Dr. Raksana & Dr. Nigar

Mərkəzi Gömrük Hospitalı

Umudle doyunen urey 12/02/2017

Есть моменты в жизни,когда понимаешь,что есть та сила свыше,которая наблюдает за всеми нами и даёт каждому по заслугам..
О чем этот маленький видеоролик? О том,что пара,которая нашла друг друга в поздном возрасте,и жила ожиданием чуда,внезапно потеряла надежду на благополучный исход..Беременность,которая была в сроке 6,5 месяцев,когда шансы приобрести здорого,полноценного ребенка были минимальные завершилась рождением маленького "оловянного"солдатика,отчаянного борющегося за жизнь,который подарил столько счастья не только своим родителям,но и всей всем нам,клинике,которая боролась вместе с ним в этой нелегкой борьбе за жизнь..
P.S.этот статус для моей еще одной будущей мамочки,которая находится в данный момент в клинике с той же ситуацией..никогда нельзя отчаиваться,надо всегда знать,что тебя ждет свет в конце туннеля..

Umudle doyunen urey https://www.youtube.com/watch?v=nk0DHIJgU2w&feature=youtu.be

Umudle doyunen urey 22/01/2017

Сохранить жизнь новорожденному в 27-28 недель,учитывая достижения современной медицины,вполне возможно и не относится к разряду ситуаций ,которую нужно рекламировать..Эта видеосъемка направлена на то,чтобы пациенты ,относящиеся к группе риска не отчаивались и знали,что всегда есть свет в конце тоннеля ..

Umudle doyunen urey https://www.youtube.com/watch?v=nk0DHIJgU2w&feature=youtu.be

Timeline photos 11/01/2017

После напряженного трудового дня...

Timeline photos 31/12/2016

Yeni il her birinize evlad sevinci getirsin ezizlerimiz.

Timeline photos 27/12/2016

Наш любимчик Мохаммед Али у нас в гостях..

Timeline photos 23/12/2016

Мы знаем что вам дарить в 2017 году )))))

21/12/2016

Siradan bir gunumuz..
Ps. Operatorumuzun isteyi ile))))

Timeline photos 15/12/2016

Вокруг ангелочки..Мы в раю...😇😇

Photos from Dr. Raksana & Dr. Nigar's post 13/12/2016

Через тернии к звездам.
Наша Назришка стала мамой чудесной малышки. Счастья,длиною в жизнь.

Photos from Dr. Raksana & Dr. Nigar's post 13/12/2016

Hər sahədə komanda işinin neticəsi daha da gözəl olur. Bizim sahədə də buna ehtiyac böyükdür.
Xəstəmiz 50 yaşlarında xanim. Raksana xanimin müayinəsi nəticəsinda uşaqlıqda olan fibromatoz düyünlərin olduğu və onların sayı təyin edildi.
Nigar xanım isə onları tam professionallıqla xaric etdi.

10/12/2016

12 həftəlik hamiləliyin ultrasəs görüntüsü.

Timeline photos 09/12/2016

Artiq USM muayinesine gelerken evladlarinizi kiminle qoyum derdini unudun. Onlari da ozunuzle getirin. Burda onlarin shexsi gushesi var.

Photos from Dr. Raksana & Dr. Nigar's post 09/12/2016

Baxın mən anamın doğum günü hədiyyəsiyəm. Bir gundə doğulmuşuq axı)))))))
İki evlad anası Xanım. Bugün 3 cü evladına sarıldı. Həm də öz doğum günündə.

