Agrilar.az - Ağrı Mərkəzi
Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Agrilar.az - Ağrı Mərkəzi, Health/Beauty, Mirəli Seyidov 10C, Baku.
Pasientimiz belində olan və sol aşağı ətrafa yayılan ağrı şikayətləri ilə gəlmişdi.MRT müayinəsi L5-S1 səviyyəsində ,sol tərəfdə sinirə kompressiya edən yırtıq olduğunu göstərir.Aparılan digər müayinələrdən sonra və ağrıların uzun müddətdir olmasını nəzərə alaraq pasienə həmin səviyyədə arxa kök qanqlion stimulyasiya proseduru icra olundubelağrıları ̧ağrıları ̧anaqağrıları ̆rıları ̆rıları ̆rıları ̆rıları ̆rılar ̆rılar ̆rılar ̈çlüsinirağrıları ̆rımütəxəssisi # # #
Neyroelm konfransı sabahı Bak Ağrı Klinikasında “MSK ultrasəs və ağrı müalicəsi”,o cümlədən Türkiyədə çalışan həmyerlimiz dr.Nihat Mustafayev tərəfindən “spastikaların müalicəsində ultrasəs kontrollu botox tətbiqi” mövzusunda workshoplar keçirıldi #
l-Azərbaycan Neyroelm Konfrans keçirildi.Konfrans ölkəmizdən və xarici ölkələrdən gəlmiş alimlərin neyroelmin çoxsaylı sahələrini əhatə edən innovativ,maraqlı çıxışları ilə yaddda qaldı.Tədbirin sonunda dünyanın aparıcı elm ocaqlarında təhsil almış azərbaycanlı alimlərin vətənimizdə ölkəmiz üçün faydalı olacaq və müasir standartlara cavab verəcək səviyyədə tədqiqatlar apara bilməsi yolları müzakirə olundu. #
29 sentyabr tarixində Bakı Ağrı Klinikasında baş tutacaq workshopda birgə iştirak üçün tələsin #
28-29 sentyabr Bakı konfransımıdan sonra növbəti ay İstanbulda yığışırıq.Hər iki konfrans və master-klasslarda dünyaca məşhur spikerlərin prezentasiyaları və olduqca faydalı ustad dərsləri gözlənilir…Qoşulmaq üçün tələsin… #
29 sentyabr tarixində Bakı Ağrı Klinikasında keçiriləcək workshopa qatılın ki,müxtəlif mənşəli ağrılar və spastikanın idarə olunması ilə bağlı fikirlərinizi paylaşmaq,yeni təcrübələrlə tanış olmaq imkanınız olsun #
Quba konfransımızdan…azrac #
Bu gün Quba rayon MKX-da AzRAC və Braun şirkətinin təşkilatçılığı ilə konfrans və workshop keçirıldi.Təşkilatçılara və o,cümlədən Quba rayon MKX direktoru Əliyar doktora təşəkkürlərimizi bildiririk. #
Ağrımayın deyə Sizlərləyik! #
Maraqlı və yeni mövzularla növbəti konfranslara hazırlaşırıq #
Növbəti tədris həftəmiz yekunlaşdı.Daşkənddən gəlmiş nevroloqlar iki həftə ərzində, klinikamızda “İnvaziv ağrı müalicəsi” kursunu uğurla başa vurdular.Bu dövr ərzində həm fluoroskop,həm də ultrasəs kontrollu çixsaylı ağrı prosedurlarında iştirak etsələr də xüsusən ultrasəs kontrollu oma-qalça,çiyin ineksiyalarına,median sinir,GON hidrodisseksiyasına və piriformis blok icrasına daha yaxından yiyələndikləri məlum oldu.Dünən vətənlərinə dönən kolleqalarımız kursumuzdan çox böyük məmnunluq ifadə etməklə yanaşl,gedərkən növbəti gəlişlərinini də anons etməyi unutmadılar…Faydalı olduq deyə çox sevindik!Qardaş ölkədə neçə-neçə insana kolleqalarımızın bəxş edəcəyi ağrısız həyatı düşünmək isə bir ayrı məmuniyyətdir.Uğur olsun dostlar!
Biz ən yaxşısını etdiyimizdən əminik,siz də əmin olun #
Yeni, müasir üsullara yiyələnmək üçün biz də illər boyu çox çalışdıq, əziyyət çəkdik və nəhayət öz sahəmizdə ölkəmizi layiqli təmsil edəcək nailiyyətlərə imza atdıq. Ancaq bu yol şərəfli olduğu qədər də çətindi. Bu baxımdan öyrənmək istəyən, bunun üçün əziyyət çəkən hər bir insan övladına sayğımız sonsuzdur. Bu günlərdə “Muskuloskeletal ultrasəs və invaziv ağrı müalicəsi “sahəsində təcrübələrini artırmaq üçün Bakı Ağrı Klinikasını, bizləri seçən Özbəkistandan gəlmiş nevroloqlar dr.Zümrad və dr.Nargiza xanımların da səyləri olduqca təqdirəlayiqdir.Böyük məmuniyyət hissi ilə bilik və təcrübəmizi bölüşməyə davam etməkdəyik #
#
Hörmətli kolleqalar,sizləri 28 sentyabr 2024 -ü il tarixdə keçiriləcək Azərbaycan Neyroelm Konfransı ilə bağlı məlumatlandırmaq istəyirəm.Konfransın ikinci günü isə “Neyropatik ağrıların ultrasəs kontrolunda invaziv üsullarla müalicəsi” və “Əzələ spastik pozuntuların ultrasəs kontrolunda botoksla müalicəsi” mövzusunda workshop keçiriləcəkdir.Qeydiyyat üçün aşağıdakı ünvana yaza bilərsiniz.e-mail: [email protected]
Hörmətli kolleqalar,sizləri 28 sentyabr 2024 -ü il tarixdə keçiriləcək Azərbaycan Neyroelm Konfransı ilə bağlı məlumatlandırmaq istəyirəm.Konfransın ikinci günü isə “Neyropatik ağrıların ultrasəs kontrolunda invaziv üsullarla müalicəsi” və “Əzələ spastik pozuntuların ultrasəs kontrolunda botoksla müalicəsi” mövzusunda workshop keçiriləcəkdir.Qeydiyyat üçün aşağıdakı ünvana yaza bilərsiz.
