Dr.Togrul Piriyev

Op.Dr.Toğrul Piriyev
Uşaq cərrahı və uşaq uroloqu

20/12/2023

, .dr.kamil_sharifov,.dr.azerahmadov, .nicatveliyev

02/12/2023

Pediatriyanın müasir problemlərindən bəhs edən elmi konqresdən.

27/09/2023

Qürur ve hörmetle aniriq!!!

10/02/2023

Əziz və dəyərli pasientlər,artiq fəaliyyətimə Mərkəzi Gömrük Hospitalında davam edəcəyəm.

Məlumat üçün əlaqə nömrəmiz :
📞 +994 70 300 00 63

16/02/2022

Uşaq cərrahı və uşaq uroloqu Op.Dr.Toğrul Piriyev 20 fevral Qusar şəhəri “OKİ” klinikasında Quba, Qusar, Xaçmaz sakinləri üçün "Uşaqlarda cərrahi və uroloji xəstəliklər" ilə bağlı müayinələr təşkil edəcəkdir. Uşaqlar bizim gələcəyimizdir və gələcəyimizi qorumaq bizim əlimizdədir.

Əlaqə: 070 300 00 63

Oki klinikasının ünvanı: Qusar ş.,F.Musayev küç. 27

03/05/2020

Baku Medical Plaza Babək filialının 9 yaşı tamam olur.Bu münasibətlə rəhbərliyimizi ve kollektivimizi təbrik edirik.🏥🎂

13/04/2020

#детскийуролог ***səyriliyi ***s

09/02/2020

Aztvdə Aytac xanımın təqdimatında A**lar akademiyasında verilişindən.

31/01/2020

VARİKOSEL VƏ SONSUZLUQ

Varikosel həddi-büluğ dövründə hər 5 oğlan uşağından birində görülə bilər.

Xayalarda şişkinlik və ya qasıq nahiyəsində ağrı şikayəti ilə bilinir.

Hər varikosel, müalicə tələb etmir. Ancaq xayalarda fəsada yol açan və sonsuzluğa səbəb ola biləcək varikoseli olan xəstələr müalicə olunmalıdır.

Mikroskopik üsulla ortalama 1 saat davam edən bir əməliyyatla 90% müsbət nəticə ilə müalicə edilə bilir.

#детскийуролог ***səyriliyi ***s

28/01/2020

UŞAQLARDA SİDİK QAÇIRMA DAHA CİDDİ XƏSTƏLİKLƏRİN XƏBƏRÇİSİ OLA BİLƏR !!!

Uşaqlarda sidik qaçırma və digər sidiyə getmə ilə bağlı şikayətlər çox zaman yüngül kimi görünsə də, bəzən daha ciddi xəstəliklərin əlaməti ola bilər.

Bunlar:
🔹 Sidik yolu infeksiyaları
🔹 Neyrogen sidik kisəsi
🔹 Sidik kisəsindən böyrəyə sidik qayıtması, yəni vezikoureteral refluks
🔹 Böyrəklərdə zədələnməyə yol aça bilən sidik kisəsinin bəzi funksional pozğunluqları.

Bu və buna bənzər şikayətlər ortaya çıxa bilər.
Bu səbəblə də sidik qaçırmaya ciddi yanaşılmalı və həkim müayinəsi gecikdirilməməlidir.

#детскийуролог ***səyriliyi ***s

23/01/2020

KRİPTORXİZM (ENMƏMİŞ XAYA) NİYƏ MÜALİCƏ EDİLMƏLİDİR?

Kriptorxizm xayaların xayalığa enməməsidir.
Kriptorxizm həm gələcəkdə övlad sahibi ola bilməkdə problemlərə yol aça bilər, həm də xaya xərçəngi riskini artıra bilər.
Bundan əlavə, bu problemi olan uşaqlarda yırtıq, te**is torsiyonu (xaya burulması) kimi hallara da daha sıx rast gəlinir. Bu səbəblərdən də valideynlər diqqətli olmalı, problemə ciddi yanaşmalıdırlar.
Problemlə bağlı uşaq uroloqunun müayinəsi və vəziyyətin dəyərləndirilməsi məsləhətdir.

22/01/2020

VARİKOSEL NİYƏ MÜALİCƏ OLUNMALIDIR?

Xəstələrin çoxunda müdaxilə etməyə ehtiyac yoxdur. Amma irəli səviyyədə varikoseli olan xəstələrdə, xaya ölçüsü kiçilən xəstələrdə cərrahi müdaxiləyə ehtiyac duyulur.