Timeline photos 06/12/2016

Uşaqlıqdan kənar hamiləlik .
Ana olmaq hər bir qadının arzusudur.Amma uşaqlıqdan kənar hamiləlik dünyada hər 10 qadından birində rast gəlinə bilər.Bu zaman hamiləlik testləri pozitivdir, hamiləliyin bütün əlamətləri var, amma nəsə yolunda deyil sanki. İlk dəfə hamilə qalanlara bu proses yad ola bilər. 2-3 uşaq dünyaya gətirən qadınlar isə hamiləlikdə olan fərqi tez bir zamanda hiss edirlər.
Uşaqlıqdan kənar hamiləlik zamanı normal hamiləlikdə müşahidə edilən simptomlar görünsə də, bu, sadəcə bir təqlid, yanıltmadır. Menstruasiya gecikməsi, hamiləlik testlərinin müsbət olması, qusma, ürək bulantısı, döşlərdə həssaslıq kimi əlamətlər normal hamiləlikdə olduğu kimi, uşaqlıdan kənar hamiləlikdə də müşahidə edilir. Yumurtalıqlarda və ya borularda mayalanan döl böyüməyə başlayır və müəyyən bir dövrdən sonra boruları gərir, partladır, qanaxmaya və ölümə səbəb olur. Bu hal vaxtında müəyyən edilmədiyi təqdirdə xəstə ölüm təhlükəsi ilə qarşılaşır və ya həyatını itirir.
Mütəxəssislərin fikrincə, borularda tıxanma yaradan və spermanın - fetüsün hərəkət qabiliyyətini azaldan bütün vəziyyətlər uşaqlıqdan kənar hamiləlik üçün zəmin yaradır.
Uşaqlıqdan kənar hamiləlik qadınlarda əsasən 35 yaşından sonra müşahidə edilir. Buna keçirilən infeksiyalar, əməliyyatlar, yumurtalıqların anadangəlmə qüsurları, spirallar, hamiləlik əleyhinə olan həblər səbəb ola bilər. Çox zaman qadınlarımız arzuolunmaz hamiləlikdən qorunmaq üçün spiral qoydurmağa üstünlük verirlər. Həqiqətən də spiral hamiləliyin qarşısını alır. Spiral qoyduran qadınların hamilə qalma şansı çox az olur. Amma spiral qoydurmuş qadında hamiləlik baş tutubsa, bu, 99 faiz uşaqlıqdan kənar hamiləlikdir.
Bunlardan ən çox müşahidə ediləni xəstənin keçirdiyi infeksiyalardır. Qadın çox infeksiya keçiribsə, hüceyrələr zamanla zəifləyir və yapışqanlıq dərəcəsi azalır. Bu yapışqanlıq həm boruların içində olur, həm də borunun daxili kanalını bağlayaraq, kənarlarına dolur. Bu tıxanmalar spermanın keçməyinə maneçilik törədir və nəticədə sonsuzluq da müşahidə edilə bilər. Bəzən isə sperma keçə bilir və uşaqlığa sürüşməyərək, yapışqanlığa ilişib qalır və beləcə, uşaqlıdan kənar hamiləlik baş verir.
Uşaqlıqdan kənar hamiləliyin normal hamiləlikdən cüzi də olsa fərqləri var. Yəni uşaqlıqdan kənar hamiləlik zamanı normal hamiləliyin əlamətləri ilə yanaşı, qarnın altında ağrılar, anormal vaginal qanaxma, çiyin, kürək ağrıları, huş itirmə halları müşahidə edilir.
Bu problemin müalicəsi yoxdur. Amma uşaqlıqdan kənar hamiləlik tez bir zamanda müəyyən edilib, əməliyyat yolu ilə götürülən zaman ananın ölüm riski olmur.
Uşaqlıqdan kənar hamiləliyin ən uğursuz halı heteropik hamiləlikdir. Bu zaman həm normal, həm də uşaqlıdan kənar hamiləlik eyni vaxtda baş verir və USM-lə uşaqlıqdan kənar hamiləliyi müəyyənləşdirmək çətin olur. Bu isə ananın həyatı üçün çox risklidir. Belə problem yaşandığı zaman həkimlər xəstəni daimi nəzarətdə saxlamağa məcbur olurlar.
Əməliyyatdan 3 həftə, bəzən isə 3 ay sonra cinsi əlaqəyə icazə verilir. Qorunma mütləqdir. Amma bu dəfə daha diqqətli olmaq lazımdır. Övlad arzusunda olan qadınlara əməliyyatdan 6 ay sonra yenidən hamilə qalmağa icazə verilir. 6 aydan tez baş vermiş hamiləlik əməliyyatdan çıxmış qadın üçün təhlükəli hesab edilir. Əməliyyatdan sonra 3 ay müddətində xəstəyə 3 kilodan ağır əşya götürməyə icazə verilmir. Borusu və ya yumurtalığı götürülmüş qadınların yenidən normal və ya uşaqlıdan kənar hamiləlik yaşama şansı daha çox olur. Bütün deyilənlərə nəzər yetirilərsə, qadınlar heç bir problem yaşamaz.

Timeline photos 03/12/2016

Ovulyasiya pozulmalarının ultrasəs müayinəsi
Ovulyasiya pozulmaları və ya başqa sözlə desək anovulyasiyalar- epizodik olaraq hər bir fertilik göstəriciləri norma daxilində olan xanımlarda ara- bir müşahidə edilə bilər, və əksəriyyət hallarda ultrasəs müayinəsində təsadüf bilinir.
Digər məsələ əgər ovulyasiya pozulması xroniki forma alırsa, artıq bu proses xanımlarda sonsuzluğa səbəb ola bilər.Patogenetik olaraq xroniki anovulyasiya 5 qrupa bölünür:
1.Folikulların yetişmə prosesinin tam olaraq pozulması .
Bu zaman müayinədə (xronoloji qaydada izlədikdə) menstruasiyanın proliferativ fazasında yumurtalıqlarda yalnız ölçüsü 5-6mm çatan antrall follikullardan başqa bir və ya bir neçə ədəd yetişən follikul təyin edilmir.Demək olar ki menstruasiyanın bütün tsikli boyunca yumurtalıqlarda ultrasəs monitorinq zamanı donmuş təsvir - yəni yalnız antrall follikullar təyin edilir.
Dominant follikul təyin olunmur
2.Antrall folikulların keyfiyətsiz olaraq yetişməsi
Bu halda birinci qrup anovulyasiya prosesindən fərqli olaraq tsiklin 1-ci fazasında(proliferativ) antrall follikullarla yanaşı adətən yumurtalığın birində nisbətən çox zəif tempdə yetişən folikul təyin edilir, lakin bu follikulun ölçüsü preovulyator dərəcəsinə(18-23mm) çatmır.Daha sonrakı dinamik müşahidələr həmən follikulun geriyə sovurulması prosesini göstərir.
3.Yetişmiş follikullun lütenizasiyaya (persistensiyaya)uğraması
Bu tip anovulyasiya zamanı tsiklin birinci mərhələsində bir yumurtalıqda dominant follikulun tam olaraq yetişməsi qeyd olunur, lakin çatlaması qeyd olunmur, əksinə menstruasiyanın ikinci fazasında əksəriyyət hallarda həmən follikul həmənki qaydada aşkarlanır və ya yuxarıda qeyd olunduğu kimi geriyə sovurulur.
4.Preovulyator follikullun folikulyar kistaya çevirilməsi.
5.Lüteyin fazasının çatışmamazlığı.
Yumurtalığın funksional patologiyası hesab edilərək ovulyasiyadan sonra yaranan sarı cismin hipofunksiyası ilə xarakterizə edilir.Ultrasəs müayinəsində əsasən dəyişiklik tsiklin 2- ci fazasında müşahidə edilir.Belə ki tsiklin proliferativ fazasında heç bir dəyişiklik qeyd olunmasa belə, sekretor fazada uşaqlığın selikli qişası hesab edilən endometri qatının daxili strukturunun və qalınlığının bu fazaya uyğun gəlməməsi ilə izah edilir.

