Cybersignaz

Azərbaycanda ilk dəfə yaradılmış Kibertəhlükəsizlik Maarifləndirmə Təşkilatı!

31/12/2023

ailəsi olaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Sizləri təbrik edir! 🤍
2024-cü il xalqımıza və ölkəmizə əmin-amanlıq, xoşbəxtlik və yeni nailiyyətlər gətirsin. ✨

29/12/2023

Bayram günlərinə özəl, edilən kiber dələduzluqlardan xəbərdarsınızmi?

Bayram günlərində insanlar, daha çox onlayn alış-veriş etdiyindən və çoxlu sayda internetdə vaxt keçirdiyindən kiber cinayətkarlar bu fürsətlərdən istifadə etməyə çalışırlar. Bu, fərdi istifadəçilər və şirkətlər üçün ciddi kiber risklərə səbəb olur.

Bayram günlərində kibertəhdidlərdən qorunmaq üçün aşağıda qeyd edilmiş tövsiyələrə diqqət yetirmək lazımdır:

• Fişinq E-poçtlarından ehtiyatlı olun: E-poçtlarda, inandirici görünən linklər və əlavələrə keçid etməzdən öncə onun etibarlı mənbədən olduğuna əmin olun.

• Kargo fırıldaqçılarından diqqətli olun: Kibercinayətkarlar sizin bank kart məlumatlarınızı almaq üçün özlərini kargo şirkətininin əməkdaşı kimi təqdim edə bilərlər. Bu cür hallarda şəxsin kargo şirkətinizdən əlaqə saxladığından əmin olun.

• Proqram təminatınızı yeniləyin: Əməliyyat sisteminizin, antivirus proqramlarının və digər proqramların yenilənmələrini təmin edin.

• Təhlükəsiz veb-saytlardan alış-veriş: URL-də "https://" olan təhlükəsiz saytlarda alış-veriş etdiyinizi yoxlayın. Tanımadığınız və ya şübhəli saytlardan alış-veriş etməkdən çəkinin.

• Kibertəhlükəsizlik haqqında maariflənin: Özünüzü və əməkdaşlarınızı daim Kiberhücumlar haqqında maarifləndirin.

Qeyd olunan tövsiyələrə əməl etməklə siz kiber təhlükələrin qurbanı olmaq riskinizi azalda bilərsiniz.
Bu bayram günlərində rəqəmsal sahədə özünüzü kiber təhlükələrdən qoruyun!

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

26/12/2023

Günümüzdə informasiya texnologiyalarının sürətli inkişafı ilə birlikdə, kibertəhlükələrin sayı və növüdə daim artmaqdadır.

Təşkilatlar və şirkətlər məxfi məlumatlarının kibertəhlükələrdən qorumaq üçün, effektiv bir müdafiə strategiyası hazırlamalıdırlar. Kiber təhlükələrin təhlili, ola biləcək kibertəhlükələrə qarşı güclü bir müdafiə sistemi kimi dəyərləndirilir.

Kiber təhlükələrin təhlili, təhlükələrə qarşı müdafiə strategiyalarının təkmilləşdirilməsi və hər hansı bir kiber hücum zamanı effektiv cavab verilməsi üçün şirkətlər tərəfindən müəyyən edilmiş bir yanaşmadır.
Bu, təhlükələrin qarşısının alınması, müdafiə proseslərinin sürətli və dəqiq tənzimlənməsi, yeni təhlükələrin yaranmasına qarşı dayanma və mövcud təhlükələr üçün hərtərəfli müdafiə tədbirlərinin tətbiqi ilə əlaqəlidir.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

22/12/2023

şirkəti, Chrome brauzerində daha bir zəifliyi aradan qaldırmaq üçün yeniləmələr həyata keçirdib.

Bu zəiflik "Google"un özünün "Threat Analysis Group" (TAG) mütəxəssisləri tərəfindən aşkar edilib və "CVE-2023-7024" identifikatoru ilə təyin edilmişdir.

Mozilla Firefox, Safari, və Microsoft Edge kimi bir çox brauzerlərdə “CVE-2023-7024” ilə əlaqədar məlumatlar indiyə qədər açıqlanmışdır. Bu təhlükə, video yayımı, fayl paylaşımı və JavaScript API-ləri kimi rabitə vasitəsilə VoIP telefonları kimi istifadə olunan funksiyaları təhdit edir.