Cərrahi müdaxilənin ən önəmli məqsədi isə ağrının və şişkinliyin aradan qaldırılmasından əlavə, irəlidə yarana biləcək sonsuzluq riskini aradan qaldırmaq və ya azaltmaqdır.

#детскийуролог ***səyriliyi ***s

Photos from Dr.Togrul Piriyev's post 21/01/2020

Aztv telekanalında yayımlanan xanımın aparıcılığı ilə "ANALAR AKADEMİYASI" valideyinlərə çox maraqlı və faydalı ola biləcək "Evdə baş vermiş qəzalar zamanı ilk yardım" mövzusundan bəhs etdik. Üzrlü səbəblərdən veriliş canlı yayımlanmadı, yayımlanacağı vaxt səhifədə paylaşacağıq..dr.agil.abilov

#детскийуролог

21/01/2020

XƏTALI SÜNNƏT NECƏ MÜALİCƏ EDİLİR?

Xətalı sünnət uşaq cərrahları və uşaq uroloqlarına ən çox müraciyət səbəblərindəndir.
Sünnət doğru şərtlərdə və təcrübəli həkimlər tərəfindən edilməzsə, müxtəlif problemlər yarana bilər.
Bu problemlərdən:
Pen*sin ucunun qapanması və p***s ucunda darlıq yaranması, g***s deyilən sərtləşmənin yarandığı toxumanın kəsilməsinə qədər çox ciddi problemlər.


#детскийуролог ***səyriliyi ***s

Timeline photos 19/01/2020

HİDROSEL ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Hidrosel uşaqlarda çox tez-tez görülən bir hal olub, xaya ətrafındakı qatlarda maye toplanması səbəbi ilə şişkinliyə yol açan bir narahatlıqdır.
Xalq arasında "su yırtığı" kimi də bilinir.
Başlıca olaraq hidroselin tək əlaməti bir və ya 2 xayanın ağrısız olaraq şişməsidir.
Öz-özünə keçə biləcəyi üçün 2 yaşa kimi həkim tərəfindən izlənilməlidir.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 18/01/2020

UŞAQLARDA SİDİK QAÇIRMA PROBLEMLƏRİ İLƏ BAĞLI İP UCLARI.

Uşaqlarda sidik qaçırma problemləri ilə bağlı yadda saxlanması lazım olanlar.

🔹 Bu problem məktəb yaşında olan hər 5 uşaqdan 1-ində rast gəlinə bilər.
🔹 80% hallarda dərmansız üsullarla müalicə edilə bilər.
🔹 Çay, qəhvə, kola kimi qazlı içkilərə uşaqlarınızı alışdırmayın.
🔹 Uşaqlarınızı tualetlərini oturaraq etmələrini öyrədin, ayaqlarının altına pillələr qoyun.
🔹 Hər 2 saatda bir tualetə getmələrinin lazım olduğunu öyrədin, sidik saxlamalarını əngəlləyin.
🔹 Uşaqlarınızı heç bir zaman sidik qaçırıb deyə danlayıb utandırmayın!!!

Timeline photos 17/01/2020

NEYROGEN SİDİK KİSƏSİ VƏ MÜALİCƏ ÜSULLARI.

Neyrogen sidik kisəsi ən çox Spina Bifida deyilən anadangəlmə onurğa beyni anomaliyası ilə bağlı olur.
Müalicənin 3 ana hədəfi vardır:
1. Böyrəkləri qorumaq
2. Sidik kisəsini yaxşılaşdırmaq
3. Bağırsaqların fəaliyyətinə yardım etmək.

İzlənmə əsnasında hər uşağın individual vəziyyətinə görə bəzi dərman preparatları verilə bilər, qəbizlik halı aradan qaldırılır, lazım olarsa təmiz aralıqlı kateterizasiya (TAK) deyilən sidik kisəsinin bəlli aralıqlarla boşaldılması təmin olunur. İrəli mərhələlərdə sidik kisəsinə BOTOX təyin edilməsi, sidik kisəsini böyütmə və ya sidik kisəsi boynu əməliyyatları lazım ola bilər.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 17/01/2020

" UŞAQDIR, ALTINI İSLADAR! " DEYİB KEÇMƏYİN !!!!