Timeline photos 29/11/2016

Hamiləlik zamanı qaşınma.
Qaşınma – sinir sonluqlarının daimi olaraq qıcıqlanması nəticəsində dərini və selikli qişaları güclü qaşımaq tələbatı ilə təzahür olunan narahatedici hissdir. Hamiləlik zamanı bir çox qadınlar tez-tez güclü diskomfort hissi yaradan dəri qaşınmasından (xüsusən də qarın və döş nahiyəsinin dərisi) şikayətlənirlər. Qaşınma daimi və ya vaxtaşırı ola bilər, axşam və gecə vaxtı güclənə və ya bütün gün ərzində narahat edə bilər, öz-özünə yarana və ya başqa bir xəstəliyin simptomu ola bilər.
Əsas səbəblərə aşağıdakıları aid edirlər:
-Qarının və döşlərin böyüməsi. Hamiləliyin ikinci yarısında dəri sürətlə dartılmağa başlayır, toxumabirləşdirici liflərin partlamaları yaranır və daima dərini qaşımaq istəyi əmələ gəlir. Qaşınma xüsusilə axşam və gecə vaxtı güclənir;
-Allergik reaksiyalar. Allergen kimi yeni gigiyena vasitələri, bitki tozu, qida məhsulları və s. çıxış edə bilər. Qaşınmadan başqa allergiya üçün qızartılar, şişkinlik, səpkilərin olması xarakterikdir;
-Həddindən artıq tərləmə. Gigiyena qaydalarına məhəl qoymadıqda tər bədənin qırış yerlərində toplanıb qaşınma əmələ gətirə bilər;
-Hamilə qadınlarda xolestaz (hormonal dəyişikliklər nəticəsində qaraciyər və öd yollarının fəaliyyətində pozulmalar). Xolestaz ovuclarda və ayaq pəncələrində güclü qaşınma və qızartılar ilə xarakterizə olunur, sonralar isə bədənin qalan hissələrinə yayıla bilər;
-Şəkərli diabet;
-Nadir növ toksikozların təzahürükimi hamilə qadınlarda dermatozlar. Bu yalnız hamiləlik zamanı meydana gələn dəri xəstəlikləri qrupudur. Bütün bədənə yayılan və ümumi əhvalın pisləşməsinə, əsəbiliyə, yuxusuzluğa gətirib çıxaran hamilə qadınlarda müşahidə olunan qaşınma daha çox rast gəlinir. Güclü qaşınma, yandırma və dəridə səpkilərin olması ilə təzahür olunan ekzemalar daha az rast gəlinir;
-Hamilə qadınlarda sarılıq (həmçinin toksikozların nadir növüdür). Qaraciyərin zədələnməsi, dərinin sarı rəngə boyanması, güclü qaşınma ilə xarakterizə olunur;
Dİqqət istənilən halda qaşınmanın yaranma səbəbini müəyyən etməyə çalışmaq, ələlxüsus özbaşına müalicə ilə məşğul olmaq lazım deyil. Dəri qaşınmasının ilk əlamətləri olduqda dərhal həkimin qəbuluna düşmək lazımdır.

Timeline photos 26/11/2016

Genetik skrininq.
Bugünkü məqaləmizdə sizə genetik skrininq barəsində məlumat vermək istərdim. Genetik skrininq yeni doğulmuş uşaqlarda genetik xəstəliklərin olmasını ana bətnində vaxtında aşkara çıxarmaqdan ötrü aparılan xüsusi uzm müayinə metdodudur.Ən çox rast gəlinən xromosom anomaliyalarından DAUN sindromu (trisomiya 21) və Terner sindromudur (45,X).Bunların baş vermə riski ananın yaşı çox olduqca artır.
Genetik sonoqramma 1-ci 3ayın 10-14həftəsində və 2-ci 3ayın 16-20həftəsində həyata keçirilir.
1-ci 3ayın (yəni 10-14 həftə arasında) boyun arxası sahə əzələ qatı ilə dərinin üst qatı arasında qalan məsafə ölçülür.Normada bu məsafə 3mm-dən artıq olmamalıdır.
2-ci 3aydan (yəni 16-20həftə arasında)boyun arxası büküş beyincik səviyyəsində yumşaq toxuma ilə dərialtı məsafə yoxlanılır.Bu 6mm-dən çox olmamalıdır.Əgər bu müayinələr zamanı şüphəli nəticələr alınarsa ana qanının zərdabında 1-ci 3ayında aşağıdakılar yoxlanılmalıdır.
1.Sərbəst betta xroniki qanadatropin (b-ç XQ)-təxminən normadan 2 dəfə artıq olur.
2. PAPP-A– təqribən normadan 0.4dəfə artıq olur.
3. a-fetoprotein.
4. Estriol.
5. İnqibin
Bəzi hallarda boyun arxası sahənin qalınlaşması kobud ürək anomaliyalarına diafraqmal yıtıqlara ,qarının ön divarının deffektlərinə işarədir.
Bütün bu deyilənlərlə yanaşı DAUN-a risk olduqda dölün bud sümüyü və bazu sümüyü qısa olur.Böyrəklər yerini dəyişmiş olur.Ürək daxilində sərtləşmiş ocaqlar görünür.Qulaqlar qısa ,başın alın payı kiçik görünür.Belə döldə beynin damar kələfində xırda kistalarda izlənə bilər.Müayinə zamanı dölün ürəkdöyünməsi normadan artıq olur.

