Qulaq Burun Bogaz hekimi
op.dr.Ismayilov Cavid
facebook.com/Dr.CavidIsmayilov instagram : op.dr.cavid_ismayilov
İnstagram op.dr.cavid_ismayilov
İnstagram səhifəmiz .dr.cavid_ismayılov
Artıq burun estetik əməliyyatını çox bəsitləşdirdik.Burun dərisini açmadan,burin xaricində heç bir kəsik aparmadan,çəkic istifadəsi olmadan,sümük qırmadan,burun belini yonma,kəsmə kimi işləmlər etmədən,burun elastikliyini təmin edən bağları kəsmədən,qoruyaraq,Ultrasonic-piezo cihazı ile,letdown texnikası ilə qapalı olaraq,burun qığırdaqlarına incə tikişlərlə forma verərək icra edirik.Burun estetiğinin bu səviyyəyə ulaşması həqiqətəndə sevindiricidir.
Müayineye yazılmaq üçün 0702420930 nömresi ile elage saxlaya bilersiniz
İnstagram səhifəmizdə daha çox şəkil görmə imkanınız olacaq.instagram : op.dr.cavid_ismayılov
Adenoid ( burun əti ) problemi uşaqlarda davranış pozğunluğundan tutumuş inkişafdan qalmaya qədər bir çox problemə gətirib çıxara bilər…!
Burun əti problemləri 6 aydan oncə görülməzkən daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlər yaratmaqdadır.
Burun əti problemi uşağınızı və sizi narahat edə bilər
Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti,genetik,allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər.Əsil vəzifəsi müdafiə olan burun əti bakteriyal təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlməkdə və orqanizm üçün bakteriya mənbəyi halına çevriləbilməkdədir.
Burun ətinin yaratdığı problemlər nələrdir?
Uşaqlarda eşitmə itkisinə
Xoruldamadan tutmuş tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər
Gecələri yerini islatma
Gecə yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün uşaqlarda böyümə problemlərinə gətirib çıxara bilər
Üz skletində dəyişikliklər yarada bilər
İştahsızlığa səbəb ola bilər
Məktəbdə fəallığı azala bilər
Xronik sinusit inkişaf edə bilərki bununla bərabər burun axıntısı,gecə öskürükləri başlaya bilər
Uşaq burun ilə nəfəs almadığı üçün ağız ilə nəfəs alır və bu orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb ola bilər
Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər ola bilər
Burun içi fiziologiyasını pozaraq burun qanamalarına səbəb ola bilər
Və ən əsasıda Gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar və bununla birgə davranış pozğunluqları meydana çixa bilər…
Biz klinikamızda müasir və effiktiv usul olan endoskopik burun əti əməliyyatını icra edirik...
əlaqə 0702420930
Uşaqlarda burun axıntısının ən çox rast gəlinən səbəbləri nələrdır?
Burun axıntısının bir çox səbəbləri var.Bunların ən başda duranı infeksiyalardır.İnfeksiyalardan ən çox qrip burun axıntısına yol açan bir virus xəstəliyidir.Ayrıca qripdən əlavədə digər infeksiyalar nəticəsində də burun axıntısına rast gəlinir.Burun axıntısının forması xəstəlik haqqında da bizi xəbardar edə bilər.Misal üçün su kimi davamlı dayanmadan axan burun axıntısı en çox qripin erkən dönəmində rast gəlinir.Su kimi axıntıya səbəb olan bir digər xəstəlikdə allergik rinitdir
Axıntının bulanıq,qatı olması,ən çoxda körpələrdə rast gəlinən təmizlənməsi çətinlik yaradan bir burun axıntısı bəsit virus infeksiyalarının sağalma dönəmində rast gəlinir
Bakteriyal infeksiyalar da burun axıntısı ilə rast gelinir.Bu zaman burun axıntısı tünd sarı - qəhvəyi rəngli qatı axıntıya səbəb olur.Bunların içində ən çox rast gəlinəni sinusitdir.Sinusit,bir həftədən çox davam edən burun axıntılarında ağla gələn ilk xəstəlikdir.Kiçik uşaqlar,yad cisimlərlə oynayan zaman burunlarının içinə müxtəlif əşyalar salırlar.Tək tərəfli burun axıntısı olduğunda bir yad cisim olacağı yadda saxlanılmalıdır.