📣 Bu il ərzində Google tərəfindən ünvanlanan Chrome-da aktiv şəkildə istifadə edilən “Zero-Day” zəifliklərinin siyahısı aşağıdakılardan ibarətdir:

· CVE-2023-6345
· CVE-2023-2033
· CVE-2023-2136
· CVE-2023-3079
· CVE-2023-4863
· CVE-2023-5217
· CVE-2023-6345
· CVE-2023-4762

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

20/12/2023

aparatlarının kiber risklərindən xəbərdarsınızmı?

🏧 Avtomatlaşdırılmış kassa aparatları (ATM-lər) təhlükəsizliyin zəif nöqtəsidir və bankda yerləşən ATM-lərdə adətən kameralar və digər təhlükəsizlik tədbirləri mövcud olsa da, müstəqil olaraq quraşdırılmış kənar ATM-lər eyni növ infrastruktura malik olmaya bilər.

Kibercinayətkar nağd pul əldə etmək üçün ATM-lərə fiziki müdaxilə edə və ya müxtəlif yollarla istifadəçinin kredit kartı məlumatlarını oğurlaya bilər.

Kibercinayətkarlar, ATM-lərə daxil edilmiş kredit kartlarındakı məlumatları, xüsusi skan qurğularından istifadə edərək oğurlaya bilərlər. Bu cihazlar kredit kartı məlumatlarını asanlıqla kopyalayır və hakerlərin məlumatlarınıza giriş əldə etməsinə səbəb olur.

Kredit kartı fırıldaqçılığının alternativ yolu isə PİN kodu birbaşa klaviaturanın yanında gizlədilmiş kameralar kimi cihazlarla müəyyən etməkdir.

✅ ATM-lərdən istifadə zamanı təmin etmək üçün aşağıdakı nüanslara diqqət yetirmək lazımdır:

● Kartınızı daxil etdiyiniz hər hansı bir cihazdan istifadə etməzdən əvvəl, onun etibarlı şəkildə bərkidildiyinə və üzərində başqa cihaz olmadığına əmin olun.
● PİN kodu daxil edərkən klaviaturanı digər əlinizlə örtün.
● ATM əməliyyatı etməzdən əvvəl həmişə ətrafınızı müşahidə edin.
● Kartınızı istifadəyə hazır vəziyyətə gətirməklə ATM-də keçirdiyiniz vaxtı minimuma endirin.
● Şübhəli bir nüans görsəniz, əməliyyatınızı ləğv edin və bankomatdan istifadə etməyin.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

18/12/2023

“Deepfake” süni intellekt (AI) vasitəsilə, saxta şəkillər, səslər və videolar yaratmaq üçün istifadə edilən prosesdir. Bu daha çox sosial mühəndislikdə insanları aldatmaq üçün istifadə edilir. Bu növ kiberhücumda, əsasən siyasətçilər, məşhurlar və şirkətlər hədəf alınır.

Deepfake hücum növündə, təqlidi ediləcək şəxsin nümunə foto və videoları süni intellektə daxil edilir, süni intellekt bu videolardan, fərdin üz ifadələrini demək olar ki, mükəmməl şəkildə təqlid etmək üçün istifadə edir. Səs dəyişdirmə və səs klonlama da oxşar şəkildə işləyir.

"Deepfake" hücumundan necə qoruna bilərik?

• Görüntülərə diqqətlə baxmaq;
• Cavab strategiyasının hazırlanması;
• Yeni kibertəhlükəsizlik standartlarının yaradılması;
• Əməkdaşların maarifləndirilməsi;

Kibertəhlükəsizliyik mədəniyyətini inkişaf etdirmək üçün daim kibertəhlükəsizlik maarifləndirmə təlimlərini həyata keçirin.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

15/12/2023

"Microsoft" şirkəti 2023-cü il üçün sonuncu "Patch Tuesday" yenilənmələrini həyata keçirərək, proqram təminatında 33 boşluğu aradan qaldırıb.
33 boşluqdan, 4 boşluq Kritik, 29 boşluq isə vacib qiymətləndirilib.

