Estetik Funksional Ginikologiya
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir
Uşaqlıq yolunun divarları, qat-qat boru forması olduğundan bu orqanın eni və uzunu bəzi səbəblərdən dolayı genişlənə bilir.
🔶️Hamiləlik və doğuş qadının bütün orqanizmində dəyişiklik yaratdığı kimi uşaqlıq yolunda da dəyişiklik əmələ gətirir. Lakin orqanizmdə baş verən digər dəyişikliklər zamanla bərpa olunaraq əvvəlki vəziyyətinə qayıdır, ancaq uşaqlıq yolunda gedən dəyişiklik öz əvvəlki vəziyyətinə qayıda bilmir.
🔶️Küretajlardan sonra uşaqlıq yolunda deformasiyalar yaran bilər.
🔶️Genetik faktorlar – uşalıq yolunun bağ toxumasının zəif olması
🔶️Yaşlanma ən çox rastlanan səbəblərdəndir. Yaşa dolduqca kollagen sintezi azalır, uşaqlıq yolunda boşalmalar başlayır ki, bu cinsi əlaqə zamanı va**nada genişlik hissi ilə özünü biruzə verir.
Struktur olaraq normal böyüklükdə olan daxili cinsiyyət dodaqları çox sayda doğumdan, təbii doğuş zamanı travmalardan, menopauzaya bağlı hormonal dəyişikliklərdən, sürətli çəki alıb vermə və başqa səbəblərdən genişlənə və buna görə də xarici cinsiyyət dodaqları tərəfindən tamamilə örtülə bilməyəcək hala gələ bilirlər. Heç doğuş etməmiş və anadan olandan daxili l***a minoru normal ölçülərdə olan qadınlarda da yaşın irəliləməsilə birgə dərialtı yağ toxumasında azalmaya bağlı olaraq sallanmalar görülə bilər. Bəzi qadınlarda isə va**nanın daxili dodaqlarından biri və ya hər ikisi struktur olaraq normaldan böyük olub asimmetrik bir görünüm təşkil edə bilirlər (genetik).
Hər hansı səbəblə olursa olsun sallanmalar qəbul edilə bilən ölçünü keçdikdə estetik baxımdan xoş olmayan görüntü yaradaraq şəxsin özünü narahat hiss etməsinə və özünəinamını itirməsinə səbəb ola bilər. Belə hallar yaşam keyfiyyətinə də mənfi təsir edir. Məsələn, daxili cinsiyyət dodaqlarındakı sallanma çimərlik geyimləri və ya dar paltarlar geyinməyə mane ola bilər. Əsasən də, fiziki görünüşün ön planda olduğu idman növlərində və səhnə ilə bağlı sənətlərdə çalışan xanımların iş həyatına müəyyən təsirlər göstərə bilər.
📱(77) 343-63-77
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir!
G nöqtəsi qadınlarda klitordan sonra cinsi həzzin ən yoğun hiss edildiyi, va**nanın 2-3 sm içərisində yerləşən sinirlərlə zəngin anatomik hissədir.
İlk dədə 1950-ci ildə dr.Ernest Grafenberg tərəfindən kəşf edildiyi üçün onun adının baş hərfinə uyğun olaraq belə adlandırılıb.O müəyyən edib ki, G nöqtəsi qadında cinsi həzzin yaşanması və orqazm olmaq baxımından böyük önəm daşıyır.
📱(77) 343-63-77
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir!
🔷️Hialuron əsaslı dolğuları nəinki dodağa və üzə, həmçinin, intim nahiyyələrə də yeritmək mümkündür. Bu zaman daha qatı preparatlardan istifadə olunur. Kontur plastikanın köməyi ilə uşaqlığın girəcəyini daraltmaq, cinsiyyət dodaqlarının və “G” nöqtəsinin həcmini böyütmək mümkündür.
Prosedur yerli anesteziya altında tətbiq olunur və çox az vaxt aparır. İnyeksiyalar ağrısızdır, buna görə də heç bir diskomfort hissi keçirməyəcəksiniz. Prosedurun nəticəsini bir iki həftəyə qiymətləndirmək olar.
🔶️Prosedurun nəticəsi
Prosedurun tezliyi cinsi həyatdan asılıdır: daha aktiv cinsi həyat sürdükdə dolğunun təsiri tez keçir. Ortalama 1 prosedurun effekti 6-12 aya qədər kifayət edir. İnyeksiyadan sonraki nəticə yeni cinsi hisslər yaradır və, hətta orqazm hisslərinin sayını artırır.
