LaQuzu

LaQuzu

#SizəQuzuKəsərik

The delicious assortment of appetizers and salads, dishes on the saj and grill, and, of course, fabulous oriental sweets will create that very distinctive facet in taste that you have never tried before.

01/03/2024

Öz gözəlliyi ilə ətrafa nur saçan xanımlar! "La Quzu" 8 mart gününü tam olaraq sizə həsr edib. Həmin günü xatırlarkən daim qəlbinizdə xoş təəssüratların oyanması üçün hazırladığımız şou-proqram tam ürəyinizcə olacaq. Öz təbəssümünüzlə məclisimizi bəzəməyinizdən məmnun olarıq!

24/02/2024

Təndirdən çıxan xırçıldayan isti çörəyin qarşısında bütün pəhrizlər acizdir. Bizimlə razısınız? 😉

22/02/2024

Bəs sizin belə tanışınız var?😉 😄

19/02/2024

Hər sabahınız xeyrə açılsın! 😍

15/02/2024

Şuşa mətbəxi olduqca zəngin mətbəxdir. Deyilənlərə görə, bunun səbəbi orta əsrlərə gedib çıxır. Xanlıq dövründə Şuşaya o dövrün sayılıb-seçilən qonaqları gəlirdi. Gələn qonaqları razı salmaq üçün xüsusi və qabiliyyətli aşpazlar Şuşaya toplaşırdılar. Əslən şuşalı Sevər xanım da bu gün bizə Şuşa mətbəxinin əsas yeməklərindən biri olan Qırtonu hazırladı. Çox fərqli və gözəl dadı var. Bir az dovğaya bənzəyir. Eşitməkdənsə, dadsaz yaxşıdır. Siz də hazırlayın. Nuş olsun!

12/02/2024

Bu set daha çox toyuq yeməklərini sevənlər üçün hazırlanıb. Bir-birindən ləzzətli olmaqla yanaşı, həm doyumlu, həm də çox sərfəlidir. Toyuqsevən dostlarınızı yığın, keçin süfrə başına!
Nuş olsun!

08/02/2024

Romantikanı sevənlər, sözümüz sizədir. “LaQuzu” 14 fevral sizi yarınızla birgə sevgi dolu bir axşama dəvət edir. Həzin sevgi şərqilərinin sədaları altında ona eşqinizi izhar edin. Qoy o gün səslənən musiqilər həmişə sizə o xoşbəxt anları xatırlatsın ❤️

02/02/2024

Gəlin bu Gənclər Günündə əməkdaşlarımızın timsalında bütün Azərbaycan gənclərinə gələcək həyatlarında müvəffəqiyyətlər və bol şanslar arzulayaq.
Gənclər, yaşınız artsa da, qəlbiniz daim cavan qalsın!

01/02/2024

Xına kimi qızarmış toyuq, ətri asimana bülənd olan zəfəranlı plov... Görüntüsü belə iştahanı açır. Hələ dadını demirəm 👌🏻 Yeyənlərin dadından doymayacağı döşəmə plov bişirmək istəyirsinizsə, "La Quzu"nun baş aşpazı Ağarza bəyin resepti ilə hazırlayın. Tərifiniz göylərə ucalacaq 😉

30/01/2024

"La Quzu" qonaqlarını gülərüzlə qarşıladığı kimi, xoş ovqatla da yola salır. Sizə quzu kəsərik!

24/01/2024

Bizim əməkdaşlarımız hər işi gözəl bacarırlar. Bu dəfə mətbəxə digital marketing menecerimiz Dilarə xanım keçdi. Keçdi və Azərbaycan mətbəxinin ən qəliz və ən dadlı yeməklərindən biri olan fisincanı ənənəyə uyğun tərzdə bişirdi
Aşpazlığın öhdəsindən əla gəldi. Səbəb isə yenə də sevgidir❤️ Çünki biz işimizi sevə-sevə görürük. Siz də hazırlayın.

Evinizdən sevgi, ocağınızdan isti əskik olmasın!😍

18/01/2024

Ən çox soyuq qış aylarında yada düşən gürzəni yəqin ki, çoxunuz sevirsiniz. Amma ət sousunda gürzəni hər birinizin sevəcəyindən əminik.

11/01/2024

Həftə içi və iş günləri saat 12:00-dan 18:00-dək "La Quzu" restoranında əla kampaniya!
Deməli, 4 nəfər gedib doyunca ət yeməklərindən dəm-dəsgahı ilə nuş edirsiniz, 108.20 manat əvəzinə cəmi 75 manat ödəyirsiniz.

Necə deyərlər, sərfəli setlər yolunuzu gözlər!😉

03/01/2024

Gəlin görək mətbəx incəliklərini beş barmağı kimi bilən “La Quzu” kollektivini çətin sınaq qarşısında qoyan nə oldu? Bəs siz bu sözlərdən hansını bilirsiniz?

