Ginekoloq Arzu Cavadova

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ginekoloq Arzu Cavadova, Doctor, Baku.

23/09/2019

Ölkəmizdə qadınların 30%-nin həyatı boyunca heç ginekoloji müayinədən keçmədiyini bilirsiniz mi? Zamanında 6 ayda bir dəfə ayıracağınız 10 dəqiqəlik bir müayinə ilə ginekoloji xəstəliklərdən çox erkən diaqnoz ilə qurtula biləcəyinizi unutmayın ! Bəs siz ən son ginekoloji müayindən nə zaman keçdiniz?
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/09/2019

Uşaqlığın cırılması – doğuş fəaliyyəti zamanı uşaqlığın divarının tamlığının pozulması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Əsas klinik təzahürlərinə kəskin ağrılı, intensiv sancılar, sidik ifrazının pozulması, qanaxma əlamətləri, şokun erektil və ya torpid fazaları aiddir. Uşaqlığın cırılmasının diaqnostikası qabaqcadan anamnezin toplanması və xarakter əlamətlərin aşkarlanmasına, zərurət olduqda USM nəticələrinə əsaslanır. Terapevtik taktika doğuşun Qeysəriyyə əməliyyatı, orta laparotomiya və ya dölparçalayıcı əməliyyatlarla aparılması ilə qanın dayandırılması, cırılmanın tikilməsi və ya uşaqlığın ekstirpasiyasından ibarətdir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/09/2019

Erkən klimaksın yaranma səbəbləri
Reproduktiv funksiyanın vaxtından əvvəl sönməsi cinsi hormonların sintezinin zəifləməsi və ya tamamən kəsilməsi ilə əlaqədar baş verir. Erkən klimaksın yaranma səbəbləri aşağıdakılardır:

Genetik anomaliyalar. Alimlər tərəfindən yumurtalıqların funksiyasının vaxtından əvvəl itirilməsinə və ya onların follikulstimuləedici hormona (FSH) qarşı həssaslığının azalmasına səbəb olan genlər aşkar olunmuşdur. Yumurtalıqların tükənməsi nəticəsində klimaksın vaxtından əvvəl başlanmasına həmçinin bir sıra irsi xəstəliklərdə (qalaktozemiya, blefarofimoz və s.) rast gəlinir.
Yumurtalıqların şişləri. İntensiv böyüyən həcmli törəmələr sağlam follikulyar toxumanın zədələnməsinə gətirib çıxarır.
Yumurtalıqlarda aparılan əməliyyatlar. Yumurtalıqların rezeksiyası və ya çıxarılması onların travmatik zədələnməsi, xoş və ya bədxassəli törəmələr, uşaqlıqdan kənar hamiləlik zamanı həyata keçirilir.
İntensiv radiasion təsirlər. Kiçik çanaq orqanlarının şüa terapiyasında şüalanmasının summar (cəm) dozasının 6 Qrey olması yumurtalıq toxumasında geridönməyən zədələnmələr törədir.
Kimyaterapiya. Şiş xəstəliklərinin hüceyrələrin bölünməsini tormozlayan preparatlarla müalicəsi zamanı estrogenlərin sintezi pozula bilər. Hormondan asılı bədxassəli törəmələrin müalicə sxeminə yumurtalıqların funksiyasını tormozlayan vasitələr daxildir.
Autoimmun xəstəliklər. Cinsiyyət vəzilərində gedən autoimmun proseslər zamanı follikulların çapıq toxuması ilə əvəzlənməsi müşahidə edilir. Yumurtalıqların zədələnməsinə həmçinin insulindən asılı şəkərli diabet və Addison xəstəliyində rast gəlinir.

18/09/2019

18 SENTYABR.
MİLLİ MUSİQİ GÜNÜ.
DAHİ BƏSTƏKARIMIZ ÜZEYİR HACIBƏYOVUN QOYDUĞU MUSİQİ YOLUNU GEDƏK ƏZİZ MUSİQİÇİLƏRİMİZ.
MUSİQİ GÜNÜNÜZ MÜBARƏK.

