Turmenecer.ol

Turmenecer olmaq istəyirsən? Biz sənə bu işi bütün xırdalıqları ilə öyrədəcəyik.

Photos from Turmenecer.ol's post 05/06/2024

Lavanda tarlası - Fazilənin izi ilə 🤭
Məsləhətlərimi paylaşıram ⬇️
Deməli dostlar, keçən bazar Essenso Lavanda tarlasını görmək üçün Qəbələyə getdik. Monteneqrodakı famtrip-dən qazandığımız dostlarla 1 günlük Qəbələ səfəri planladıq.
Sürət qatarı ilə səhər gedib axşam qayıtdıq, qatar tam hərəkət cədvəlinə uyğun yola düşdü, gecikmə olmadı.
✅️ ekonom zalda 2 tərəfə qatar bileti 28 AZN. Şəxsiyyət vəsiqənizi üzərinizdə götürməyi unutmayın. Oturacaqlar rahat deyildi - komfortuma çox düşkünəm deyəsən :) amma biznes oturacaqları rahat imiş, biznesdə səyahət edən varlı rəfiqəm Fazilə verdi bu bilgini 🫠
✅️ İlk öncə Tufandağa yollandıq. Kanatla yuxarı qalxdıq - qiymət 1 nəfər 19 azn, uşaq üçün 3-4 azn endirim var. Mənzərə və hava möhtəşəm idi. Ümumiyyətlə Qəbələni çox sevirəm mən. Həm təmiz, səliqəli, həm də mənzərə kimi gözəl şəhərdir. İnsanın ruhu dincəlir burda. Deməli yuxarıda leysan başladı, təxminən 1-1.5 saat kanat işləmədi. Biz aşağı düşəndə düşündük ki, həmin gün lavanda tarlasını unudaq, yağışlı havada əraziyə daxil ola bilməyəcəkdik. Amma taksi sürücümüz bizi sevindirdi ki, Essenso tərəfdə ümumiyyətlə yağış olmayıb. Beləliklə Lavanda ərazisinə yol aldıq.
✅️ Essenso-ya giriş 7 AZN-dir. Bu qiymətə qapılarda və ödənişsiz yerlərdə şəkil çəkdirmək daxildir. Amma yelləncəklərdə bloggersayağı kreativ şəkillər çəkdirmək istəyənlər hər dekor üçün əlavə 3-4 azn ödəniş etməlidirlər. Bileti alanda çəkiliş üçün də kassada ödəniş edirsiniz. Bizim cəmi yarım saatımız var idi, sahəyə girməklə kifayətləndik, 1-2 şəkil çəkdirdik, Essenso təbii lavanda məhsulları ilə tanış olduq:
Lavanda balı - 15 azn (kiçik banka), krem və lasyonlar isə fərqli qiymətlərə idi. Balı ailə üzvlərim bəyəndilər. Ərazidə lavanda məhsullara mütləq incələyin, bizim çox vaxtımız yox idi deyə ötəri göz gəzdirə bildik, ödəniş giriş bileti üçün kart keçərlidir, amma lavanda məhsulları üçün nağd ödəniş qəbul edirdilər. Yerli istehsal brendlərin sayının artması məni çox sevindirir. Ölkə xaricinə qonaq qismində səfər edəndə yerli istehsal məhsulları hədiyyə aparmağı sevirəm, qürur hissi keçirirəm ki, bəli, öz istehsalımızdır.
✅️Tarladan işıq sürəti ilə vağzala qayıtdıq.

Sektora ziyan vuran viza alverçiləri; Görüş yerləri qat-qat baha satılır… – TURİZMÇİLƏR DANIŞIR | Turizmplus.az 01/06/2024

Dostlar, dəyərli həmkarlar.
Bu sezon Səfirliklərdə viza görüşləri satışının qarşısı alınması üçün əlimizdən gələni edəcəyik. Ciddi mübarizə aparırıq, bütün turizmçiləri bu halla mübarizəyə dəvət edirəm. Biz susduqca vəziyyət daha p*s hal alacaq, digər profillərə də sirayət edəcək.
Bildiyiniz kimi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Getmə Turizm Komitəsi yeni tərkibdə formalaşdırılıb. Bizim şirkətimiz də həmin tərkibdə yer alır. Bu mübarizəni aparmaq, turizm sahəsində qarşılaşdığımız çətinliklərin həllinə nail olmaq, hər birimizin işini asanlaşdırmaq komitəmizin əsas vəzifəsidir.
Əgər kontaktımda olan turizmçi həmkarlardan bu halla qarşılaşanlar varsa mənə şəxsi mesajda bilgi vermələrini xahiş edirəm.
Bilgi verən şirkətin tam konfidensiallığını qoruyacam.
Əgər gücümüzü birləşdirməsək mübarizəmiz nəticə verməyəcək.

Sektora ziyan vuran viza alverçiləri; Görüş yerləri qat-qat baha satılır… – TURİZMÇİLƏR DANIŞIR | Turizmplus.az Son aylarda turizm sənayesində viza görüş yerlərinin tutulub-saxlanılması və qeyri-qanuni, dəyərindən 10 dəfələrlə artıq qiymətə satılması faktları geniş vüsət alıb. Turizmplus.az bu faktlarla bağlı turizm sənayesinin qabaqcıl nümayəndələri arasında sorğu keçirib...

Photos from Turmenecer.ol's post 15/05/2024

"R-travel&Tours" Azərbaycan şikətinin təşəbbüsü ilə İordaniyada famtrip famtrip keçirilib.

"R-travel&Tours" Azərbaycan şikətinin təşəbbüsü və İordaniya turizm bürosunun dəstəyi ilə aprel ayinin 23-30-aralığında İordaniyada Azərbaycan şirkətləri üçün famtrip və "workshop" keçirilib.

