Egalite

Egalite nəşriyyatı bədii və nəzəri ədəbiyyat nəşr etməyi planlaşdıran yeni nəşriyyatdır. Tezliklə çap olunacaq ilk kitabımız Ursula K.

Le Quinin "Mülksüzlər" utopik romanı əsas məqsədimizi az da olsa açıqlayır.

11/08/2023

10.08.23 tarixində “Egalite” nəşriyyatının təmsilçiləri Samira Alakbarli və Araz Bağırov Baku Research Institute tərəfindən təşkil olunan “Tərcümə maarifçiliyi nədir və nəyə lazımdır? Bilik monopoliyasına qarşı alternativlər” adlı tədbirdə çıxış edərək,nəşriyyatın bu yolda gördükləri işlər, ideya və prinsipləri, kitab seçimləri və məqsədləri, həmçinin üzləşdikləri əsas çətinliklər barədə danışıblar.

“Egalite” barəsində daha çox məlumata sahib olmaq və növbəti kitabımız haqqında bilmək istəyirsinizsə, sizi bu müzakirəyə baxmağa dəvət edirik.

Bakı Araşdırmalar İnstitutuna dəvət üçün təşəkkür edirik!

Photos from Egalite's post 30/06/2023

“Egalite” nəşriyyatı olaraq 17 iyunda -də növbəti nəşrimiz olan Eric Hobsbawm-un “1780-ci ildən bəri millətlər və milliyyətçilik: proqram, mif, reallıq” kitabının təqdimat tədbirini uğurla həyata keçirdik.

Təqdimatda kitabın redaktorları Toğrul Abbasov və Araz Bağırov ilə birlikdə bu kitabın əhəmiyyətindən, dünyada və bölgəmizdə yüksələn milliyyətçiliyi anlamağımıza necə kömək edə biləcəyindən, sosial elmlər sahəsindəki kitabların Azərbaycan dilinə tərcümə prosesindən danışdıq.

Tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığımızı bildirir, növbəti kitablarımızın təqdimatında yenidən görüşməyə ümid edirik!

*Əsər orijinaldan ilk dəfə olaraq Azərbaycan dilinə Ləman Orucova tərəfindən tərcümə edilmişdir.

Tədbirin keçirilməsində -nə göstərdiyi əməkdaşlıq üçün təşəkkür edirik!
Tədbirin işıqlandırılmasındakı dəstəyinə və fotolara görə jurnalist -yə xüsusi təşəkkür edirik!

19/06/2023

Satış nöqtələri ilə tanış olun ! Artıq -indən Eric Hobsbawm-un "1780-ci ildən bəri millətlər və milliyyətçilik: proqram, mif, reallıq" kitabını əldə edə bilərsiniz.

14/06/2023

Egalite komandası sizi 17 iyun 17:00-da yeni nəşr olunmuş, Eric Hobsbawm-un “1780-ci ildən bəri millətlər və milliyyətçilik: proqram, mif, reallıq” kitabının təqdimatına dəvət edir.

Təqdimatda bu kitabın əhəmiyyətindən, dünyada və bölgəmizdə yüksələn milliyyətçiliyi anlamağımıza necə kömək edə biləcəyindən, sosial elmlər sahəsindəki kitabların Azərbaycan dilinə tərcümə təcrübəsindən danışılacaq.

Ünvan: İştirak evi, Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi 140

Photos from Egalite's post 09/06/2023

Dövrümüz ən əhəmiyyətli tarixçilərindən olan marksist Erik Hobsbaumun bu gün doğum günüdür. Onun kitabını ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etməkdən və doğma oxucumuza təqdim etməkdən qürur hissi duyuruq. Gəlin onun qısa bioqrafiyası ilə tanış olaq!

12/05/2023

“Egalite” Nəşriyyatı olaraq uzun müddətdir üzərində işlədiyimiz yeni kitabımızın artıq çapdan çıxdığı xəbərini paylaşmaqdan böyük sevinc hissi duyuruq.