Qeyd edək ki, CVE-2023-36019 kibercinayətkarlara hazırlanmış URL vasitəsilə zərərli skriptləri icra etməyə imkan verir.

Yeniləmə, həmçinin Active Directory domenlərinə edilən hücumlarla üst-üstə düşən DHCP server zəifliklərini də əhatə edib.

Microsoft istifadəçilərə lazım olmadığı təqdirdə, DHCP DNS Dinamik yeniləmələrini söndürməyi tövsiyə edib.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

11/12/2023

Günümüzdə geniş yayılan kiber təhlükələr arasında virusu, Microsoft Windows əməliyyat sistemlərinin istifadəçilərini hədəf alan bir hücumu növüdür. Bu kibertəhlükə, 2016-cı ildə ortaya çıxaraq, infeksiyaya yoluxmuş sistemlərdəki məlumatları şifrələyərək ödəniş tələb edir.

Petya və NotPetya kimi ransomware növündəki təhlükələrə qarşı qorunmaq üçün, istifadəçilər aşağıdakı tədbirləri nəzərə almalıdır:

• Təhlükəsizlik yeniləmələri: Əməliyyat sistemlərini və antivirus proqramlarını müvafiq qaydada yeniləmək.

• Şübhəli e-poçtlara diqqət: Şübhəli e-poçtları açmamaq və köçürülən bağlantı və ya fayllara diqqətli olmaq.

• İşçilərin maariflənməsi: İşçiləri bu və bu kimi kiber hücum növləri haqqında mütəmadi olaraq maarifləndirmək.

Əgər Petya virusu ilə kiberhücum baş veribsə, mütəxəssislərdən kömək almaq və müvafiq antivirus və ya antimalware proqramlarından istifadə etmək vacibdir.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

08/12/2023

KEV Kataloquna iki mühüm təhlükəsizlik boşluğunu əlavə edib.

ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bu yaxınlarda aktiv sübutlar əsasında 2 kritik zəiflikləri KEV kataloquna əlavə edib.

Zəifliklər aşağıdakılardır:

1) CVE-2023-36584 - Microsoft Windows Mark-of-the-Web (MotW) Security Feature Bypass Vulnerability
2) CVE-2023-1671 - Sophos Web Appliance Command Injection Vulnerability

CVE-2023-1671 auth-dan əvvəlki kritik əmr inyeksiyası zəifliyi ilə bağlıdır ki, bu da arbitrary kodun icrasına imkan verir.

CVE-2020-2551 KEV kataloquna əlavə edilmiş zəiflik APT qrupu tərəfindən (aka RomCom və ya Void Rabisu) hədəf-fişinq hücumları etmək üçün istifadə edilir.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

06/12/2023

Ümumi printerlərin kiber risklərindən xəbərdarsınızmi?

Günümüzdə kiberhücumlar yalnız rəqəmsal şəkildə həyata keçirilmir, printerlər kimi fiziki cihazlar da kibertəhlükəsizlik riskləri yarada bilərlər.
Bu səbəbdən, məxfi məlumatları və vacib sənədləri çap etdiyiniz zaman daha diqqətli olmalısınız.
Diqqət etməli olduğunuz bəzi nüanslar aşağıdakılardan ibarətdir:
• Printerlərin yenilənməsi:
Printerlərin proqram təminatının potensial risklərini azaltmaq üçün ən son versiyası ilə işlədiyinə əmin olun.
• Güclü şifrələrlərin istifadəsi:
Printerlər üçün güclü, mürəkkəb şifrələr təyin edin. Bu, icazəsiz girişin qarşısını almağa kömək edir və printerdə saxlanıla biləcək məxfi məlumatları qoruyur.
• Printer konfiqurasiyalarının dəqiq tənzimlənməsi:
Printerdə lazımsız xidmətləri, protokolları və portları söndürün. Giriş nöqtələrini məhdudlaşdırmaqla riskləri azalda bilərsiniz.
• Fiziki təhlükəsizliyin təmin edilməsi:
Digər şəxslərin printerlərə girişini məhdudlaşdırın. Fiziki müdaxilə, məlumatların itkisinə səbəb ola bilər, buna görə də printerin təhlükəsiz mühitdə yerləşdiyinə əmin olun.
• İstifadəçilərin maarifləndirilməsi:
Ümumi printerlərdən təhlükəsiz istifadə üçün, təhlükəsizlik xüsusiyyətləri və parametrləri haqqında ətraflı məlumat öyrənin. Təhlükəsiz çap üçün lazımi məlumatı təhlükəsizlik departmentinizdən əldə edə bilərsiniz.

