Bakı Uroloji Androloji Mərkəz

Bakı Uroloji Androloji Mərkəz

You may also like

Bhel Pocaan Dela Cruz
Bhel Pocaan Dela Cruz

Bakı Uroloji Androloji Mərkəz
�uroloji və androloji müayinə və müalicələr
�USM diaqnostika
�Uroloji Cərrahi Əməliyyatlar

Timeline photos 26/06/2020
Timeline photos 16/06/2020

✅Övlad sahibi olmaq üçün spermanın keyfiyyəti çox önəmlidir. Bəzən gündəlik olaraq istifadə etdiyimiz neqativ vərdişlər spermanın keyfiyyətinə birbaşa olaraq təsir edir.
❓Bəs bunlar nələrdir❓
🔸Siqaret və tütün məmulatları
🔸Alkoqolik içkilər
🔸Narkotik vasitələr
🔸Bəzi qida məhsulları

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 28/05/2020

Sən bizimsən,bizimsən,
Durduqca bədəndə can.
Yaşa,yaşa,çox yaşa!
Ey şanlı Azərbaycan

102 yaşın mübarək, Azərbaycan

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 24/05/2020

Ramazan bayramınız mübarək🙏

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 21/05/2020

🦠Mycoplasma hominis (mikoplazma hominis) mikoplazmanın növü olub, spermatozoidlərin membranında və sidik-cinsiyyət orqanlarının selikli qişa epitelində parazitlik edən mikroorqanizmlərdir. Mikoplazma əsas cinsi yolla ötürülür. Məişət əşyalarından birgə istifadə etdikdə, həmçinin vertikal yolla yoluxma – xəstə anadan hamiləlik, yaxud, doğuş zamanı da keçə bilər. İnfeksiya mənbəyi – mikoplazmaya yoluxmuş xəstə, yaxud, Mycoplasma hominis-in simptomsuz daşıyıcısıdır.

🎈Infeksiyanın ilk simptomları yoluxmadan 2-3 həftə sonra artıq özünü büruzə verməyə başlaya bilər. Bəzi qadınlarda xəstəlik uzun müddət simptomsuz davam edə və xroniki formaya keçə bilir.Mikoplazma və ureaplazma aşağıdakı simptomlara səbəb ola bilir:
✅Sidik ifrazı zamanı ağrı və yanğı hissi
✅Tez-tez sidik yoluna getmə, bəzən qeyri-ixtiyari sidik ifrazı
✅Cinsi orqanlar nahiyəsində qaşınma, diskomfort
✅Sarı, yaşıl və ya digər rəngdə ifrazatlar
✅Seks zamanı ağrılar
✅Uşaqlıq yolundan seks zamanı və seksdən sonra qanlı ifrazatlar
✅Qarnın alt hissəsində ağrılar
✅Bakterial vaginoz simptomları: uşaqlıq yolundan boz-yaşıl rəngli xoşagəlməz balıq qoxulu ifrazatlar, uşaqlıq yolunda diskomfort və quruluq hissi
✅Ağır hallarda bədən hərarətinin yüksəlməsi, urəkbulanma, qusma, baş ağrıları, ümumi əhvalın p*sləşməsi qeydə alına bilər.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 28/04/2020

Mərkəzimizdə bir çox ağır əməliyyatlar belə laporaskopik üsulla həyata keçirilir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 27/04/2020