Tədbirin əsas dəstəkçiləri olan Azərbaycanın İordaniyadakı səfiri cənab Eldar Səlimov, İordaniya turizm bürosunun əməkdaşları Ahmad Alhmoud və Majd Abu Arqub, İordaniyanın Nümayəndələr Palatasının (Parlament) üzvü Majdi Nawras Jeries AL Yaqoub, Amman Ticarət Palatasının Sədrinin birinci müavini Bahjat Hamdan yerli şirkətlərimizlə axşam yeməyində görüşüblər, qarşılıqlı əməkdaşlıq məsələlərini müakirə ediblər. Həmçinin səfirimiz cənab Eldar Səlimov Famtrip üzvlərini Azərbaycanın İordaniyadakı səfirliyinə dəvət edərək Azərbaycan və İordaniya arasında turizm münasibətlərinin inkişafı üçün əlindən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirib.
Famtrip müddətində Azərbaycanın turizm şirkəti rəhbərləri, medya nümayəndəsi və tanınmış səyahət bloggerləri İordaniyanın əsas turistik mərkəzləri və lyuks otelləri ilə tanış olublar. Əmman şəhərinin Fairmont otelində baş tutan Workshop zamanı isə yerli turizm şirkətləri İordaniyanın aparıcı turagentlikləri ilə b2b görüşlər keçirib, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər, müqavilələr imzalayıblar.
"R-travel and Tour" şirkətinin direktoru Əbülfət Hüseynov Azərbaycanla İordaniya arasında qarşılıqlı turist mübadiləsinin hər iki ölkə üçün çox uğurlu olacağını, münasibətlərin birbaşa uçuş reysləri ilə dəstəklənəcəyi halda daha yüksək nəticələr əldə ediləcəyini düşünür.

Photos from Turmenecer.ol's post 24/04/2024

Çox maraqlı destinasiyadır İordaniya.
Tarixi, dənizi, ən önəmlisi də mehriban və dostcanlı vətəndaşları ilə İordaniya özünü sizə çox sevdirəcək. Burda insanlar hər şeydən öncə Vətən sevgisi ilə birləşib sonra dinlərə bölünüblər. "Hər şeydən əvvəl mən İordaniyalıyam" deyə bilirlər. Küçədə gəzdikdə insanların mehriban baxışlarından zövq alırsınız. Sanki hər kəs hər kəsə kömək etmək istəyir. Hələ ki, səyahətimizin ikinci günündəyik, amma bu ölkə sehrləyə bilib bizi 🇯🇴❤️🇦🇿

.ol

17/04/2024

✈️✅️Karyera inkişafı yönümlü Turmenecer üçün 9 qızıl məsləhət:

1. Məhsulunu tanı: Müştəriləriniz üçün mövcud olan uçuş, qonaqlama, nəqliyyat variantlarını araşdırın, öyrənin. Satdığınız məhsullar haqqında nə qədər çox bilsəniz, onları müştərilərinizin ehtiyaclarına daha yaxşı uyğunlaşdıra bilərsiniz.
2. Yeniliklərdən xəbərdar ol: Ən son səyahət tendensiyaları, destinasiya məlumatları, viza tələbləri və səyahət məhdudiyyətləri ilə bağlı məlumatları mütəmadi yeniləyin. Məlumatlı olmaq müştərilərinizə dəqiq və tələbəuyğun məsləhətlər verməyinizə kömək edəcək.
3. Müştəri ilə yaxın münasibət qur: Mükəmməl müştəri xidməti və fərdi tövsiyələr verməklə müştərilərinizlə güclü əlaqələr yaradın. Müştəridə güvən və rahatlıq hissi yaratmaq təkcə eyni müştərinin təkrar müraciətləri ilə deyil, həm də tövsiyələrlə nəticələnəcək və yeni müştərilər gətirəcək.
4. Əlavə, amma dəyərli Xidmətlər Təklif et: Müştərilərinizin səyahət təcrübəsini yaddaqalan etmək üçün marşrut planlaması, səyahət sığortası, hava limanı transferləri və ekskursiyalar kimi əlavə xidmətlər təqdim edin. Tur rezervasiyasından əlavə təkliflər vermək sizi onlayn bron platformalarından fərqləndirəcək.
5. Əlçatan ol, vaxtında cavab ver: Telefon, e-mail və sosial media kimi bir çox kanal vasitəsilə müştəriləriniz üçün əlçatan olun. Sorğulara dərhal cavab verin və səfərdən əvvəl, səfər zamanı və səfərdən sonra yarana biləcək hər hansı narahatlıqlara anında müdaxilə edin. Bəli, bəlkə də problemi həll edə bilməyəcəksiniz, amma bu həssaslıq səviyyəniz sizin müştəri məmnuniyyətinə nə qədər önəm verdiyinizi nümayiş etdirəcək.
6. Şəffaf satış siyasəti yürüt: Qiymətlər, ləğvetmə şərtləri və səyahət müqaviləsi ilə bağlı hər hansı potensial risklər və ya məhdudiyyətlər haqqında aydın, dolğun və dürüst məlumat verin. Şəffaflıq inam yaradacaq və müştərinizin gözləntilərini idarə etməyinizə kömək edəcək.
7. Çevik ol: Müştərilərinizin planlarında gözlənilməz vəziyyətlərə və dəyişikliklərə uyğunlaşmağa hazır olun. Mükəmməl müştəri xidməti göstərmək və müştəri məmnuniyyətini təmin etmək üçün çeviklik və problem həll etmə bacarıqları çox vacibdir.

17/04/2024

“R-travel & Tour” MMC incoming manager (gəlmə turizm) vakansiyası elan edir.