Timeline photos 24/11/2016

İnkişafdan qalmış hamiləlik.
Bu hamilə qadın üçün ən qorxunc diaqnozlardan biridir.
Bir çox qadınlar inkişafdan qalmış hamiləlikdən sonra depressiyaya düşərək, fikirləşir ki, sağlam uşaq dünyaya gətirə bilməzlər. Lakin bu tam səhv fikirdir. Statistikaya görə, 80-90% qadınlar inkişafdan qalmış hamiləlikdən sonra hamilə qalır və sağlam uşaq dünyaya gətirirlər.
Həkimlərin fikirinə görə, hətta ən sağlam qadın inkişafdan qalmış hamiləlikdən sığortalanmayıb. Məsələ burasındadır ki, belə hamiləliyin əsas səbəblərindən biri döldə olan getetik patologiyadır. Tam sağlam qadında da belə “xəstə” döl inkişaf edə bilər. Nəticədə qadının orqanizmində müəyyən qoruyucu mexanizm işə düşür ki, belə döl qadın orqanizmi tərəfindən sanki “qəbul olunmur” və məhv edilir.
Həkimlər inkişafdan qalmış hamiləlikdən yalnız 6 (bəzən 12) ay sonra növbəti hamiləliyin planlaşdırmağını tövsiyə edir. Bu müddət ərzində qadının orqanizmi istirahət etməlidir və bərpa olunmalıdır. Lazım olduqda qadına müalicə təyin oluna bilər.
İnkişafdan qalmış hamiləlikdən sonra hər bir qadın (!) mütləq ginekoloqa müraciət etməli və bütün lazım olan müayinə və analizlərdən keçməlidir. Bunun nəticəsində bu halın səbəbi (və ya səbəbləri) aşkar olunacaq.
Analizlər və müayinələr bunlardır:
- dölün hüceyrələrinin sitogenetik və histoloji müayinəsi. Bu analizlərin nəticəsində döldə genetik patologiyanın olub-olmaması təyin edilir;
- uşaqlıq yolundan yaxmanın analizi;
- infeksiyalara görə analiz (xlamidioz, mikoplazmoz, ureaplazmoz, trixomoniaz, herpes, sitomeqalovirus və s.);
- hormonal analiz (LH, FSH, prolaktin, estradiol, progesteron, testosteron, kortizol, qalxanvari vəzi hormonları və s.);
- kiçik çanaq orqanlarının USM-i;
- koaquloqramma (qanın laxtalanmasının analizi);
- qanda fosfolipidlərə və xorionik qonadotropinə qarşı anticisimlərin təyini;
- bəzi hallarda (xüsusilə inkişafdan qalmış hamiləliyin halı bir neçə dəfə təkrar olunduqda) qadına və onun həyat yoldaşına genetik müayinə təyin oluna bilər.
İnkişafdan qalmış hamiləliyin profilaktikası.
- sağlam həyat tərzi (sağlam qidalanma, idman, ziyanlı vərdişlərin olmaması və s.),
- hamiləliyə hazırlıq.
- hamiləliyin planlaşdırılması dövründə və hamiləliyin 1-ci üçaylığında fol turşusunun və E vitamininin qəbulu.
http://xn--krpm-5qa64s.net/

Timeline photos 20/11/2016

Ultrasəs müayinə körpəyə zərərdirmi ?
Ultrasəs müayinə hamiləlikdə tez-tez istifadə edilən texniki vasitədir. Ultrasəs müayinə ananın bətnindəki körpəni izləmək üçün xüsusilə lazımdır. Hamiləliyin ilk 3 ayında əvvəlcə hər həftə körpənin inkişafı ultrasəs müayinə ilə yoxlanılaraq körpənin bütün orqan və beyin inkişafını araşdırılmalıdır. Ultrasəs müayinənin körpəyə hər hansı bir zərəri yoxdur.
Hamiləlik müddətində 1-ci aydan 9-cu aya qədər fasilələrlə körpənin vəziyyəti, mayenin kafiliyi, orqanların inkişafı, beyin inkişafı, çəki və boyun inkişafı ultrasəs cihazı vasitəsilə qiymətləndirilir. Bu vaxta qədər ultrasəs müayinəsinin heç bir riski olmayıb. Mütəxəssislər və həkimlər davamlı olaraq bu cihazdan istifadə etməklə körpənin və ananın vəziyyətini araşdırırlar.
Ultrasəs müayinə körpəyə hər hansı bir zərər vermir. Qarnın üzərinə şəffaf gel sürtülür, həkim əl cihazını bu gel üzərində gəzdirərək körpənin hər növ orqan və beyin inkişafını rəngli kompüter görünüşü ilə anaya da göstərilr. Ultrasəs müayinənin körpəyə hər hansı bir zərər verib-vermədiyi əslində elmi olaraq da tam olaraq təsdiqlənməyib. Buna görə də hamilə qadınlar rahatlıqla həkimin göstərişi ilə ultrasəs müayinə vasitəsilə körpələrinin inkişafını izləyə bilərlər.

