PharmEd

Daha mükəmməl əczaçılıq naminə !

Во имя более совершенной фармацевтики ! For more excellent pharma !

14/11/2022

📣Hörmətli əczaçılar, Pharmed yeni layihə kimi əczaçılıqda təlimlərə başlamağı planlayır.
Aşağıdakı təlim mövzularından sizə maraqlı gələn 3 mövzunu seçin.

1. İş mühitində ruhi sağlamlıq
2. Əczaçılıqda fərdi səmərəlilik
3. Proses və məlumatların idarə edilməsi
4. Stresin idarə olunması
5. Əczaçılıqda menecment
6. Performans dəyərləndirmə
7. Bədən dili
8. Motivasiya
9. Beyindən beynə satış (neyromarketinq)
10. Peşəkar iş həyatına hazırlıq
11. Özünütərk və özünüdərk
12. Liderlik (misiya, məqsəd, hədəf)
13. Şəxsi brendinq
14. Effektiv satış texnikaları
15. Çətin müştərilərlə iş

07/10/2022

Venosmil müsabiqəsinə qatıl, ayaqların yüngül, hərəkətlərin sərbəst olsun. Bonusları topla və mükafatlar qazan💰🎁

❗Müsabiqə faylını saytımıza keçid edib Fəaliyyətlər>Müsabiqələr bölməsindən ətraflı şəkildə oxuyub və müsabiqəyə başlaya bilərsiniz.

DİQQƏT: 📌Müsabiqəyə giriş limitli saydadır. müsabiqəsində
📍Bakı və Gəncə əczaçıları iştirak edəcəklər.

Qeydiyyat linki bioda qeyd olunmuşdur.

https://pharmed.az/musabiqe/venosmil

Digər hesablarımız:
Facebook: PharmEd
Telegram: PharmEd
Telegram Dəstək xidməti: PharmEd Dəstək

Pharmedlə bağlı daha ətraflı məlumat ⬇️

🌐 pharmed.az
📲 050 832 00 50
📲 050 824 00 50
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

04/10/2022

Vakansiya və CV-lərinizi daha çox insana çatdırırıq!
Pharmed əczaçılıqla bağlı hər şeyi özündə birləşdirməyə davam edir.

Artıq sizin iş elanınızın və CV-lərinizin daha çox insana çatmasında yardımçı olacağıq.

Belə ki, mövcud vakansiyaları və ya iş axtarırsınızsa CV-nizi Vakansiyalar bölməsindən daxil olub müvafiq hissədə (Elanlar yaxud CV-lər) yerləşdirərək arzuladığınız işi və ya əczaçını tapa bilərsiniz.

Qeyd etmək istərdik ki, CV-nizi yerləşdirmək ödənişsizdir. Elanlarınızı isə ödənişli əsaslarla paylaşa bilərsiniz. Nəzərinizə çatdıraq ki, 1 noyabr tarixinə qədər elan yerləşdirmək ödənişsizdir.

Ətraflı məlumat üçün ⬇️

🌐 pharmed.az
📲 050 832 00 50
📲 050 824 00 50
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

29/09/2022

🔔 Ecoflakton müsabiqəsinə qoşul ! Bonus qazan, bağırsaqların üçün doğru olanı seç ! Bonusları topla və mükafatlar qazan💰🎁
❗Müsabiqə faylını saytımıza keçid edib Fəaliyyətlər>Müsabiqələr bölməsindən ətraflı şəkildə oxuyub və müsabiqəyə başlaya bilərsiniz.

DİQQƏT: 📌Müsabiqəyə giriş limitli saydadır. müsabiqəsində
📍Bakı, Gəncə əczaçıları iştirak edəcəklər.

Qeydiyyat linki bioda qeyd olunmuşdur.

Digər hesablarımız:
Facebook: PharmEd
Telegram: PharmEd
Telegram Dəstək xidməti: PharmEd Dəstək

Pharmedlə bağlı daha ətraflı məlumat ⬇️

🌐 pharmed.az
📲 050 832 00 50
📲 050 824 00 50
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

25/09/2022

💊Əczaçılıq insanların xəstəliklərlə apardığı mübarizəsində müalicə müddətinin ən önəmli halqalardan biridir.

