İlk Tibbi Yardım App
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İlk Tibbi Yardım App, Medical and health, 43, Samad Vurgun. World Business Centre, Baku.
‼️UŞAQ VƏ YENİYETMƏLƏR ÜÇÜN
İLK YARDIM TƏLİMİ‼️
⛑️İlk Yardım təlimimiz 9-14 yaşlı uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Təlimlərimiz uşaqları müasir dövrdə tələb olunan ilk tibbi yardımın göstərilməsinə hazırlayır. Bunun üçün onlara müvafiq biliklər verir və praktiki bacarıqlar aşılayırıq.
👧👦İlk Yardım təlimimizi keçən uşaqlar evdə, məktəbdə, bağda, çimərliklərdə və küçədə, habelə yol nəqliyyat qəzaları və yay düşərgələri zamanı ilk yardım bacarıqlarına yiyələnmiş olur.
🏛️3 saat davam edən təlimdə yeniyetmələr ürəyin qapalı masajını və yad cism ilə boğulmadan xilas etmə, başın travmaları, yanıqlar, sınıqlar, qanaxma, astma tutmaları və allergik reaksiyalarlda yardım göstərməyi öyrənirlər.
🎉Təlim interaktiv və praktikidir, çox əyləncəlidir və uşaqların həzz alması üçün bir çox maraqlı fəaliyyətlərdən ibarətdir.
🆘İlk yardımı öyrənmək qiymətsiz həyat bacarığıdır. Bu, uşaqlara riskdən daha çox xəbərdar olmağa kömək edir. Təlim onları təcili yardım zamanı özlərinə və ya başqalarına kömək etmək üçün ümdə bacarıqlarla təchiz edir.
✅ Tələsin, yerlər məhduddur! Elə indi bizə yazın və ya zəng edin və uşağınız üçün təlimdə yer rezerv edin.
Qeydiyyat və suallar üçün:
☎️ 055 930 26 24
☎️ 050 243 86 71
❗️İlk yardım çantasında nə olmalıdır?
🆘Kiçik yaralar, yanıqlar, burxulmalar və s. bu kimi hallar üçün aşağıdakı ləvazimatları əlinizin altında saxlamağınız tövsiyə olunur.
🆘Təsadüfü hadisələr, müxtəlif növ travma ilə nəticələnən qəzalar təəssüf ki, baş verir. Həmin hallara hazırıqmı?
🏥Səbəblər
Evdə və ya bağda başverən travma və xəsarətlərə hazırlıqlı olmağın açarı - tam təchiz olunmuş ilk yardım çantasına sahib olmaqdır. Buna görə də ilk yardım çantasının içində olanların düzgün yığılması və ailə üzvlərinizin xüsusi ehtiyaclarına uyğun olan dərman və ləvazimatların da nəzərə alınması olduqca önəmlidir.
Daha ətraflı burada oxuyun:
📱https://videodoktor.az/disease/1198
Amerika Ürək Assosiasiyasının rəsmi beynəlxalq sertifikatlı
‼️ HEARTSAVER - İLK YARDIM təlimi ‼️
İlk Yardım təlimi kimlərə tövsiyə olunur:
🔸məktəb və məktəbəqədər müəssisələrdə çalışan müəllimlər və tərbiyəçilər,
🔸 valideynlər,
🔸 polis əməkdaşları,
🔸 yanğınsöndürənlər,
🔸 mühafizəçilər,
🔸 xilasedicilər,
🔸 idman instruktorları,
🔸 daiələr,
🔸 avtomobilçilər/peşəkar sürücülər,
🔸 təyyarə bələdçiləri
🔸 market əməkdaşları
🔸 yol, hava, su və dəmiryol nəqliyyatında çalışan əməkdaşlar
və həmçinin gündəlik əmək fəaliyyətində ilk yardımın göstərilməsini tələb edən halların başvermə ehtimalı orta və yüksək olan digər şəxslər üçün.
⏩İlk Yardım təlimində qazanacağınız müvafiq nəzəri biliklər və praktik bacarıqlar sayəsində, Siz tibbi briqada/ambulans gələnədək təxirəsalınmaz hallarda müvafiq yardım göstərə biləcəksiniz.
⏩Uşaq meydançasında, evdə, bağda, məktəbdə sinifdə, iş yerində və ya ofisdə, dənizdə, fitnes mərkəzlərində, yol-nəqliyyat hadisələri yerində və digər hallarda vaxtında və düzgün göstərilən İlk Yardım insan həyatını xilas edə bilər.