Bir çox insanların cavab axtardığı suallar...
Haymorit zamanı punksiya ilə ( burun içindən iynə ilə deşilib) irinin xaric edilməsi doğrudurmu?
Bu tamami ilə yanlış üsuldur.Həm travmatikdir,xəstəyə əziyyət verir həm də heç bir faydası olmaz.Haymoritlərdə ilk seçim konservativ müalicədir.Dərman müalicəsinə cavab verməyən,xroniki haymoritlərdə cərrahi əməliyyat gərəklidir
Qulaq kiri tıxacı zamanı qulağı yumaq dogrudurmu?
Əvvəllər qulaq kiri tıxacı yuyularaq çıxarılırdısa indi endoskopik-mikroskop altında aspirator ilə tıxacı çıxarmaq daha əlverıişlidir.Beləliklə qulağa infeksiya düşməsinin qarşısı alınır...
Xroniki tonzillitlərdə (el dili ilə desək artıq boğaz əti zamanı) fizioterapi ( el dili ilə- toka vermək) doğrudurmu?
Əbəttəki bu olduqca zərərli və yanlış metoddur
Boğaz ətinə fizioterapi uyqulandığı zaman boğaz ətini qidalandıran damarlarda genişlənmə olur ki, buda boğaz ətində olan mikroorqanizmaları bütün orqanizmə yayır.Boğaz ətində rahatlaşma olur amma bu səfərdə bütün orqanizma ən esasda ürəkdə,böyrəkdə,oynaqlarda problemlər dahada ciddiləşməyə başlayır.Xroniki tonzillitlər infeksiya mənbəyidir və gösteəriş olduğu zaman tək yol cərrahi əməliyyatdır
Səhifədə paylaşılan məlumatlar Dr.Cavid İsmayılova məxsusdur...Paylaşılan zaman mənbə qeyd edilməlidir...
Qulağınızdakı "yağı" qulaq çöpləri ilə çıxarmaya çalışmayın...
Xarici qulaq keçəcəyində cerumen adlandırılan yağlı qulaq salqısını icra edən hüceyrələr vardır.Bu ifrazat toz, mikroorqanizmalar və s. xarici qulaq keçəcəyinə keçməsinin və qulaq pərdəsinə zərər verməsinin qarşısını alar.
Qulağımızdan o yağı çıxardığımız zaman xarici qulaq keçəcəyi susuz qalmış torpaq kimi çatlayar və buda qulağımızın infeksiya qapma risqini artırar.
Bu ifrazat xarici qulaq yoluna dogru hərəkət edər.Özü xaricə doğru atılır və orqanizmadan uzaklaşdırılır.Biz qulaq çöpləri ilə həmin mexanizmanı pozmuş oluruq.Qulaq kiri tıxacıda məhz daha çox qulağı təmizləyən zaman qulaq kirinin daha dərinlərə itələnməsi ilə meydana gəlir
Qulağımızı həftədə 1 dəfədən çox olmayaraq duş qəbulundan sonra sadəcə girəcəyindəki suyu qurutmaq üçün təmizləmək olar...
Septoplasty (burun çəpərinin düzəldilməsi) əməliyyatına göstərişlər nələrdir?
Ağızla nəfəs alma,
ağzı açık yatmaq(xronik farengit,boğaz quruluğu şikayətlərinə səbəb olma)
Xoruldama,
Təkrarlayan sinüs infeksiyonları,
Burun qanamalarının olması,
burun kaynaklı atipik baş və üz ağrısı
Gecələri tənəffüsün bir neçə saniyəlik dayanması
Sağlamlığınız üçün burunla nəfəs alın.Ağızla alınan hava bir çox bogaz xəstəliklərinə yol açar.nəfəs alma orqanımız burundur.Burunla aldığımız hava burunda isinir,nəmlənir,təmizlənir və ağciyərlərimizə lazımlı hava verilir.Ağciyər sağlığımız üçün bu çox vacibdir.