📱(77) 343-63-77
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir!
**nalfiller **naldolğu
Bu əməliyyat əsasən qadınların xarici cinsiyyət üzvünün görünüşündən razı qalmamaları, öz güvənlərinin artırılması məqsədi ilə aparılır. Bundan başqa yəni estetik görünüşündən əlavə sağlamlıq baxımından da bəzən bu əməliyyatlara ehtiyac olur. Belə ki, normadan böyük, uzun kiçik cinsiyyət dodaqları uşaqlıq yolu ilə daima təmasda olduğundan həmin nahiyyədə tez-tez bakteriya və ya göbələk mənşəli infeksiyalar artır, uşaqlıq yolundan axan selikli ifrazat kiçik cinsiyyət dodaqlarının iç səthini daima nəmləndirdiyindən həmin nahiyyədə qaşıntı, diskomfort hissi yaranır, hətta ekzemaya belə səbəb olur. Belə vəziyyətlərdə də labioplastika əməliyyatı icra olunur.
Bundan başqa bəzi qadınlar dar şalvar və ya bikini geyinən zaman ge***al nahiyyənin xarici görüntüsündən narahat ola bilirlər. Çox zaman Labioplastika əməliyyatı Hudoplastika əməliyyatı ilə birlikdə icra edilir.
📱(77) 343-63-77
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir!
Va**na bağ sistemi və əzələ toxumasından ibarət bir nahiyədir. Bağ sisteminin əsas elementi isə kollagenlərdir. Yaş irəlilədikcə, keçirilmiş təbii doğuşlar, hamiləlik, abort və bu kimi bənzər prosedurlar nəticəsində bu bağ və əzələ sistemi müəyyən təsirə məruz qalır və va**nada genişlənmələr meydana çıxır.
Ən sıx görülən səbəbi isə təbii yolla doğuş etməkdir. Əsasən də çətin keçən doğuşlar va**nanın əzələ və bağ sistemində yırtıqlara yol açaraq va**nada qalıcı şəkildə genişlənmələrə səbəb olur. Digər tərəfdən təbii doğuş planlaşdırılmış, amma doğuş başladığı ancaq müəyyən səbəblərdən keysəriyyə ilə başa çatdırılmış hallarda belə va**na genişlənməsi müşahidə oluna bilər.
Genişlənmənin ən çox görülən səbəbinin təbii doğuş olduğunu desək də bəzən heç doğum etməmiş, hətta hamilə belə olmamış qadınlarda da va**nal genişlənmə şikayətləri görülə bilər. Bu, qadınlarda əzələ bağ sisteminin zəifliyi ilə əlaqədar olub, nəticə olaraq bağ aparatının elastikliyinin daha çox olması ilə bağlıdır. Bu hal cinsi əlaqə zamanında islanmanın da təsiri ilə va**nada bol mayenin yaratdığı genişlənməyə də dəlalət edə bilməkdədir.
📱(77) 343-63-77
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir!
Uşaqlıq yolunun düşməsi – heç də fizioloji proses deyil. Faktiki olaraq bu, qadın orqanizmində cinsiyyət orqanlarının travmasının (həmçinin doğuş zamanı) və endokrin dəyişikliklərin gecikmiş fəsadlarıdır.
Cərrahi müdaxilələrdən biri.
🔶️Arxa kolporafiya – düz bağırsaq ilə qonşu olan arxa divarın tikilməsi. Adətən aralıq əzələlərinin plastikası ilə birgə aparılır.
Bütün dünyada stres sidik saxlamazlığın qəbul olunmuş müalicə yolu slinq əməliyyatıdır. Əməliyyatın mahiyyəti odur ki, uşaqlıq yolunun girişində 2 – 3 sm kəsik aparılmaqla ora sidik kanalını yuxarı qaldırmaq üçün nəzərdə tutulmuş xüsusi sintetik tor ( ilgək ) yerləşdirilir. Bu ilgək vasitəsilə sidik kanalı nisbətən yüxarı qaldırılır. Bu ilgək sidik kanalını əhatə edən və funksiyasını yerinə yetirə bilməyən əzələləri əvəz edir. Belə ki, bu ilgəyi yerləşdirdikdən sonra sidik kanalı daxili təzyiq yüksəlir. Nəticədə qarın boşluğu təzyiqin artmasına səbəb ola biləcək hallarda sidik qaçırma olmur. Bununla da insan normal həyata qayıdır. Bu əməliyyatların bir neçə modifikasiyası var, bunlardan TOT, TVT daha geniş tətbiq olunanlarıdır. Bu əməliyyatları ümumilikdə slinq əməliyyatları adlandırırlar. Hazırda bunların hər ikisi klinikamızda geniş tətbiq edilməkdədir.
