaranmış problemlərin həlli;
• kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsində ekspert qismində iştirak və zəruri məsləhət və rəylərin verilməsi;
• əmək müqaviləsinin tərtibi və onun elektron qeydiyyatdan keçirilməsi;
əmək şəraiti, əmək funksiyalarının müəyyən olunması ilə bağlı hüquqi xidmətlərin göstərilməsi;
• işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin tənzimləməsində hüquqi xidmətlərin göstərilməsi;
• əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
• müəssisədə işçilərin ixtisar aparılmasının hüquqi tənzimlənməsi ;
• kadr kargüzarlığının aparılması;
• əmək və icra intizamının təmin edilməsi qaydalarının hüquqi tənzimlənməsi;
• işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
• əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatının hüquqi tənzimlənməsi;
• kollektiv əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
• fərdi əmək mübahisələrinin həlli qaydalarının hüquqi tənzimlənməsi;
• işçilərin sosial sığorta olunmasının tənzimlənməsi;
• əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli.

Prive RA Consulting eyni zamanda əcnəbi işçilərə və onları işə götürən yerli və xarici müəssisələrə miqrasiya xidmətləri də təklif edir:

• Əcnəbilər üçün sənədlərin tərtib edilməsində köməklik edilməsi, müvəqqəti yaşayış üçün icazələrin, iş icazələrinin alınması, vizanın uzadılması, müvəqqəti yaşayış icazəsinin uzadılması, yaşayış yeri üzrə qeydiyyatın aparılması.

08/12/2021

Azərbaycanda 11 ayda 8 minə yaxın hüquqi şəxs fəaliyyətini bərpa edib
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 7 780 vahid təşkil edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 2,5% artıb.

Bu il dekabrın 1-nə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artıb, xüsusi çəkisi isə 59,8%-ə yüksəlib. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15,7% artıb. Ümumiyyətlə, müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3% artaraq 41 543 vahid təşkil edib.

Bu ilin dekabrın 1-nə 16 732 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib, fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb. Yanvar-noyabr ayları ərzində dövlət qeydiyyatından keçmiş 999 xarici investisiyalı kommersiya hüquqi şəxsin 33,1%-i ticarət, 26,8%-i xidmət, 12,1%-i tikinti, 10,7%-i sənaye, 4,8%-i rabitə, 12,5 %-i isə digər sahələrdə fəaliyyət göstərir.
Yanvar-noyabr ayları ərzin də yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 723 yerli investisiyalı MMC (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5% çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16%, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 17,9% təşkil edib

24/11/2021

Prive RA consulting öz partnyorlarına yüksək keyfiyyətli və sərfəli qiymətli əmək müqavilələri hazırlamağı və elektron qeydiyyat məsələlərini sadə yolla həll etməyi təklif edir. Beynəlxalq normalara uyğun və yerli qanunvericilikdəki bütün tələblərə cavab verən fərdi və kollektiv əmək müqavilələri şirkətimiz tərəfindən müştərilər üçün əlçatandır!
Şirkətimiz həm hüquqi, həm də fiziki şəxslər üçün xidmət müqavilələri hazırlayır. Xidmət müqaviləsi hazırlayarkən hər iki tərəfin, yəni həm sifarişçinin, həm də icraçının görüləcək işlə bağlı bütün hüquq və öhdəliklərini özündə əks etdirməsi və tərəflərin razılığı bizim üçün əsas meyardır.
Müqavilələrin ekspertizası zamanı bu müqavilələrə bir neçə peşəkar əməkdaşımız baxır. Sonrakı mərhələdə vəkillərimiz müqavilənin müddəalarını diqqətlə nəzərdən keçirirlər.
Yuxarıda qeyd edildiyi kimi, bəzi hallarda müqavilədə boşluqlar aşkar olunur. Hüquqşünaslarımız da bu boşluqları müqavilənin və qanunvericiliyin mahiyyətinə zidd olmayan bir şəkildə doldurmağı məsləhət görürlər. Bu prosesi həyata keçirərkən, Prive RA consulting yalnız müştərilərin deyil, qarşı tərəfin də hüquqlarına hörmət edir və dürüstlük prinsipinə əməl edir.
Bir qayda olaraq, müqavilə ekspertizasında gələcəyinizə və karyeranıza qərar verdiyiniz üçün bu məsələdə ən yüksək səviyyədə hüquqi xidmət və məmnuniyyət təqdim edirik.

24/11/2021

Azərbaycanda nağdsız ödənişlərin həcmi 8 milyard manatı ötüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 8,370 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 32 mln. manatı ATM-lər, 3,120 mlrd. manatı POS-terminallar, 5,218 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Təkcə oktyabrda 1,154 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da sentyabr ayı ilə müqayisədə 4,2% çoxdur. Oktyabrda nağdsız ödənişlərin 2 mln. manatı ATM-lər, 349 mln. manatı POS-terminallar, 803 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, oktyabrda ATM-lər vasitəsilə və elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekordlar qeydə alınıb

24/11/2021

İnzibati Xətalar Məcəlləsinə yeni cərimə növünün əlavə edilməsi təklif edilir
Məcəlləyə təklif edilən 539.1-1-ci maddədə qeyd edilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən əməl edilməməsinə görə vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə ediləcək.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

12/11/2021

Müqavilə hüququ xidmətləri bütün növ müqavilələrin tam hüquqi müşayiətini təmin edir.
• Alqı-satqı, borc, icarə, sifariş, podrat, konsessiya, əməkdaşlıq müqavilələri, Françayzinq müqavilələri, agentlik razılaşmaları
• Konfidensiallıq, kommersiya sirri barədə müqavilələr, əmtəə və ya xidmətlərin təchizatı üçün razılaşmalar kimi kommersiya müqavilələrinin, əmək müqavilələri
• Məcburi hüquq və bu hüquqla bağlı olan digər xidmətlər
• Əşyanın özgəninkiləşdirilməsi zamanı göstərilən hüquqi xidmət
• Əqdlərin tərtibi, bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı məsələlərin tənzimlənməsi;
• Müqavilələrin ekspertizası,icra prosesində olan müqavilələrin hüquqi auditi, mövcud olan hüquqi risklərə dair hesabatın tərtib olunması
• Kontragentlərlə danışıqların hüquqi müşayiəti; · Müqavilə üzrə öhdəliklərin icrasında yaranmış mübahisələrin həlli üzrə hüquqi məsləhətlərin verilməsi.