Əmək haqqı: 600 azn sabit maaş + satışdan bonus
(turizm iş təcrübəsi tələb olunmur, şirkət daxili təlim veriləcək)
Tələblər:
- İngilis, Rus, Azərbaycan dili biliyi (yüksək səviyyə/ yazılı və şifahi)
- Kompyuter bacarıqları (Microsoft office, Enternet explorer – yüksək səviyyə)
- Baza turizm anlayışı (təcrübə tələb olunmur)
- Sosial şəbəkələrdən aktiv istifadə bacarığı
- Pozitiv və yüksək enerji
- Komandada işləmək bacarığı

Öhdəliklər:
- Xarici partnyorlardan sorğuların qəbul edilməsi, cavablandırılması
- Turpaketlərin yığılması
- Otellərlə müqavilələrin bağlanması və yazışmaların aparılması

Cv-lərinizi “incoming manager” başlığı altında [email protected] mail ünvanımıza göndərməyiniz xahiş olunur.

17/04/2024

“R-travel&Tour” şirkəti Layihələr üzrə assistent vakansiyası elan edir!

Əmək haqqı: 600 azn

İş təcrübəsi tələb edilmir

Tələblər:

- Pozitiv düşüncə tərzi

- Gülər üz

- Yüksək səviyyə Azərbaycan, Rus və ingilis dili biliyi (yazılı və şifahi)

- Orta səviyyə Microsoft Office proqramları biliyi (Word, PowerPoint, Excel, Outlook)

- Sosial şəbəkələrdən aktiv istifadə bacarığı

- İnternetdə güclü məlumat axtarış bacarığı

Vəzifə öhdəlikləri:

Layihənin ümumi gedişatına nəzarət, yaranan çətinliklərin həll edilməsi;

Mesajların və e-maillərin cavablandırılması;

Rəhbərliyin və koordinatorun müəyyən etdiyi və ya təyin etdiyi digər əlaqəli gündəlik işlərin yerinə yetirilməsi

cv-lər üçün: [email protected]

11/04/2024

Xoş gəldin, 35 😇
Daxili hüzur, yeni səyahətlər, yeni layihələr, yeni və gözəl tanışlıqlar gətir ❤️
Dəyərlərimi, dəyərlilərimi, köhnə və özəl münasibətlərimi qoru, möhkəmləndir.
Bütün sərhədlərimi aşacağım yaş ol 😇
Məni dəyişdir, inkişaf elətdir, yeniliklərə açıq et 😎

Photos from Turmenecer.ol's post 01/01/2024

8 ölkəxarici, 6 ölkədaxili səyahətlə başa vurdum 2023-ü🤩
Ən sevdiyim səyahət fotolarımı bir posta topladım və sizinlə paylaşıram 🤩

Hərtərəfli dəyişik il oldu mənim üçün 2023;

✅️Müqəddəs Şuşa torpağına ayaq basdım, mən Qarabağlı deyiləm, amma Qarabağlıyam!

✅️4 layihə üzrə işlədim, uğursuz layihələrim də oldu, amma nə yaxşı ki, uğursuzluq məni yeni addımlardan çəkindirə bilmir, əksinə, bəlkə də bir az inadına irəli :)

✅️Daşkənddə filialımızı açdıq və yeni ölkədə yepyeni bir təcrübə oldu mənim üçün

✅️Turmenecerol blogumda online təlim paketlərim vardı və öz təcrübəmi gələcəyin turmenecerləri ilə paylaşırdım, amma 2023-cü ildən formatı genişləndirib təlim mərkəzi kimi fəaliyyətə start verdik. Turizmimizi birlikdə, əl-ələ verib inkişaf etdirəcəyik!

✅️İlk şengen vizamı aldım.

✅️Maraqlı insanlarla tanış olub vaxt keçirməyə imkanım oldu. Kanalımdakı videoları izləyib turizm sahəsinə həvəslənən və bu sahədə uğurlu fəaliyyət göstərən kadrlarla tanış oldum, bunun yaşatdığı sevinc hissini sözlə ifadə etmək çətindir.

✅️Komandamızı genişləndirdik .abbsva ; uzun müddətdir eyni layihədə yer almaq istədiyim həmkarlarımla ortaq layihələrdə birləşdi yollarımız

Sanki nə arzuladımsa o da baş verdi bu il, çox şükür, Rəbbimə çox minnətdaram ❤️ Minnətdarlıq hisslərini bütün ruhumla yaşadığım il oldu..

P*s hadisələr də oldu, ağır itki yaşadım, bibim dünyasını dəyişdi, qəbul etməyə çalışıram hələ də... Amma bu yaxınlarda bir kanalda belə bir cümlə dinlədim: "Həyatın hər şeyə haqqı var"... Qəbul edib irəli getməkdən başqa çıxış yolu yoxdur...

Bu ildən çıxardığım ən böyük dərs: Sevdiklərinizin yanında olun, sevdiklərinizə çox zaman ayırın ❤️

02/11/2023

📢Çoxumuz bunu bilmirik:
DMC (Destination Management Company) və Turoperator arasında fərq nədir?

😇Bir az turizm agentliyinin tarixi barədə Sizə məlumat verməyi borc bilirəm.
✅️1841-ci ildə ilk qrup səyahətə planlaşdırıldı, təşkil edildi və turizmin atası hesab edilən Thomas Cook tərəfindən həyata keçirildi.
✅️Bir müddət sonra isə Thomas Cook “Cook and Son” adlı ilk turizm agentliyinin əsasını qoydu. İllər keçdikcə ixtisaslaşma və bölgülər başladı, bəzi şirkətlər böyüyüb təyyarələrdə yerlər aldı, otellərdə blok otaqlar götürdü - turoperator oldu. Bəzi şirkətlər bölgə üzrə ixtisaslaşıb turizm şirkətlərinə xidmət göstərməyə başladı. Bəzi şirkətlər isə başlanğıc məqsədə sadiq qalaraq ilk iki qrupdan xidmət alaraq müştərilərə xidmət göstərməyə davam elədi. Sonuncu sadiq kateqoriya bizik – Turizm agentlikləri 😈

⚠️İndi keçək DMC və Turoperator fərqinə

✔️Turoperator – kütləvi turizm məhsulu hazırlayır, əksər hallarda məhsulun tərkibinə aviabilet, transfer, oteldə qonaqlama, sığorta və digər turizm məhsulları daxil olur. Burda əsas hədəf satış həcmidir, müştəri məmnuniyyəti nisbətən 2-ci plana keçir. Bu səbəblə də turoperator satışını əksər ölkələrdə, məsələn Azərbaycanda Turagentliklər (turizm şirkətləri) üzərindən həyata keçirir və hər satış qarşılığında turagentliyə komissiya (mükafat) faizi təqdim edir. Bəzi ölkələrdə isə Turoperatorlar birbaşa müştərilərədə xidmət göstərirlər.

