CV Hazırlama

CV Hazırlama

Creative CV Hazırlama

04/11/2024
02/11/2024

Umico-da Personal assistent/ Şəxsi köməkçi vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri:
- Baş İcraçı Direktorun gündəlik iş görüşlərinin təşkil edilməsi və qüsursuz keçirilməsinin təmini;
- Baş İcraçı Direktorun görüşləri üçün iclas otaqlarının hazırlanması və qonaqlarının qarşılanması;
- Baş İcraçı Direktorun xarici səfərləri üçün bütün lazımi təşkilati (bilet və otellərin bron edilməsi, viza sənədlərinin toplanması və s.) işlərin icrası;
- Sənədlərin imza üçün toplanması, imzaya təqdim edilməsi, yaranan sualların cavablandırılması və müvafiq şəkildə imzalanmasının təmin edilməsi;
- Baş İcraçı Direktor tərəfindən imzalanan və bütün digər sənədlərin doğru əməkdaşlara və ünvana çatdırılmasının təmini;
- Şirkətə daxil olan sənədlərin reyestrinin aparılması və müvafiq şəkildə icra üçün çatdırılması;
- Baş İcraçı Direktor tərəfindən verilən digər əlavə tapşırıqların yerinə yetirilməsi;

Tələblər:
- Şəxsi köməkçi qismində ən azı 2 il iş təcrübəsi;
- MS Office proqramlarının biliyi;
- Mükəmməl Rus dili biliyi. İngilis dilinin biliyi arzu olunandır;

İş şəraiti:
- İş rejimi: 5/2
- İş yeri : Üzeyir Hacıbəyov 57 (Azinko binası)

Uyğun namizədlər CV-lərini mövzu sətrində vakansiya adını qeyd edərək [email protected] email adresinə göndərə bilər.

01/11/2024

Operator (Zəng mərkəzi bölməsi) vakansiyası

Departament: Kommersiya departamenti/ Müştərilərlə əlaqələr şöbəsi/ Zəng mərkəzi bölməsi
Vəzifə öhdəlikləri:
Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
Ali təhsil;
Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
Xoş səs tonuna malik olmalı;
Müştərilərlə ünsiyyət qurma bacarığı;
Komanda ilə işləmə bacarığı;
Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
Microsoft Office proqramları üzrə biliklər;
Qeyd olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dili sərbəst; ingilis dili biliyi (üstünlükdür)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.

29/10/2024

Niyə öz karyeranıza və gələcəyinizə zərbə vurursunuz? 🥹

27/10/2024

“SMM” sahəsi üzrə 2 Aylıq Ödənişli (Maaşlı) Təcrübə

Əgər siz də Praktiki Sosial Media Marketinq biliklərinə sahib olmaq istəyirsinizsə müraciət edə bilərsiniz.
Ödənişli (Maaşlı) SMM Təcrübə proqramı üçün tələblər:
- Təhsil: Orta və ya Ali təhsil
- Microsoft Office proqramlarını orta səviyyədə bilməlidir.
- İnkişafa yönümlü olmalıdır.
- Səbrli, Öyrənməyə həvəsli, Məsuliyyətli, Pozitiv olmaq

Biz Sizə təklif edirik:
- Karyera inkişafı, Sonda işlə təmin olunma
- 5 günlük iş rejimi
- SMM sahəsi üzrə praktiki təcrübə və biliklər əldə etmək
- Ödənişli təcrübə proqramından faydalanma imkanı
- Ödənişsiz yerli və beynəlxalq praktiki təlimlər
“SMM” sahəsi üzrə Ödənişli Təcrübə Proqramında namizədə aylıq 100 Azn ödəniş ediləcək. Sonda təcrübəçi namizədi işlə təmin olunacaq.
“SMM” sahəsi üzrə Ödənişli Təcrübə Proqramına müraciətlər seçim əsasında aparılır. Müraciət üçün İstək məktubu ( niyə bu təcrübə proqramında iştirak etmək istəyirsiniz ? ) və Resume-nizi [email protected] ünvanına göndərə bilərsiniz. Qeyd edək ki, İstək Məktubu olmayan heç bir Cv-yə baxılmayacaq.