29/10/2021

,
Risklərin idarə olunması (risk-management) - xoşagəlməz nəticələrin meydana çıxması ehtimalının azaldılmasına və qərarların qəbulu zamanı mümkün itkilərin minimuma endirilməsinə istiqamələnmiş idarəetmə qərarlarının qəbulu və həyata keçirilməsi prosesidir.
Risklərin idarə edilməsi biznesin lazımi mədəniyyət və insfrastrukturunu yaratmaqla, aşağıdakı məqsədlərə nail olmağı nəzərdə tutur:
1. Risklərin yaranmasının əsas səbəb və amillərinin tədqiqatı və ortaya çıxarılması;
2. Risklərin müyyən edilməsi, analizi və qiymətləndirilməsi;
3. Həyata keçirilmiş qiymətləndirilmə əsasında qərarın qəbul edilməsi;
5. Risk əleyhinə idarəedici təsirlərin hazırlanması; Planlaşdırılmış işlərin icrasının yoxlanması
6. Risklərin münasib səviyyəyə endirilməsi;
7. Risklərin idarə olunması ilə bağlı nəzərdə tutulmuş proqramın həyata keçirilməsinin təşkili;
8. Risk qərarlarının nəticələrinin analizi və qiymətləndirilməsi.
Risklərin idarə edilməsi sisteminin tətbiqi müəssisənin inkişafının stabilliyinin təmin olunmasına, riskli şəraitlərdə qərar qəbulunun əsaslılığının yüksəldilməsinə və maliyyə vəziyyətinin yaxşılaşdırılmasına imkan verir. Bu baxımdan, risklərin idarə edilməsi sistemi şirkətin gündəlik idarəedilmə sisteminə inteqrasiya edilməlidir.

19/10/2021

“1C” proqram təminatı nədir:
Hər kəsin “Бухгалтерия” proqramı kimi tanıdığı “1C” özündə çox daha geniş funksiyaları birləşdirən, müəssisə və təşkilatlarda fəaliyyətin avtomatlaşdırılması məqsədilə istifadə olunan proqram təminatıdır. Bütün əməliyyatlar bir platformada həyata keçir. Platformada işləmək olduqca sadə və rahatdır. “1C” əməyin məhsuldarlığını artırır, məlumatların dəqiqliyini yüksəldir, müxtəlif proseslərin təhlilinə və planlamasına imkanı yaradır. Hələ 90-cı illərdə ilk proqram məhsullarını satışa çıxarmış şirkət platformanın çoxsaylı və yenilənən konfiqurasiyaları (1С:Бухгалтерия, 1С:Документооборот, 1С:Зарплата и управление персоналом, 1С:Управление нашей фирмой, 1С:Розница, 1С:Управление торговлей, 1С:Комплексная автоматизация) ilə müəssisənin fəaliyyət spesifikasına uyğun olaraq seçim etməsini təmin edir.
Bu sistem bizə aşağıdakı sahələrdə avtomatlaşdırmanı təşkil etməyə kömək edir
• Mühasibatlıq: maliyyə və vergi uçotu
• Sənəd dövriyyəsi
• Ticari proseslər, anbar uçotu
• İstehsalat xərcləri və proseslərinin uçotu
• Satınalma və daşınma proseslərinə nəzarət
• Maliyyə planlaması və hesabatı
• Kadr uçotu, ştatın idarə olunması, maaşın hesablanması
• Müştəri ilə qarşılıqlı fəaliyyətin idarə olunması və s.

Want your business to be the top-listed Business in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Telephone

Address


Ünvan: Heydər Əliyev, 152, Nizami, AZ1029, Çinar Plaza
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Other Business Services in Baku (show all)
Gömrük Broker Xidməti Gömrük Broker Xidməti
Salyan şossesi, Bakı Baş Gömrük İdarəsinin Yanı
Baku

ND İnşaat ND İnşaat
Əhməd Rəcəbli 19A
Baku, AZ1052

"ND İnşaat" ev və ofislərin təmiri, fərdi mənzillərin tikintisi üzrə ixtisaslaşmışdır.

Leyla lll Leyla lll
Baku

ITyourway ITyourway
NY New Yasamal
Baku

Bringing Italian taste and quality to Azerbaijian and beyond �

Luna Event Luna Event
Baku

Luna Evenet

Переводческие услуги Переводческие услуги
Улица Асада Ахмадова, 24Б, квартира 548
Baku, AZ1006

Перевод текстов любого содержания с английского языка

Huseyinciler Mebel Huseyinciler Mebel
Baku

Her nov mebel sifarisi

Moon Clore Moon Clore
Baku

Ordan Burdan Ordan Burdan
Az
Baku

Metbexim Metbexim
Baku, 1001

Kuryer Turkaz Kuryer Turkaz
📍 Nərimanov Rayonu
Baku

� Turkaz Kuryer xidməti istənilən növ geyim, parfum, ərzaq, yemək, bijuteriya, sənəd, apte