Modern tarixçiliyin ən əhəmiyyətli simalarından biri olan Erik Hobsbaumun millətşünaslığın klassikalarından birinə çevrilmiş “1780-ci ildən bəri Millətlər və Milliyyətçilik - Proqram, Mif, Reallıq” əsərini ilk dəfə Azərbaycan dilində, orijinaldan tərcümə şəklində təqdim edirik.

Tezliklə kitabın satış nöqtələri və təqdimat tədbiri ilə bağlı məlumatlar paylaşılacaq!

#

18/02/2023

Egalite kitablarını Baku Community Space-dən əldə edə bilərsiniz.
"Mülksüzlər" - Ursula L. Quin
"99% üçün feminizm manifest" - Ç.Aruzza, T.Bahattaçarya, N. Freyzer
Kitabları əldə etmək üçün bizə yazın.

19/12/2021

Egalite Nəşriyyatının satışda olan kitabları:
"Mülksüzlər" - Ursula K. Le Quin
Utopik roman.
Tərcüməçilər: Araz Bağırov, Araz Zeyniyev, Ləman Orucova
Qiyməti: 9 azn

“99% üçün feminism – manifest”
Müəlliflər: Çinziya Arruzza - Tithi Bhattaçarya - Nensi Freyzer
Feminizm nəzəriyyəsi
Tərcüməçilər: Sevinc Səmədzadə, Samirə Ələkbərli
Qiyməti: 6 azn

Satış yerləri: WSpace kafesi, Kitabal.az, Kitabevim.az, Bookzone.az, Libraf mağazaları, Ali və Nino mağazaları, Baku Book Center, Xan Kitab, Rebus Kitab Evi, Akademiya Kitab

18/12/2021

99% üçün feminizm – manifest” kitabının digər bir satış nöqtəsi kitab evidir.

Bu əsər mövcud problemlərə radikal baxış təqdim edir. Daha çox gündəmdə olan liberal feminizmdən fərqli olaraq, yaşadığımız cəmiyyətin anatomiyasını ifşa edir və iddia edir ki, gender bərabərsizliyi və zülmü mövcud kapitalist istehsal münasibətlərinin və bu münasibətlər üzərində qurulmuş sosial-siyasi əlaqələrin tərkib hissəsidir. Yəni, gender problemi mövcud iyerarxiyanın daha bir təzahürüdür və bu iyerarxiya məhv edilmədən gender zülmünə son qoyula bilməz.

“99% üçün feminism – manifest”
Müəlliflər: Çinziya Arruzza - Tithi Bhattaçarya - Nensi Freyzer
Tərcüməçilər: Sevinc Səmədzadə, Samirə Ələkbərli

Qiyməti: 6 azn

18/12/2021
25/11/2021

Salamlar, əziz dostlar!✨✨✨Podkastımızda bu dəfə Ləman Orucova ilə Ursula Le Guinin Mülksüzlər kitabının tərcümə prosesindən danışdıq.💫💫💫 Ursula Le Guinin bu anarxist əsəri Egalite təşəbbüsü tərəfindən ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.

http://femiskop.org/podcast/dusunduklerimiz-ursula-le-guin-mulksuzler-kitabinin-azerbaycan-dilinde-nesri/

21/11/2021

“99% üçün feminism – manifest” kitabının təqdimatı - canlı yayım
Təqdimatçılar: Samirə Ələkbərli, Sevinc Səmədzadə
Moderator: Səbinə Ağayeva

21/11/2021

Bugün saat 17:00-da təqdimat tədbirimizə hamınızı gözləyirik! Gəlin, “99% üçün Feminiz” ideyasının nə olduğu ilə birlikdə tanış olaq.