18/09/2019

Ciftin kənar gəlişi – ana və döl arasında əlaqəni təmin edən embrional orqanın patoloji birləşməsidir. Bu zaman uşaqlığın daxili əsnəyi hissəvi (1/3 hissəsindən çox olmayaraq) örtülür. Xəstəlik diskomfortla müşayiət olunmayan müxtəlif intensivlikli qanaxmalarla təzahür edir. Ciftin kənar gəlişi II trimestrdə planlı USM və ya patoloji əlamətlərin yaranması zamanı aşkarlanır. Müalicə hospitalizasiya, yataq rejimi, simptomatik terapiyadan ibarətdir. Ana və uşağın vəziyyəti normal olduqda doğuşun ehtimal olunan gününə kimi gözləmə taktikası seçilir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Gerçək doğum ağrılarının başlamasından bir neçə gün əvvəl “nişan” adlanan qanlı bir axıntının gəlməsi doğumun xəbərçisidir. Əvvəllər gündə bir neçə dəfə olan doğuma hazırlıq ağrıları hamiləliyin 38-42 həftələri arasında getdikcə artır.
Arabir və nizamsız olan bu ağrılar getdikcə artır və daha güclü hiss edilməyə başlayır. Ağrılar 5 dəqiqədən az və yarım dəqiqədən çox davam edərsə buna doğum ağrılarının başlanması da deyə bilərik.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Zamanında ginekoloji müayinədən keçin.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Təbii doğuşun faydaları 🔺Günümüzdə analar daha çox qeysəriyə əməliyyatına üstünlük verilsə də, təbii doğuşun yerinə keçə biləcək üsul deyil. Təbii doğuş təhlükəli olduğu hallarda istifadə edilən üsuldur.
🔺Təbii doğuş narkoz istifadəsinə ehtiyac qalmır.
🔺Təbii doğuş edən anaların körpə dünyaya gəldikdən sonra qanaxma və infeksiyaya tutulma riskləri daha azdır.
🔺Anesteziya qəbul etmədiyi üçün ana körpəsini daha rahat və problemsiz əmizdirə bilir.
🔺 Aparılan araşdırmalara görə, təbii doğuşla dünyaya gələn körpələrin immunitet sistemi daha güclü olur. 📱
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Kəskin vaginit – uşaqlıq yolunun selikli qişasının infeksion və ya qeyri-infeksion xarakterli qızğın gedişli iltihabı prosesdir. Kəskin vaginitin əlamətlərinə uşaqlıq yolu nahiyəsində hiperemiya, qaşınma və göynəmə, gür atipik ifrazat, dispareuniya, ağrılı sidik ifrazı aiddir. Diaqnoz ginekoloji baxış, pH-metriya, vaginal sekretin mikrobioloji, seroloji və PZR-müayinələrin nəticələrinə əsasən qoyulur. Kəskin vaginitin müalicəsində əsas məqsəd etioloji amilin aradan qaldırılmasından ibarətdir, bu da uşaqlıq yolunun sanasiyası, iltihabəleyhinə, antimikrob terapiya və sonrakı mərhələdə mikrofloranın normallaşdırılması ilə əldə edilir.

Kəskin vaginit (kolpit) infeksiya, allergen, kimyəvi qıcıqlandırıcılar, yüksək temperaturun təsirindən uşaqlıq yolu dəhlizinin və divarlarının selikli qişasının aydın nəzərə çarpan iltihabi dəyişiklikləridir. Reproduktiv yaşlı qadınlar arasında xronikləşməyə və residivləşməyə meylli kəskin vaginitin yüksək yayılma tezliyi qeyd olunur. Patologiya əksər hallarda v***a (vulvovaginit), sidik kanalı və uşaqlıq boynunun iltihabı ilə müştərək şəkildə inkişaf edir. Kəskin formanın davametmə müddəti 2 həftədən, yarımkəskin formada isə 2 aydan çox olmur. Kəskin vaginit daimi və əhəmiyyətli diskomfort törədir, cinsi həyatı pozur, digər reproduktiv orqanların (uşaqlıq, yumurtalıqların) iltihabi prosesə cəlb olunmasına, hestasiya dövründə isə bətndaxili infeksiyalaşmaya, dölün inkişaf qüsurlarının formalaşmasına, hamiləliyin pozulmasına səbəb olur.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Doğuş fəaliyyətinin zəifliyi – uşaqlığın hipotonik disfunksiyası ilə əlaqədar onun yığılma aktivliyinin gücü, müddəti və dövriliyinin kifayət qədər olmaması ilə səciyyələnir. Doğuş fəaliyyətinin zəifliyi nadir, davamsız, qeyri-effektiv sancılar, uşaqlıq boynunun açılmasının və dölün irəliləməsinin ləngiməsi ilə təzahür edir. Patologiya müşahidə, kardiotokoqrafiya, vaginal müayinələrin köməyilə aşkarlanır. Müalicə məqsədilə doğuş fəaliyyətinin stimulyasiyası tətbiq edilir; göstərişlərə əsasən Qeysəriyyə əməliyyatı aparılır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

✔Hamiləliyi təbii bir proses olaraq düşünün.
✔Həkiminizin təklif etdiyi müayinə və analizlərə laqeyd yanaşmayın.
✔İlk 12 həftədə davranışlarınıza diqqət edin.
✔Stressdən uzaq olun.
✔Ürəkbulanmaların normal olduğunu qəbul edin.
✔Diabet riskinə qarşı tədbir alın.
✔Sağlam qidalanın və idman edin.

