Babasilin qeyri-cərrahi müalicəsi - Hemoroidin band ligasiyası

Babasilin qeyri-cərrahi müalicəsi - Hemoroidin band ligasiyası

Hemorroy (babasil) xəstəliyində hemoroid düyünlərin cərrahi əməliyyat olmadan qansız müalicəsi

14/01/2024

Hemoroidin (babasilin) kabinet şəraitində lateks ligasiya metodu ilə müalicəsi
Son vaxtlara qədər klassik cərrahi üsul bu xəstəlik üçün demək olar ki, yeganə effektiv müalicə vasitəsi idi. İltihablı düyünlər narkoz altında skalpellə çıxarılırdı. Hemoroidlərin lateks lalqa (üzük) vasitəsilə ayrılması üsulu yaxın keçmişdə ortaya çıxmasına baxmayaraq müasir təbabətdə geniş istifadə olunur. Lateks halqalarla bağlanma bütün dünyada hemoroid müalicəsinin ən geniş yayılmış və ən effektiv üsullarından biridir. Hemoroid xəstəliyinin 2-3-cü mərhələlərində istifadə olunur. Bu müalicə metodu xəstələrin tam sağalmasını 80-90% təmin edir.
Əməliyyatın mahiyyəti hemoroid düyünün əsasının tibbi lateks ligatura ("rezinə" oxşar material) ilə sıxılmasıdır. Düyünə qan axını dayandığından onun toxumaları 5-8 gün ərzində quruyaraq məhv olur və lateks halqa ilə birlikdə orqanizmdən təbii şəkildə ayrılır. Sıxılma yerinin defekti çapıq əmələ gəlmədən birləşdirici toxuma ilə bərpa olur. Prosedur yataq rejimi gözləmədən, ambulator şəraitdə, anesteziyasız, 8-10 dəqiqə ərzində aparılır. Tez sağalma, minimum ağırlaşma riski və minimum əks göstərişləri ilə seçilir. Hemorroid düyünün məhv olması və ayrılması ağrısız baş verir, xəstəni narahat etmir.

Bizim tibbi mərkəzdə siz münasib qiymətə hemoroidlərin lateks halqalarla bağlanması əməliyyatını qansız, ağrısız, yataq rejimi gözləmədən keçirə bilərsiniz. Lateks ligasiya əməliyyatı Almaniyanın "Karl Erots" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim proktoloq Səlimov Fərman tərəfindən aparılır. Tel: +99455 776 70 34

Əməliyyata necə hazırlaşmaq lazımdır?
Son qida qəbulu müdaxilədən ən azı 8 saat əvvəl olmalıdır. Prosedurdan bir-iki saat əvvəl bağırsaqları imalə ilə təmizləmək lazımdır. Əməliyyatdan 1-2 gün əvvəl qəbizliyə səbəb ola biləcək qidaları qəbul etmək məsləhət görülmür.

Əməliyyat necə aparılır
Prosedur xəstənin yana uzanmış, ayaqları əyilmiş vəziyyətdə həyata keçirilir. Həkim proktoloq xüsusi alət vasitəsi ilə vizual nəzarət altında hemoroid düyünün əsasına hipoallergik lateks ligatura keçirir və düyünlə baglayır.
Manipulyasiya anesteziya olmadan və ya yerli anesteziyadan istifadə etməklə həyata keçirilə bilər. Əməliyyatın müddəti təxminən 8-10 dəqiqədir. Prosedurun sonunda xəstə evə gedə bilər.
Bir seans zamanı həkim yalnız 3 sayda hemoroidi lateks halqa ilə baglayır. Hemorradial düyünlər çoxdursa prosedur təkrarlanmalı olacaq. Əməliyyatlar arasındakı interval ən azı 15-20 gün olmalıdır.

Əməliyyatdan sonrakı reablitasiya
Prosedurdan sonrakı dövrdə ehtiyac olduqda həkim proktoloq tərəfindən dərman müalicəsi (agrı kəsici, qəbizlik əleyhinə və s.) təyin olunur. Aralıq nahiyəsinin gigiyenik prosedurları adi qaydada həyata keçirilir. Bağırsaqların nəcislə zədələnməsinin qarşısını almaq üçün müvəqqəti olaraq sadə karbohidratlar, paxlalılar, hisə verilmiş ət və ədviyyatlı qidalar, spirt və qazlı içkilərdən imtina olunması məsləhətdir. Qida çox isti və ya soyuq olmamalıdır, pəhriz zülallar, yağlar və kompleks karbohidratlar, vitaminlər və minerallarla balanslaşdırılmış olmalıdır.
Birinci həftə ərzində fiziki fəaliyyət məhdudlaşdırılmalıdır, 5 kiloqramdan artıq çəki qaldırmaq məsləhət deyil. Hamam, isti vannalar, günəş vannaları istisna olmalıdır. İkinci həftədə orta fiziki fəaliyyət (gəzinti və üzgüçülük) mümkündür. Hemoroidin bağlanmasından sonra bir ay ərzində ağır fiziki əmək və ağır idman növləri əks göstərişdir.