23/10/2024

PashaPay şirkəti gənclər üçün təcrübə proqramı çərçivəsində iş təklif edilir.

Proqram iki ay üçün nəzərdə tutulub. Təcrübə proqramı təhsil səviyyəsindən asılı olmayaraq, 16-26 yaş arası şəxslər müraciət edə bilərlər. Namizədlərdən intizam, xoşrəftarlıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı tələb olunur.

Pashapay MMC tərəfdən satış təcrübəçilərinə verilən vədlər:

• Peşəkar təmilçilər tərəfindən satış və şəxsi inkişaf təlimləri
• Sertifikat
• Cəlb etdikləri müştərilər müqabilində yüksək bonus
• Təcrübə proqramını uğurla bitirmiş şəxslərin işlə təmin edilmə imkanı
• Öz yaşayış yerinə yaxın və sərbəst ( gün ərzində 4 saat ) qrafiklə iş imkanı
• Əyləncə tədbirləri
• Korporativ mühit , komanda da işləmə ,kommunikasiya bacarıqlarının artırılması
• Xidməti müqavilə əsasında iş

Müraciət et

16/10/2024

Araz Supermarketlər Şəbəkəsi "Maliyyə üzrə təcrübəçi" vakansiyası üzrə işə qəbul elan edir!

Ümumi məlumat

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Maliyyə üzrə təcrübəçi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Öhdəliklər
Baş ofis və mağazaların xidmət, qeyr-ticari məhsul və Capex üzrə büdcə müraciətlərinin qiymətləndirilməsi, uyğunluğunun müəyyən edilməsi və təmin edilməsi;

Tələblər
Ali təhsil - maliyyə, mühasibatlıq
Dil bilikləri - ingilis dili arzu olunandır
Kompüter bacarıqları - Excel
Komanda ruhlu, çevik, operativ, məsuliyyətli
Sahə yönümlü sertifikatlar üstünlükdür
Qeyd edək ki, təcrübə müddəti rəsmi və ödənişli (maaşlı) əsaslarda olacaqdır.
Son müraciət tarixi: 25 oktyabr 2024

16/10/2024

Umico-da Çağrı mərkəzi operatoru vakansiyası aktivdir.

Umico Market (Umico.az) Azərbaycanda “SuperApp” sinfinə aid olan ilk mobil tətbiqdir. Tətbiq, istifadəçilərə bütün alış-verişlərdən bonus qazanmağa və onlayn alış-veriş etməyə imkan verir.
Məqsədimiz Azərbaycanda bir nömrəli alış-veriş tədbiqi olmaqdır.

Vəzifə öhədlikləri:
· Müxtəlif kommunikasiya kanallarında (telefon, whatsapp, telegram, mail, facebook və s.) Umico marketdə mal və məhsul kateqoriyaları üzrə müştəri konsultasiyalarının həyata keçirilməsi;
· Mövcud məlumat bazasına gedən zənglər və müştəri üçün müvafiq malların satışı (Telemarketinq);
· Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri haqqında məlumatlandırılması.

Əsas tələblər:
· Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti;
· Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə.

İş şəraiti:
· Əmək haqqı - 700 azn (350 fiks + 350 bonus )
· İş rejimi - Növbəli iş qrafiki - 5/2
· Iş yeri – Qafqaz Biznes Mərkəzi

Uyğun namizədlər CV-lərini mövzu sətrində "Çağrı mərkəzi üzrə operator" qeyd edərək [email protected] email adresinə yönləndirə bilər.

13/10/2024

Arada suallar verilir ki, səhifədə şəxsi məlumatlar paylaşılırmı? Qətiyyən belə şey ola bilməz!!