“Egalite” nəşriyyatı sizi saat 17:00, 21 noyabr tarixində W_Space kafedə baş tutacaq, Nensi Freyzer , Tithi Bhattaçarya və Çinziya Arruzzanın “99% üçün Feminizm: Manifest” kitabının təqdimatına dəvət edir. Təqdimatda iştirak etməklə siz tərcümə prosesi və kitabın məzmunu ilə tanış ola, həmçinin tərcüməçilərlə birlikdə 99% üçün feminizmin necə ola biləcəyini müzakirə edə biləcəksiniz.

2018-ci ilin yazında feminist tətilləri İspaniyanı bürümüşdü və 5 milyondan çox nümayişçinin qoşulduğu 24 saatlıq huelga feminista tətilinin təşkilatçıları “seksist zülmdən, istismardan və zorakılıqdan azad bir cəmiyyət”, “bizim itaətkar, müti və sakit olmağımızı istəyən kapitalizm və patriarxiyanın ittifaqına qarşı üsyan və mübarizə” kimi şüarlar səsləndirirdilər. Bu və oxşar feminist nümayişlərdən, həmçinin 2011-ci ildə başlayan “99% üçün işğal et” antikapitalist hərakatdan təsirlənən üç feminist akademik, Nensi Freyzer, Tithi Bhattaçarya və Çinziya Arruzza yeni bir feminist və antikapitalist manifestin yazılmağının vaxtı gəldiyini düşünərək birlikdə bu əsəri yazırlar. Bu feminist manifestdə onlar, “başqa” feminizmin – gender problemləri və buna bağlı isitismarlarla birlikdə antikapitalist və antisistem hərəkatların da önündə gedən, anti-irqçi, işçi və miqrant hüquqlarının müdafiəçisi, ekologiya problemlərini dilə gətirənlərlə birləşən bir feminizmin konturlarını cızmağa və vacibliyini vurğulamağa çalışırlar.

Bir çox dilə tərcümə olunan “99% üçün feminizm: Manifest” kitabı azərbaycan dilinə ilk dəfə olaraq Sevinc Səmədzadə, Samirə Ələkbərli tərəfindən tərcümə olunub, kitabın elmi redaktoru Ləman Orucova, bədii redaktoru Araz Bağırovdur.

18/11/2021

“Egalite” nəşriyyatı sizi saat 17:00, 21 noyabr tarixində W_Space kafedə baş tutacaq, Nensi Freyzer , Tithi Bhattaçarya və Çinziya Arruzzanın “99% üçün Feminizm: Manifest” kitabının təqdimatına dəvət edir. Təqdimatda iştirak etməklə siz tərcümə prosesi və kitabın məzmunu ilə tanış ola, həmçinin tərcüməçilərlə birlikdə 99% üçün feminizmin necə ola biləcəyini müzakirə edə biləcəksiniz.

2018-ci ilin yazında feminist tətilləri İspaniyanı bürümüşdü və 5 milyondan çox nümayişçinin qoşulduğu 24 saatlıq huelga feminista tətilinin təşkilatçıları “seksist zülmdən, istismardan və zorakılıqdan azad bir cəmiyyət”, “bizim itaətkar, müti və sakit olmağımızı istəyən kapitalizm və patriarxiyanın ittifaqına qarşı üsyan və mübarizə” kimi şüarlar səsləndirirdilər. Bu və oxşar feminist nümayişlərdən, həmçinin 2011-ci ildə başlayan “99% üçün işğal et” antikapitalist hərakatdan təsirlənən üç feminist akademik, Nensi Freyzer, Tithi Bhattaçarya və Çinziya Arruzza yeni bir feminist və antikapitalist manifestin yazılmağının vaxtı gəldiyini düşünərək birlikdə bu əsəri yazırlar. Bu feminist manifestdə onlar, “başqa” feminizmin – gender problemləri və buna bağlı isitismarlarla birlikdə antikapitalist və antisistem hərəkatların da önündə gedən, anti-irqçi, işçi və miqrant hüquqlarının müdafiəçisi, ekologiya problemlərini dilə gətirənlərlə birləşən bir feminizmin konturlarını cızmağa və vacibliyini vurğulamağa çalışırlar.