MedAura Medical Center. Həkim proktoloq Səlimov Fərman
Tel: 055 776 70 34


https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03/hemorroy-babasil-mualice

31/12/2023

Hemorroyun (babasilin) qeyri-cərrahi müalicəsi
Hemorroy (babasil) xəstəliyində hemoroid düyünlərin cərrahi əməliyyat olmadan, poliklinik şəraitdə lateks halqa (band) qoyulma (latex band ligation) metodu ilə qansız, ağrısız müalicəsi.

Bu metod hemorroy (babasil) kimi xoşagəlməz bir xəstəliyi qanlı cərrahi müdaxilə olmadan, minimal invaziv əməliyyatla müalicə etmək üçün istifadə olunur.

Bizim tibbi mərkəzdə siz münasib qiymətə hemoroidlərin lateks halqalarla bağlanması əməliyyatını qansız, ağrısız, yataq rejimi gözləmədən keçirə bilərsiniz.
Lateks ligasiya əməliyyatı Almaniyanın "Karl Erots" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim proktoloq Səlimov Fərman tərəfindən aparılır.

MedAura Medical Center. Həkim proktoloq Səlimov Fərman
Tel: 055 776 70 34


https://sites.google.com/site/ozonoterapiyaplazmaferez03/hemorroy-babasil-mualice

Want your business to be the top-listed Health & Beauty Business in Baku?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

MedAura Clinik, Salatin Asgarova 178
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00
Saturday 09:00 - 14:00
Other Baku health & beauty businesses (show all)
Tolerant Pharma Tolerant Pharma
Baku

Dərman, Qida

Aquamarisaz Aquamarisaz
Азербайджан
Baku, AZ1000

🤧 Uşaqlar və böyüklər üçün QRİPİN və SOYUQDƏYMƏNİN profilaktik həlli 🌊 Аkva M

Azestetik Azestetik
Həsən Əliyev K. 3
Baku, 1002

Artıq 10 ildir fəaliyyət göstərən AzEstetik Group sizin üçün dünyanın ən müasir texnologiyalarını, ən yeni avadanlıqları təqdim etdik.

Stomatoloq Dr. Xalilov Ruslan Stomatoloq Dr. Xalilov Ruslan
Arzu Dent Klinikası, Abbas Mirzə Şərifzadə Küç 241 (2 N-li Tibb Texnikomu Ilə üzbəüz)
Baku, AZ1000

Cosmetology Cosmetology
Nerman Nermanov
Baku, 1149

косметология

Health and Science Initiatives LLC Health and Science Initiatives LLC
Tbilisi Pr. , 35, ASK Plaza, Regus
Baku

Məqsədimiz: Tibbi xidmətlərinin optimallaşdırılması və əhalinin sağlamlıq təbəqəsinin yüksəlməsi İctimai səhiyyə və elm sahəsində faydalı layihələr və təşəbbüslərin həyata keçirilm...

TWINky Smiles TWINky Smiles
"ELMED" Tibb Mərkəzi
Baku

sasmedical sasmedical
Albert Aqarunov 14a
Baku, 1052

Tibbi cihazların SATIŞI, TƏMİRİ, İCARƏSİ. SAS Medical-ı seçin işinizi peşəkar əllərə etibar edin.

Hiperson Tea - Azərbaycan Hiperson Tea - Azərbaycan
Baku, 1005

Hiperson Tea - Azərbaycan Məhsullar haqqında məlumat və sizin üçün 50%-ə qədər endirimlər üçün bizimlə əlaqə saxlayın. 🚚🚚 Sürətli sifarişlər - Çatdırılma Pulsuz - Çatdırılmada nəğd...

Apteklab.az Apteklab.az
Tebriz 87
Baku

Axtardığınız bütün dərmanlar bir ünvanda

XGAME888o2 XGAME888o2
265/98
Baku

การันตี มั่นคง ปลอดภัย100%