Timeline photos 16/11/2016

Uşaqlıq boynunun eroziyası
Uşaqlıq boynunun eroziyası xəstəliyində uşaqlıq boynunun selikli qişasında bu və digər zədələr aşkar edilir.
Uşaqlıq boynunun eroziyasının yaranma səbəbləri.
Uşaqlıq boynunda ən çox yayılan və həkim tərəfindən uşaqlıq boynunun eroziyası kimi dəyərləndirilən dəyişikliklər aşağıdakılardır:
Ektopiya (sinonimləri: psevdoeroziya, uşaqlıq boynunun anadangəlmə eroziyası və ektropion (zədə nəticəsində uşaqlıq boynu kanalının xaricə dönməsi) Psevdoeroziyanın yaranma səbəblərinə qanda qadın estrogen hormonunun çox olmasıdır. Uşaqlıq boynunun ektopiyası normal haldır və heç vaxt uşaqlıq boynunun xərçənginə çevrilmir. Ektopiya zamanı, bir qayda olaraq, müalicə təyin olunmur. Müalicə yalnız müayinə zamanı uşaqlıq boynunun dəyişmiş hissəsinin iltihabı aşkar olunduqda, tələb oluna bilər. Ektropion - doğuş, abort və ya uşaqlıq boynunun qaşınması nəticəsində uşaqlıq boynunun xaricə dönməsidir.
Cinsi infeksiyalardan yaranan eroziya ( həqiqi eroziya)
Xlamidioz, trixomoniaz, qonoreya, ge***al herpes, mikoplazmoz və ureaplazmoz uşaqlıq boynunda ginekoloq tərəfindən uşaqlıq boynunun eroziyası kimi qiymətləndirilə bilən dəyişikliklərə səbəb ola bilər. Uşaqlıq boynunda eroziyalı dəyişikliklər həmçinin göbələk xəstəliyindən də yarana bilər. Uşaqlıq boynunun həqiqi eroziyası cinsi yolla keçən xəstəlikləri aşkar etmək üçün daha dərindən müayinə tələb edir. İltihabın səbəbi məlum olduqdan sonra dərmanlarla müalicə təyin olunur.
Uşaqlıq boynunun eroziyasını istənilən yaşda aşkar etmək mümkündür, lakin bu diaqnoz çox vaxt 20-35 yaşlı gənc qadınlara qoyulur. Bu xəstəliyə tez-tez cinsi həyat keçirən qadınlarda rast gəlmək olur, lakin eroziya qız uşaqlarında və doğmayan qadınlarda da yarana bilər. Psevdoeroziya riski yeniyetmə qızlarda, gənc qadınlarda və hamiləlik əleyhinə tabletlər qəbul edən qadınlarda daha yüksək olur. Həqiqi eroziya riski seksual partnyorlarını tez-tez dəyişən qadınlarda da yüksək olur. Uşaqlıq boynunun displaziyası riski də seksual partnyorlarını tez-tez dəyişən qadınlarda, habelə cinsi həyata 18 yaşından əvvəl başlayan şəxslərdə və siqaret çəkən qadınlarda yüksək olur.
Uşaqlıq boynunun eroziyasının simptomları və əlamətləri
Əksər hallarda uşaqlıq boynunun eroziyası simptomsuz keçir, buna görə də bu diaqnoz çox vaxt təsadüfən, ginekoloq tərəfindən növbəti profilaktiki baxış zamanı qoyulur. Buna baxmayaraq, uşaqlıq boynunun eroziyası seksdən sonra qanlı ifrazatlarla (çəhrayı, palıdı və ya tünd palıdı) və ya gözlə görünən səbəblər olmadan da özünü büruzə verə bilir. Eroziya zamanı ifrazatlar xoşagəlməz qoxu verə bilir. Ifrazatların xoşagəlməz qoxu verməsi iltihaba işarə edir.
Uşaqlıq boynunun eroziyası ilə hamilə qalmaq olarmı?
Bir qayda olaraq, uşaqlıq boynunun eroziyası sonsuzluğa səbəb olmur və buna görə də mayalanma üçün maneə ola bilməz. Uşaqlıq boynunun psevdoeroziyası (ektopiyası) zamanı qadın arxayın hamiləliyi planlaşdıra bilər. Bu zaman heç bir müalicə tələb olunmur, hamiləlik və doğuş zamanı isə heç bir ağırlaşma qeydə alınmayacaq. Uşaqlıq boynunun həqiqi eroziyası zamanı hamiləliyi bir qədər təxirə salmaq və əvvəlcə müalicə ilə məşğul olmaq tövsiyə olunur. Uşaqlıq boynunun həqiqi eroziyasına səbəb olan cinsi infeksiyalar sonsuzluğa gətirib çıxara və ya hamilə qadında gələcək uşağa ziyan verə bilər. Uşaqlıq boynunun birinci dərəcəli displaziyası zamanı hamiləliyə əks göstəriş yoxdur. Əgər Sizdə ikinci və ya üçüncü dərəcəli displaziyadırsa, onda hamiləliyi planlaşdırmadan öncə müalicə almalısınız.
Uşaqlıq boynunun eroziyası heç də həmişə qadının sağlamlığı üçün təhlükə kəsb etmir. Ginekoloqunuz Sizdə uşaqlıq boynunun eroziyasının olduğunu bildirmişdirsə, ondan uşaqlıq boynunda nə kimi dəyişikliklərin baş verdiyini nəzərdə tutduğunu mütləq dəqiqləşdirin. Siz gəncsinizsə (Sizin 16-25 yaşınız var) və ya hamiləlik əleyhinə tabletlər qəbul edirsinizsə, onda çox güman ki, söhbət psevdoeroziyadan gedir ki, bunun da heç bir müalicəyə ehtiyacı yoxdur və tədricən keçib gedəcəkdir. Əgər ginekoloqunuz həqiqi eroziyadan şübhələnirsə, onda o, gizli infeksiyalara görə analizlər təyin etməli və hər hansı infeksiya aşkar etdikdə, müalicə təyin etməlidir. Həqiqi eroziyanı yandırmaq olmaz. Sizdə uşaqlıq boynunun displaziyası aşkar edilmişdirsə, onda yandırma və ya uşaqlıq boynunun zədələnmiş sahəsinin götürülməsi tələb oluna bilər.