16/09/2019

Follikulun persistensiyası — aybaşı funksiyasının hormondan asılı pozğunluğu olub, follikulogenezin pozulması, anovulyasiya və dominant follikulyar törəmənin fəaliyyətinin davam etməsi ilə müşayiət olunur. Opsomenoreya, spaniomenoreya, menorragiya, sonsuzluq, qarnın aşağı hissəsində ağrılarla təzahür edir. Follikulometriya, çanaq orqanlarının USM, estrogenlər, progesteron, FSH, LH, endometriumun histoloji müayinələrinə əsasən təyin olunur. Müalicənin əsas sxemləri hormonal vasitələrin – gestagenlər, estrogenlərin progestinlərlə kombinasiyası, antiestrigen preparatlar, LH analoqlarının təyinindən ibarətdir.

Normada follikulogenez hipofizin ön payının hormonları – follikul stimuləedici və lüteinləşdirici hormonlar tərəfindən tənzimlənir. Aybaşı siklinin I fazasında FSH təsirindən ovarial toxumada dominant follikul yetişir, II fazada LH təsiri altında oosit yumurtalıqdan xaric olur və uşaqlıq borusuna düşür. Lüteinləşdirici hormonun (lüteotropin, lütropin) miqdarı az olduqda ovulyasiya baş vermir, yetkin follikul yüksək miqdarda estrogenlər ifraz etməklə, öz fəaliyyətini davam etdirir. Premenopauza dövründə follikulun uzunmüddətli persistensiyasının səbəb olduğu pozğunluğun klinik şəkli ilk dəfə 1915-ci ildə alman mama-ginekoloq Robert Şreder tərəfindən təsvir olunmuşdur. Nəticədə patologiya hemorragik metropatiya və ya Şreder xəstəliyi adını alır. Sonralar yeniyetmə və reproduktiv yaşlı xəstələr üçün xarakterik olan follikulyar toxumanın qısamüddətli ritmik persistensiyası ilə müşahidə edilən ovulyasiya pozulmasının digər forması aşkar edilir.

16/09/2019

Hamiləliyinizin rahat keçib, uşağınızın sağlam doğulmasını istəyirsinizsə aşağıda qeyd olunmuş qaydalara əməl edin.
• Düzgün qidalanın!
• Ağartı məhsullarından çox istifadə edin – onların tərkibi kalsium ilə zəngindir.
• Ət məhsullarından istifadə etmək mütləqdir – bu zülal mənbəyidir.
• Meyvə – tərəvəzi yaddan çıxarmayın.
• Gün ərzində beş dəfə az-az qidalanın.
• Bağırsaq problemlərinizin olmaması üçün yaşıl tərəvəzdən çiy halda istifadə edin.
• Hamilələr üçün nəzərdə tutulan vitamin komplekslərdən istifadə edin.
• Xüsusi idman hərəkətləri edin, əzələlərinizi möhkəmləndirin.
• Geyiminiz təbii materialdan-pambıqdan olmalıdır.
• Gigiyena qaydalarına riayət edin.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

16/09/2019

Ciftin vaxtından əvvəl yetişməsinin səbəbləri
ciftin vaxtından əvvəl yetişməsi «Ana-döl» sisteminin fəaliyyətinin güclənməsinə gətirib çıxaran istənilən amil cift toxumasının vaxtından əvvəl qocalmasına səbəb olur. Ana orqanizmində gedən dəyişikliklər, ətraf mühitin qeyri-qənaətbəxş amilləri, hamiləliyin patoloji gedişi pozğunluğun inkişafına təkan verir. Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin fikrincə ciftin vaxtından əvvəl qocalmasına səbəb olan ən geniş yayılmış amillər aşağıdakılardır:

Ekstrage***al patologiya. Cift toxumasının sürətli inkişafı adətən somatik və endokrin xəstəliklərdən (böyrək xəstəlikləri, arterial hipertenziya, şəkərli diabet, hipotireoz, hipertireozdan) əziyyət çəkən hamilələrdə müşahidə olunur. Bu, hamiləlik zamanı funksional pozğunluqları olan orqan və sistemlərdə yüklənmənin artması, eləcə də mikrosirkulyator dəyişikliklərə izah olunur.
Reproduktiv orqanların xroniki xəstəlikləri. Plasentasiya proseslərinin, ciftin fəaliyyətinin pozulması abortlardan sonra, eləcə də xroniki endometrit, adenomioz, submukoz miomalar nəticəsində uşaqlıq divarının struktur dəyişiklikləri ilə əlaqədar baş verir. Erkən yetişmə həmçinin yumurtalıqların xəstəlikləri (ooforit, adneksit, sklerokistoz sindrom) fonunda dishormonal pozğunluqların təsirindən yarana bilər.
Hestozlar. Hestozların uzunmüddətli gedişi zamanı uşaqlıq divarı və uşaqlıq-plasentar kompleksdə qan dövranının xarakterik dəyişiklikləri ciftin funksional yüklənməsini gücləndirir. Erkən mərhələlərdə kompensator mexanizmlər dölün normal qan təhcizatını təmin edir. Lakin sonralar bu mexanizmlərin sıradan çıxması ciftin böyüməsini sürətləndirir, onun vaxtından əvvəl inkişafını, yetişməsini və qocalmasını stimulyasiya edir.
İnfeksion xəstəliklər. Dölün infeksion agentlərlə zədələmə riski zamanı müdafiə funksiyasını yerinə yetirən cift toxumasının yüklənməyə məruz qalır. Provokasiyaedici amillərə spesifik ge***al infeksiyaların (sadə herpes, mikoplazmoz, ureaplazmoz, xlamidioz), digər infeksion xəstəliklərin (KRVİ, məxmərək, toksoplazmoz, sitomeqalovirus infeksiyalarının) törədiciləri aiddir.

16/09/2019

Uşaqlıq boynu xərçənginin yaranma səbəbləri aşağıdakılardır:
- uroge***al (sidik-cinsiyyət sistemi orqanlarının) infeksiyalar (xüsusən, papillomovirus infeksiyasının); ⠀
- uşaqlıq boynunun xəstəlikləri (edometriyanın polipləri, uşaqlıq boynunun polipləri, eroziyalar); ⠀
- travmatik doğuşlar; - çoxsaylı cərrahi abortlar (uşaqsalmalar) və s. bu kimi hallar.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

29/08/2019

Erkən düşüklər – hestasiyanın 12-ci həftəsinə qədər özbaşına abortlarla xarakterizə olunan patoloji vəziyyətlərdir. Belə hallarda adətən dölün ürək fəaliyyətinin qeyd olunmur və ya boş rüşeym kisəsi aşkarlanır. Erkən düşüklər qarnın aşağı hissəsi və ya beldə müxtəlif xarakterli ağrılar, uşaqlıq yolundan axan qanlı, bəzən isə irin kütlələri və ya amniotik maye qarışıqlı ifrazatlarla müşayiət olunur. Diaqnostik tədbirlərə hamiləliyin təsdiqi, fizikal müayinə, doğuş yollarının müayinəsi və transvaginal ultrasəs skanlama aiddir. Erkən düşüklərin müalicəsi onların formalarından asılı olub, hamiləliyin medikamentoz yolla uzadılması, pozulması və ya vakuum-aspirasiyadan ibarətdir.

Statistik məlumatlara əsasən hamiləliklərin 15-20% spontan pozulmalarla nəticələnir. Erkən düşüklər mamalıqda ən geniş yayılmış ağırlaşmalardan hesab olunur, onlar spontan abortların təxminən 80%-ni təşkil edir və 70% hallarda hamiləliyin klinik təzahürlərindən əvvəl baş verir. 1/3 hallarda erkən düşüklər hestasiyanın 8-ci həftəsinə qədər embrionun olmaması səbəbindən yaranır. Belə vəziyyətlər yaşı 40-dan yuxarı olan qadınlar arasında daha çox qeydə alınır. Bu da 50% erkən düşüklərin səbəb hesab olunan xromosom anomaliyalarının yüksək tezliyi ilə əlaqədardır
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

29/08/2019

Normal hamiləliklərdə 32-ci həftəyə qədər ayda bir, 40-cı həftəyə qədər 15 gündə bir təqib edilməsi lazımdır.
Lakin riskli hamiləliklərdə risk faktorlarına bağlı olaraq ən az 2 həftədə bir dəfə, hətta 2 gündə bir dəfəyə qədər artırıla bilər.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

29/08/2019

Boru sonsuzluğu — qadın sonsuzluğunun bir forması olub, fallop borularının funksional və üzvi keçməməzliyi ilə xarakterizə edilir. Spesifik simptomatikaya rast gəlinmir. Sonsuzluğun digər formaları kimi 6-12 ay ərzində müntəzəm cinsi münasibətlər fonunda hamiləliyin baş tutmaması ilə təzahür edir. Diaqnozun qoyulmasında histerosalpinqoqrafiya, ultrasəs histerosalpinqoskopiya, laparoskopiya, CYKİ-nin aşkar edilməsi üçün laborator analizlərdən istifadə olunur. Sonsuzluğun boru-peritoneal formasının müalicəsi medikamentoz və fizioterapiya, hidrotubasiya, kateter vasitəsilə rekanalizasiya, rekonstruktiv-plastik əməliyyatlar, EKM-dən ibarətdir.