Uşaqlarda gündüz altını islatma və sidik qaçırma ilə bağlı yaşanan problemlərə çox sıx rast gəlinir. Bu tip problemlər məktəb yaşında olan hər 5 uşaqdan 1-ində təsadüf olunur.
Ən çox görülən sidiyə getmə problemləri- ani sidiyə getmə hissi, sidiyə getməyə yetişə bilməmək, sidik qaçırma, sidik yolu infeksiyaları və sidiyi tutub saxlama kimi hallardır.

Əsasən bu simptomlar uşaqlar böyüyərkən sidik kisəsinin inkişafdan geri qalması və depolama funksiyalarındakı pozğunluqlardan qaynaqlanır.
Digər tərəfdən gündüz sidik qaçırma problemləri gecə sidik qaçırma (enurez) ilə bərabər görülə bilir və müalicə ilə hər 2-sinin də düzəlməsi mümkündür.
Gündüz sidik qaçırma problemləri geniş bir spektrda onlarca xəstəliklə bağlı ola bilər.

Çox məsum və asan müalicə olunan xəstəliklərlə yanaşı, bəzən də çox ciddi pozğunluqlarla birlikdə görülən, hətta böyrək çatışmamazlığına yol aça bilən xəstəliklər sidik qaçırma problemləri ilə özlərini göstərə bilir.
Mütləq həkimə gedilərək önləm alınmalı, müayinə edilməli və gərək duyularsa müalicə olunmalıdır.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 16/01/2020

VARİKOSELİ OLAN 5 UŞAQDAN 1-İNDƏ SONSUZLUQ YARANA BİLƏR.

Varikosel xayalara gedən damarlarda anormal genişlənmə ilə xarakterik ağrı və şişkinliyə yol aça bilən bir narahatlıqdır. Uşaqlarda ən sıx həddi-büluğ dövründə rast gəlinir.
Varikoseli olan 5 oğlan uşağından 1-ində sonsuzluq yaranması riski vardır. 90% halda sol xayada izlənilir, ancaq hər 2 tərəfli də görülə bilir.
Xəstələrin çoxunda müdaxiləyə gərək duyulmur, amma nisbətən ağır varikoseldə, xaya ölçüsü kiçilən xəstələrdə və xayaya ziyan verə biləcək ölçüdə kiçilməsi olan xəstələrdə cərrahi müdaxiləyə ehtiyac olur.
Kişilərdə səbəbi bilinən sonsuzluğun ən çox görünən səbəbi məhz varikoseldir.
Cərrahi müdaxilənin ən önəmli məqsədi isə irəlidə yarana biləcək sonsuzluq riskini aradan qaldırmaq və ya azaltmaqdır.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 16/01/2020

HİPOSPADİYANIN DİAQNOZU NECƏ QOYULUR?

🔹 Hamiləlik dövründə ayrıntılı USM ilə doğum öncəsi bəzi xəstələrə diaqnoz qoyula bilər. Əgər USM ilə diaqnoz qoymaq mümkün olmazsa, doğuşdan sonra sadə bir müayinə ilə diaqnoz qoymaq mümkündür.

🔹 Ən asan anlaşılan əlaməti uşaqda sünnət dərisinin tam olmamasıdır. Ancaq, nadir hallarda olsa da, hipospadiyalı olmasına baxmayaraq, sünnət dərisi normal olan uşaqlar da vardır. Bu halda sünnət dərisi geriyə doğru cəkilərək hipospadiyanı görmək mümkündür.

🔹 Hipospadiya ilə birlikdə ən sıx görülən bir başqa anadangəlmə problem enməmiş xaya (kriptorxizm) və qasıq yırtığıdır. Bu səbəblə hipospadiyalı uşaqların xayalarının olub olmadığı və xayalığa qədər enib enmədiyi də mütləq kontrol edilməlidir.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 15/01/2020

#детскийуролог

Timeline photos 14/01/2020

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 14/01/2020

QƏBİZLİK BAŞQA BİR XƏSTƏLİYİN ƏLAMƏTİ OLA BİLƏR !!!!!

Sidiyə getmədə problemi olan uşaqların bəzilərində qəbizlik də görülə bilər. Bununla birlikdə uzun müddət görülən qəbizlik xəstəlikdən əlavə bir xəbərdaredici əlamətdir.
Tiroid vəzin az və ya çox çalışması, şəkərli diabet xəstəliyi, dolixokolon ( genişlənmiş və uzanmış yoğun bağırsaq ), Hirşprunq kimi xəstəliklərdən dolayı uşaqlarda qəbizlik görülə bilir.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 10/01/2020

PEYVƏND YALNIZCA 1 FƏRDİN SAĞLAMLIĞINI DEYİL, BÜTÜN CƏMİYYƏTİN SAĞLAMLIĞINI QORUYUR.
LÜTFƏN, LAQEYD YANAŞMAYIN!