13/10/2024

İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz.

CV hazırlama xidmətimizdə biz HR Peşəkarları ilə onlayn müsahibələr edərək biliklərinizi təkmilləşdirir və fərq yaradan fərdi dizaynlarla şəxsi brendinizi ortaya qoyuruq.

Karyeranıza və şəxsi brendinizə edəcəyiniz investisiyalarla iş axtarış prosesində performansınızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz. Peşəkar CV hazırlamaq üçün sadəcə təcrübənizə uyğun CV paketini seçmək kifayətdir 👍

Xidmətlərimiz haqqında ətraflı məlumat üçün: cvhazirlama.az internet səhifəmizə daxil ola bilərsiniz, +994 55 634 91 01 / +994 50 482 68 68 nömrələrinin whatsapp əlaqə xəttimizdən bizə müraciət edə bilərsiniz.

cvhazirlama.az

# #

09/10/2024

Bank sektorunda karyera qurmaq istəyirsinizsə bu fürsəti qaçırmayın!

AccessBank yeni məzunlar üçün “Retail Bankers School” (Riteyl Bankirlər Məktəbi) layihəsinə start verir. Bu, bankçılıq sahəsində karyera qurmaq istəyənlər üçün inanılmaz bir şansdır! Təcrübəniz olmasa da layihə çərçivəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcəksiniz.

İştirakçılar üç ay ərzində müxtəlif təlimlərdə iştirak edəcək, bankımızın həm Baş ofisində, həm də filiallarında real iş mühitində təcrübə qazanacaqlar. Üstəlik, fərqlənən iştirakçılar AccessBank komandasına qoşulmaq şansı əldə edəcəklər!

Əgər siz də iqtisadiyyat və ya müvafiq sahə üzrə məzunsunuzsa, kommunikasiya bacarıqlarınıza güvənirsinizsə və təşəbbüskar olduğunuzu düşünürsünüzsə, bu proqram məhz sizin üçündür!

Müraciət üçün linkə keçin: LİNK
Son tarix
Oktyabr 19, 2024

Bizə müraciət edin və bank karyeranızda ilk addımınızı bizimlə atın!

06/10/2024

"Qədim Qala" nəşriyyatına PEŞƏKAR tərcüməçi TƏLƏB OLUNUR!

Tələblər:

İngilis, Türk, İspan, Ərəb, Koreya və Fars dillərindən Azərbaycan dilinə tərcümə sahəsində iş təcrübəsi;
Məsuliyyətlilik.

Vəzifələr:

Tələb olunan dillərdən Azərbaycan dilinə kitabların tərcüməsi;

Qeyd:

Tərcümə ediləcək kitablar müxtəlif mövzuları əhatə edəcəkdir.
İş vaxtı sərbəstdir.

Namizədlər, CV və portfolionu yalnız email vasitəsilə [email protected] ünvanına göndərə bilərlər. Zəhmət olmasa, CV və portfolioları mövzu (subject) hissəsində "tərcüməçi” (dil qeyd olunmaqla) yazaraq göndərin
az

05/10/2024

Yazın şərhdə biraz dərdləşək 😎

02/10/2024

ÖDƏNİŞLİ (Maaşlı) TƏCRÜBƏ PROQRAMI

Abşeron Logistika Mərkəzi araşdırma aparmağı sevən, özünəgüvənən, beynəlxalq və yerli yükdaşıma əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ(Maaşlı ) PROQRAMI elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika sahəsində yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, Rus dili mütləqdir;
• MS Office proqramlarında iş bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
• Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
• Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
• Sənədlərin sistem üzrə arxivləşdirilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 18 oktyabr 2024-cü il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Ödənişli təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

29/09/2024

Cihazınıza yüklədiyiniz tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşmayın. Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?
Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan(Google Play, App Store) yükləyin;
Quraşdırdığınız tətbiqlərə və verdiyinizicazələrə diqqət yetirin;

29/09/2024

Rast gəlmisiniz belə insanlarla ? 😄

26/09/2024

“PAŞA Sığorta” şirkəti Data istiqamətləri üzrə təcrübəçi axtarışındadır.