Boru (boru-peritoneal) sonsuzluğu və ya BPS hamiləliyin baş verməməsindən şikayətlənən pasiyentlərin 35-60%-də rast gəlinir. Belə qadınların 35-40%-də uşaqlıq borularının anatomik zədələnməsi və ya disfunksiyası, 9-34%-də isə bitişmə prosesləri müşahidə edilir. Patologiyanın qeyd olunan formaları çox zaman müştərək şəkildə rast gəlindiyindən oxşar etioloji amillər və patogenetik mexanizmlərə malik olur. Ginekologiya sahəsinin mütəxəssisləri sonsuzluğun bu 2 amilini ümumi termin altında birləşdirmişdir. 50%-dən çox hallarda boru sonsuzluğu nisbi xarakter daşıyır və müalicə prosesində korreksiyaya tabe olur. Boru sonsuzluğu birincili və ya ikincili olur.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

27/08/2019

Dölün çanaq gəlişi – onun boylama vəziyyətində ananın kiçik çanağının giriş nahiyəsində dölün ayaqları və ya sağrı hissəsinin yerləşməsi ilə xarakterizə olunur. Çanaq gəlişində çox zaman hamiləliyin pozulması, hestoz, fetoplasentar çatışmazlıq, dölün hipoksiyası, doğuş travmaları qeydə alınır. Dölün çanaq gəlişinin diaqnostikası xarici mamalıq və vaginal müayinələr, exoqrafiya, doppleroqrafiya, KTQ köməyilə aparılır. Müalicə korreksiyaedici gimnastika, dölün xaricdən döndərilməsi, optimal doğuş üsulunun əvvəlcədən seçilməsindən ibarətdir.

Mamalıq və ginekologiyada dölün çanaq gəlişinə bütün hamiləliklərin 3-5% hallarında rast gəlinir. Çanaq gəlişində hamiləlik və doğuşun aparılması həkimdən yüksək peşəkarlıq tələb edir. Belə gəlişlərdə doğuş zamanı doğuş yollarından ilk olaraq uşaqların sağrı hissəsi və ya ayaqları keçir. Bu zaman uşaqlıq boynu tam hamarlaşmır və açılmır, bununla əlaqədar dölün baş hissəsinin irəliləməsi çətinləşir. Çanaq gəlişində doğuşlar ağırlaşmalarsız gedə bilər, lakin asfiksiya, ölü doğuş, ana və uşağın doğuş travmaları riski yüksək olur.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

27/08/2019

Günümüzdə müxtəlif arzu olunmaz hamiləlikdən qorunma üsulları mövcuddur. Ən çox istifadə edilən üsullardan biri kontraseptivlərdi. Bu qorunma metodu hər kəsə uyğun deyildir. Müxtəlif vəziyyətlərdə ciddi yan təsirlərə səbəb ola bilər və buna görə də həkim nəzarətində istifadə edilməlidir.

Arzu edilməz hamiləlikdən qorunmaq üçün həblərin orqanlara zərərləri nələrdir?

Birbaşa orqanlara zərərli təsirlərindən əlavə, dolayı yolla baş verə biləcək sağlamlıq problemlərinin riskləri barədə danışmaq mümkündür. İçərisindəki estrogen hormonu səbəbilə qan laxtalanması ən qorxulan yan təsirlərindən biridir. Bu gün istifadə edilən aşağı dozalı dərmanlar səbəbiylə bu risk çox aşağı səviyyələrə endirildi. Tərkibinə görə miqren baş ağrılarına səbəb ola bilər və ya bəzi insanlarda mövcud miqreni şiddətləndirə bilər.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/08/2019

Ciftin vaxtından əvvəl yetişməsi — cift toxumasının yetkinliyinin exoqrafik əlamətlərinin bu dəyişikliklərin fizioloji hesab olunduğu hestasiya müddətindən əvvəl yaranmasıdır. Heç bir klinik əlamətlə təzahür etmir, yalnız planlı skrininq zamanı aşkarlanır. Diaqnozun qoyulmasında USM nəticələrindən istifadə olunur. Müayinə cift qan dövranının doppleroqrafiyası, KTQ, fetometriya, dölün fonokardioqrafiyası ilə tamamlanır. Müalicə əsas xəstəliyin terapiyası və ana və döl arasında qan dövranının yaxşılaşdıran preparatların – antiaqreqantlar, vazodilatatorlar, essensial forfolipidlər, amin turşu komplekslərinin təyinindən ibarətdir.