✔️DMC-lər, başqa dillə yerli turizm agentlikləri isə nisbətən kiçik lokal şirkətlərdir. Onların ixtisaslaşma profilləri, istiqamətləri olur. Fərdi xidmət göstərirlər və onların əsas hədəfləri müştəri məmnuniyyətidir, əsas müştəriləri isə turizm şirkətləridir. Sizə hətta fərdi sorğunuz əsasında belə hər növ turizm xidməti təşkil edə bilirlər.

Uzakrota Baku 2023 06/10/2023

Uzakrota Baku 2023 tədbirinə qeydiyyatdan keçmisiniz?

Date: Fri, Oct 20 • 09:00

Location: Hilton Hotel Baku

Uzakrota Baku 2023 20th of October, the world's leading travel CEOs, founders, travel industry leaders and more will take to the stage at Uzakrota Baku 2023

Photos from Turmenecer.ol's post 26/09/2023

Anadoluda Taxta Hipostil Məscidlər
UNESCO-nun Dünya İrs Siyahısında

Quruluşlarında ağac oymaları və əl işlərinin istifadə edilməsi ilə tanınan Orta əsr Anadolunun Taxta Hipostil Məscidləri, Türkiyənin Qordiondan sonra UNESCO-nun Dünya İrs Siyahısına əlavə edilən daha bir irsi oldu. 10-25 sentyabr 2023-cü il tarixində Səudiyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci sessiyasında bu məscidlər Dünya İrs Siyahısına daxil edilib. Siyahıdakı taxta məscidlər daxil olmaqla Türkiyənin Dünya İrs Siyahısına daxil edilən abidələrinin sayı 21-ə çatdı.
Anadolunun Taxta Hipostil Məscidlərinin ən yaxşı nümunələri kimi önə çıxan tarixi məscidlər həm də Türkiyənin Dünya İrs Siyahısında qeydə alınan ilk silsilə mədəniyyət obyektləri oldu. Bu silsilə əmlak Anadoluda 13-cü əsrin sonu və 14-cü əsrin ortaları arasında tikilmiş və hər biri indiki Türkiyənin fərqli əyalətlərində yerləşən beş hipostil məsciddən ibarətdir. UNESCO siyahısında olan məscidlər arasında Konyadakı Beyşehir Eşrefoğlu Məscidi, Eskişehirdəki Sivrihisar Ulu Məscidi, Kastamonuda Kasabaköy Mahmut bey Məscidi, Ankaradakı Ahi Şerafeddin Məscidi və ya Arslanhane və Afyonkarahisar Ulu Məscidi var.
Fərqli bölgələrdə yerləşmələrinə baxmayaraq, bu məscidlər ümumi texniki xüsusiyyətləri nümayiş etdirir. UNESCO-ya görə, məscidlərin fərqli memarlıq dizaynı düz taxta tavanı və damı dəstəkləyən taxta daxili sütunlar (“hipostil”) ilə hörgüdən tikilmiş xarici bina zərfini özündə birləşdirir. Onlar həm də mürəkkəb ağac üzərində oyma və əl işləri ilə seçilirlər. Məscidlər həndəsi formalarda kəsilmiş xırda ağac hissələrinin bir-birinə birləşdirilərək böyük bir səth əmələ gətirdiyi bəzək sənəti üsulu olan “kündekari” texnikası ilə hazırlanmış minbərləri, “kələm işi” adlanan bəzək əşyaları və onların qapılarında, sütun başlıqlarında, tavan tirlərində ağac oymaları ilə möhtəşəm dülgərlik bacarığı və estetika nümayiş etdirir. Orta əsrlərdən bu günə qədər yaxşı qorunmuş bu tarixi tikililər Anadolu həyatını və mədəniyyətini əks etdirir.

UNESCO-nun Siyahısında Otantik Məscidlər
Beyşehir Eşrefoğlu Məscidi Anadolunun taxta sütunlu və kirişli məscidləri arasında ən böyüyüdür. 1296-1299-cu illər arasında tikilən məscid Səlcuqlular dövrünün daş və ağac sənətinin möhtəşəmliyini əks etdirir. Bu, çoxsaylı Səlcuqlu məscidlərində görülən bütün xüsusiyyətləri özündə cəmləşdirir: çoxsaylı taxta sütunlar, bütünlükdə taxta və “kələm işi” motivləri ilə bəzədilmiş tavan və tamamilə ağacdan hazırlanmış minbər.

Sivrihisar Ulu Məscidi Anadoluda taxta sütunlu böyük məscidlər arasında nadir nümunədir. 2500 nəfərin eyni vaxtda ibadət edə biləcəyi səkkiz əsrlik Sivrihisar Ulu Məscidin dörd giriş qapısı və 67 taxta dirəklə daşınan damı var. Bu sütunların yuxarı hissələrini kələm işi motivləri bəzəyir. Məscid həm də həndəsi və nəbati ornamentlərlə bəzədilmiş qoz ağacı minbəri ilə göz oxşayır.

Səlcuqluların (Anadolu Səlcuqlu Dövləti) tənəzzülü nəticəsində qurulan bəyliklərdən biri olan Çandar bəyliyi dövründə 1366-cı ildə inşa edilən Kasabaköy Mahmut bey Məscidi Anadoluda taxta məscidlər arasında özünəməxsus yer tutur. Tək bir mismardan belə istifadə edilmədən tikilməsi, özünəməxsus interyeri və taxta quruluşu ilə diqqət çəkir. İncəsənət şah əsəri olan məscidin portalı hazırda Kastamonu Diyarşünaslıq Muzeyində saxlanılır. Orijinal portalın nüsxəsi yerində quraşdırılmışdır.