Bu il "Daha sağlam dünya üçün birlikdə hərəkətə keçək" şüarı ilə həm əczaçılar arasında həmrəylik yaratmaq, həm də əczaçılığın sağlamlıq üzərində müsbət tərəflərinə diqqət çəkmək üçün 25 Sentyabr Əczaçılıq günü münasibətilə səhifəmizin izləyicisi olan və olmayan bütün əczaçıları təbrik edirik. 🥳💙

22/09/2022

E-resept ənənəvi yazılı reseptlərin rəqəmsal versiyasıdır və əksər ölkələrdə uğurla tətbiq olunan bir təcrübədir. Bu zaman həkimlər müayinə və konsultasiya ərzində sizə yazdığı resepti SMS şəklində və ya mailinizə göndərir. Daha sonra bu resepti siz aptekdə skan edərək və ya evə çatdırılmasını istəyirsinizsə, əczaçıya göndərərək dərmanlarınızı əldə edə bilərsiniz.

Bəs bu elektron reseptin üstünlükləri nələrdir❓
✅Yazıda yol verilə biləcək xətaların aradan qalxması. Bəzən bu xətalar nəticəsində yanlış dərman ala və ya dərmanı yanlış formada və dozada qəbul edə bilirik.

✅Oxunaqlı olması

✅Resepti itirmə ehtimalınızın olmaması

E-resept sisteminin Azərbaycanda olmasını istərdinizmi? Sizcə bu sistemin ölkəmizdə tətbiqinin nə kimi faydası ola bilər?

Photos from PharmEd's post 20/09/2022

Əczaçılıq davamlı oxumaq, öyrənmək, insanlarla əlaqədə olmaq baxımından çox yorucu və çətindir. Bütün bu stress və çətinliyin arasında zehni və fiziki olaraq istirahət etmək çox vacibdir. Sizə bu istirahətiniz zamanı həm dərmanlarla, həm də əczaçılıqla bağlı izləyib öyrənəcəyiniz və zövq alacağınız filmləri təqdim edirik. 🤓

🎬Limitless
İlk filmimiz demək olar ki, hər kəsin bildiyi, bilməyənlərin isə izləməli olduğu, insana “Mən olsam nə edərdim?” sualını verdirən “Limitless”dir. “The Dark Fields” kitabı əsasında çəkilən film Eddie Spinola adlı çox da uğurlu olmayan bir yazarın mdt-48 adlı dərmanla dəyişən həyatından bəhs edir. Metilfenidat olaraq bildiyimiz bu dərman Eddie-nin IQ-sünün artmasına səbəb olur.

💊Take your pills
Netflix tərəfindən istehsal olunan “Take Your Pills” sənədli filmində amerika gəncləri arasında diqqət əskikliyi üçün istifadə edilən amfetamin və metilfenidat tərkibli dərmanlardan bəhs edilir.

🎬Better living through Chemistry
Öz sakit həyatını yaşayan əczaçı Sam-in həyatına narkotik bağımlısı bir qadın girir və bununla da özünü seks, narkotik və cinayətə qədər gedib çatan bir qarışıqlığın ortasında tapır.

💊Love and Other drugs
Baş rol olan Maggie (Anne Hathaway) azad ruhlu gənc qadın təəssüratı yaratsa da, əslində Parkinson xəstəliyi ilə mübarizə aparan və buna görə emosional münasibətlər qura bilməyən qadındır. Ceymi (Jake Gyllenhall) isə əczaçılıq marketinqi ilə məşğul olan qadınlara qarşı cazibədarlığından istifadə etməkdən çəkinməyən adamdır. Bir gün təsadüfən bu ikili qarşılaşır və olanlar olur.😁

💊5.Lorenzo’s oil
Gerçək hekayə əsasında çəkilən film tibb dünyasının çarə tapa bilmədiyi xəstəliyə düçar olan övladları üçün valideynlərinin apardığı mübarizədən bəhs edir. Övladlarına ADL (Adrenoleykodistrofiya) diaqnozu qoyulan ailə görüşdüyü həkimlərin heç birindən müsbət cavab almır. Bunun üzərinə ailə tibb təhsili olmamasına baxmayaraq, öz imkanları daxilində araşdırıb tətbiq etdikləri üsullar sayəsində övladlarının yaşaması üçün çarə tapırlar.

13/09/2022

💡Hörmət, səbir və punktuallıq kimi bəzi şəxsi xüsusiyyətlər işdə və şəxsi münasibətlərdə çox önəmlidir. Lakin səhiyyə fərqlidir, layiqli tibbi nümayəndə olmaq çox spesifik şəxsiyyət xüsusiyyətlərinə sahib olmağı tələb edir və hər kəsə görə bir peşə deyil.