Photos from Dr. Raksana & Dr. Nigar's post 13/11/2016

У нас перед родами супер настроение..поэтому и получилось такое чудо..👍👍

Timeline photos 12/11/2016

4D rejimli ultrasəs müayinə
Üç ölçülü ultrasəs müayinəsi vasitəsi ilə siz körpənizlə, hələ o doğulmamış tanış ola bilərsiz. Çox realistik və keyfiyyətli həcmli görüntü sizə körpənizin ana bətində həyatını izləməyə-- onun üz cizgilərini aydın görməyə, əsnəməyini, gözlərini açıb yummasını, hərəkətlərini izləməyə, barmaqlarını saymağa imkan verəcək.
3D utrasəs müayinəsi zamanı ana bətnində olan uşağın 3 ölçülü yəni , həcmli şəklini görə bilərsiniz. Belə şəkilləri siz qəzet və jurnallarda yəgin ki görmüsüz. Bu şəkillərdə, ana bətnində olan uşaq olduğu kimi, yəni üz cizgiləri, bədəni tam aydın görünür.
4D isə körpənin hərəkətlərini də göstərir. Siz körpənizin hələ doğulmamışdan öncə ilk şəkillərini 3D, ilk videosunu isə 4D rejimində çəkdirə bilərsiniz. Bu görüntülərə baxaraq uşağın kimə oxşadığını, nə cür əsnədiyini, barmağını sorduğunu və başqa hərəkətlərini izləyəcəksiz.
3 və 4 D rejimli ultrasəs müayinədə uşağın cinsini də daha asan təyin etmək olur.
Tibbi nöqtəyi nəzərdən 3D və 4D görüntülər uşaqda olan inkişafı qusurlarını vaxtında aşkar etmək və düzgün dəyərləndirmək imkanı verir. Bu müayinələri adətən hamiləliyin 26 -30 həftələrində etmək məqsədəuyğundur.

Timeline photos 09/11/2016

Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

Timeline photos 04/11/2016

Hamiləlik dövründə doppleroqrafiya
Son illər ərzində ultrasəs müayinəsində dölün inkişafını izləməklə yanaşı onun qan dövranı haqqında məlumat əldə etmək mümkün olmuşdur. Bu müayinə doppleroqrafiya adlanan üsulun köməkliyi ilə həyata keçmişdir.
Doppleroqrafiya- ultrasəs müayinəsinin köməkliyi ilə damarlarda qan dövranı haqqında məlumat verən müayinə üsuludur. Müayinə vaxtı yoxlanılan damarın mənfəzində gedən dəyişiklikləri, qan axımının surəti haqqında, onun istiqaməti haqqında tam olaraq məlumat əldə etmək olar. Hamiləlik dövründə doppleroqrafiyadan istifadə etməkdə məqsəd ana-cift döl sistemi arasında olan qan dovranını izləmək və alınan nəticələri əsasən dölün inkişafına təsir edə biləcək bir çox neqativ amilləri vaxtında aşkar etməkdən ibarətdir. Hamiləlik dövründə doppleroqrafiyanın aparılması üçün ən optimal vaxt hamiləliyin 20- ci həftəsindən sonrakı həftələr hesab edilir. Doppleroqrafiyanın aparılmasi üçün bütün gostərişləri 3 qrupa bölmək olar:
1. Hamilə qadında olan xəstəliklər. Onların arasında- hestozlar, hipertoniya xəstəliyi, hamiləlik dövründə böyrək patologiyası, şəkərli diabet və rezus konfliktləri qeyd etmək olar.
2. Dölün müxtəlif inkişaf qüsurları. Burada əsasən dölün bətndaxili inkişafdan qalması, dölətrafı suların kəskin azalması və yaxud çoxalması, ciftin qalınlaşması və s.
3. Hamiləlik anamnezinin təhlükəli olması.
Sadalanan bütün hallar ana-döl qan dovranının pozulmasına səbəb ola bilər.
Təsnifatına əsasən ana-cift-döl sistemi qan dövranının pozulmaları 3 qrupa bölünür:
1. a) Ana- cift qan dövranınnın pozulmasına baxmayaraq dölün qan dovranının müvəqqəti olaraq normada qalması.
b) Döl qan dövranının pozulmasına baxmayaraq, ana- cift qan dövranının normada qalması.
2. Ana-cift və döl-cift qan dövranının maksimal həddinə çatmayan pozulması
3. Kritik formada ana- cift və döl- cift qan dövranının pozulmaları.