Bir çox dilə tərcümə olunan “99% üçün feminizm: Manifest” kitabı azərbaycan dilinə ilk dəfə olaraq Sevinc Səmədzadə, Samirə Ələkbərli tərəfindən tərcümə olunub, kitabın elmi redaktoru Ləman Orucova, bədii redaktoru Araz Bağırovdur.

Photos from Egalite's post 09/11/2021

“99% üçün feminism – manifest” artıq çap olundu.
Satış nöqtələri tezliklə paylaşılacaq.

Özünü “Kommunist Manifesti”nin xələfi elan edən bu əsər mövcud problemlərə radikal baxış təqdim edir. Daha çox gündəmdə olan liberal feminizmdən fərqli olaraq, yaşadığımız cəmiyyətin anatomiyasını ifşa edir və iddia edir ki, gender bərabərsizliyi və zülmü mövcud kapitalist istehsal münasibətlərinin və bu münasibətlər üzərində qurulmuş sosial-siyasi əlaqələrin tərkib hissəsidir. Yəni, gender problemi mövcud iyerarxiyanın daha bir təzahürüdür və bu iyerarxiya məhv edilmədən gender zülmünə son qoyula bilməz.

“99% üçün feminizm – manifest”
Müəlliflər: Çinziya Arruzza - Tithi Bhattaçarya - Nensi Freyzer
Tərcüməçilər: Sevinc Səmədzadə, Samirə Ələkbərli

Qiyməti: 6 azn

03/11/2021

Yeni kitab tezliklə SATIŞDA!
“99% üçün feminizm – manifest” uzun illər aparılan nəzəri araşdırmalar və bütün dünyada yeni nəfəs qazanmış sol feminist etirazlar nəticəsində ərsəyə gəlib. Müəlliflər Çinziya Arruzza, Tithi Bhattaçarya və Nensi Freyzer kapitalizm çərçivəsində sinif və gender, istehsal və sosial reproduksiya üzrə dərin araşdırmalar aparmış, həmçinin 2017-ci ildə ABŞ-da baş tutan qadın tətillərinin təşkilatçıları və iştirakçıları olmuşlar. Manifestin adı  2008-ci il maliyyə böhranından sonra meydana gəlmiş “Occupy” (“İşğal et”) hərəkatının “Biz 99%-ik” şüarından götürülüb və əzilən, istismar olunan və haqları əlindən alınmış 99%-in rifahını təmsil edən feminist hərəkatın on bir təməl tezisini təqdim edir.
Bu kitabın Azərbaycanda davamlı müzakirələrə səbəb olan feminist düşüncəyə töhfə verəcəyini ümid edirik.

“99% üçün feminism – manifest”
Müəlliflər: Çinziya Arruzza - Tithi Bhattaçarya - Nensi Freyzer
Tərcüməçilər: Sevinc Səmədzadə, Samirə Ələkbərli

#99%üçün

05/07/2021

Ursula K. Le Quinin azərbaycan dilində ilk və yeganə kitabı “Mülksüzlər” əsərini, həmçinin onlayn satış platforması olan .az -dan da əldə edə bilərsiniz, üstəlik endirimli qiymətə!

04/07/2021

Mülksüzlər kitabının digər bir satış məntəqəsi isə .az -dır. Yay istirahətinizdə bu möhtəşəm əsərin sizə yoldaşlıq etməyinə şans verin !

20/06/2021

İlk nəşrimiz olan “Mülksüzlər”i endirimli qiymətə əldə edə biləcəyiniz digər bir məkan isə book kafedir!

17/06/2021

kafedə çayınızı ya kofenizi içə-içə istirahət vaxtınızı səmərəli keçirmək istəyirsinizsə “Mülksüzlər” kitabını elə ordaca kassadan əldə edib oxumağa başlayın ! Əsl zövq olacaq!