İşinin peşəkarı olan tibbi nümayəndənin
✅mükəmməl kommunikasiya bacarıqları olmalı,
✅başqalarına qarşı empatiya qura bilməli,
✅detallara fikir verə bilməli,
✅hər situasiya və şəraitə tez adaptasiya ola bilməlidir.

Bəs siz necə düşünürsünüz? Sizə görə tibbi nümayəndə hansı kriteriyalara cavab verməlidir? 🤔💭

07/09/2022

Dövrümüzün ən vacib və eyni zamanda faydalı mütəxəssisləri sırasında sözsüz ki, əczaçılar da yer alır. Tibbin bütün sahələrindən anlayışı olan əczaçılar operativ xidmət göstərərək, hətta bir çox insanın həyatını xilas etmiş olur. Lakin hər bir peşədə olduğu kimi, əczaçılığın da öz çətinlikləri və üstünlükləri var.

Aptekə daxil olduqda gördüyümüz əczaçının nə qədər yardımsevər və gülərüz olmasına baxmayaraq, onların işləri ilə bağlı necə stres keçirdiklərini yəqin ki, bilmirsiniz. Gün ərzində yüzlərlə insanla kommunikasiya quran bu tibb işçiləri bəzən biliklərinin həddindən artıq şişirdilməsi və ya yetərsiz olduqları düşüncəsinə qapılırlar. Bu isə onların sağlamlığı və motivasiyaları ilə yanaşı, produktivliyinə də mənfi təsir göstərə bilir. Onların keçirdikləri bu stresin, narahatlığın və tükənmişliyin psixologiyada hətta bir adı da var - İmpostor sindromu.

Əczaçı olmağın ən böyük öncəliyi isə bu sahədə ixtisaslı kadrlara tələbatın həmişə olmasıdır. Xəstəliklər var olduğu müddətcə savadlı əczaçılara ehtiyac həmişə olacaq. Odur ki, əczaçısınızsa, işsiz qalmaq kimi bir problemlə qarşılaşmayacaqsınız.😁

Bəs sizin fikrinizcə əczaçı olmağın mənfi və müsbət tərəflərləri nələrdir? 🤔

31/08/2022

❓Əczaçıların superqəhrəmanlar kimi üstün bacarıqları olduğunu bilirdinizmi?

Həkim xəttini belə oxuya bilən bu qəhrəmanlar💪🏻 sizə təcili vəziyyətlərdə lazım olan ilkin dərman preparatlarının seçimində kömək edə bilər. Aptekdəki saysız-hesabsız dərmanı tanıyıb bilmələri də onların ultra bacarıqlarına aiddir. Onlar bəzən ən ümidsiz zamanımızda öz bilik və bacarıqları ilə bizim köməyimizə çatırlar.🦸🏻‍♂️🦸🏻‍♀️

29/08/2022

Əziz Əczaçılar!👨🏻‍⚕️🧑🏻‍⚕️👩🏻‍⚕️ Siz də qeydiyyatdan keçin və qazanın🎉 Pharmed.az-da qeydiyyatdan keçən hər 100-cü əczaçı əlavə 100 bonus qazanacaq😍
Qeydiyyat linki bioda qeyd olunmuşdur.

25/08/2022

🗣Cəmiyyət arasında niyəsə belə bir yanlış fikir var ki, əczaçı olmaq, hansısa aptekdə işləmək asan bir işdir.

❕Lakin bu peşənin nə qədər çətinlikləri və məsuliyyətləri olduğunu bilirdinizmi? Hər şeydən əvvəl, bir əczaçı bütün dərmanlara hakim olmalıdır. Xəstə ilə həkim arasındaki vasitəçi əzcaçıdır. Müalicənizin taleyi əslində bir növ əczaçıdan asılıdır deyə bilərik, çünki o, sizə doğru dərmanı da verə bilər, yanlış da. Həkim xəttinin oxunmazlığı da bu peşəyə həm ayrıca bir rəng, həm də çətinlik qatır. Bütün bu nüanslara rəğmən, sizcə asandırmı?

Fikrinizi rəylərə yazın👇🏻

#эргоферон #ренгалин #материамедика

20/07/2022

Erqoferon müsabiqəsinə başla, viral infeksiyaların həllində biliklərini artır. Bonusları topla və mükafatlar qazan💰🎁
❗Müsabiqə faylını ətraflı oxu və müsabiqəyə başla.

DİQQƏT: 📌Müsabiqəyə giriş limitli saydadır. müsabiqəsində
📍Bakı, Abşeron, Gəncə, Lənkəran, Xaçmaz və Sumqayıt əczaçıları iştirak edəcəklər.