🔸Erektil disfunksiya🔸

🛑Pen*sin sərtləşməsi beyin, sinir, ürək, qan damarları və hormonal aktivliyin artması nəticəsində kişi cinsiyyət orqanına gedən qandakı artım ilə mümkün olur. Erektil disfunksiya da cinsi əlaqə zamanı istəyin olmaması, pen*sin yaxşı sərtləşməməsi, müddətin idarə oluna bilməməsidir.
🚻Erektil disfunksiyanın səbəblərinə sidik-cinsiyyət sisteminin və çanaq orqanlarının iltihabı xəstəlikləri, erektil mexanizmə cavabdeh olan damarlarda arterial qan axınının lazımi qədər olmaması, şəkərli diabet xəstələrində damarlarda və sinirlərdə gedən dəyişikliklər səbəbiylə yaranan erektil disfunksiya, cinsiyyət üzvü travmaları, sinir sistemi ilə əlaqəli pozuntular, hormonal pozuntular, onurğa sütunu travmaları, damar xəstəlikləri, kiçik çanaq orqanlarında əməliyyatlar, bir sıra dərman preparatlarının qəbulu, psixoloji səbəblər ( həyəcan, qorxu, utanma, stress, depresiya, asılılıqları) aid edilir.
Normalda erektil disfunksiya cinsi fəaliyyətin tam itirilməsinə səbəb olmur. Sadəcə bu problem kişilərə psixoloji sıxıntı yaşada bilir. O adətən orta və daha yüksək yaşlarda, nadir hallarda isə cavanlarda yaranır.
💊Erektil disfunksiya diaqnozu cinsi partnyor olduğu halda üç aydan artıq müddətdə erektil disfunksiyanın olması halında qoyulur. Müalicəsi çox hallarda müsbət nəticələnir. İlk öncə səbəbinin psixoloji və ya orqanik olduğu həkim tərəfindən müəyyən edilməlidir. Əgər dərman preparatları nəticə verməzsə cərrahi üsuldan istifadə edilir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 23/04/2020

Xaya artımının kistası.
🟡Daha çox 20 yaşdan yuxarı kişilər arasında yayılmış xəstəlik olan xaya artımının kistası anadangəlmə və qazanılma ola bilər. Bu hal insanlar arasında "üçüncü xaya" olaraq da adlandırılır.
✅Kistanın əlamətləri yerləşdiyi yer və ölçüsünə görə dəyişir. Daha kiçik kistalar sadəcə narahatlıq yaradarkən böyük kistalar ağrı verə bilirlər. Təmas olduğu halda kista ağrılı olur.
💊Xaya artımının kistası vaxtında həkimə müraciət edilərsə müalicə edilir və sağalır. Gecikmə olarsa kista ka**lcıqları sıxa və bununla da sonsuzluqla nəticələnə bilər. Buraya həm də kistanın irinləməsi, parçalanması, cırılması, cinsi zəiflik də aid edilir. Xəstənin kistanın hiss edərək həkimə müraciət etməsi o zaman baş tutur ki, kista kifayət qədər hiss edilə biləcək ölçüdə olsun. Bu isə 1sm və daha artıq ölçülərə aid edilir. Onlar həkimin əllə müayinəsi ilə müəyyənləşdirilirlər. Daha sonra həkim xayanın bədxassəli şişi inkar etdirmək üçün başqa diaqnostik metodlardan istifadə edir. Müalicə cərrahi üsulla aparılır. Daha sonra kistanın yenidən yaranması ehtimalı yoxdur.
👩‍⚕️Qeyd etməliyik ki, kistanın yaranmaması üçün xayalığı (travma, soyuqdəymə, iltihab) qorumaq lazımdır.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 17/04/2020

❓❓Urolojik sualınız var?
✅ Elə isə verin cavablayaq

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 07/04/2020

✅Sistit.
Sistit Yunan sözü olub mənası "sidik kisəsi" deməkdir. Qadınlara nisbətən kişilər bu xəstəlikdən daha az əziyyət çəkirlər. Qadınların daha çox sistit olmasının səbəbi onlarda sidik ka**lının geniş və qısa olmasıdır. Belə ki, bu zaman infeksiyanın sidik kisəsinə düşməsi asanlaşır.
🩸Bakteriyaların sidik kisəsinə düşməsi hər hansısa bir patologiya nəticəsində baş tutur. Əgər sistit zamanında müalicə edilməzsə xronikiləşir, böyrəklərə yayıla bilir. Bu isə öz növbəsində böyrək-sidik kisəsində zədələnmələri səbəb olur.
🚻Bəs sistitin əlamətləri nələrdir? Buraya sidik ifrazı zamanı yanma, qaşınma, tez-tez və az sidiyə getmə, tam olaraq boşalmama hissi, bulanıq, p*s qoxulu sidik ifrazı, cinsi əlaqə zamanı ağrı, sidikdə qan, qaşıq və göbək altı bölgədə ağrı, temperaturun artması, qusma və ürəkbulanma, yorğunluq və s. aid edilir. Sistitdə bəzi simptomlar sidik kisəsi ya da böyrək vərəmləri, sidik kisəsi və prostat şişləri ilə bənzəyirlər.
💊Müalicə üçün vaxt itirmədən uroloq ya da ginekoloqa müraciət etmək lazımdır. Sistitə yoluxmamaq üçün təmizliyə riayət etmək, çox ədviyyatlı yeməklər yeməmək, dar alt paltarlarından imtina etmək, spirtli içki qəbulunu məhdudlaşdırmaq, cinsi əlaqədən sonra sidiyə getmək, isti geyinmək, hərəkətli həyat sürmək məsləhət görülür.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 02/04/2020

Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Şəhidlər ölməz vətən bölünməz.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 01/04/2020

📍Kişilərdə ən çox yayılmış seksual problemlərdən biri də erkən boşalmadır. Hansı ki, kişiyə psixoloji olaraq mənfi təsir edir, özünə inamlarını azaldır. Bu zaman partnyorlar arasındakı cinsi münasibətlər korlanır. ⚫Pen*s, prostat və xaya bölgəsində əzələnin lazımı qədər inkişaf etməməsi, ⚫testesteron səviyyəsindəki problemlər, ⚫alkoqol qəbulunun çox olması, ⚫spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması, ⚫uzun müddət sonra cinsi əlaqədə olmaq, ⚫rahat olmayan yerdə tezliklə yaranmış cinsi əlaqə, ⚫masturbasiyalar, ⚫pen*s dərisinin hədsiz həssaslığı və ⚫bəzi psixoloji məqamlar (qorxu, həyəcan, günah düşüncəsi, stresli həyat tərzi, çox ciddi ailənin övladı olmaq) erkən boşalmaya səbəb ola bilər.
Erkən boşalmanın müalicəsinə xəstəliyə səbəb olmuş digər bir xəstəliyin müalicəsi, cinsi və psixoloji terapiyaların qəbulu ilə müalicə, hədsiz həssaslığın prezervativ və keyləşdirici məlhəmlərlə müalicəsi, antidepressantlar, anksiolitidlər vasitəsilə müalicə, cərrahi müalicə aid edilir.
☝️Erkən boşalmanın qarşısını almaq üçün qeyd edilən məsələlərə diqqət yetirmək lazımdır:
🛑davamlı normal cinsi həyatın yaşanılması,
🛑cinsi əlaqə zamanı diqqətin ayrı yerə yönəldilməsi,
🛑kişi cinsiyyət orqanının dərin daxil edilməsi ilə qısa təkanların verilməsi, 🛑yüksək həssaslığı olan kişilərdə prezervativdən, keyləşdirici məlhəmlərdən istifadə edilməsi,
🛑kişinin cavan olması halında cinsi əlaqədən öncə masturbasiya edilməsi,
🛑əlaqə zamanı gözlərin bağlanması, 🛑pozaların dəyişdirilməsi.
Erkən boşalmanı müalicəyə başlamazdan öncə həkim problemin psixoloji və ya fiziki səbəblərdən qaynaqlandığını ayırd etməlidir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 31/03/2020