Normada cift hestasiyanın müəyyən vaxtlarında dölün böyümə və yetişmə xüsusiyyətlərinə müvafiq olaraq, bir neçə inkişaf mərhələsindən keçir. Cift toxumasında baş verən fizioloji dəyişikliklər onun qidalandırma, tənəffüs, ifrazat və baryer funksiyaların öhdəsindən effektiv şəkildə gəlməsinə kömək edir. Kompensator mexanizmlərin pozulmasına olan bəzi provokasiyaedici amillərin təsirindən cift sürətlə böyüyür və yetişir. Belə hallar dölün vaxtından əvvəl yetişməsi (qocalması) kimi qiymətləndirilir. Pozğunluğun vaxtında diaqnostikasının aktuallığı onun uşağın fizioloji inkişafı üçün təhlükə daşıyan fetoplasentar çatışmazlıqla ağırlaşmasının yüksək ehtimalı ilə əlaqədardır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

23/08/2019

Sonsuzluq qadın, kişi və ya hər ikisinə bağlı ola bilər. Ümumi olaraq sonsuzluq 37% qadınlarda, 8% kişilərdə, 35% isə həm qadın, həm də kişi ilə əlaqəli olduğu görülür. 5 % cütlüklərdə isə səbəbi bilinməyən sonsuzluq görülür. 1 il istəyinizə baxmayaraq hamilə qala bilmirsinizsə, mütəxəssisə müraciət etməlisiniz. Müxtəlif müayinələrdən keçərək sonsuzluğun səbəbi tapılıb, müalicə olunaraq ana olmaq arzunuza çata bilərsiniz.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

21/08/2019

Miomatoz düyününün doğulmasının səbəbləri
doğulan miomatoz düyünSubmukoz düyünün servikal kanala, oradan isə uşaqlıq yoluna keçməsi əsasən qarındaxili təzyiqin artması ilə əlaqədardır. Düyünün qovulmasına ağır yük qaldırma, qarnın ön divar əzələlərinin möhkəmləndirilməsinə yönəldilmiş fiziki hərəkətlər səbəb ola bilər. Nadir hallarda miomatoz törəmənin doğulması intensiv cinsi əlaqədən sonra baş verir. Submukoz leyomiomanın doğulan düyünlə ağırlaşması riskini artıran amillər aşağıdakılardır:

Şişin anatomik xüsusiyyətləri. Nazik ayaqcıqlı və uşaqlığın aşağı seqmenti və ya uşaqlıq boynunda yerləşən hərəkətli miomatoz düyünlərin düşmə ehtimalı daha yüksəkdir. Böyüyən düyünlərin uşaqlıq tərəfindən yad cisim kimi qəbul edilməsi miometriumun yığılmasına təsir edərək, onu gücləndirir, nəticədə həcmli törəmə uşaqlıq boşluğundan qovulur.
Servikal kanalın açıq olması. Doğulan düyünlər əksər hallarda ovulyasiya və ya aybaşı zamanı izlənilir. Bu dövrlərdə spermatoziodlərin keçməsi və ya qopmuş endometriumun ifrazı ilə bağlı uşaqlıq boynu kanalının bir qədər açılması miomanın ekspulsiyasını asanlaşdırır. Hipoprogesteronemiya fonunda miometriumun tonusunun artması və onun yığılma aktivliyinin güclənməsi ilə vəziyyət daha da ağırlaşır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

21/08/2019

Qadınlarda sidik qaçırma həyat keyfiyyətinə mənfi təsir edən,xəstəni sosial həyatdan uzaqlaşdıran önəmli bir problemdir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

21/08/2019

Yumurtalığın kistası haqqında ümumi məlumat
yumurtalıq kistasıYumurtalığın kistası vəzi toxumasının xoşxasəli törəmələrinə aiddir, adətən uzun müddət ərzində inkişaf edir, onların diametri 1 neçə millimetrlə 20sm arasında dəyişir, bəzən daha iri ölçülü kistalara rast gəlinir. Mənşəyinə və möhtəviyyatın xarakterinə əsasən yumurtalıq kistaları aşağıdakı növlərə bölünür:

follikulyar
sarı cismin kistası
paraovarial
endometroid
dermoid
musinoz
Follikulyar və sarı cismin kistaları funrksional xarakterli törəmələrə aid olub, yumurtalıqda gedən siklik dəyişikliklər nəticəsində onun öz toxumasında inkişaf edir. Follikulyar kista partlamayan follikulun, sarı cismin kistası isə follikulun sorulmayan sarı cisminin yerində yaranır. Bu növ kistalar zamanı patoloji boşluqlar follikul və sarı cismin qişalarından əmələ gəlir. Onların yaranma mexanizminin əsasanı hormonal dəyişikliklər təşkil edir. Adətən follikulyar və sarı cismin kistaları sekretin sorulması və kistoz boşluğun çökməsi hesabına iri ölçülərə çatmadan öz-özünə itə bilir.