Arslanhane adı ilə də tanınan Ahi Şerafeddin Məscidi kənardan çox sadə görünməsinə baxmayaraq, səkkiz əsrlik tarixi olan əhəmiyyətli bir əsərdir. XIII əsrin əvvəllərində tikilmiş məscidin şərqində yerləşən türbə kompleksinin divarına basdırılmış qədim şir heykəlinə görə türkcə aslan sığınacağı mənasını verən Arslanhane adlandırılmışdır. Birmərtəbəli məscid 24 taxta dirəyi və mərmər sütun başlıqları vasitəsilə daş materialın ağacla harmoniyasını ortaya qoyur.

Şəhərin ən böyük məscidlərindən biri olan Afyonkarahisar Ulu Məscidi 1272-1277-ci illər arasında tikilmişdir. Məscid şirli kirəmitli taxta və kərpic memarlığı ilə Səlcuqlu dövrünün bənzərsiz nümunələrindən biridir. Onun taxta dirəkli damı, başlıqları usta sənətkarlar tərəfindən hazırlanmış 40 taxta sütunla dəstəklənir.

Anadolunun Səlcuqlu və Osmanlı taxta məscidləri mismarsız ağac istifadəsi və əl işi motivləri ilə dini memarlığın nadir nümunələrindəndir. Taxta damlı və taxta sütunlu məscidlərin inşası ənənəsi Osmanlı dövrünün mərkəzindən uzaq bölgələrdə 20-ci əsrin əvvəllərinə qədər davam etmişdir.
Bu unikal məscidləri tematik marşrut üzrə ziyarət etmək də olar.

13/07/2023

Dostlar, bildiyiniz kimi bizdə turizm mövsümüdür və işlərin çoxluğundan sizinlə Şimali Kipr infoturumuzdan olan təəssüratlarımı paylaşa bilməmişəm. “BTB Tours” turoperatorunun təşkilatçılığı, Fərid və Rəhilə kimi mehriban təmsilçilərin rəhbərliyi ilə çox faydalı infoturumuz baş tutdu. Mən həmişə əksər infoturların sadəcə otel tanıtımı istiqamətli olmasına qarşı çıxmışam. Çünki günümüzdə turistlərə səyahət istiqamətini sevdirməyə sadəcə otel bilgisi kifayət etmir. Turistlərimizin səyahətdən gözləntiləri artıb və bu çox sevindiricidir. Beş günlük infoturumuzda Şimali Kipri mehriban insanları, narın qumsallı çimərlikləri, otelləri, gəzib-görməli yerləri, tarixi məqamları və abidələri ilə o qədər dərindən kəşf etdik ki, Kipr barədə turistlərə çox faydalı bilgilər verməyə tam hazırıq.
Bu mənim ilk Kipr səfərim idi. Səyahətdən öncə həyəcanlı idim, çünki uzun müddətdir ki, kəşf etmək istədiyim destinasiyada olacaqdım. Arzuladığım qədər var bu ada... Adada mənim axtardığım hüzur, mehribanlıq, gözəllik, həmçinin bir qədər hüzn var idi.

İstanbul tranzitli uçuşla gecə saatlarında Ərcan hava limanına çatdıq və ilk addım atdığımız andan etibarən buranın insanlarının istiqanlılığı bizi çox sevindirdi. Otelimizə gecə saat 5-də yerləşdik, nə qədər yorğun olsaq da çox həvəsli idik və sabahın açılmasını səbrsizliklə gözləyirdik ki, Kipri səhər gözü ilə görə bilək. Mən səyahətdən yeni kəşflərlə qayıtmağı sevirəm və sizə Kiprdəki kəşflərimizi sadalayıram:

Gəziləcək yerlər:
1. Girne şəhər mərkəzi – başqa bir ab-hava var burda
2. Büyük Han karvansarayı
3. Bellapois Monastırı – kompleksin hər tərəfi başqa gözəl mənzərəyə açılır
4. Lefkoşa şəhər mərkəzi
5. Gazimağusa – Tərk edilmiş hayaletlər şəhəri
6. Meydan – içərişəhər
7. Kaleşehir
8. Müqəddəs Nikolas Kafedrali - Hazırkı Lala Mustafa Paşa Məscidi (Məscid kimi fəaliyyət göstərir)

Çimərliklər:
Girne
Bafra
Mağusa

Otellər:
Elexus hotel 5*
Kaya Palazzo 5*
Lord`s Palace 5*
Vuni Palace 5*
Concorde hotel 5*
Limak hotel 5*
Noah`s Oark 5*
Kaya Arthemis 5*
Salamis bay conti 5*

Hər biri barədə ətraflı paylaşımım olacaq ❤️

16/11/2022

😱 də başımıza gələn qoxulu hadisəni danışım ki, siz də otel seçimində ehtiyatlı olasınız.
İlk 2 gecə Tabori Terrace oteldə qonaqladıq. Adətən bucür kiçik otellərin maraqlı konsepsiyası olur, amma təhlükəsizlik tədbirləri çox aşağı səviyyədə olur.

😏İlk öncə otelə girişdə bizim voucherimizə diqqət eləmədən mübahisə etməyə başladılar ki, səhər yeməyi qiymətə daxildir, ya daxil deyil. Halbuki otelə girişdən öncə mail-lə təsdiqlətmişdik ki, səhər yeməyi daxil variant bron eləmişik. Nəysə ki, yekunda səhər yeməyi daxil olduğunu təsdiqlədilər.