Unutmayaq, unutdurmayaq

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 27/03/2020

Sosial məsafənin qorunmağın əhəmiyyəti

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 26/03/2020

📌 Böyrək törəməsi.
Orqanizmdə cüt orqan olan böyrəklər tutqun rəngdə, paxla formasında olub, işi sidik turşusu, sidik cövhəri, keratin kimi zərərli maddələri sidik yolları ilə orqanizmdən xaric etməkdir.
☝️Eyni zamanda böyrəklər orqanizm üçün lazım olan kalium, maqnezium, su və zülalın balansını tənzimləyir.
Böyrəyin hər hansı bir funksiyasında pozulma olarsa bu ciddi xəstəliklərə səbəb ola bilər. Xüsusilə də 50-70 yaşlı insanlarda inkişaf edən böyrək törəməsi də böyrək xəstəlikləri arasında ən çox yayılmış xəstəliklərdəndir. Lakin, qeyd etməliyik ki, bu hala nadirən uşaqlar və yeniyetmələrdə də rast gəlinir.
Böyrəkdə böyrək toxumasından inkişaf edən, böyrək - hüceyrə xərçəngi və böyrək ləyənində inkişaf edən sişlərə rast gəlinir. Böyrək törəməsi böyrək parenximasının zədələnməsi ilə əmələ gəlir. ✔️ Kişilərdə qadınlara nisbətən zərərli vərdişlərin daha çox olduğunu nəzərə aldıqda deyə bilərik ki, böyrək törəməsinə onlarda daha çox rast gəlinir.
Polikistoz, at nalı böyrək kimi böyrək xəstəlikləri irsi və doğuşdan yaranma xəstəliklərdəndir.
Böyrək şişlərinin yaranmasına aşağıdakı hallar təsir edir:
🍃 Piylənmə
🍃 Siqaret istifadəsi
🍃 Peşə amilləri
🍃 İrsi faktorlar
🍃 Dərman vasitələrinin normadan çox istifadəsi.
Böyrəklər orqanizmdə dərin yerləşdiklərindən şişlərdən çox vaxt onlar inkişaf etdikdən sonra xəbər tutmaq olur.
📍Əlamətlərə aiddir:
🍃 Sidikdə qan izi
🍃 Küt ağrılar (beldə)
🍃 Xaya ətrafında damarların genişlənməsi (bəzən)
Burada müalicə metodu kimi çox vaxt cərrahi üsullardan istifadə edilir. Həkim şiş hüceyrələrinin digər orqanlarda da olmasına diqqət edir. Patalogiya zamanı şişlə bərabər böyrək, böyrək ətrafı toxumalar, böyrəyi əhatə edən toxumalar, limfa düyünləri və bəzən də böyrək üstü vəzin çıxarılması əməliyyatı aparılır. Böyrək şişləri kiçik ölçülüdürsə bu zaman zond vasitəsilə şiş məhv edilir.
Əməliyyatdan sonra xəstə qısa zamanda əvvəlki həyat tərzinə qayıda bilir.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

25/03/2020

Biz sizin üçün çalışırıq, siz isə bizə görə evdə qalın.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 24/03/2020

📍 Prostat xərçəngi
Prostat kişilərdə spermanın bir qismini meydana gətirən maye ifraz edən vəzdir. Prostat xərçəngi bir çox insanlarda heç bir əlamət müşahidə olunmadan baş verir. Bəzi hallada prostat xərçəngi prostat adenoması ilə birlikdə ortaya çıxdığı üçün bəzi əlamətlər verir. Prostat xərçənginin yaranma səbəbləri müxtəlif ola bilər:
🔘 Yaşın çox olması
🔘 Cinsiyyət üzvünün müxtəlif xəstəlikləri
🔘 Piylanmə
🔘 İrsiyyət
🔘 Zərərli sahələrdə işləmək
🔘 Zərərli vərdişlər
Xəstəlik ilk vaxtlar heç bir simptom göstərmir. Yalnız həcmi böyükdükdən sonra sidik ka**lının sıxılması ilə özünü göstərir. Bu zaman sidik ifrazı çətinləşir, sidik öz kisəsində ləngiyir, sidikdə qan olur. Gün ərzində ümumi sidik ifrazı 15-20 dəfəyə çatır. Eyni zamanda xəstədə qəbizlik, nəcis ifrazında ağrılar və qanın olması müşayiət edilir. Bu xərçəng daha sonralar limfarik düyünlərə, sümüklərə, ağ ciyərlərə, qara ciyərə metostaz verir. Prostat xərçəngi xəstələri 80% halda cərrahiyyə əməliyyatı keçirir və ya hormon və radiasiya terapiyası alır. Bu halla rastlaşmamaq üçün məsləhət görülür ki, kişilər müntəzəm olaraq həkim müayinəsində olsunlar. 50 yaş üstü kişilər periodik olaraq prostat müayinəsindən keçməlidir. Əgər ailədə prostat xərçəngi aşkar olunubsa, irsi keçmə prinsipini nəzərə alaraq 40 yaşından sonra kişilər həkim müayinəsindən keçməlidir. Qeyd etməliyik ki, kişilər özləri prostat vəzinin ölçüsünü əllə müayinə edə, böyüyüb böyümədiyini müayinə edə bilərlər. Eyni zamanda prostat xərçəngi 📌qan təhlilləri (PSA təhlili) 📌biopsiya, 📌ultrasəs telləri ilə ilə öyrənilə bilər. Əgər sizdə prostat xərçəngi varsa narahatlıga qapılmayın çünki , o 90% hallarda müalicəyə tabe olur.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 20/03/2020