🔊Müsabiqələrdə iştirak etmək üçün qeydiyyat linki:

https://pharmed.az/qeydiyyat-eczachi

Digər hesablarımız:
Instagram: 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot

Pharmedlə bağlı daha ətraflı məlumat ⬇️

🌐 pharmed.az
📲 050 832 00 50
📲 050 824 00 50
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

#эргоферон #ренгалин #материамедика

Photos from PharmEd's post 23/06/2022

Əczaçı – motivasiyaedici kimi 👩‍🔬
Ən yaxşı əczaçı, ən yaxşı motivasiyaedicidir.
⚕️Əczaçılar öz biliklərini xəstə və yardıma ehtiyacı olan insanlarla paylaşır. Amma hərəkət olmadan məlumatın ötürülməsi tək başına çox vaxt işə yaramır. Hərəkət dediyimiz amil motivasiyadır.
Motivasiya bizi və başqalarını biliklərimizdən müsbət dəyişiklik etmək üçün istifadə etməyə sövq edən yanacaqdır. Əgər biz əczaçılar olaraq motivasiyaedici rolumuz haqqında düşünsək, bu, daha çox iş məmnuniyyəti və xəstələrin sağlamlığı ilə nəticələnəcək.
❓Bəs biz kimi motivasiya edirik? Əczaçılar motivasiya haqqında üç səviyyədə düşünməlidirlər: özünü motivasiya, aptek şəraitində motivasiya və xəstə motivasiyası.

💡Özünü motivasiya:
Bir çox səbəbə görə özümüzü motivasiya etməliyik. Məsələn, əczaçılıq sahəsi daim dəyişir. Yeni məlumatları öyrənmək motivasiya və səy tələb edir. Özünü motivasiya etmək sizi ruhdan düşməkdən qoruyur. Öz-özünə motivasiya diqqətinizi müsbət dəyişikliklərə yönəltməyə kömək edir.
📌Bunun üçün məsləhətimiz odur ki, özünüz üçün konkret, əldə edilə bilən məqsədlər və onlara çatmağınıza kömək etmək üçün nəzərdə tutulmuş kiçik addımlar planı yaradın. Yazıçı Corc Eliotun dediyi kimi: “Ola bildiyin kimi olmaq heç vaxt gec deyil".

🏥Aptek daxilində motivasiya:
Aptekdə iş şəraiti əczaçılarda stress yaradır. İşçilərin motivasiyası aptekin uğuru üçün vacibdir. Həvəsləndirilmiş işçilər motivasiyasız işçilərdən daha yaxşı performans göstərir.

🩹Xəstə motivasiyası:
Düşünürük ki, heç bir şey xəstələri dərman müalicəsi ilə uğur qazanmağa həvəsləndirməkdə əczaçıların oynaya biləcəyi roldan daha əhəmiyyətli deyil. Araşdırmalar göstərir ki, motivasiya edilmiş xəstələrə dərman preparatları daha tez və yaxşı təsir göstərir.

🎯Nəticə:
B.Treysinin dediyi kimi: "Uğurlu insanlar həmişə başqalarına kömək etmək üçün fürsət axtarırlar. Uğursuz insanlar isə həmişə 'Mənim üçün bunda nə var?' deyə soruşurlar." Motivasiya bizi başqalarından ən yaxşısını almaq və başqaları üçün ən yaxşısını etmək üçün həvəsləndirir.
🔆Motivasiya özümüzə, əməkdaşlarımıza və xəstələrimizə kömək edir. Ümid edirik ki, bu bir neçə fikir sizə də motivasiya verdi.

17/06/2022

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Pharmed layihəsi adından ilk başda əczaçılarımız olmaqla bütün tibb işçilərinin peşə bayramını təbrik edirik.

10/06/2022

Pharmed.az saytına daxil ol və Renqalin müsabiqəsinə başla.Quru və yaş öskürəyin həlli üçün biliklərini artır.Bonusları topla və mükafatlar qazan💰🎁
❗Müsabiqə faylını yüklə,öyrən və müsabiqəyə başla.
DİQQƏT: 📌Müsabiqəyə giriş limitli saydadır. müsabiqəsində
📍Bakı,Abşeron,Gəncə,Lənkəran,Xaçmaz və Sumqayıt əczaçıları iştirak edəcəklər.