Timeline photos 31/10/2016

Bartolinit.
Bartolinit çox yayılmış qadın cinsiyyət sistemi xəstəliyi sayılır. Bartolin vəzi böyük cinsiyyət dodaqları əsasında yerləşən qoşa orqandır.
Bu vəzinin əsas funksiyası cinsi əlaqə zamanı xüsusi maye ifraz etmək və uşaqlıq yolunu nəmləndirməkdir.
Bəzən müxtəlif səbəblərə görə vəz iltihablaşa bilər, onun axarı tıxaclanır, maye çölə axmır, burada durğunluq və iltihab yaranır. Nəticədə qadın cinsiyyət dodağında kiçik şişin (kist) əmələ gəlməsini hiss edir. Vaxt keçdikcə şiş böyüyür, ağrılı olur (xüsusilə gəzəndə). Kist irinlədikdə ümumi hərarət artır. Adətən bartolinit birtərəfli olur (bir vəz iltihablaşır).
Xəstəliyin ilk simptomlarında qadın mütləq ginekoloqa müraciət etməlidir. Diaqnoz ginekoloji müayinə zamanı qoyulur. Qadına əlavə analizlər də təyin olunur - yaxmanın analizi və s.
Bartolinitin müalicəsində antibakterial preparatlar (antibiotiklər), antiseptiklər (yerli) istifadə olunur. Bəzən qadınlar bu xəstəliyi xalq təbabəti üsulları ilə müalicə etməyə çalışır (çobanyastığı, evkalipt və s. antiseptik otların dəmləmələri ilə yuyunmalar və s.). Lakin bu düzgün deyil. Bu vasitələr yalnız köməkçi vasitələr kimi istifadə oluna bilər. Əsas müalicə üsulu - antibiotiklərin tətbiqidir.
Müalicəsiz buraxılmış və ya düzgün müalicə olunmayan bartolinit müxtəlif ağırlaşmalara gətirib çıxardır - kistin irinlənməsi, absess və s.
Ağır hallarda bartolinitin müalicəsi cərrahi yolu ilə aparılır - absess yarılır, irin çıxarılır. Bəzən bartolin vəzi özü də xaric olunur.
Bartolinitin səbəbi bartolin vəzinə infeksiyanın, mikrobların düşməsidir. Bartolinit zöhrəvi xəstəliklər (məsələn, süzənək) zamanı, intim gigiyenanın qaydalarına ciddi riayət etmədikdə, immunitetin zəiflənməsi zamanı, abortdan və ya cərrahi əməliyyatdan sonra və s. inkişaf edə bilər.
Bartolinitin inkişafına qonokokklar, trixomonadlar, xlamidiyalar, streptokokklar, stafilokokklar, bağırsaq çöpləri, kandida göbələyi səbəb ola bilər.
Bartolinit yalnız qadınlarda deyil, bakirə qızlarda da inkişaf edə bilər.
Saglamdunya

Timeline photos 27/10/2016

Hamiləliyin birinci trimestrində ultrasəs müayinə.
Ultrasəs müayinəsinin ən vacib üstünlüklərindən biri məhz onun hamiləliyin erkən dövründə istifadə edilməsidir. Exografiya üsulu bizə nəinki normal hamiləliyi təsdiq etməyə, eyni zamanda embrion-rüşeymin inkişafını, onun artmasını və müxtəlif orqanlarının anatomik strukturlarını izləmək imkanı yaradır. Bununla yanaşı məhz bu dövrdə uşaqlıqdan kənar hamiləlik, beçəxor xəstəliyi və inkişafdan qalmış hamiləlik kimi patologiyaları bu müayinə üsulu ilə təyin etmək mümkündür. Uşaqlıq boşluğunda normal hamiləlik ultrasəs muayinəsi ilə 3 - 4 həftədən başlayaraq təyin edilə bilər. Erkən hamiləliyi təsdiq etmək üçün ultrasəs müayinəsi əsas iki üsulla aparıla bilər: abdominal və transvaginal üsullar ilə.
Abdominal müayinə zamanı qadın müayinəyə gəlməmişdən əvvəl maye qabul etməli və sidik kisəsi dolu olan halda ultrasəs müayinəsi aparılmalıdır. Sidik kisəsinin dolu olmasının əsas məqsədi uşaqlıq boşluğunun və həmçinin yumurtalıqların daha aydın şəkildə müayinə edilməsidir.
Son illər ərzində vaginal tipli ultrasəs müayinəsindən istifadə edilməsi mamalıq ginekologiya təcrübəsində geniş imkanlar yaratdı. Transvaginal müayinəsinin köməkliyi ilə hamiləlik daha erkən yəni 2- 3 həftəsindən müşahidə edilə bilər. Transvaginal ultrasonoqrafiyanın ziyansız olmasını nəzərə alaraq hamiləliyin erkən dövründə, və onun müxtəlif patologiyalarını daha dərindən differensasiya edilməsi üçün istifadə edilə bilər. Digər tərəfdən məhz bu müayinə üsulu əngəl törədən bir sıra amilləri
(bağırsaq mənfəzində köp, piylənmə fakrotu, kiçik çanaq orqanlarında bitişmələr) geridə qoyaraq uşaqlıq boşluğunu daha dərindən izləmək üçün şərait yaradır. Hamiləliyin təxmini 6- 7 həftəsindən başlayaraq döl kisəsinin tərkibində embrion rüşeyimin təyin edilməsi mümkündür. Bu göstərici ilə yanaşı ən vacib məqamlardan biri də embrionun ürək vurğularının götürülməsi və beləliklə onun həyat göstəricilərinin qiymətləndirilməsidir. Ürək vurğuları həm adi ultrasəs müayinəsinin köməkliyi ilə vizual olaraq təsdiq edilə bilər, həmçinin mütləq doppler və M- rejimi vasitəsi ilə təsdiq edilməlidir. Normal olaraq dölün ürək vurğuların sayı 120 -160 vurğu arasında dəyişə bilər.
Qeyd etmək lazımdır ki embrionun anatomiyası birinci trimestrin axırlarından təxmini olaraq 10-12 həftələrdə izlənilə bilər. Hamiləliyin 11-12 həftələrində bir sıra orqanları izləmək mümkündür. Onlardan baş və kəllə sümüklərinin tam formalaşmasını, beyin toxuması strukturların arasında beyin mədəciklərini, damar kələfini izləmək mümkündür. Digər orqanlardan onurğa sütunu, mədə, sidik kisəsi kimi orqanları aid etmək olar. Hamiləliyin 12- ci həftəsində dölün cinsini təyin etmək mümkündür.Vurğulamaq lazımdır ki hamiləliyin birinci trimestrində bir çox orqanların kiçik olmasını nəzərə alaraq onlarda baş vermiş patologiyaları aşkarlamaq bir sıra çətinliklər törədir.Məsələn: ürək- qan-damar sistemi, bağırsaq traktı və digərlərini qeyd etmək olar. Hamiləliyin birinci trimestrində müayinə zamanı mütləq dölün ənsə qalınlığına fikir verilməlidir. Bu göstəriciyə əsasən döldə yarana biləcək xromosom patologiyalarını istisna etmək mümkündür. (məsələn Daun xəstəliyi). Ənsə qalınlığının ölçüsünü götürmək üçün ən optimal vaxt birinci trimerstrin axırı yəni 11-12 həftələr hesab edilir. Normal olaraq ənsə qalınlığının ölçüsü 2-3mm-dən çox olmamalıdır.