Burun ilə nəfəs almada probleminiz varsa mütləq burun boğaz qulaq həkiminə görünün
Biz burun çəpərində olan əyrilyi ən müasir üsul olan piezo cihazı ilə,cəkic istifadəsi olmadan,bint tamponlardan istifadə etmədən,tam ağrısız aradan qaldırırırq
Əlaqə : 0702420930
Uşaqlarda Burun əti böyüməsinin əlamətləri.
Burun ətinin böyüməsi müxtəlif əlamətlərlə ortaya çıxa bilər.Uşağınızda bu əlamətləri biri və ya bir neçəsi ortaya çıxa bilər
1)Burun tənəffüsünün çətinləşməsi
2)daimi ağız ilə nəfəs alma
3)Burun tıxalı kimi burnunda danışma
4)Nəfəs alan zaman səs çıxması
5)Yatarkən xoruldama
6)Yuxuda ikən bir neçə saniyə nəfəsini tutma və s.
bu əlamətlərin varlığında bir qulaq burun boğaz hekimine uşağınızı göstərin.
Böyümüş adenoid orqanizmə hansı zərərləri yetirir?
1)qulaq iltihabı,eşitmə zəifliyi(eşitmə zəifləməsi bəzən ana ataların hiss edəməyəcəyi səviyyədə olur ancaq ən çoxda xəstəni həkimə götürən səbəbdir)
2)çənə və üz sümüklarının inkişaf pozğunluğu
3)Burun axıntısı səbəbi ilə boğaz iltihabı,öskürək meydana çıxır.
4)Baş ağrısı
5)Sinusit
və s.xəstəliklərin yaranmasına səbəb olur
Biz klinikamızda endoskopik adenoidektomi əməliyyatını ən müasir cihazlarla icra edirik
Əlaqə 0702420930
Konxa (Burun əti-Burun balıqqulağı ) kiçildilməsində radiofrekans üsulu
Alt burun ətlərinin böyüməsinə bağlı olaraq əmələ gələn və əsasəndə gecələr daha çox şikayətə səbəb olan burun tutulmalarının müalicəsində burun ətlərinin lazım olduğu qədər kiçildilməsi fərqli üsullar ilə həyata keçirilə bilər.Günümüzdə ən çox istifadə olunan və effektiv üsül olan radiofrekans üsuludur.Burun balıqqulaqlarının selikli qişa altı yumuşaq toxumalar içərisinə xüsusi cihaz olan radiofrekans enerjisi verilməsi toxumalarda əmələ gələn istilik ilə büzüşmə və sərtləşmə ilə sağalma prinsiblərinə əsaslanır.Bu işləm zamanı burun ətində kəsilmə olmadığı üçün qanama olmur və tampon qoymağa ehtiyac qalmır.Bu əməliyyat xəstənin istəyinə bağlı yerli və ya ümumi anesteziya altında həyata keçirilir.
Nəticə nə zaman əldə etmək olur?
Bu işləm icra olunduqdan 25-30 gün sonra,yara yerləri tam sağaldıqdan sonra xəstə nəticə əldə edə bilər.Sağalma sırasında burunda tutulmaların görülmesi normaldır
Yenidən böyümə ola bilərmi?
Radiofrekans effektiv üsul olmasına baxmayaraq nadir hallarda bəzi allergik rinit,vazomator riniti olan xəstələrdə yenidən təkrarlaya bilər
Əməliyyat sonrası...