Kibertəhlükəsizlik məsləhətlərinə əməl etməklə printerlərlə bağlı riski əhəmiyyətli dərəcədə azalda və ümumi kibertəhlükəsizliyinizi gücləndirə bilərsiniz.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

04/12/2023

Məntiqi bomba (Logic bomb) Nədir?

Əksər kiberhücumlar kompüterinizə zərərli təsir göstərir. Məsələn, tanımadığınız bir e-poçta daxil olmaqla fidyə proqramı yükləyə bilərsiniz. Həmin fidyə proqramı, fayllarınızı dərhal şifrələyəcək və onların heç birinə daxil ola bilməyəcəksiniz. Lakin Məntiq Bombası virusu fərqli hücum edir. O, konkret hərəkət nəticəsində yaranana qədər gizli qalan zərərli koddur.

Məntiqi bomba hücumlarının qarşısını necə almaq olar?
1. Etibarlı Antivirus proqramından istifadə etməklə
2. Proqramlar və Proqram Təminatı Yüklənilən Vebsaytlara diqqətli olmaqla
3. Məlumatlarınızın ehtiyyat nüsxələrini saxlamaqla
4. Özünüzü və işçilərinizin bu virus haqqında maarifləndirməklə

Məntiq Bombası viruslarının aradan qaldırılması üçün tələb olunan proseslər digər malware növlərinin aradan qaldırılması zamanı istifadə olunan proseslərə nisbətən bənzəyir. Bu cür əməliyyatlar adətən İT təhlükəsizlik mütəxəssisləri tərəfindən həyata keçirilir. Ona görə də məntiq bombası hücumunun qurbanı olduğunuzdan şübhələnirsinizsə, dərhal bu sahədə mütəxəssisdən dəstək istəməlisiniz. Bunu birbaşa aşkar etmək mümkün deyil.

Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

30/11/2023

30 noyabr, dünyada “Kompüter Təhlükəsizliyi Günü” kimi qeyd edilir. Bu gün, internet istifadəçilərinə və şirkətlərə, kompüterlərinin təhlükəsizliyini mövcud təhlükələrdən qorumaq üçün mübarizə aparmaq imkanı verir. İnternetdə sürətli inkişaf və artan onlayn aktivliklə birgə, kompüterlərin təhlükəsizliyi də vacib hala gəlir.

Məlumatlarınızı qorumaq üçün, aşağıda qeyd olunan bir neçə əsas addımları nəzədən keçirmək lazımdır:

1. Antivirus tətbiqlərinizi yeniləyin:
Kiber təhlükələrə qarşı müdafiə üçün ən son antivirus tətbiqlərindən istifadə edin. Yenilənmələri düzgün şəkildə həyata keçirmək, yarana biləcək təhlükələrdən qorunmağınızı təmin edir.

2. Güclü şifrələr istifadə edin:
İnternetdəki hesablarınızın təhlükəsizliyini artırmaq üçün güclü şifrələr seçin. Ən azı 12 simvol uzunluğunda simvollar, rəqəmlər və böyük/kiçik hərflərdən ibarət olan şifrələr təyin edin.

3. Tətbiq yükləmələrində diqqəti olun:
Onlayn məğazalardan və digər mənbələrdən yüklədiyiniz proqramları və tətbiqləri diqqətlə seçin. Yükləmədən əvvəl rəsmi veb saytları və istifadəçi rəylərini yoxlayın.

4. Onlayn məlumatların yenilənməsi:
Məlumatlarınızı, şəkillərinizi və sənədlərinizi mümkün olduqca düzgün qaydada yeniləyin. Düzgün qaydada yenilənmə, məlumatlarınızı itirdiyiniz zaman onları bərpa etməyinizə kömək edəcəkdir.