Bayramınız mübarək🙏☺️

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

19/03/2020

Növbəti varikosel əməliyyatımız uğurla başa çatdı. 🙏
Bayram öncəsi hər birimiz iş başındayıq☺️

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 18/03/2020

Sualınızı verin cavablayaq☺️

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 17/03/2020

İlaxır torpaq çəfşənbəniz mübarək.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 16/03/2020

insi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir. CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:
– cinsi akt zamanı;
– qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;
– xəstənin qanı ilə kontaktda olduqda;
– tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.insi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:
– cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
– çox tez-tez və ağrılı sidik ifrazı;
– cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
– cinsi orqanlar və a**l (arxa) dəlik (a**s) sahəsində qızartının olması;
– bədəndə səpgilərin əmələ gəlməsi;
– cinsi orqanlarda və a**l dəlik ətrafında (a**s), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
– limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
– qadın və kişilərdə – qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması. 🔸Xlamidiya 🔸HİV 🔸Siflis 🔸Qanareya 🔸Ureoplasma 🔸Mycoplasma

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 14/03/2020

✅Corona virusu nədir❓
Corona virusları, əksər insanların həyatlarında dərhal qarşılaşdıqları viruslardır. İnsan corona virusları tez-tez mülayim dərəcədə orta yuxarı tənəffüs xəstəliklərinə səbəb olur. Corona viruslarında alfa, beta və qamma kimi tanınan üç alt qrup var. ▶️Delta Corona virusları adlı dördüncü yeni bir qrup da var↙️
SARS-CoV. İnsan Corona virusları ilk dəfə 1960-cı illərin ortalarında aşkar edilmişdir. 2020-ci ilə qədər yalnız Səudiyyə Ərəbistanı, Qətər və İordaniyada meydana gələn virus 3 nəfərin ölümünə səbəb oldu. Corona Virusu nəfəs yollarını hədəfləndirir. Corona virusları (CoV), mülayim soyuqluqdan tutmuş tənəffüs çətinliyinə qədər müxtəlif şəkillərə səbəb olan böyük bir virus ailəsidir. Orta Şərq tənəffüs sindromu (MERS), 2012-ci ildə Səudiyyə Ərəbistanında ilk dəfə təsvir olunan yeni Corona virusu (Orta Şərq tənəffüs sindromu Corona virusu və ya MERS CoV) səbəb olan bir viral tənəffüs xəstəliyidir.

✅Necə ötürülür❓
Corona virusları bir çox fərqli canlılarda xəstəliklərə səbəb ola bilər. Bununla birlikdə, SARS-CoV insanlara və meymunlara, Himalay müşk pişiyi, yenot iti, pişik, it və gəmiricilər kimi heyvanlara ötürülə bilər. Bu virus qışda daha çox yayılmışdır– tənəffüs yollarına, qaraciyərə, mədə, bağırsaq və sinir sisteminə təsir göstərə bilər. Bu virus, öskürək və asqırma ilə, havaya buraxılan virusları alaraq və yoluxmuş materiala toxunaraq ağız və burun ilə təmas nəticəsində baş verə bilər. 👉🏻Xüsusilə heyvanlardan keçə bilər. Virusun insanlara heyvanlardan - səviyyələrdən, yarasalardan ötürüldüyü düşünülür. Xüsusilə dəvə əti və südü ilə çirklənmə ön plandadır. Xəstə insanlarla eyni mühitdə yaşamaq və ya qulluq zamanı yaxın təmasda olması virusun ötürülməsinin başqa bir səbəbidir. Mikroblarla çirklənmiş səthlər və əşyalarla təmasda olan əllərlə ağız, burun və gözlərə toxunaraq, asqırma, öskürək və danışma zamanı havaya atılan damlaları inhalyasiya yolu ilə insanlara keçir.