Əməliyyat günü evə gedə bilərsiniz
Əməliyyat sonrası ağrı olmaz və ya az miqdarda olar
Həmin gün və ya sabahı gün normal yaşamınıza qayıda
bilər,dərsə,işinizə gedə bilərsiniz
Əməliyyat sonrasi yemək yemədə məhdudiyyət yoxdur
Xəstəxana sonrası istədiyiniz zaman duş qəbul edə
bilərsiniz(Yalnız su çox isti olmamaq şəti ilə)
2 həftə ərzində tütün məmulatlarından istifadə etmək olmaz
Xarici burunda şişlik və ya hər hansı dəyişiklik olmaz
Bir neçə gün sərt burun fınxırmadan uzaq durmaq lazımdır
2 həftə ərzində su hovuzundan istifadə etmək
olmaz(infeksiya risqi səbəbi ilə)
Əməliyyat sonrası çəhrayı rəngli burun axıntısinın gəlməsi normaldır
Əlaqə 070 2420930
Burun çəpəri düzəldilməsi əməliyyatından görüntü...
Müasir üsul olan endoskop ilə adenoidektomiya (burun əti kəsilməsi)
İlk öncə qeyd edimki adenoid burun udlaqda yerləşən limfoid toxuma olan burun udlaq badamcığıdır.El arasında bu burun əti kimi tanınır
Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur ve bununda nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna,yuxupozğunluğuna,tın tınlı danışığa gecələr ağzı açıq yatmaya,xoruldamaya,gecələr narahat yatmaya və s.səbəb olur
Bundan əlavə böyümüş adenoid aşağıdakı problemlər yaradır
1)qulaq iltihabı,eşitmə zəifliyi(eşitmə zəifləməsi bəzən ana ataların hiss edəməyəcəyi səviyyədə olur ancaq ən çoxda xəstəni həkimə götürən səbəbdir)
2)çənə və üz sümüklarının inkişaf pozğunluğu
3)Burun axıntısı səbəbi ilə boğaz iltihabı,öskürək meydana çıxır.
4)Baş ağrısı
5)Sinusit
və s.xəstəliklərin yaranmasına səbəb olur
Müasir üsul olan endoskop ilə adenoidektomiya üstünlükləri nələrdir
Burun udlaq badamcığı kapsulu olmayan limfoid toxumadır.Əgər əməliyyat sırasında toxumanın kiçik bir hissəsi qalsa bu gələcəkdə nəfəs almaya problemlər yarada bilər.Biz əməliyyatlarımızı endoskopik icra etdiyimiz üçün bu tip fəsadlar ilə ratlaşmırıq.Endoskop ilə burun udlaqda olan butun adenoid toxuması tam təmizlənmə imkanına sahibdir və burun ətinin yenidən əmələ gəlmə şansı sıfıra bərabərdir
Biz klinikamızda endoskopik adenoidektomi əməliyyatını ən müasir cihazlarla icra edirik
Əlaqə 0702420930
Qulaqlıqda musiqi dinləyənlər diqqət…!
Silah səsi,yada bir partlayış nəticəsində ani və qısa müddətli şiddətli səslərdə olduğu kimi yüksək səslərədə uzun müddətli məruz qalmanın da qalıcı eşitmə itkisinə yol açdığı bilinən bir həqiqətdir
Yüksək səsdən sonra qulaqda uğultu,cingilti eşitmə sinirində hüceyrələrin zədə gördüyünə bir işarədir.Buna çoxlarımız toylarımızda məcburiyyətdən məruz qalır
Qulaqlıq taxaraq yüksək səslə musiqi dinlənən bu cihazların erkən yaşlarda eşitmə itkisi üçün bir risq faktoru ola biləcəyi həqiqətidə danılmazdır
Səssiz bir otaqda qulaqlıq ilə musiqi dinlənərkən səs şiddəti əsasən normal qəbul edilə bilər bir səviyyədə olur(Təxminən 70 db) (müqayisə üçün deyimki insan danışığı təxminən 40 db, küçə səsləri təxminən 70 db şiddətindədir)Ancaq səs-küylü bir mühitdə ətrafdakı səsləri basdırmaq üçün musiqinin səsi artırıldıqda dinləyicinin qulaqları üçün təhlükə başlamaqdadır.Araşdırmalar göstərir ki, 85 db şiddətindəki səslərə 8 saatdan çox məruz qalmamağa çalışılmalıdır.Bu müddətlər 88 db üçün 4 saat,91 db üçün 2 saat və 100 db üçün 15 dəqiqədir.Səs şiddəti artdıqca dinləmə müddəti azalmalıdır.Qeyd edim ki, musiqi dinləmə cihazlarının səs şiddəti 125 db-ə qədər yüksələ bilir.Bundan əlavə istifadəçilərin dörddə birində yüksək səsdə dinlənən musiqi sonrası eşitmələrində keçici olaraq 5-10 db şiddətində esitme zeifliyi müşahidə edilir.