5. Şübhəli e-poçtlara diqqət edin:
Şübhəli və ya tanınmayan e-poçtlardan gələn bağlantıları və faylları açmaqdan çəkinin. Həmin bağlantı və faylları açmazdan əvvəl e-poçt ünvanlarını yoxlayın və şübhəli görünənləri silin.

6. İnternet trafikinizi şifrələyin:
Hər zaman şifrəli (HTTPS) saytları istifadə etməli və şübhəli saytlardan uzaq durmalısınız. Virtual özəl şəbəkə (VPN) istifadəsi də təhlükəsizlik səviyyəsini artırmaq üçün effektiv bir tədbirdir.

Qeyd olunan təhlükəsizlik addımlarını tətbiq etməklə,məlumatlarınızı onlayn təhlükələrdən daha effektiv şəkildə qoruya bilərsiniz.

Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

30/11/2023

QR Kod fırıldaqçılığının son illərdə artdığını bilirdinizmi?

Günümüzdə, QR Kodun istifadəsinin artması, kibercinayətkarların bu metoddan istifadə edərək, istifadəçilərə daha çox QR kodla “Fişinq” hücum cəhdləri etməsinə səbəb olur.

Şübhəli QR kodlarının skan edilməsi, zərərli proqramlara, icazəsiz əməliyyatlara və ya digər hücumlarına səbəb ola bilər. Fişinq e-poçtlarında əlavə edilmiş QR kodlarda gizlədilən zərərli linklər e-poçt filtrlərindən keçə bilərlər, bu səbəbdən e-poçtlarda olan QR kodlara daha çox diqqətli yanaşmaq lazımdır.

Zərərli QR kodu skan etdikdən sonra açılan veb ünvanları, şəxsləri məxfi məlumatları daxil etməyə sövq edə bilər. İstifadəçi tələb olunan məlumatları təqdim etdikdən sonra, bu məlumatlar şəxsiyyət oğurluğu, maliyyə fırıldaqları və ya digər zərərli fəaliyyətlər üçün sui-istifadə edilə bilər.

Bizim “Kiber Maarifləndirmə” və “Fişinq” portalı vasitəsilə əməkdaşlarınızı QR kod hücum növü haqqında maarifləndirib və kiber təhlükəsizliyinizi gücləndirə bilərsiniz.


, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

27/11/2023

virusları, kibercinayətkarlara uzaqdan cihazlara daxil olmağa və müxtəlif fəaliyyətləri həyata keçirməyə imkan verən bir növüdür.

Troyan hücum növündən kibercinayətkarlar, şəxslərdən və ya şirkətlərdən məlumat oğurlamaq, proqramları idarə etmək məqsədilə istifadə edirlər.

Troyan hücumlarının qarşısını necə almaq olar?

• Antivirus proqramlarından istifadə edin.
• Sistemlərinizi yeniləyin.
• Şəbəkələri monitorinq edin.
• Məlumatlarınızın ehtiyat nüsxəsini çıxarın.
• Əməkdaşlarınızı maarifləndirin.

Özünüzü və şirkətinizi bu növ viruslardan qorumaq üçün, daim kibertəhlükəsizlik tədbirləri haqqında məlumatlı olun və həyata keçirin.

Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

22/11/2023

Onlayn təklif edilən hədiyyələrin təhlükəli ola biləcəyini bilrdinizmi?

Onlayn hədiyyələr və xüsusi təklif mesajları aldıqda, onların təhlükəsiz olduğuna əmin olmaq, çox dəqiqlik tələb edir. Onlayn hədiyyələr və xüsusi təklif mesajları sizin iş karyeranıza və ya şəxsi məlumatlarınıza ciddi risklərə səbəb ola bilər.