‼️ Həyat naminə öyrən və tətbiq et...
Daha ətraflı:
🌐 www.ilkyardim.az
📞Tel: 051 930 2624 və ya 050 243 8671
📧: [email protected]
📧: [email protected]
Xəstəxanadan kənarda baş verən ürək dayanması hallarının 70% evdə olur. 103-ə zəng edib, dərhal CPR və ya Ürək-Ağciyər Reanimasiyasına (ÜAR) başlamaq insan həyatını xilas edə bilər.
Hətta yalnız sinən sıxılması ilə aparılan ÜAR, effektivdir və təcili yardım briqadası gələnədək həyati vacib orqanlara (beyin, ürək) qan axınını dəstkləyə bilər.
Bütün böyüklərlə yanaşı, uşaqların da CPR - ürəyin xarici masajını bilməsi çox vacibdir.
Uşağınızın CPR öyrənməsi üçün bizim HeartSaver İlk Yardım təlim kursumuza qatılın.
‼️REVMATIK ÜRƏK XƏSTƏLİYİ‼️
✅ Revmatik ürək xəstəliyi dedikdə, revmatik qızdırma nəticəsində ürək qapağının zədələnməsi başa düşülür. Qızdırma, əslində, vücudunuzun bakterial infeksiyaya qarşı bir iltihab reaksiyasıdır.
✅ A qrupu streptokok (QAS) infeksiyası kimi tanınan bakterial infeksiya revmatik qızdırmaya səbəb ola bilər. Boğazın Streptokok infeksiyası və ya skarlatina kimi infeksiya vücudunuz tərəfindən immun reaksiyaya səbəb olur. İnfeksiya zəminində bütün bədəndə, o cümlədən ürəkdə iltihab inkişaf edir. Müalicə edilməzsə, iltihab ürək qapağının qalıcı zədələnməsinə və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
✅ Şikayətlər və simptomlar.
⏺Revmatik ürək xəstəliyinin simptomları streptokok infeksiyası və ya revmatik qızdırmadan illər sonra görünə bilər. Ürək zədələnməsi baş verən şəxslərdə aşağıdakılar müşahidə edilə bilər:
▫️Sinə ağrısı.
▫️Yorğunluq və halsızlıq.
▫️Ürəkdə küy.
▫️Təngənəfəslik.
▫️Mədədə, əllərdə və ya … …
➡️Ətraflı oxumaq: https://videodoktor.az/disease/1200
⏩Video Doktor-un həkim-mütəxəssisləri ilə məsləhətləşmək üçün “Video Doktor” mobil tətbiqi və ya www.videodoktor.az portalından istifadə edə bilərsiniz.
⏩VideoDoktor .az portalında digər xəstəliklər və simptomlar barədə etibarlı və dürüst məlumatlar əldə edə bilərsiniz.
❗️GÖBƏK YIRTIĞI❗️
✅ Göbək yırtığı, göbəyinizdə (göbək çuxuru adlanır) və ya dərhal onun yaxınlığında bir fındıq böyüklüyündən portağal böyüklüyünədək bir toxumanın çıxmasıdır.
▫️Uşaqlarda göbək yırtıqları adətən 4 və ya 5 yaşa kimi yox olur. Böyüklərdə müalicə olunmayan göbək yırtıqları fəsadlara səbəb ola bilər.
▫️Həkiminiz, göbək yırtığı ilə bağlı narahatlıq (məs., ağrı və digər simptomlar, yırtıq kisəsində toxumaların boğulması riski) olduqda, yırtılmış toxumanı yerinə qaytarmaq üçün cərrahi müdaxilə tövsiyə edə bilər.
✅Göbək yırtığının hansı növləri var?
▫️Yırtıqları risk baxımından nəzərdən keçirmək daha faydalıdır. Ümumiyyətlə, yenidoğulmuşlarda, körpələrdə və uşaqlarda rast gəlinən yırtıqların əksəriyyəti zərərsizdir.
▫️Böyüklərdə göbək yırtıqları heç də həmişə təhlükəli deyil. Lakin bəzi hallarda böyüklərdə göbək yırtıqları ciddi ağırlaşma riski yarattığından, onların cərrahi müalicəsi tələb oluna bilər.