31/12/2023

“La Quzu” kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə sizi ürəkdən təbrik edir.
Qoy qəlbiniz bu şam ağacı kimi həmişə cavan olsun!

#2024

28/12/2023

Əbəs yerə demirik ki, “La Quzu”nun yeməkləri ağılları başdan alır😇. Adamın lap bildiyi yadından çıxır🤭

Photos from LaQuzu's post 27/12/2023

“Paytaxt”, “Sezar” fərq etməz,
Coca-Cola-sız getməz.
Bizim bu kampaniyaya
Heç bir endirim yetməz! 👍🏻

25/12/2023

Əziz qonaqlarımız, böyük sevinc hissi ilə bildirmək istəyirik ki, “LaQuzu” restoranı Tripadvisor tərəfindən “Traveler’s Choice” mükafatına layiq görülüb. “Traveler’s Choice” il ərzində toplanmış müştəri rəyi və reytinq əsasında verilir. Bu, qonaqlara yüksək səviyyəli xidmətin göstəricisidir.
Dəyərli qonaqlarımız, bizi yüksək qiymətləndirməyiniz sayəsində belə bir mükafat qazandığımıza görə Sizə minnətdarıq. “LaQuzu” olaraq belə bir mükafata layiq görülməyimizlə qürur duyuruq!🙂

22/12/2023

"Yeni il süfrəsi" dedikdə nə yadınıza düşür? “Paytaxt” salatı, "Şuba" salatı, şampan şərabı və əlbəttə ki, naringi! Sən demə, qədim Çində naringi - var-dövlət simvolu hesab olunurmuş. Ona görə də, yeni ildə bir-birlərinə bu ətirli meyvəni hədiyyə edirmişlər. Siz də bayram süfrənizə naringi qoyun ki, iliniz bərəkətli olsun. Amma bu dəfə söhbət Naringi 🍊salatından gedir 😊Bizdən bayram süfrəniz üçün resept😊

16/12/2023

Ye turşu-qovurma,
Dadından doyma!

Ye səbzi-plov,
Aclıq hissini başından qov!

Fisincandan ye,
“Can” eşit, “can” de! 😍

13/12/2023

"Bölgə mətbəximizdən incilər" rubrikasının bu dəfəki qonağı "Çəpər çolpası"dır. Əslən Kürdəmirdən olan supervayzerimiz Royal çolpanı elə çığırtdı ki, səs-sorağı bütün "La Quzu"ya yayıldı.
Direktorumuz Zaur bəy isə onu bir göz qırpımında yox etdi.

07/12/2023

“La Quzu”nun direktoru Zaur bəy sizi “sərfəli setlər”dən dadmağa dəvət edir. Çox ye, az ödə! Belə fürsət ələ düşməz, tələsin 🤩

Photos from LaQuzu's post 04/12/2023

👍
Əziz qonaqlar, sözümün canı var: İş günlərində, həftə içində Saat 12-dən 6-a qədər Sərfəli setlər yolunuzu gözlər.

29/11/2023

Aşa dad verən yağ olar, gəlinin üzü ağ olar!

26/11/2023

Endirimlər bitmədi! 27 noyabr tarixində "La Quzu"-dan yemək menyusundan WOLT vasitəsilə sifariş edəcəyiniz istənilən yemək 15% endirimlə süfrənizdə olacaq!

24/11/2023

Əminik ki, siz də belə edərdiniz. O qədər dadlıdır ki… 🤤

21/11/2023

İçərişəhər mənzərəsi,
Qara çayın pürrəngisi,
Dostların köhnəsi,
Söhbətin təzəsi 😊

14/11/2023

Salyan mətbəxinin incisi - şor balıq dolması! Videoqrafımız Ənvər mətbəxdə də çox bacarıqlı olduğunu bir daha sübut edərək bizi öz doğma yurdunun ləziz təamına qonaq etdi.
Eksklüziv olduğu qədər də ləzzətli idi 👍🏻

Want your restaurant to be the top-listed Restaurant in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

laquzu
laquzu
La Quzu
laquzu
laquzu
laquzu
laquzu
laquzu
"La Quzu" qonaqlarını gülərüzlə qarşıladığı kimi, xoş ovqatla da yola salır. Sizə quzu kəsərik!#Laquzu #ByCafeCity #Sizə...
La Quzu
laquzu
laquzu

Telephone

Address


41 Boyuk Qala
Baku
AZ1095

Opening Hours

Monday 09:00 - 23:45
Tuesday 09:00 - 23:45
Wednesday 09:00 - 23:45
Thursday 09:00 - 23:45
Friday 09:00 - 02:00
Saturday 09:00 - 02:00
Sunday 09:00 - 23:45