Yüksək səsə daimi məruz qalma qulaqda eşitmə sinirində ciddi problemlər yaradır və bu geri dönüşümü olmayan eşitmə zəifliyinə gətirib çıxarır.
Yüksək səs səbəbi ilə əmələ gələn zədəyə bağlı iç qulaq tipi eşitmə itkisi yavaş yavaş səssiz ilərləyən bir vaziyyətdir.Zaman keçdikcə problemlər ortaya çlxdığında artıq gec olmuş ola bilər.Uğultu və cingilti xəstəliyin ilkin əlamətlərindəndir
Birdə onu qeyd edimki qulaqlıqdan tək tərəfli istifadə edilməsi,qulaqlığın bir tayının hər hansı dostuna verilməsi,səsi istər istəməz yüksəltmək məcburiyyətində qoyduğu üçün həmin qulaqda ciddi problemlər yaradır…
Çalışın qulaqlıqdan orta səs səviyyəsində gündə 1-2 saatdan çox istifadə etməyəsiniz...
Boğaz ətim xəstədir,kəsdirməsəm nə kimi problemlər olar?
İlk öncə xəstə boğaz əti infeksiya mənbəyidir.Xəstə boğaz əti tez-tez irinləyib boğaz ağrısına,yüksək bədən temperaturuna səbəb olur.Xəstə boğaz əti oynaqlarda ağrı yaradaraq (xüsusəndə diz oynaqlarında) oynaq xəstəliklərinə təkan verə bilər,boğaz əti içərisində irinli tıxaclar yaranaraq ağızda p*s iyə və p*s dada səbəb ola bilər,ürək və ürək qapaqlarında dəyişikliyə səbəb ola bilər,böyrəklərdə qlamerulonefrit denilən xəstəliyin yaranmasına səbəb ola bilər
Əgər sizdə də bu tip problemlər varsa,mütləq əməliyyat olunun,əməliyyatdan qorxmayın və bu problemlərdən bir dəfəlik xilas olun.
Vaxtında əməliyyat ilə alınmış boğaz əti sizi bu xəstəliklərə məhkum olmağa qoymayacaq...
Biz bu əməliyyatı ən müasir üsul olan Thermal welding cihazı ilə tam qansız kəsik olmadan icra edirik
Əlaqə 0702420930
Davamlı tıxalı bir buruna sahib olmağın yaratdığı problemlər nələrdir?