Oteldə demək olar ki, vaxt keçirməmişdik deyə diqqət etmədik ki, otaqda telefon, yəni reseption-la əlaqə yoxdur. Və gecə saat 3-də elə möhkəm səs eşidilirdi ki, sanki kimsə bizim qapımızı qırıb otağımıza basqın edəcək. Fazilə ilə qorxu içində yuxudan oyandıq və reseption-la məlum səbəbə görə əlaqə saxlaya bilmədik. Mobil şəbəkələrimizdə də nəsə xəta var idi, otelə öz telefonumuzla da zəng edə bilmirdik. Ancaq whatsapp işləyirdi, çalışdıq dost-tanışla əlaqə saxlayıb otellə onların üzərindən kontakt yaradaq, amma gecə saat 3 və hamı yatmışdı )) Qapı isə fasilələrlə döyülməyə davam edir. Uzun sürən – 1 ilə bədəl olan qorxu içində dəqiqələrdən sonra çətinliklə də olsa mobil telefonumuzla otelin reseption-ı ilə əlaqə saxlaya bildik 😄. Qeydiyyatçı qız gəlib məsələni aydınlaşdırdı, qonşu otaqdakı ailədaxili münaqişənin qorxu qurbanı olmuşuqmuş.
Amma istənilən halda əgər bu tip otellərdə ciddi problem yaşansa heç bir mühafizə sistemi yoxdur, gecə yarısı belə qeydiyyatda çox vaxt gənc qız oturur və bir hadisə baş versə sizi heç cür qoruya bilmirlər, sadəcə polisə xəbər verib gözləyirlər.

Ona görə otel seçəndə və əgər rəfiqənizlə səyahət edəcəksiniz və heç bir döyüş bacarığınız yoxduraa çalışın 😄:
✅️Şəbəkə oteldə qonaqlayasınız (münasib qiymətə budget şəbəkə otellər var)
✅️Otelin yerləşməsi mərkəz göstərsə də dalan küçələrdə olmasın.

Otelin əslində müsbət tərəfləri də çox idi:
✅️ terrası
✅️ səhər yeməyi
✅️ otaqların və ümümi ərazilərin dizaynı
✅️ qiyməti
✅️ mərkəzə məsafəsi (amma dalanda yerləşirdi)

Mən öz təcrübəmizi sizinlə paylaşdım, prioritetinizi nəzərə alaraq sizin seçiminizə də qatqımız olması diləyilə :)

08/11/2022

📍Gudauri, Gürcüstan 🇬🇪
Bir az tarix barədə danışaq ❄️❄️❄️

25/06/2022

haqqında hərə bir fikir səsləndirir. Bəziləri deyir ki, dəyməz vaxt itirməyə, bəziləri isə elə gözəl fotolar paylaşırlar ki, aviabilet almamaq üçün özünü güclə saxlayırsan 😁 Bizim buranı kəşf etmək üçün cəmi 1 saat vaxtımız oldu, amma kaş ki, ən az 2 günümüz olardı. Çünki:
✅ yerli camaatın söhbətlərindən doymadıq
✅ Alaçatı muhallebisi yemədik
✅ Dəyirmanların yanına qalxa bilmədik
✅ Kilsədə növbə çox idi, içəri girə bilmədik

Burda qeyddə qalsın ki, növbəti gedişimizdə kompensasiya edək 😁

25/12/2021

Havayolu lərindən necə xəbərdar ola bilərəm?

Bir çoxunuz bu barədə məlumatsızsınız. Hava yollarının endirimlərindən vaxtında xəbərdar olmağın bir neçə yolu var. Amma bu üsullarla tanış olmazdan öncə postlarda aktiv olmağınızı xahiş edirəm. Postu bəyənib şərh yazmağınız səhifənin daha geniş kütləyə çatmasına kömək edəcək.

1. mail bildirişlərinə olun - Bunu hava yolunun rəsmi web saytı üzərindən edə bilrəsiniz. Bir çox hava yolları daimi müştərilərinə özəl -ları da göndərir mail vasitəsilə.
2. Fərqli və ya sistemlərin endirim bildirişlərinə abunə olun ( , , , , , , The Deal, və s.)
3. Blogger-lərinin aktiv səhifələrini (blog və kanallarını izləyərək) - Çox səyahət edənlər ucuz almağın yollarını daha çox axtarırlar deyə sizə fərqli və faydalı yeniliklər barədə məlumat verəcəklər.

Bu üsullardan hansı barədə daha detallı post hazırlamağımı istəyərsiniz?
Şərhdə yazın.

Yeni vieolarımı paylaşım günü izləmək istəyirsinizsə Youtube kanalıma abunə olun. Kanala keçid linki səhifənin Bio bölümündə yerləşdirilib. Hər cümə günü saat 20:00-da Youtube kanalımda yeni video yayımlanır. Birlikdə faydalı vaxt keçirməyimizi arzulayıram 😊 Sizə xoş izləmələr...
ol

Photos from Turmenecer.ol's post 23/12/2021

📢Dostlar, kolleqalarınıza, özünüzə hədiyyəsi düşünürsünüzsə, bu post tam sizə görədir.☃️☃️☃️

🗒️2022-ci il üçün təqvimli planner-imizi artıq Sizə təqdim etmişəm, amma “yüz eşitməkdənsə bir görmək daha yaxşıdır” prinsipini əsas tutaraq planner-in tərkibi haqqında məlumat videosunu sizinlə paylaşıram.
kanalıma keçid edib videonu izləyə bilərsiniz. Kanalıma keçid linki profilimin bölümündə paylaşılıb.

💶Plannerin qiyməti: 25 AZN

📒Plannerin tərkibi:
✅2022-ci il tam tarixli təqvim (hər gün 1 səhifə)
✅“Əsas hədəflərim” bölməsi
✅“Vərdişlərim” bölməsi
✅“Kreativ planlarım” bölməsi
✅“Mövsümlər üzrə prioritet satış planlaması” bölməsi
✅“Hesabatlar bölməsi” (günlük, aylıq, illik)
✅“Faydalı saytlar və bloqlar” bölməsi
✅“Vacib kontaktlar” bölməsi
✅Əsas turizm terminləri, aviasiya əlifbası və s.