Saxta onlayn hədiyyələrdən və cəlbedici xüsusi təkliflərdən qorunmaq üçün əsas tövsiyələri qeyd edirik:
• İnternetdə ödənişsiz tətbiqlər, oyunlar və ya hər hansı bir təklif edilən reklamlara qarşı diqqətli olun.
• E-poçtlarda, inandırıcı görünən linklər və əlavələrə keçid etməzdən əvvəl onun təhlükəsiz olduğuna əmin olun .
• Hədiyyə olaraq alınan USB yaddaş kartları və ya digər cihazlar, sizin cihazınıza zərər verə bilər. Bu hücumlara məruz qalmamaq üçün antivirus tətbiqlərindən istifadə edin.
• Hədiyyələri qəbul və ya istifadə etdikdə hər hansısa bir şübhəniz yaranarsa, dərhal bir mütəxəssisə müraciət etmək və ya müvafiq təhlükəsizlik tədbirlərini görməlisiniz.

Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!


, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

21/11/2023

Günümüzdə informasiya texnologiyalarının sürətli inkişafı, kiber hücumların sayını artırmağa davam edir. Şirkətlər, təşkilatlar və fərdlər üçün kiber təhlükələr reallaşmaqdadır və mövcud vəziyyətdən qorunmaq üçün güclü tədbirlər görmək vacibdir.

Aşağıda kiber hücumlardan qorunmaq üçün əsas tövsiyələrı qeyd edirik:

1. Güclü şifrələmə istifadə edin: İnternet xidmətlərinə, e-poçt hesablarına və digər onlayn platformalara daxil olarkən, güclü, mürəkkəb və fərqli şifrələrdən istifadə edin.
2. Çox faktorlu identifikasiya (MFA) istifadə edin: MFA, yalnız şifrə istifadə etməkdən çox, birdən çox təyinat mənbəyini tələb edir. Bu faktorlar arasında şifrə, biometrik məlumatlar, SMS təsdiqləmələri və ya başqa avtomatik təyinat prosesləri ola bilər.
3. Yenilənmələri vaxtında edin: Məxfi məlumatları və sistemləri düzgün şəkildə yeniləyin, mövcud təhlükəsizlik müdafiə tədbirləri baş verən bir hadisədə məlumat itkisini minimuma endirir.
4. Yeni təhlükələrə qarşı maariflənin: Yeni kiber təhlükələrə qarşı daima maariflənin, ola biləcək kiber hücmala qarşı məlumatlı olun.
5. Təhlükəsizlik tədbirlərini təqib edin: Kiber təhlükəsizlik sahəsindəki ən son yenilənmələri və qorunma üsullarını izləyin. Tədbirlərinizi müvafiq şəkildə təkmilləşdirmək üçün həmişə yeniliklərə nail olun.

Bu tövsiyələri diqqətlə tətbiq etdikdə, şirkətiniz və şəxsi məlumatlarınızı daha çox qorumağa nail olacaqsınız.

Kiber təhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

13/11/2023

"Kibertəhlükəsizlikdə Uyğunluq Monitorinqinin Mühüm Rolu"

Kibertəhlükəsizliyin uyğunluq monitorinqi, şirkətlərin daxili qaydalarına və standartlara əməl etməsinin təmin edilməsində mühüm rol oynayır. Bu, məxfi məlumatların qorunması və risklərin azaldılması üçün ən uyğun yanaşmadır.

Uyğunluq monitorinqi istənilən şirkətin kibertəhlükəsizlik strategiyasının mühüm komponentidir.

Kiber təhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

09/11/2023

Bayrağımız qürür mənbəyimizdir!🇦🇿
9 Noyabr Dövlət Bayrağı günümüz mübarək!

07/11/2023

Azərbaycanın tarixi 8 Noyabrda yenidən yazıldı və biz qələbə qazandıq!

Bu qələbə sevincini bizə yaşadan, bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edirik.

8 Noyabr Zəfər Gününüz mübarək!

26/10/2023

CYBERSIGN, 26-27 oktyabr tarixlərində Azərbaycanda, ilk dəfə keçirilən "Critical Infrastructure Defence Challenge 2023" tədbirində iştirak edir.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təşkil olunan startup və yerli məhsulların təqdimat sərgisində, CYBERSIGN-in "Kiber Maarifləndirmə Təlimləri və Fişinq simulyasiya" startup layihəsi və digər layihələri təqdim edilir.

Sizi CYBERSIGN stendində görməkdən məmnun olarıq.