🔊Müsabiqələrdə iştirak etmək üçün qeydiyyat linki:
https://pharmed.az/qeydiyyat-eczachi

Digər hesablarımız:
Instagram: 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot

🌐 pharmed.az
📲 050 8320050
📲 050 8240050

📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

#ренгалин #материамедика

10/06/2022

Hörmətli əczaçılar, əgər pharmed.az-da qeydiyyatdan keçmisinizsə bu gündən başlayaraq əlavə ediləcək müsabiqələrə qoşula bilərsiniz. Qeydiyyatdan keçməyən əczaçılar isə pharmed.az saytına daxil olaraq qeydiyyatdan keçərək, müsabiqələrdə iştirak edib bonuslar qazana bilər🎉

🔊Müsabiqələrdə iştirak etmək üçün qeydiyyat linki:
https://pharmed.az/qeydiyyat-eczachi

Digər hesablarımız:
Instagram: 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot

🌐 pharmed.az
📲 050 8320050
📲 050 8240050

📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

06/06/2022

Əczaçısan? Pharmed.az-da qeydiyyatdan 👉https://pharmed.az/qeydiyyat-eczachi keç və elə indi 2️⃣0️⃣0️⃣ 💰bonus qazan. Pharmedlə bağlı daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxla.

https://pharmed.az/qeydiyyat-eczachi

Pharmedlə bağlı daha ətraflı məlumat ⬇️

Digər hesablarımız:
Instagram: 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot

🌐 pharmed.az
📲 050 832 00 50
050 824 00 50
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

Photos from PharmEd's post 01/06/2022

Pharmed müsabiqələri necə keçirilir?

Hörmətli əczaçılar, çox qısa zamanda Pharmed müsabiqələri aktiv ediləcək! Bu paylaşımda isə sizə müsabiqələrin gedişatı ilə bağlı ümumi məlumatı təqdim edirik.

🔊Müsabiqələrdə iştirak etmək üçün qeydiyyat linki:
https://pharmed.az/qeydiyyat-eczachi

Digər hesablarımız:
Instagram: 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot

🌐 pharmed.az
📲 050 8320050
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

01/06/2022

Uşaqlar dünyaya bəxş edilən ən gözəl çiçəklərdir.

Onları PharmED olaraq təbrik edirik.

Elə bu yerdə kiçik bir araşdırma etdik ki, uşaqlara ən çox hansı müalicə vasitələri məsləhət görülür?
Hər yaş kateqoriyasına, ehtiyaca görə dəyişsə də ümumilikdə müalicə vasitələri:

• Qızdırmasalıcı
• Antihistamin
• Köpəleyhinə
• Öskürəkəleyhinə
• Ağrıkəsici
• Sedativ və yuxugətirici
• KRVİ zamanı istifadə olunan
• Bağırsaq mikroflorasını tənzimləyən
• Vitamin və mineraldır

Digər hesablarımız:
Instagram: Pharmed.az, 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: PharmEd, 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot
Qeydiyyat linki: https://pharmed.az/qeydiyyat-eczachi

🌐 pharmed.az
📲 050 8320050
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

31/05/2022

Sosial şəbəkələrdə olmasaq, olmaz. 😎

Digər hesablarımız:
Instagram: Pharmed.az, 🔗https://www.instagram.com/pharmed.az/
Telegram: PharmEd, 🔗https://t.me/PharmEdAz
Telegram Dəstək xidməti: PharmEd Dəstək, 🔗https://t.me/Pharmedhelpbot

🌐 pharmed.az
📲 050 8320050
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

28/05/2022

Müstəqilliyimiz əbədi və rifah dolu olsun!

Photos from PharmEd's post 26/05/2022

Pharmed-in üstünlüklərini sizin üçün sıraladıq! 🤓

Daha çox məlumat üçün⬇️

🌐 pharmed.az
📲 050 8320050
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

Photos from PharmEd's post 23/05/2022

Əczaçılıqda yeni !

Pharmed - Əczaçılıq şirkətləri, praktik əczaçı və provizorları birləşdirmək məqsədi ilə yaradılmış, Pharmtech MMC layihəsidir.
Əczaçılıq məhsulları ilə dərindən tanış olmaq üçün yaradılan Pharmed olduqca müasir və rahat vasitədir.