📩Sifariş və suallarınız üçün direct bölümündən mənimlə əlaqə saxlaya bilərsiniz. Məncə bu Planner sizə lazımdır ✌

Planner-in bəzi səhifələrini postu vərəqləyərək görə bilərsiniz.
Gününüz Planlı olsun!

20/11/2021

✈Covid testi? Vaksin pasportu? İmmun sertifikatı? Məcburi səfər sığortası? DAHA NƏƏƏƏ?
BAŞIMI İTİRDİMMMM🤦‍♀️🤦‍♀️🤦‍♀️...

Səyahət öncəsi Siz də bu vəziyyətdəsinizsə bu post xilasınıza gəlib.
Deməli dostlar, pandemiya nəticəsində ölkələrə giriş qaydaları nəinki sadəcə turistlərin, həmçinin biz turizmçilərin qorxulu yuxusuna çevrilib. Hər gün dəyişən ölkələrə giriş qaydaları, yeni tələblər, telefona cavab verməyən səfirliklər – nə başınızı ağrıdım, çox yorulurduq. Nəhayət ki, Türk hava yolları möhtəşəm addım atdı.
✅Bütün ölkə vətəndaşları üçün istənilən ölkəyə giriş tələblərini tək bir sistemdə birləşdirdi. Şəxsən mənim üçün bundan sevindirici o qədər də çox xəbər ola bilməzdi.

➡️Etməli olduğunuz bunlardır:
1️⃣Aşağıdakı linki kopyalayıb açın (İnstagramda app kimi daxil olsanız yazını kopyalamaq olmur, web browser üzərindən keçid edib kopyalaya, yaxud bu postun altında + qoya bilərsiniz ki, linki direct-də sizə göndərim).
2️⃣Vətəndaşlığı, səyahət edəcəyiniz ölkəni, vaksin pasportunuzun olub olmadığını seçirsiniz.
3️⃣Sizin üçün ölkəyə giriş qaydaları açılır.

Bu qədər sadə❗

✅Post ehtiyacı olan kütləyə çatsın deyə bəyənib ətrafınızla paylaşa bilərsiniz. Paylaşmaq gözəldir.

🇹🇷Təşəkkürlər Türk hava yolları! Hər zamankı kimi sevilirsiniz 💚

📢Təşəkkürlər sevimli agentim Tahir bəy! Yenilikləri anında subagentlərlə paylaşdığınız üçün!

➡️Keçid linki: https://www.turkishairlines.com/tr-az/duyurular/coronavirus-salgini/seyahat-kisitlamalari/

22/08/2020

Okunoşima adasına səyahət edirik. Kanala abunə olmağı unutmayın :)

https://www.youtube.com/watch?v=eBio1s1n2Xc&t=96s

Photos from Turmenecer.ol's post 15/06/2020

Bilirdinizmi?
Bütün dünyada pasportların cəmi 4 rəngi var.

2-ci dərs - OUTGOING MANAGER Kimdir? Outgoing turizm 15/06/2020

Bu dərsimizdə səninlə turmenecerlə tanış olacağıq. Turmenecer olmaq üçün özündə hansı bacarıqları inkişaf elətdirməlisən?

https://www.youtube.com/watch?v=8oBHge7WXto

2-ci dərs - OUTGOING MANAGER Kimdir? Outgoing turizm Mən, Aynur Əlləzova. Kanalımda Səninlə turizm sahəsində qazandığım bütün təcrübələri paylaşmağa hazıram. - Turizm sahəsində çalışmaq istəyirsən, hardan başla...

COVID 19 - Bizə nə olacaq? Yerli otellərə səsləniş 28/04/2020

*COVID 19 - Bizə nə olacaq? Yerli otellərə səsləniş*

Koronavirusun ən çox zərər vurduğu sahələrdən biri olan turizm Karantin müddəti bitdikdən sonra özünü necə bərpa edəcək? Yerli otellər virus sonrası vəziyyətə hazırdırlarmı? Bütün bu suallara cavab verməyə çalışdıq...

https://youtu.be/jRZme-0kR9U

COVID 19 - Bizə nə olacaq? Yerli otellərə səsləniş Koronavirusun ən çox zərər vurduğu sahələrdən biri olan turizm Karantin müddəti bitdikdən sonra özünü necə bərpa edəcək? Yerli otellər virus sonrası vəziyyət...

20/04/2020

Salam, dəyərli izləyicilərimiz! Ümid edirik hər birinizin işləriniz qaydasındadır. Sabah youtube kanalımıza video dərsimiz tüklənəcək. Kanalımıza aşağıdakı keçid vasitəsilə abunə ola bilərsiniz :)

https://www.youtube.com/channel/UCbn0K8LU3_gKvuKeELAhzVg

20/04/2020

9-cu DƏRS

Otel nömrələrinin rezervasiyası və satışı

Salam, sevimli dostumuz! Artıq turizm işinin əsas məqamlarını öyrənməyə başlayırsan. Otel nömrələrinin rezervasiyası turizm işinin əsas fəaliyyət sahələrindən biridir.
Otel nömrələrini rezerv edə bilmək üçün ilk növbədə bununla bağlı olan terminləri öyrənməlisən.
check in – otelə giriş
check out – oteldən çıxış
Otellərdə giriş və çıxış saatları fərqli ola bilər. Bu barədə mütləq oteldən dəqiq məlumat alıb turistə ötürmək lazımdır. Adətən otel nömrəsinə giriş saatı 14:00, otel nömrəsindən çıxış saatı 12:00 olaraq müəyyənləşir, ancaq bəzi otellər (xüsusilə sanatoriyalar) fərqli saatlar tətbiq edə bilirlər. Bundan əlavə uçuş saatlarına uyğunlaşmaq istəyən turistlər early check-in və yaxud late check-out xidmətlərini də əlavə ödənişlə ala bilərlər.