Timeline photos 23/10/2016

Qarın boşluğu orqanlarmın müayinəsi zamanı qaraciyər, öd kisəsi, mədəaltı vəz, dalaq, qarınarxa sahəsi və damarlar qiymətləndirilir. Həmçinin orqanların ölçüləri, onların daxili strukturu, yerləşdiyi yeri, əlavə törəmələrin və ocaqların mövcudluğu qiymətləndirilir, kəskin və xroniki xəstəliklər və travmatik zədələr üçün səciyyəvi olan dəyişikliklər aşkara şıxarılır.
Qarın boşluğu orqanlarının USM-i öz təhlükəsizliyinə, dəqiqliyinə, aparılmasının nisbi sadəliyinə və əlverişli qiymətinə görə həkimlərin ixtiyarında olan həzm orqanlarının bütün müayinə üsullarına üstün gəlir. Klinikamızda ən dolğun və etibarlı müayinədən keçə bilərsiniz.
Qarın boşluğu orqanları aşağıdakı hallarda müayinə edilə bilər:
- Şiş törəmələrinə şübhə olduqda,
- Həzm orqanlarının xroniki xəstəlikləri,
- qarnın yuxarı nahiyələrində ağrılı hisslər,
- Mədənin artıq dərəcədə doldurulmuş olması hissi,
- Yeməkdən sonra qida borusunda şişkinlik hissi,
- Sağ qabırğaaltmda ağırlıq və ağrılı hissələr,
- Kəmərvari ağrılar,
- Yüksək qazəmələgəlmə,
- Ağızda acılıq hissi,
- Qarın boşluğunun travması,
- "şəkərli diabet" diaqnozunun qoyulması,
- əməliyyata hazırlıq zamanı.
Qarın boşluğu orqanlarmın USM-ə düzgün şəkildə hazır olmaq çox vacibdir, çünki bu alınan təsvirin keyfiyyətinə və sonda müayinənin nəticələrinə təsir edə bilər. Qarın boşluğu orqanlarının USM-ə hazırlığı üzrə sadə tövsiyələri yerinə yetirməklə Siz müayinənin keyfıyyətini xeyli yaxşılaşdırarsınız.

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Siradan bir gunumuz.. Ps. Operatorumuzun isteyi ile))))
12 həftəlik hamiləliyin ultrasəs görüntüsü.
Belə gülüş Görülmədi ))
Лазерные технологии

Telephone

Address

Mərkəzi Gömrük Hospitalı, K. Kazımzade Küç. 118
Baku

Other Health/Medical/ Pharmaceuticals in Baku (show all)
Körpənizi Riskə Atmayın Körpənizi Riskə Atmayın
Xətayi Rayonu, Babək Pr 92. Baku Medical Plaza
Baku

Dəri - zöhrəvi həkimi Dəri - zöhrəvi həkimi
Mola Cume 7b
Baku

Kazan Dövlət Tibb Akademiyasının məzunu Dəri-zöhrəvi həkimi Zamin həkim

Miami Born MMC (Azerbaijan) Miami Born MMC (Azerbaijan)
Насиминский район, Улица Насиббей Юсифбейли 88
Baku, AZ1022

Незабываемая беременность и легкие роды. Вы и ваш малы?

16 saylı şəhər poliklinikası 16 saylı şəhər poliklinikası
Baku, AZ1065

Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlə

Cofar Farma Cofar Farma
Baku

Продажа Микробиологических,Биохимических,Лабораторных приборов и тест анализаторов

Turkiyede Mualice Ve Treyningler Turkiyede Mualice Ve Treyningler
Baku

Turkiyede mualice ,muayine ve treyninglerin Teskili.Turkiyei xestexanalarinda hekimlerimizi kurslara ,staja gondere bilirik!

Iş elani Iş elani
Xetai Rayonu
Baku

watsap is qurupu ucun elaqe nomresi 050-676-40-84

Psixoloq Aynur İsmayılova Psixoloq Aynur İsmayılova
Caspian Plaza
Baku

Ailə və uşaq psixoloqu

Uzman Həkimlərimiz Uzman Həkimlərimiz
Baku

Biz bu səhifədə Xaricdə Uzmanlıq təhsili almış həkimlərimiz və onların iş yerləri haqqında məlumat v

Aristokrat tibb mərkəzi Aristokrat tibb mərkəzi
N. Nerimanov M-nun Yani Molla Cuma Kuc . 16
Baku

men 35 il stajli hekimem.uzun muddet naftalan kurortunda shobe mudiri iwlemiwem.10 il ,urud,klinikasinda baw hekim olmaqla sumuk oynaq ve feqere sutunu xesteliklerini mualice etmiw...

Azerbaijan Medical blog Azerbaijan Medical blog
Baku

Tibbi meqaleler, videolar ve elektron kitablar