Növbəti pasientimiz damar ağrıları ilə müraciət etmişdi.Ayaqda ağrı,şişkinlik,xoşagəlməz damar görüntüsü olan pasientimizdə radiofrekansın köməyi ilə şikayətlər aradan qaldırıldı #
Bakı Ağrı Klinikası bayrağını yüksəltdi.Bayraq atributdur,rəmzdir,bir dəfə yüksəldisə enməməsi üçün mübarizə apardığımız müqəddəs simvoldur.Biz də çalışacağıq həmişəkitək,ən yeni müalicə üsulları ilə,diqqətimiz,qayğımızla pasientlərimizin yanında olmağa,ölkəmizin də,klinikamızın da bayrağını hər zaman uca tutmağa…Xeyirli,uğurlu olsun! #
İnvaziv ağrı prosedurlarının icrasında ultrasəs gündən-günə nə qədər əhəmiyyət qazansa da fluoroskop da öz vacibliyini qoruyub saxlamaqdadır.Xüsusən Gasser qanqlionu ablasiyası,torakal və lumbar simpatik bloklar,transforaminal ineksiyalar və s zamanı fluoroskopdan istifadə öz aktuallığını saxlamaqdadır.Biz də öz işimizdə hər ki üsuldan aktiv şəkildə istifadə etməkdəyik.Əsasən bu üsullardan ayrı-ayrılıqda istifadə etsək də bir sıra hallarda iki üsuldan birgə istifadə prosedurun təhlükəsizlik əmsalını və effektivliyini yüksəldir #
Bu gün klinikamızda çoxsaylı prosedurlar etdik.Kimi ayaq,kimi boyun,bir başqası diz,bel,çanaq ağrıları,digəri isə varikoz problemi iləmüraciət etmişdi.Bəlli diaqnozla ağrılardan xilas olmağa gələn də var idi,ağrılarının səbəbini müəyyənləşdirmək üçün müraciət edən də.Gənc,qoca,kişi,qadın,şəhərdən,kənddən,daha uzaqlardan gələnlər də vardı, ilkin gələnlər kimi təkrar müraciət edənlər dəaz deyildi.Ayrı-ayrı insanları bizə gətirən isə ümumi dəyərlər idi:inam,güvən,etibar,ümid…Və biz də çalışdıq!Dincəlmədən,dayanmadan,yorulmadan,iş vaxtımızdan daha çox çalışdıq.Çalışdıq ki,inam itməsin,güvən azalmasın,etibarımız daha da möhkəmlənsin və doğruldaq ümidləri…Nail ola bildiksə nə gözəl!
Yetərli olmadısa yenə,daha əzmlə,daha şövqlə pasientlərimiz üçün faydalı olma cəhdlərimiz davam edəcək,xidmətimiz yüksələcək,bilik və təcrübəmiz artacaq ,işimiz daha da təkmilləşəcək və mütləq bizləri seçmə qərarınız Sizi məmnun edəcəkdir #
Aşağı ətraf ağrılarından əziyyət çəkən iki pasientimizdə varikoz diaqnozu təsdiqləndi və femoral blok köməyi ilə ,ağrısız şəkildə radiofrekans əməliyyatı icra olundu.Masallıdan və Fizulidən gələn hər iki pasientimiz sağlam və ağrısız ayaqlarla döndülər evlərinə #
Cliquez ici pour réclamer votre Listage Commercial.
Vidéos (voir toutes)
Type
Contacter l'entreprise
Téléphone
Site Web
Adresse
Mirəli Seyidov 10C
Baku
AZ1100
Heures d'ouverture
Lundi | 09:00 - 17:00 |
Mardi | 09:00 - 17:00 |
Mercredi | 09:00 - 17:00 |
Jeudi | 09:00 - 17:00 |
Vendredi | 09:00 - 17:00 |
Samedi | 09:00 - 17:00 |
NIZAMI 83/3
Baku, AZ1000
Nizami küç.,83/3 Tel:(+994 7023084141) ; (012)4980041 Hüseyin Cavid pr19 Tel:(+994 702594141) ; (012)5107041 Azadlıq pr245 ...
28 May Küç. 4/4
Baku, AZ1000
GAZELLI GROUP - Azərbaycanın ilk təbii kosmetika istehsalçısı. GAZELLI GROUP - Первый производитель натуральной косметики в Азербайджане.
Mehemmed Naxchivani 15
Baku, 1065
Оригинальная Декоротивная и Уходовая Косметика От Лу?
Bakü
Baku, AZ1000
NATURALCAREBAKU TƏBİİ YAĞLARDAN İSTİFADƏ EDƏRƏK "SOYUQ SIXIM" YÖNTƏMİ İLƏ HAZIRLANAN SABUN VƏ DİGƏR BAXIM MƏHSULLARINI SİZƏ TƏQDİM EDİR..
Azerbaycan
Baku
�100 % təbii vitaminlər. �Orijinal məhsullar. �Keyfiyyətə tam zəmanət. �Peşəkar m?
Atatürk Prospekti 36
Baku, AZ1100
• Orqanik və profesional məkan qoxulandırma məhsulları • Hər zaman sağlam və təravətli yaşa • Made in USA