🔸Bərpa oluna bilən yırtıqlar: Yırtıq yerinə bərpa oluna bilərsə, həkim əllərindən istifadə etməklə, yırtıq kisəsindəki toxumaları yerinə itələməyə cəhd edir. Bu növ yırtıqlar çox vaxt… …
➡️Ətraflı oxumaq üçün:
https://videodoktor.az/disease/752
⏩Video Doktor-un həkim-mütəxəssisləri ilə məsləhətləşmək üçün “Video Doktor” mobil tətbiqi və ya www.videodoktor.az portalından istifadə edə bilərsiniz.
⏩VideoDoktor.az portalında digər xəstəliklər və simptomlar barədə etibarlı və dürüst məlumatlar əldə edə bilərsiniz.
Qurban bayramınız mübarək!
🇦🇿 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür!
🇦🇿 Bu gün ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycanın gələcək inkişaf strategiyasını elan edib və bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik!
‼️ Sinusit (Qaymorit) ✅Sinusit kəllə sümüklərində olan hava ilə dolu ciblərin iltihabıdır. Həmin ciblər alın sümüyünüzdə, üz sümüklərində (Qaymor cibləri adlanır), xəlbir və əsas sümüklərdə yerləşir. Sinusit çox vaxt üzdə ağrı, burun tıxanıqlığı və ya burundan ifrazatla, bəzən isə qızdırma və digər simptomlarla müşayiət olunur. Adətən sinusit soyuqdəymənin ağırlaşması kimi baş verir, lakin müxtəlif viruslar, bakteriyalar, göbələklər və hətta allergiyalar da sinusitə səbəb ola bilər.
▶️Daha ətraflı:https://videodoktor.az/disease/1146 ⏩Video Doktor-un həkim-mütəxəssisləri ilə məsləhətləşmək üçün "Video Doktor" mobil tətbiqi və ya www.videodoktor.az portalından istifadə edə bilərsiniz.
⏩VideoDoktor portalında digər xəstəliklər və simptomlar barədə etibarlı və dürüst məlumatlar əldə edə bilərsini
Bayramınız mübarək, əziz balalar!
El bilir ki, böyük bir keçmişi və tarixi olan Azərbaycan əbədi müstəqildir 🇦🇿
O Vətən ki, tarixinin hər səhifəsi şanlı, şərəfli və şöhrətlidir. Hər zaman azad qalmağını arzulayırıq.
Müstəqilliyin mübarək, ey, ulu VƏTƏN 💙❤️💚
Sonsuzadək qəlbimizdə yaşayacaq ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
9 May - Faşizm üzərində Qələbə Günüdür! 🕊️
İkinci Dünya müharibəsində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.
Ramazan bayramınız mübar
Mart ayınının sonunu hüznə çevirən tarix var - 31 Mart! Bir yaz günündə azərbaycanlıların soyqırımına çevrilən bu günü dərin hüznlə anırıq. Bütün soyqırım qurbanlarına Allahdan rəhmət diləyirik.
Əziz xanımlar, gününüz mübarək!
Hüznün adı - Xocalı!
1992-ci il 26 fevral Xocalı faciəsinin qurbanlarını dərin hüznlə yad edirik. Tezliklə bu faciənin tanınması və ədalətin bərpa olunmasını diləyirik.
Allah ölənlərə rəhmət etsin!
❗HƏYATIN ÖPÜŞÜ❗
❗Böyüklərdə və Uşaqlarda Ağızdan-Ağıza Tənəffüs❗
Ağızdan-ağıza tənəffüs, huşsuz və tənəffüsü olmayan böyüklərə və ya uşaqlara oksigen təmin edilməsi üçün sürətli, effektiv bir texnikadır.
Böyüklərə və uşaqlara ağızdan-ağıza nəfəsin verilməsi texnikasını mənimsəmək üçün İlk İlk Tibbi Yardım App yükləyin və ilk yardım bacarıqlarını öyrənmək üçün AHA International Training Center - Baku Azerbaijan müraciət edin.
TƏMƏL HƏYATA DƏSTƏK TƏLİMİ - AMERİKA ÜRƏK ASSOSİASİYASININ BLS KURSU
🗓Tarix: 28 fevral 2023-cü il
Təlimi bitirdikdən sonra iştirakçılar aşağıdakıları bacara biləcək:
➡ Həyat üçün təhlükəli vəziyyətlərdin müəyyənləşdirilməsi
➡ Daha təkmil tibbi yardım briqadası gələnədək, həyati vacib ilk tibbi yardım tədbirlərinin görülməsi
➡ Daha təkmil ilk tibbi yardım bacarıqlarını əldə etmək üçün baza bilik və bacarıqların mənimsənilməsi.