-2023

25/10/2023

Bulud arxivi məlumatları uzun müddət saxlaya biləcəyiniz rəqəmsal xəzinə sandığı kimidir. Məlumatları itirməmək məqsədilə bulud arxivlərində etibarlı şəkildə saxlamaq mümkündür.

Bulud arxivləşdirməyə necə başlamaq olar?

1. Arxivləşdirmə ehtiyaclarınızı müəyyənləşdirin:
Hansı məlumatları arxivləşdirmək istədiyinizi müəyyənləşdirin. Bu, köhnə biznes qeydləri, şəxsi sənədlər, fotoşəkillər və ya hər hansı digər rəqəmsal məzmun ola bilər.
2. Etibarlı bulud arxiv provayderi seçin:
Arxivləşdirmə xidmətləri təklif edən, bulud provayderlərin seçimində diqqətli olun. Onların məlumat təhlükəsizliyini və davamlılığını təmin etmək təcrübəsinə malik olduğundan əmin olun.
3. Saxlama siyasətini təyin edin:
Məlumatları arxivinizdə nə qədər saxlamaq istədiyinizi müəyyənləşdirin. Fərqli məlumatların fərqli saxlama müddəti ola bilər.
4. Məlumatların şifrələnməsini həyata keçirin:
Arxivlənmiş məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün şifrələndiyindən əmin olun.

Bulud arxivlərinin imkanlarından istifadə etməklə, siz uzun müddət məlumatlarınızın təhlükəsizliyini təmin edə bilərsiniz.

Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

20/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*Mesajlara şübhə ilə yanaşın.*
Tanımadığınız mesajlara daha diqqətli olun. Maliyyə və dövlət qurumları telefon vasitəsilə heç bir halda ödəniş tələb etmir.
Hər hansı bir şübhəniz varsa, dərhal quruma zəng edərək məlumatı dəqiqləşdirin.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

19/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*Mobil cihazların təhlükəsizliyini təmin edin.*
Mobil cihazlara icazəsiz girişin qarşısını almaq üçün PİN kod və ya biometrik xüsusiyyətlərdən istifadə edin. Tətbiqləri yalnız etibarlı mənbələrdən yükləyin və mütəmadi olaraq yeniləyin.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

17/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*Antivirus tətbiqlərindən istifadə edin.*
Kompüterləri və mobil cihazları zərərli proqramlardan qorumaq üçün “antivirus” tətbiqlərinə üstünlük verin.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

16/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*Şifrə menecerindən istifadə edin.*
Mürəkkəb şifrələrin yaradılması və yadda saxlanılması üçün etibarlı şifrə menecerlərindən istifadə edə bilərsiniz.
Maliyyə əməliyyatları üçün istifadə edilən şifrələri, şifrə menecerində saxlamağınız tövsiyyə edilmir.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

13/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

Mütəmadi olaraq vacib məlumatların və faylların nüsxələrini xarici yaddaş qurğularına çıxarın.
Kiber hücumların hədəfi olduğunuz halda son ehtiyyat nüsxəsinə sahib olmaq, məlumat itkisinin qarşısını ala bilər.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

11/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*İctimai “Wi-Fi” şəbəkələrindən istifadə zamanı diqqətli olun.*
İctimai “Wi-Fi” şəbəkələrinin əhəmiyyətli təhlükəsizlik riskləri var. Əgər ictimai “Wi-Fi”-dan istifadə etməlisinizsə, məlumatlarınızı şifrələmək və təhlükəsiz qoşulmanı təmin etmək üçün Virtual Şəxsi Şəbəkədən (VPN) istifadə edin.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

10/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*Şəxsi məlumatlarınızı qoruyun.*
Şəxsi məlumatlarınızı onlayn paylaşarkən diqqətli olun və sosial mediada paylaşdığınız məlumatları məhdudlaşdırın.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

09/10/2023

Onlayn oyunların kiber riskləri nələrdir?

Oyun dünyasında əsas diqqətimiz qalib gəlmək və qələbə qazanmaqdır amma hər zaman itkilərə səbəb ola biləcək kiber risklərə də diqqət etməliyik.
Son dövrlərdə onlayn oyunlara tələbat artdığından, kibercinayətkarlar, istifadəçilərin şəxsi məlumatlarına və oyun daxili aktivlərinə görə onları hədəfə alırlar.