✅Semptomlar nədir və onlara necə diaqnoz qoyulur❓
Üst tənəffüs xəstəliklərinin bəzi əlamətləri burun axması, öskürək, boğaz ağrısı və atəşdir. Bu viruslar bəzən sətəlcəm kimi aşağı tənəffüs xəstəliklərinə səbəb ola bilər. Bu daha çox ürək-ağciyər xəstələrində, po

13/03/2020

Təcili olaraq klinikamıza müraciət edən pasientimizi elə həmin andaca əməliyyat otağına aldıq. Səbəb isə yumurtalığən zədələnməsi və parçalanmasıdır. Əməliyyat uğurla həyata keçirildi.

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 12/03/2020

Əməliyyatımız uğurla başa çatdı☺️ Bütün xəstələrə şəfalar diləyirikk

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Timeline photos 10/03/2020

Bakı Uroloji Androloji Mərkəzin Radioloqu Vüsal Əhmədov

________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

09/03/2020

Suallarınızı bizə ünvanlaya bilərsiniz.
________________________________________
Əlaqə vasitələrimiz:
📲Tel: (+99499) 309 07 08
( +99412) 409 07 08
__________________________________________

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Biz sizin üçün çalışırıq, siz isə bizə görə evdə qalın. ________________________________________Əlaqə vasitələrimiz:📲Tel...
Növbəti varikosel əməliyyatımız uğurla başa çatdı. 🙏Bayram öncəsi hər birimiz iş başındayıq☺️___________________________...
Təcili olaraq klinikamıza müraciət edən pasientimizi elə həmin andaca əməliyyat otağına aldıq. Səbəb isə yumurtalığən zə...
Suallarınızı bizə ünvanlaya bilərsiniz.________________________________________Əlaqə vasitələrimiz:📲Tel:  (+99499) 309 0...

Category

Telephone

Website

Address


Baku
Other Hospitals in Baku (show all)
Caspian Compassion Project/Xəzər Qayğıkeşlik Layihəsi Caspian Compassion Project/Xəzər Qayğıkeşlik Layihəsi
Nesreddin Tusi, 6
Baku, 1116

Masazır, Azerbaijan , Nəsrəddin Tusi, 6

Online aptek Online aptek
Azerbaycan
Baku, AZ1000

evden kenara çıxma imaknı olmadığı halda peşakar şekildə, aczaçı desteyi...

Dr. Ayten Cabbarzade Dr. Ayten Cabbarzade
Yusif Bey Ibrahimli Kuc. 3
Baku

📌 #mədəbağırsaq #qaraciyər #mədəaltıvəzi və #ödkisəsi xəstəliklərinin diaqnostikas

AHA International Training Center - Baku Azerbaijan AHA International Training Center - Baku Azerbaijan
Baku, AZ1010

Həyat naminə öyrən & tətbiq et... UPTODATE IN MEDICINE Sizi Amerika Ürək Assosiasiyasının

Yalnız Tam Təbii Yalnız Tam Təbii
Vaqif Pr 32
Baku, AZ0100

Tam Təbii və faydalı dağ bitkiləri sizə xeyir verəcək. Heç bir əks təsiri yoxdur.

Orxan or Orxan or
Aa
Baku, 1010

Aptek1 Aptek1
Azerbaycan
Baku, AZ1000

Derman axtar Ana Sahife O Haqqimızda aptekaz - oz texniki yeniliklərine va onlayn ödəniş sistem

Top Sales Summer Top Sales Summer
Baku

Hospital

Vimay-Med Clinic Vimay-Med Clinic
Binəqədi Ray, M. Ə. Rəsulzadə Qəs, Davudoğlu Küç. 12A
Baku

SAĞLAMLIĞINIZI BİZƏ ETİBAR EDİN! � +994 12 568 39 93 � +994 50 407 01 56 wp � +994 70 20

Relivium Reabilitasiya Mərkəzi Relivium Reabilitasiya Mərkəzi
Baku

🔴 Narkomaniya, alkoqolizm, oyun və digər asılılıqların psixoloji müalicəsi və tam reabilitasiya kursu 🔒: Anonimlik 100% qorunur 🛎: Pulsuz konsultasiya

Herba Medical Center Herba Medical Center
Bəşir Bünyatov, 1N
Baku, AZ1123

Bizim başlıca məqsədimiz tibb elminin, xalq təbabətinin və ən müasir texnologiyaların imka

Baki Goz Baki Goz
Baku