Sidik qaçırmanın TOT sling əməliyyatı ilə müalicəsi
İmplantın istifadəsi ilə tətbiq olunan əsas əməliyyat növlərindən biri TOT sling əməliyyatıdır.
Müdaxilənin mahiyyəti olduqca sadədir: sidik kanalının altına xüsusi insan toxumasına biouyğun tor yerləşdirilir. Bu ilgək sidik kanalını fizioloji vəziyyətdə saxlayır, qarındaxili təzyiq artdıqda sidiyin axmasına mane olur.
Bu torun yeridilməsi üçün uşaqlıq yolunun ön divarında kəsik aparılır və qasıq qatlarında 2 kəsik icra olunur, onlar kosmetik deffekt yaratmır. Vaxt keçdikcə, tor birləşdirici toxumayla örtülür və sidik kanalını möhkəm saxlayır.
Əməliyyatdan sonra iz qalırmı?
Bu əməliyyat haqqında düşünən xanımların ən maraqlandığı məqamlardan biri də tikiş qalıb-qalmamağıdır. Vaginoplastika əməliyyatı keçirən qadınlarda heç bir iz qalmır və hətta əməliyyat olunduğu belə bilinməməkdədir. Bu haqda ciddi narahatlıq keçirən xanımlar tamamilə bu şübhələrdən özlərini qurtarmalıdırlar. Prosedur sonrası təxminən 10 gün xırda ləkə şəkilli qanamalar görülə bilər. 10 gündən sonra isə heç bir şikayət görülməməkdədir. Həmçinin bu əməliyyatda infeksiya, qanaxma və ödem kimi risklər xaricində çox böyük risklərə rast gəlinmir. Belə kiçik risklərin qarşısını almaq üçün isə pasiyentlər son dərəcə diqqətli olmalı, həkim təlimatlarını yerinə yetirməli və əməliyyat sonrası bol-bol istirahət etməlidirlər. Əks halda ödemlər və infeksiya görülə bilər
📱(77) 343-63-77
♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir!
❓️Labioplastika doğuşa maneədirmi?
Bu əməliyyat doğum kanalına aid bir prosedur deyildir, təbii doğum və ya keysəriyyə əməliyyatları üçün əks göstəriş sayılmır.
❓️Əməliyyatdan sonra tikiş izləri qalırmı?
Mütəxəssis həkim tərəfindən icra olunmuşsa, əməliyyat sonrası heç bir tikiş izi qalmaz və belə bir prosedurdan keçdiyiniz belə bəlli olmaz.
❓️Labioplastika sonrası daxili cinsiyyət dodaqlarında yenidən sallanmalar ola bilərmi?
Artıq hissənin götürüldüyü nahiyədə yenidən toxuma böyüməsi və sallanması görülməz.
❓️Əməliyyat üçün yaş məhdudiyyəti varmı?
Hər hansı bir yaş məhdudiyyəti yoxdur, daxili dodaqlardakı sallanmalar səbəbindən yaşam keyfiyyəti pozulmuş və tibbi məcburiyyət gərəkdirən hallarda prosedur icra oluna bilər. Labioplastika 18 yaşına çatmış, evli və ya subay, doğuş etmiş və ya etməmiş hər yaşda xanıma tətbiq edilə bilər.
Click here to claim your Sponsored Listing.
Telephone
Address
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
Saturday | 09:00 - 17:00 |
Babek Pr. 92N
Baku
Врач-хирург со стажем более 20 лет получившая образование и практику в Австрии и побывавшая на многих конференциях в Европе.
Baku
Теймур Кулиев: к.м.н., доктор философии по медицине член Национального общества эстетической медицины стаж 30 лет
Əhməd Rəcəbli, Bakı 1/21
Baku
Rauf Yusifzadə|Bakı RİNOPLASTİKA RhinoMagic Qapalı rinoplastika Təkrar rinoplastika Nəfəsin bərpası SPRAS 🇷🇺 (Etik Komitəsinin katibi) ISAPS 🇺🇸 və RSE 🇪🇺 üzvü
Razin Icra Hakimiyyetin Arxasi. Aygun Moll Yaxinligi Sulh Street67. M. Neftcilerden 5 Degige
Baku
Kiprik ve qaw laminasiyasi. Ламинирование ресниц и бровей.