Kibertəhlükəsizlik məsləhətlərinə əməl etməklə, şəxsi məlumatlarınızı, oyun daxili aktivlərinizi və hesabınızı qoruyaraq, onlayn oyunları rahatlıqla oynaya bilərsiniz.
Qeyd edək ki, oyunla bağlı ən son təhdidlər və təhlükəsizlik tədbirləri haqqında məlumatlı olmaqla təlükəsizliyinizi təmin edə bilərsiniz.

Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!

CYBERSIGN, şirkətlər üçün maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.

06/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

*Cihazlarınızı mütəmadi olaraq yeniləyin.*
Baş verə biləcək kiber risklərdən qorunmaq üçün əməliyyat sistemini və proqramları daimi yeniləyin.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

05/10/2023

🔒 Oktyabr ayı Maarifləndirmə Ayıdır! 🔒

“Fişinq” hücumlarından qorunun.
Şübhəli e-poçt daxilindəki linkləri və əlavələri açmayın.

🔐 Biz hər birinizi kiber hücumlardan daha da diqqətli olmağa çağırırıq.

Want your business to be the top-listed Computer & Electronics Service in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Günümüzdə artan kiber hücumlardan özümüzü və biznesimizi qorumaq məcburiyyətə çevirilib. Bu kiber hücumların ən aktualı ...

Telephone

Address


44 Jafar Jabbarli
Baku
Other Information Technology Companies in Baku (show all)
SINAM SINAM
B. Vahabzade Str 9
Baku, AZ1141

SİNAM şirkəti Azərbaycanda informasiya texnologiyaları bazarının əsasını təşkil edən şirkətlərdəndir və 1994-cü ildən sözügedən bazarın liderlərindən biri hesab edilir.

One Degree LLC One Degree LLC
16 Gulle Str, Icheri Shexer, AG Business Centre
Baku, AZ1000

IT Solutions Company

Take Off Baku Take Off Baku
Mikayıl Müşfiq 2H
Baku, 1004

Take Off as an international Startup Summit, is the biggest startup event of the region as a part of the TEKNOFEST Aerospace and Technology Festival.

Conex.az Conex.az
Yasamal Rayonu, Royal Park Residence
Baku

🔸Commercial Display 🔸Digital Signage 🔸LED/LCD Displays 🔸Video Walls

BNB Security Alliance BNB Security Alliance
Baku White City Office Building, 8 Noyabr Avenue
Baku, AZ1025

B&B Security Alliance is a joint venture company of BestComp and Barikat Cyber Security. We offer cy

IT-Baku IT-Baku
Samad Vurghun, 34
Baku

IT-BAKU support and courses

Evimiz ailəvi restoran Evimiz ailəvi restoran
Əliyar Əliyev Küçəsi/52
Baku

2010-ci ildə əsası qoyulmuş “TIB” MMC (TEXNOKOM İstehsalat Birliyi) çoxşaxəli İT xidmətlərini bir ünvanda birləşdirməklə müştərilərə unikal xidmət təqdim edən aparıcı informasiya v...

Creator Baku Creator Baku
28 May Azadlıq Prospekti Və Kavarechkin Küçəsinin Kəsişməsi, ABŞ Səfirliyinin Yanı
Baku

IT Laborotoriya - Biz imkanlar yaradırıq!

Solvemarkaz Solvemarkaz
Xocalı Prospekti 37, Dəmirçi Tower, 26-cı Mərtəbə
Baku, 1078

Solvemark olaraq, 100% müştəri təcrübəsi ilə sahibkarlara və şirkətlərə 360 dərəcə te

Datalytic Datalytic
Baku, AZ1000

Business Intelligence Consultancy

Nsplusnet Nsplusnet
Cəfər Cabbarlı Küç 44, Caspian Plaza. "Lütfi Zadə Texnologiya Mərkəzi"
Baku, AZ1000

NSplusNET, İT sahəsində ixtisaslaşmış dinamik və təcrübəli mütəxəssislər qrupudur.

ItBaku ItBaku
Baku

Kompüterlərin formatı, proqramlaşdırılması, silinmiş faylların bərpası, təmir və s.