Komandamıza gələcək karyerasını bu istiqamətdə görən, ambisiyalı, problemləri həll etməkdən qaçmayan, komanda ilə işləməyi bacaran- bir sözlə ürəyi DATA deyə döyünən komanda yoldaşı axtarışındayıq.

1. Data Scientist üzrə Təcrübəçi
2. Data Analyst üzrə Təcrübəçi

Müraciətlərin çoxluğu ilə əlaqədar sadəcə uyğun namizədlər ilə əlaqə saxlanacağını nəzərinizə çatdırmaq istəyirəm.

CV-nizi mesaj bölməsindən mənə və ya [email protected] ünvanına mövzu hissəsinə Data Management üzrə Təcrübəçi yazmaqla yönləndirə bilərsiniz.

25/09/2024

İki dahidən hansını seçirsən? 😎

Want your business to be the top-listed Computer & Electronics Service in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz.CV hazırlama x...
İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz.CV hazırlama x...
İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz.CV hazırlama x...
İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz.CV hazırlama x...
CV-lərə niyə geri dönüş olunmur?#təcrübəprogramı #is #isvar #baku #bank #iselani #tecrube
İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz.CV hazırlama x...
@fahriagayev -i mütləq izləyin. Müəllimdən öyrənəcəyimiz çox şey var 👍
Video Fəxri Ağayevin youtube səhifəsindən götürülüb daha çoxuna oradan baxa bilərsiniz.
İnsan Resursları Menecerləri ilə birlikdə sizə lazım olan CV məlumatlarını asanlıqla hazırlaya bilərsiniz. CV hazırlama ...

Category

Telephone

Address


Bakı şəhəri, Azərbaycan
Baku
1000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00
Other Graphic Design in Baku (show all)
NurRafi NurRafi
Yusif Məmmədəliyev 24
Baku, AZ1005

1. Məsafədən (on-line) təhsil. 2. HR, Maliyyə və Hüquq Xidmətləri. 3. Qrafik dizayn xidməti.

Mr.Designer.az Mr.Designer.az
Globus Center, 609, Cəfər Cabbarlı Küçəsi, Bakı, (012) 597 55 55, , Https://goo. Gl/maps/oQAha5LSJ 7
Baku

Bütün növ qrafik dizayn məhsullarının peşəkar şəkildə hazırlanması

Namigoglu Group Namigoglu Group
Əhməd Rəcəbli 25B
Baku

We started our activity first as "Namigoglu Design Group" on Semptember 25, 2015. Our company provides all kinds of services related to Design and Marketing.

Kleach Company Kleach Company
Baku

Услуги в сфере учебы, а также дизайна эмблем, сторисов и постов.

professionaldesign2021 professionaldesign2021
Baku
Baku

I M Graphics designer

DigiPro Media Azerbaijan DigiPro Media Azerbaijan
Əhməd Rəcəbli 219
Baku, 1000

Murad Graphic Murad Graphic
Baku. Azerbaycan
Baku, 1014

Logo design | logo change | poster design | brand identity

Aslan Gurbanov Aslan Gurbanov
Baku

Loqo, Brand Book, Sosial Media Postları, Poster və s. qrafik dizayn elementləri hazırlayıram. ?

Irina Goncharova - Designer Irina Goncharova - Designer
Baku

Услуги графического дизайна, а также обучение компьютерным программам

Sehrli Xazar_Sehrli Xəzər Sehrli Xazar_Sehrli Xəzər
Baku

Creative agency

Nura Raines Nura Raines
Baku

🔵 Təlimlər 🔵 Qrafik Dizayn 🔵 Brend Reklamı 🔵 SMM xidmətləri 🔵 Reklamların idarə olunması