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 10/01/2020

ERKƏN TUALET TƏRBİYƏSİ VERMƏK ÜÇÜN UŞAQLARI MƏCBUR ETMƏYİN !!!

Uşaqlarınızı erkən tualet tərbiyəsi verəsiniz deyə məcbur etməyin.

🔸 Aparılan elmi araşdırmalarda çox erkən dönəmdə tualet tərbiyəsi verilən uşaqlarda irəli yaşlarda daha çox sidiyə getmə problemləri olduğu məlum olmuşdur.

🔸 Uşaqlarınız sizə tualeti olduğunu xəbər verməyə başladığı zaman artıq tualet tərbiyəsi verməyə başlaya bilərsiniz.

🔸 2-3, 5 yaş arasında tualet tərbiyəsi vermək daha məqsədəuyğun hesab edilir.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 09/01/2020

SİDİK YOLU İNFEKSİYALARINDA ƏLAMƏTLƏR NƏLƏRDİR?

Uşaqlarda sidik yolu infeksiyaları 2 yerə ayrılır:

1. Sidik kisəsi infeksiyaları ( alt urinar sistem )
2. Böyrək infeksiyaları ( üst urinar sistem )

Bu ikisinin əlamətləri bir-birindən fərqlənir.
Sidik kisəsindən qaynaqlanan infeksiyaların demək olar ki, çox hissəsində hərarət yüksəlməz.
Uşaqlarda sidiyə getmə zamanı yanma, tez-tez sidiyə getmə, ani sidiyə getmə siqnalları kimi hallar olur.
Üç yaşdan kiçik və tualet tərbiyəsi olmayan uşaqlarda isə sidiyin rəng və qoxusunda dəyişiklik, narahatlıq, ağlama, iştahsızlıq, əmməmə kimi şikayətlər müşahidə olunur.

Əgər hərarət 39°-nin üzərində olarsa, səbəb araşdırılmalı və nədən qaynaqlandığı müəyyən olunmalıdır.
Böyrəkdən qaynaqlanan sidik yolu infeksiyaları hərarət yüksəlməsi ilə bərabər izlənilir və müalicə olunmazsa ciddi, təhlükəli nəticələri olur. Hətta müalicə olunmamış və təkrarlanan sidik yolu infeksiyaları nəticəsində böyrək çatışmamazlığı belə yarana bilər

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 08/01/2020

HİDROSEL VƏ QASIQ YIRTIĞI NECƏ FƏRQLƏNDİRİLİR?

🔸 Hidrosel oğlan uşaqlarında çox sıx rast gəlinən bir durum olub, te**is (xaya) ətrafında maye toplanması səbəbi ilə şişkinliyə yol açan bir haldır. Daha çox yenidoğulma dönəmində rast gəlinir, əksər hallarda 2 yaşa kimi öz-özündən düzələ bilir. Ancaq düzəlmədiyi təqdirdə yarana biləcək risklərə gorə əməliyyat olunması məsləhətdir.

🔸 Qasıq yərtəğı isə daha fərqli bir hal olub, burada da te**isdə şişkinlik görülür. Ancaq bu dəfə bu şişkinliyin səbəbi ətrafdakı maye deyil, bağırsaq kimi bəzi qarın boşluğu orqanlarıdır. Qasıq yırtığının diaqnozu qoyulduğu halda uşaq neçe yaşında olursa olsun əməliyyat məsləhət görülür və hidroseldə olduğu kimi 2 yaşına kimi gözləməyə ehtiyac yoxdur.

#детскийуролог ***səyriliyi ***s

Timeline photos 07/01/2020

ÖVLADLARINIZI DÖVRÜNÜZ ÜÇÜN DEYİL, ONLARIN DÖVRÜ ÜÇÜN YETİŞDİRİN.

(HZ.ELI)


#детскийуролог ***səyriliyi ***s

Timeline photos 06/01/2020

SÜNNƏTİN SAĞALMA DÖNƏMİNDƏ NƏLƏRƏ DİQQƏT OLUNMALIDIR?