16/06/2021

“Mülksüzlər” romanını satın ala biləcəyiniz digər bir mağaza isə .az -dur!

15/06/2021

Gözəl yay günlərində yolunuz sevimli kafesinə düşəndə Ursula le Quinin “Mülksüzlər” kitabını soruşub xüsusi endirimli qiymətə (7 azn) əldə etməyi unutmayın!

11/06/2021

Ursula Le Quinin kult əsəri olan “Mülksüzlər”i artıq dən də əldə edə bilərsiniz. Tələsin!

09/06/2021

Mülksüzlər kitabını -dan əldə edə bilərsiniz, yolunuz düşəndə kitabı gözdən keçirtməyi unutmayın!

18/05/2021

Təşəkkürlər !

17/05/2021

İlk nəşrimiz olan “Mülksüzlər” kitabının təqdimatından reportaj :

16/05/2021
Photos from Egalite's post 03/04/2021

Mülksüzlər romanını əldə edə biləcəyiniz yerlər

24/03/2021

"Mülksüzlər"i artıq "Azərkitab" kitab evindən əldə edə bilərsiniz.
Tel: 050 260 90 20.
Qiyməti: 9 manat

Want your business to be the top-listed Media Company in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

99% üçün Feminizm: Manifest kitabının təqdimatı
Mülksüzlər kitabının təqdimatı
Le Quin "Mülksüzlər" əsərinin ideyasının necə yarandığını cavablandırır

Category

Telephone

Website

Address

28 May Street, 76 B
Baku
Other Publishers in Baku (show all)
Tahsil Publishing House Tahsil Publishing House
Fatali Khan Khoyski 149
Baku, AZ1052

Təhsil Nəşriyyat - Poliqrafiya MMC

Aslan Can Aslan Can
Baku

Səhifəyə xoş gəlmisiniz...

İZƏ Nəşriyyatı İZƏ Nəşriyyatı
Javakhan Str. 80
Baku

arzuladığım kitab...

Nebula Publishing House Nebula Publishing House
Baku

Publishing house and talent agency focusing in variety of literal genres

Caucasus Strategic Perspectives Caucasus Strategic Perspectives
Mirze İbrahimov. No 8
Baku

Caucasus Strategic Perspectives is an academic foreign policy journal issued in Baku (Azerbaijan).

ELSA Azerbaijan Law Review ELSA Azerbaijan Law Review
Baku, 1065

The ELSA Azerbaijan Law Review is an annual, student-edited, and peer-reviewed law journal published by the European Law Students’ Association (ELSA) Azerbaijan. The journal was es...

Mücrü Nəşriyyatı Mücrü Nəşriyyatı
Zərgərpalan 100 (dalan 15)
Baku, 1000

Mücrü Nəşriyyatı MMC rəsmi olaraq 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Nəşriyyat fəaliyyətə başladığı gündən həm yerli, həm də dünya ədəbiyyatının nəşri məşğul o...

Everest Kids Everest Kids
Atatürk Pr. Gənclik Metrosu
Baku, AZ1007

Everest nəşriyyatı, gələcəyimiz olan uşaqlarımızı, ölkəmizin milli adət və ənənələ

Elm-Zəka Nəşriyyat və Poliqrafiya Elm-Zəka Nəşriyyat və Poliqrafiya
Mətbuat Prospekti 529
Baku

Ən cəsarətli fikir və istəklərinizi yaradıb, həyata keçiririk. Vaxt itirməyinizə ehtiyac yoxdur, işinizi peşəkarlara etibar edin. Sərfəli qiymətlərlə və birinci əldən almaq üçün b...

Bir İnci çap məkanı Bir İnci çap məkanı
Mammad Afandiev Küçəsi 2
Baku, AZ1001

Reklam , Promo , Çap , Vinil , Banner (Bir inci çap məkanı)

Qədim Qala Nəşriyyatı Qədim Qala Nəşriyyatı
Baku

"QƏDİM irs gərək QALA"