Davamlı ağız ilə nəfəs alıb-vermək məcburiyyətində olunduğu üçün tez tez təkrarlayan boğaz infeksiyaları və faringitə səbəb ola bilər
Xoruldama və yuxu pozğunluğu
Yuxuda nəfəs dayanması və bunun nəticəsində təzyiq və ürəkdə ritm pozğunluğu ola bilər
Əgər xəstədə ağciyər,astma və ürək problemləri varsa bu problemlərin ağırlaşmasına səbəb ola bilər
Səhərlər ağız quruluğu yaradır
Cinsi funksyonal pozğunluqlar
Psixolojik olaraq xəstədə əsəbilik və depresiyaya səbəb ola bilər
İyi bilmənin azalması
Səs keyfiyyətində pozğunluq-burunda danışma olur
Xroniki yorğunluq,səbəbi olmayan yorğunluq
Miqren xəstəliyinin yaranmasına təkan verir,xroniki baş ağrılarına səbəb olur
Qeyd : Xəstəxanamızda ən müasir üsullar ilə tamponsuz Piezo cihazı ilə narkoz ilə burun çəpəri düzəldilməsi əməliyyatı həyata keçirilir
Əlaqə 0702420930
Ovladımda adenoid (burun əti) böyümesi var,kəsdirməsəm ne kimi problemlər olar
Böyümüş burun əti ilk öncə burun tənəffüsünü pozur ve bununda nəticəsində beyin lazımı oksigeni ala bilmir və nəticədə uşaqlarda zehni inkişaf pozğunluğuna,yuxu pozğunluğuna,tın tınlı danışığa və s.səbəb olur
Bundan əlavə böyümüş adenoid aşağıdakı problemlər yaradır
1)qulaq iltihabı,eşitmə zəifliyi(eşitmə zəifləməsi bəzən ana ataların hiss edəməyəcəyi səviyyədə olur ancaq ən çoxda xəstəni həkimə götürən səbəbdir)
2)çənə və üz sümüklarının inkişaf pozğunluğu
3)Burun axıntısı səbəbi ilə boğaz iltihabı,öskürək meydana çıxır.
4)Baş ağrısı
5)Sinusit
və s.xəstəliklərin yaranmasına səbəb olur...
Biz ən müasir üsül olan endoskopik olaraq (kamera ilə) ümumi anesteziya altinda bu əməliyyatı icra edirik.
Ətrafli məlumat üçün 0702420930 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Əməliyyat ilə alınmış burun çəpəri
Boğaz əti əməliyyatı uşaqlarda hansı yaşda edilə bilər?
3 yaşdan aşağı uşaqlarda çox vacib olmadıqca badamcıq əməliyyatı edilməməlidir.Ancaq bəzi təcili vəziyyətlərdə bu yaş həddinin nəzərə alınmadığıda nəzərə alınmalıdır.Uşaqlarda nəfəs almaya maneçilik törədən böyük badamcıqlar və ya badamcıq qanaması kimi vəziyyətlərdə badamcıq əməliyyatının yaş həddi yoxdur.Burun əti əməliyyatında isə hər hansı yaş həddi yoxdur.Lazım olduğu zaman əməliyyat edilə bilər
Biz Thermal welding cihazı ilə tamamən qansız və kəsiksiz olaraq,ümumi anesteziya altında ağrı və uşağa psixoloji travma vermədən bu əməliyyatı icra edirik
Əlavə məlumat üçün 0702420930 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Normal Səs telləri...
Endoskopik foto...
Burun çəpəri əyriliyinin əlamətləri nələrdir…
Burun çəpəri əyriliyinin ən çox rast gəlinən əlaməti burundan nəfəs alma çətinliyidir.Burun tıxanıqlığı əksərən çəpərin əyri olduğu tərəfdir,ancaq hər iki tərəfdə davamlı və ya bəzən sağda,bəzəndə solda olacaq şəkildə dəyişkən nəfəs alma çətinliyi hiss edəbilməyimizə yol açar.Dəqiq diaqnoz isə burun içi endoskopik müayinə zamanı təyin edilir
Burun çəpəri əyriliyi aşağıdakı problemlərə səbəb ola bilər
1)Tək və ya iki tərəfli burun tıxanıqlığı
2)Səhərlər boğaz quruluğu
3)Təkrarlayan burun qanaxmaları
4)Təkrarlayan sinusit
5)Bəzən üzdə,başda ağrılar
6)burun axıntısı
7)Yuxuda səsli nəfəs alma (ən çoxda uşaqlarda)
Biz burun çəpərində olan əyrilyi ən müasir üsul olan piezo cihazı ilə,cəkic istifadəsi olmadan,bint tamponlardan istifadə etmədən,tam ağrısız aradan qaldırırırq
Əlaqə : 0702420930
Qulağımızın sağlığı üçün…
1)Qulaqlarınızı qaşımayın,qaşıntı hissi ilə mübarizə apara bilmirsinizsə həkimə müraciət edin
2)Yay aylarında hamının istifadə etdiyi hovuzlar əvəzinə dənizə girməyi üstün tutun
3)Qulaqlarınızı pambıqlı çubuklar ilə yalnızca duş qəbulu sonrası,xarici qulaq keçəcəyinin girişinin suyunu qurutmaq üçün həftədə maksimum 1 dəfə istifadə edin.