Paraovarial kistalar yumurtalıqların üstündə yerləşən artımlardan inkişaf edir, bu zaman yumurtalıq toxuması prosesə cəlb olunmur. Bu növ kistalar nəhəng ölçülərə qədər böyüyə bilir. Endometroid kistalar uşaqlığın selikli qişasının (endometriumun) hissəciklərinin yumurtalıq və digər orqanlarda (endometrioz) patoloji ocaq şəklində çoxalması zamanı yaranır. Yumurtalıqların endometroid kistalarının möhtəviyyatı köhnə qandan ibarət olur.

Yumurtalıqların musinoz kistaları əksər hallarda çoxkameralı, içərisi kistanın daxili selikli qişasının sintez etdiyi qatı seliklə (musinlə) dolu olur. Yumurtalıqların endometroid və musinoz kistaları yüksək dərəcəli maliznizasiya riskinə malikdir. Yumurtalıqların anadangəlmə kistalarına embrional rüşeymdən formalaşan dermoid kistalar aiddir. Onun tərkibində piy, saç, sümük, qığırdaq, diş və orqanizmin digər toxuma fraqmentləri izlənilir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

21/08/2019

Yayın gəlişi ilə hamilə qadınlarımız daha çox qida qəbul edir. Hamilə qadınların gündə sadəcə əlavə 300 kaloriyə ehtiyac duyduğunu bilirdiniz? Hamiləlikdə çəki artıran anaların nəzərinə: Hamilə ikən çox çəki artırmaq doğulan uşağın ürəklə bağlı problemlər yaranmasına yol açır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

21/08/2019

Doğuş ağırlaşmaları — doğuş fəaliyyəti ilə əlaqədar yaranan, onun gedişi və sonluğuna təsir edən patoloji vəziyyətlərdir. Miometriumun yığılma aktivliyinin pozulması, ağrılı qanaxmalar, qadının ümumi halının pisləşməsi (baş gicəllənmə, zəiflik, huşun itirilməsi, koma) ilə təzahür edir. Diaqnostik məqsədlə xarici mamalıq baxışı, vaginal müayinə, kardiotokoqrafiya, az hallarda –USM, doğuşdan sonrakı dövrdə doğuş yolları və uşaqlığın reviziyası həyata keçirilir. Ağırlaşmalar zamanı doğuşun aparılma taktikası aşkarlanan patologiyaların xarakterindən asılıdır.

Hazırda doğuşların yalnız 37% fizioloji gedişə malik olur. Digər hallarda müxtəlif növ ağırlaşmalar izlənilir, 23-25% doğuşlar isə cərrahi yolla başa çatdırılır. Mamalıq və ginekologiya sahəsində aparılan tədqiqatların nəticələrinə əsasən ən çox rast gəlinən ağırlaşmalara aralığın (7-15%) və uşaqlıq boynunun cırılması (27%), dölyanı mayenin vaxtından qabaq axması (12-15%), doğuş fəaliyyətinin anomaliyaları (10%), infeksion proseslər (2-8%), qanaxmalar (2-5%) və ciftin vaxtından əvvəl ayrılması (0,45-1,2%) aiddir. Doğuş prosesi düzgün aparılmadıqda ağırlaşmalar ana və dölün sağlamlığı, eləcə də həyatı üçün təhlükə daşıyır.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

21/08/2019

Dölyanı maye ilə emboliya (DME) – amnion mayesinin ananın qan dövranına düşməsi nəticəsində bu mayenin komponentlərinə qarşı anafilaktoid reaksiyanın inkişafı ilə müşayiət olunan patologiyadır. Klinik əlamətlər kardiopulmonal şok və koaqulyasiya sisteminin pozulması ilə əlaqədar yaranır. Diaqnostika fizikal, laborator və instrumental müayinələrin nəticələrinə əsaslanır. Dölyanı maye ilə emboliyanın müalicəsi anafilaktoid reaksiyanın aradan qaldırılması, ürək-damar və tənəffüs sisteminin normallaşdırılması, sirkulyasiya edən qanın həcminin və hemostaz sisteminin bərpasından ibarətdir.