Otaq kateqoriyaları.
Otellərdə otaqlar yataq növünə, qonaqların və yataqların sayına, dekor və mebelinə, avadanlıqlarına, ölçüsünə və başqa xüsusiyyətlərinə kateqoriyalara bölünür və qiymətləndirlir. Satış meneceri oteli rezervasiya edərkən turisti otaq xüsusiyyətləri barədə mütləq məlumatlandırmalıdır. Əks halda otelə giriş zamanı məlumatsızlıq turistlə menecer arasında narazılıqlar yarada bilər.

Otel sənayesində otaqlar əsasən aşağıdakı kateqoriyalara bölünür:

Qonaq sayına və yataq növünə görə:
Single room : 1 nəfər üçün nəzərdə tutulur. 1, yaxud bir neçə yatağı ola bilər.
Double room: 2 nəfər üçün nəzərdə tutulur. 1 böyük yatağı olur.
Twin room: 2 nəfər üçün nəzərdə tutulur. 2 yatağı olur.
Triple room: 3 nəfər üçün nəzərdə tutulur. Otaqda 3 twin yataq; 1 double və 1 twin yataq və yaxud 2 double yataq olur.
Quad room: 4 nəfər üçün nəzərdə tutulur
Queen room: Queen yataqlı otaq (1 yataq). 1 yaxud 2 nəfər üçün nəzərdə tutulur.
King: yataqlı otaq (1 yataq). 1 yaxud 2 nəfər üçün nəzərdə tutulur.
Otelin bu xüsusiyyətini öncədən dəqiq öyrənmək lazımdır. Buna görə qonaqlardan əlavə ödəniş alına bilər.

Ölçüsünə görə:
Otellər otaq ölçülərini çox vaxt özləri müəyyənləşdirir. Adətən səyahət etdiyiniz ölkəyə görə bu dəyişir. Aşağıda otaqları ölçü baxımından artan sırada nömrələmişik (əksər otellərdə belə olur)
1. Economy room
2. Standard room/studio
3. Deluxe / superior room
4. Joint room
5. Suite (mini/junior/master)
6. Apartment style

Avadanlıqlarına və mənzərəsinə görə:
1. City view or nature view
2. Kitchen
3. Handicapped accessible
4. Outdoor entrance (cabana or villa)
5. Lanai, terrace or balcony
6. Minibar
7. hot tub bath
8. Pull-out couch
9. Business center
10. Smoking rooms
11. Non – smoking rooms
İndiki dövrdə otel nömrələri turistin istəyinə uyğunlaşdırıla bilir və yeni otaq kateqoriyaları müəyyənləşdirilir. Unutmayaq, istənilən turist ən yaxşı və ən rahat otağa layiqdir. Xoş təəsüratla başa vurulan səyahət düzgün seçilmiş otaq və otaq növündən başlayır. Bu baxımdan yanlış seçim bütün səyahətin alt-üst olmasına gətirib çıxara bilir. Buna görə də otel və otaq seçimi ilə bağlı turisti tam məlumatlandırmaq sənin borcundur.

Want your business to be the top-listed Travel Agency in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

📍Gudauri, Gürcüstan 🇬🇪Bir az tarix barədə danışaq ❄️❄️❄️ #gudauri #gurcustan
#Alaçatı haqqında hərə bir fikir səsləndirir. Bəziləri deyir ki, dəyməz vaxt itirməyə, bəziləri isə elə gözəl fotolar pa...

Category

Telephone

Website

Address

Feyzulla Gasimzadeh 9
Baku
1007
Other Tour Agencies in Baku (show all)
İzim Travel İzim Travel
Baku

"İZİM" Travel brendi bazarda 2021-ci ildən təmsil olunur.

Tour Store Azerbaijan Tour Store Azerbaijan
Baku

DMC & INCOMING TOUR OPERATOR IN AZERBAIJAN 🇦🇿 ~GET YOUR TOUR FROM OUR STORE~ > All tourism services

Aviabilet Satisi Aviabilet Satisi
Caspian Sport Plaza
Baku

Təyyarə biletlərinin online satışı. Otel bron olunması.

Tempo_trips Tempo_trips
Ülvi Bünyadzadə Küçəsi 2
Baku, 1016

Tempo_Trips Tour Agency

Shani Travel Shani Travel
İsmayıl Bəy Qutqaşınlı 185a
Baku

ENC Tours ENC Tours
Fizuli Plaza, 47 Fizuli Street
Baku, AZ1014

Your Best Experience

Grandiose Travel Grandiose Travel
Ahmad Rajabli 42C
Baku

Grandiose Travel

Baku Travel Packages Baku Travel Packages
Mehdi Mehdizadeh 19
Baku, AZ1015

Baku Travel Packages is an Azerbaijan tour operator company that operates tours and transportation services. Baku Travel Packages is specialized in providing services to both the m...

Recent Recent
Baku/Azerbaijan Bakikhanov Avenue . 53
Baku, AZ1010

Sahil Turizm Agentliyi Sahil Turizm Agentliyi
Sahil Qəsəbəsi, M. Seyidov Küçəsi, Yeni Sahil Ticarət Mərkəzi, 2ci Mərtəbə (Sahil Xidmətlər Mərkəzi)
Baku, AZ1083

✈️Avia biletlərin satışı 🏞️Ölkə daxili turlar 📑Visa dəstəyi 🏔️Hiking 🏕?

greensky.az greensky.az
Heydər Əliyev Prospekti 206 A Çinar Plaza 25 Ci Mərtəbə
Baku, AZ1000

Azintourist_Travel_Agency Azintourist_Travel_Agency
H. Aliyev Str. 125
Baku

(+99412) 4405761 mobile: (+99450) 316-86-44 (+99455) 216-86-44 E-mail: [email protected] web: www.azintourist.com Skype-azintourist Best regards Director Aydin Agayev.