Daha çox məlumat üçün⬇️

🌐 pharmed.az
📲 050 8320050
📍Nərimanov r-nu, Yusif Vəzir Çəmənzəminli, 119C, Afen Plaza, 2-ci mərtəbə

25/04/2022

Hörmətli Əczaçılar,şirkət rəhbərləri və aptek sahibləri, artıq PharmEd platformasında əçzaçılıq sahəsində aktual vakansiyalar yer alacaq . İş təklif edənlərin vakansiyaları ,iş axtaranların isə məlumatları (CVləri) yerləşdiriləcək .Bu xidmətlər ÖDƏNİŞSİZDİR !
Əczaçılar öncə https://pharmed.az/qeydiyyat-eczachi qeydiyyatdan keçməlidirlər.
Əlavə məlumat və suallar üçün :
050-824-00-50
050-832-00-50
Email: [email protected]

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

Venosmil müsabiqəsinə qatıl, ayaqların yüngül, hərəkətlərin sərbəst olsun. Bonusları topla və mükafatlar qazan💰🎁❗Müsabiq...
🔔 Ecoflakton müsabiqəsinə qoşul ! Bonus qazan, bağırsaqların üçün doğru olanı seç ! Bonusları topla və mükafatlar qazan💰...
Kriteryalarına görə ən yaxşı tibbi nümayəndə necə olmalıdır?
Dövrümüzün ən vacib və eyni zamanda faydalı mütəxəssisləri sırasında sözsüz ki, əczaçılar da yer alır. Tibbin bütün sahə...
Əziz Əczaçılar!👨🏻‍⚕️🧑🏻‍⚕️👩🏻‍⚕️ Siz də qeydiyyatdan keçin və qazanın🎉 Pharmed.az-da qeydiyyatdan keçən hər 100-cü əczaçı ...
Erqoferon müsabiqəsinə başla, viral infeksiyaların həllində biliklərini artır. Bonusları topla və mükafatlar qazan💰🎁❗Müs...
Pharmed.az saytına daxil ol və Renqalin müsabiqəsinə başla.Quru və yaş öskürəyin həlli üçün biliklərini artır.Bonusları ...
Sosial şəbəkələrdə olmasaq, olmaz. 😎Digər hesablarımız:Instagram: Pharmed.az, 🔗https://www.instagram.com/pharmed.az/Tele...
PharmEd
PharmEd necə işləyir ?

Category

Telephone

Address


AZ1052, Bakı şəh. Nərimanov R-nu, Yusif Vəzir Çəmənzəminli, Ev 119C, Afen Plaza, 2-ci Mərtəbə
Baku
AZ1052
Other Medical & Health in Baku (show all)
Tolerant Pharma Tolerant Pharma
Baku

Dərman, Qida

Aquamarisaz Aquamarisaz
Азербайджан
Baku, AZ1000

🤧 Uşaqlar və böyüklər üçün QRİPİN və SOYUQDƏYMƏNİN profilaktik həlli 🌊 Аkva M

Azestetik Azestetik
Həsən Əliyev K. 3
Baku, 1002

Artıq 10 ildir fəaliyyət göstərən AzEstetik Group sizin üçün dünyanın ən müasir texnologiyalarını, ən yeni avadanlıqları təqdim etdik.

Cosmetology Cosmetology
Nerman Nermanov
Baku, 1149

косметология

Health and Science Initiatives LLC Health and Science Initiatives LLC
Tbilisi Pr. , 35, ASK Plaza, Regus
Baku

Məqsədimiz: Tibbi xidmətlərinin optimallaşdırılması və əhalinin sağlamlıq təbəqəsinin yüksəlməsi İctimai səhiyyə və elm sahəsində faydalı layihələr və təşəbbüslərin həyata keçirilm...

TWINky Smiles TWINky Smiles
"ELMED" Tibb Mərkəzi
Baku

sasmedical sasmedical
Albert Aqarunov 14a
Baku, 1052

Tibbi cihazların SATIŞI, TƏMİRİ, İCARƏSİ. SAS Medical-ı seçin işinizi peşəkar əllərə etibar edin.

Hiperson Tea - Azərbaycan Hiperson Tea - Azərbaycan
Baku, 1005

Hiperson Tea - Azərbaycan Məhsullar haqqında məlumat və sizin üçün 50%-ə qədər endirimlər üçün bizimlə əlaqə saxlayın. 🚚🚚 Sürətli sifarişlər - Çatdırılma Pulsuz - Çatdırılmada nəğd...

Apteklab.az Apteklab.az
Tebriz 87
Baku

Axtardığınız bütün dərmanlar bir ünvanda

XGAME888o2 XGAME888o2
265/98
Baku

การันตี มั่นคง ปลอดภัย100%

XGAME888c03 XGAME888c03
265/89
Baku

มั่นคง ปลอดภัย100%