Dölyanı maye ilə emboliya və ya hamiləliyin anafilaktoid sindromu amnion mayesinin ananın qan dövranına düşməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. DME-nin klinik şəkli ilk dəfə 1926-cı ildə braziliyalı həkim C.Meyer tərəfindən təsvir olunmuşdur. 1941-ci ildə amerikalı P. Şteyner və K. Laşbou bu vəziyyətin əlamətlərini xüsusi mamalıq sindromu altında birləşdirmişdir. Dölyanı maye ilə emboliya hər 10 000 doğuşdan 1-8 halda qeydə alınır. Bu ağırlaşma zamanı ana və perinatal ölüm göstəricisi 84-87%-ə çatır. Ana ölümünün ümumi strukturunda dölyanı maye ilə emboliyanın payı 15-17% təşkil edir.
🔻🔻🔻🔻🔻🔻🔻
👩‍⚕️
☎️ Əlaqə: 050 340 60 71
🌸🌸🌸🌸🌸🌸🌸🌸 .
SMM by Zn Group Media

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Uşaqlığın cırılması – doğuş fəaliyyəti zamanı uşaqlığın divarının tamlığının pozulması ilə xarakterizə olunan patoloji v...
Erkən klimaksın yaranma səbəbləriReproduktiv funksiyanın vaxtından əvvəl sönməsi cinsi hormonların sintezinin zəifləməsi...
Zamanında ginekoloji müayinədən keçin.🔻🔻🔻🔻🔻🔻🔻👩‍⚕️ @ginekoloq_arzucavadova☎️ Əlaqə: 050 340 60 71🌸🌸🌸🌸🌸🌸🌸🌸 .SMM by Zn Grou...
Kəskin vaginit – uşaqlıq yolunun selikli qişasının infeksion və ya qeyri-infeksion xarakterli qızğın gedişli iltihabı pr...
🔻🔻🔻🔻🔻🔻🔻👩‍⚕️ @ginekoloq_arzucavadova☎️ Əlaqə: 050 340 60 71🌸🌸🌸🌸🌸🌸🌸🌸 .SMM by Zn Group Media#sonsuzluq #ailehekimim #dostki...
Hamiləliyinizin rahat keçib, uşağınızın sağlam doğulmasını istəyirsinizsə aşağıda qeyd olunmuş qaydalara əməl edin.• Düz...
Ciftin vaxtından əvvəl yetişməsinin səbəbləriciftin vaxtından əvvəl yetişməsi «Ana-döl» sisteminin fəaliyyətinin güclənm...
Normal hamiləliklərdə 32-ci həftəyə qədər ayda bir, 40-cı həftəyə qədər 15 gündə bir təqib edilməsi lazımdır.Lakin riskl...
Günümüzdə müxtəlif arzu olunmaz hamiləlikdən qorunma üsulları mövcuddur. Ən çox istifadə edilən üsullardan biri kontrase...
SONSUZLUĞUN SƏBƏBLƏRİQadın sonsuzluğunun aşağıdakı səbəbləri vardır: Ovulyasiya problemləri.Sonsuzluqların 5-25%-ni ovul...
Xüsusilə hamilə qala bilmədiyi üçün müalicə alan və ya daha öncəki hamiləlik dönəmində uğursuzluqlar yaşayan ana namizəd...

Category

Telephone

Website

Address


Baku
Other Doctors in Baku (show all)
Dr Nargiz Mustafayeva Dr Nargiz Mustafayeva
Fuzuli
Baku, AZ1000

Dr Mehdi Gülaliyev Dr Mehdi Gülaliyev
5-ci Mkr. , 20 Yanvar Küç. 51(hazırda 88) Bakı, Azərbaycan
Baku, STARLABKLINIKASI

Həkim terapevt pulmonoloq

Oftalmolog.nerminseferova Oftalmolog.nerminseferova
Jalil Mammadguluzade
Baku

Oftalmoloq Cerrah +99499 312 00 10 TCOD-Türk Cumhuriyetleri Oftalmoloji Derneği üzvü MN Eye Hosp

Dr. Ayten Cabbarzade Dr. Ayten Cabbarzade
Yusif Bey Ibrahimli Kuc. 3
Baku

📌 #mədəbağırsaq #qaraciyər #mədəaltıvəzi və #ödkisəsi xəstəliklərinin diaqnostikası və müalicəsi

Dr. Narmina Hacıyeva Dr. Narmina Hacıyeva
Baku

NÖMRƏ 1 ÇƏPGÖZLÜK MƏRKƏZİ� HAT Medicine Klinikasının Baş Həkimi, Tibb üzrə Fəlsəfə Doktoru, Göz Cərrahı� Hər növ göz əməliyyatları�

Doktor ulker Kosmetolog Doktor ulker Kosmetolog
Baku
Baku, AZ1012

Kosmetoloq Madis Kosmetoloq Madis
Metro 28 May, Molun Yanı
Baku

Kosmetoloji Endirimli Qiymətlər �

Dr Sahil Dr Sahil
Baku