Təlimdə əhatə olunan mövzular:
✔ Hadisə yerinin qiymətləndirilməsi
✔ Təhlükəsizliyin təminatı
✔ CPR və ya ürək-ağciyər canlandırılması
✔ Döş ağrısı (məs., infarkt) (aşkarlama)
✔ AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə
📍Qeydiyyat: https://www.uimconsulting.com/az/site/course/294
Ünvan: İctimai Səhiyyə və İslahtlar Mərkəzi
📞Əlaqə : 050 243 86 71
❗HUŞSUZ VƏ TƏNƏFFÜSÜ OLMAYAN ŞƏXSLƏRDƏ
ilk yardımın bəzi xüsusiyyətləri❗
🔹Yardım çağırın və
🔹Təcili yardım zəncirini aktivləşdirin: 103
🔹Dərhal ürək-ağciyər reanimasiyasına başlayın
Ürək dayanması hallarında 30 kompressiyaya 2 nəfəs verilməsi nisbətindən istifadə etməklə həm döş qəfəsi kompressiyaları, həm də nəfəs verilməsini təmin etmək önəmlidir.
🚑Xəstəxanadankənar ürək dayanması hallarında nə etməli?
👉Təcili yardım sisteminin aktivləşdirilməsi dedikdə, adətən yaxınlıqdakı kömək üçün qışqırmaq və təxirəsalınmaz durumlar üçün 103 və ya 113 telefon nömrəsinə zəng edilməsi nəzərdə tutulur.
👉İş yerində hər bir işçi öz şəraitləri çərçivəsində təcili müdaxilə sisteminin necə aktivləşdirildiyini bilməlidir.
👉Xilasedici təcili müdaxilə sistemini nə qədər tez aktivləşdirərsə, müalicənin növbəti səviyyəsi bir o qədər tez yetişəcək.
⁉️ ÜRƏK DAYANMASI hallarında nə etməli ⁉️
Ürək dayanması istənilən yerdə — küçədə, evdə və ya xəstəxananın təxirəsalınmaz yardım şöbəsində (TYŞ), xəstəxana çarpayısında və ya reanimasiya/intensiv terapiya şöbəsində baş verə bilər.
Sağ Qalma Zəncirində tibbi yardım sisteminin elementləri və tədbirlər ardıcıllığı situasiyaya əsaslanaraq fərqlənir. Tibbi yardım isə zərərçəkəndə ürək dayanmasının xəstəxanadan kənarda və ya xəstəxana daxilində baş verməsindən asılı olacaq. Tibbi yardım həmçinin zərərçəkənin böyük yaşlı, uşaq və ya körpə olmasından asılıdır.
Xəstəxanadan kənar baş verən ürək dayanması hallarında hərəkət qaydası:
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
43, Samad Vurgun. World Business Centre
Baku
Азербайджан
Baku, AZ1000
🤧 Uşaqlar və böyüklər üçün QRİPİN və SOYUQDƏYMƏNİN profilaktik həlli 🌊 Аkva M
Həsən Əliyev K. 3
Baku, 1002
Artıq 10 ildir fəaliyyət göstərən AzEstetik Group sizin üçün dünyanın ən müasir texnologiyalarını, ən yeni avadanlıqları təqdim etdik.
Tbilisi Pr. , 35, ASK Plaza, Regus
Baku
Məqsədimiz: Tibbi xidmətlərinin optimallaşdırılması və əhalinin sağlamlıq təbəqəsinin yüksəlməsi İctimai səhiyyə və elm sahəsində faydalı layihələr və təşəbbüslərin həyata keçirilm...
Albert Aqarunov 14a
Baku, 1052
Tibbi cihazların SATIŞI, TƏMİRİ, İCARƏSİ. SAS Medical-ı seçin işinizi peşəkar əllərə etibar edin.
Baku, 1005
Hiperson Tea - Azərbaycan Məhsullar haqqında məlumat və sizin üçün 50%-ə qədər endirimlər üçün bizimlə əlaqə saxlayın. 🚚🚚 Sürətli sifarişlər - Çatdırılma Pulsuz - Çatdırılmada nəğd...