🔸 Uşaq sünnət olunduqdan sonra kontrol edilməli, ağrının lokal və ya ümumi olduğu müəyyənləşdirilməlir. Vəziyyətə uyğun ağrıkəsici təyin olunaraq 1-2 gün verilə bilər.

🔸 Sağalma dönəmində sünnət xəttində və p***sdə yüngül qızartı, şişlik olması və yüngül qan sızıntısı normaldır. Sünnət sonrası əgər uşaq körpədirsə, ara-ara uşağın bezi kontrol edilməlidir.

🔸 48-72 saat sonra uşağa duş aldırmaq olar.

🔸 Uşaqda artan ağrı, qızartının və ya şişkinliyin artması, qanama kimi əlamətlərin hər hansı biri varsa, həkim xəbərdar edilməli və təkrar müayinə olunmalıdır.

🔸 Əsasən estetik və əriyən tikişlər tətbiq edildiyinə gorə sünnətdən sonra tikişlərin sökülməsi gərəkmir.

#детскийуролог ***səyriliyi ***s

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

#uzman #uşaquroloqu #uşagurologu #uşaqurologiyası #usaquroloqu #детскийуролог #kriptorxizm #hipospadiya #enməmişxaya #su...
#uzman #uşaquroloqu #uşagurologu #uşaqurologiyası #usaquroloqu #детскийуролог #kriptorxizm #hipospadiya #enməmişxaya #su...
Aztvdə @ilktacla Aytac  xanımın təqdimatında Analar akademiyasında verilişindən.
Op.Dr.Togrul Piriyev
Dr.Togrul Piriyev

Category

Telephone

Website

Address


Baku Medikal Plaza Medilux
Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 17:00
Other Surgeons in Baku (show all)
Op.Dr Vüqar Abidov Op.Dr Vüqar Abidov
Məhsəti Gəncəvi 155
Baku

Öd kisəsi çıxarılması Qapalı və açıq əməliyyatlar

LOR dr. Kamilla Faracova LOR dr. Kamilla Faracova
Babek Pr. 92N
Baku

Врач-хирург со стажем более 20 лет получившая образование и практику в Австрии и побывавшая на многих конференциях в Европе.

Uzm.Dr.İftikhar Gurbanov Uzm.Dr.İftikhar Gurbanov
Babək Pr-ti 92N
Baku

Bakı Neyrocərrahiyyə Mərkəzi Bakı Neyrocərrahiyyə Mərkəzi
Baku Medical Plaza Babək Pr. 42N
Baku, 1142

Sizi Bakı Neyrocərrahiyyə Mərkəzinin rəsmi facebook səhifəsində salamlayırıq!

Dr.Eldar Dr.Eldar
Baku
Baku

20 illik Türkiyə çalışama təcrübə. Endovaskuler İnvaziv Damar Cərrahı

drceyhune drceyhune
Ahu Estetik Klinika
Baku, 1000

Plastik Cərrah-Kosmetoloq Dr.Ceyhune Azərbaycan Tibb Universiteti Əlaqə : +994 99 319 01 01 (whatsapp) İş vaxtı⌚10:00 - 19:00😊 🏥Ünvan: Xetai R-nu, Məhəmməd Hadi 106

Estetik Funksional Ginikologiya Estetik Funksional Ginikologiya
Baku

♡Məqsədimiz qadın özgüvənini bərpa etməkdir

Professor Dr. Mahammad Karimov Professor Dr. Mahammad Karimov
Azadlıq 112
Baku, AZ1000

Damar Cərrahı, Fleboloq

Ümumi Cərrah Könül Əliyeva Ümumi Cərrah Könül Əliyeva
Akademik M. A. Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi
Baku

Cərrah

Uzman Ümumi Cərrah Günel Məmmədova Uzman Ümumi Cərrah Günel Məmmədova
Akademik Həsən Əliyev Küçəsi 38
Baku, AZ1078

Cerrah-Fleboloq Möhsüm Əsgərov Cerrah-Fleboloq Möhsüm Əsgərov
Süleyman Vəzirov 11/2
Baku

Flebologiya/Lazer/Damar

Dr.Günel Şəfiyeva Dr.Günel Şəfiyeva
Baku

İcra olunan Əməliyyatlar Vaginoplastika Göbək,Qasıq Öd kisəsi Gemaroy(babasil) A**l Çat Abdomenoplastika Labioplastika Bud yırtığı Appendisit Qəbizlik müalicəsi Ağ xətt yırtığı Ve...