4)Allergiya yaratdığını bildiniyiz qidalardan uzaq durun
5)Duş qəbulu zamanı qulağınıza sabunlu və şampunlu suyun keçməməsinə diqqət edin
6)Mümkünsə hovuza və dənizə girərkən slikonlu qulaq tıxacından istifədə edin
7)Açıldıkdan sonra 15 gün keçən qulaq damcılarını istifadə etməyin
8)Qulağınızı qaşımışsanız,su ilə təmas etməyin
Allerqik rinit (zökəm) və allergik öskürək
Tənəffüs orqanlarının allergik xəstəliklərinin səbəbi - uşağın tənəffüslə orqanizmə daxil olan allergenlərə (toz, çiçək tozcuqları, yun, quş tükləri va s.) qarşı müvafiq reaksiyadır. Tənəffüs allergiyalarının ilk əlamətləri uşağın bir neçə aylığında təzahür edə bilər. Gündəlik olaraq allergenin (uşaq həyatının ilk aylarında bu əsasən inək südünün tərkibində olan zülaldır - süni uşaq qidalarının əsas tərkib hissəsi) qəbuluna cavab olaraq burunun selikli qişası şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm) inkişaf edir. Uşağın burnu axır, vaxtaşırı olaraq ağızla nəfəs almaq üçün qida ilə doldurulmuş qabın əmziyini ağzından çıxarır. Bu iltihab əksər hallarda qulaqlara da keçərək, hərarətin yüksəlməsi və kəskin ağrılarla müşayiət edilən allergik otitə (orta qulağın iltihabı) keçir. Allergik rinit gah sakitləşərək, gah da kəskinləşərək illərlə davam edə bilər. Ona görə də heç bir halda uşağınızda olan zökəmə etinasız yanaşmayın! Zökəmin səbəbini aydınlaşdırmaq üçün uşağınızı mütləq həkimə göstərin!
2-3 yaşdan yuxarı olan uşaqlarda allergik rinitin kəskinləşməsi burunda çoxlu miqdarda maye ifraz olunması ilə müşayiət olunur və onları burun damcıları ilə dayandırmaq mümkün olmur. Zökəmdən başqa, uşaqda gözlərin qızarması, göz qapaqlarında şişkinlik və qaşınmanın olması, gözlərdən yaş axması əlamətləri də qeyd edilir.
Allergik rinitin nəticələri çox ciddi ola bilər - uzun müddət ərzində burun tənəffüsünün çətinləşməsi nəticəsində uşaq yaxşı yata bilmir, onda tez-tez baş ağrıları olur, yaddaşı və diqqəti p*sləşir, hətta usaq inkişafdan belə qala bilər və s.
Müalicə vaxtında başlanmazsa, allergik iltihab artaraq udlağı, qırtlağı, traxeyanı da zədələyir. Bu zədələnmənin əsas əlaməti öskürəkdir. Uşaqlarda müxtəlif səbəblərdən tez-tez öskürək baş verə bilər. Digər xəstəliklərdəki öskürəkdən fərqli olaraq allergik öskürək tutma şəklində olur, davamlı olaraq uşağı əldən salır. Allergiyası olan uşaq bir neçə gün ərzində öskürür, öskürək əksər hallarda uşağa axşamlar (yastıqda olan quş tüklərinə, yorğan və döşəkdə olan yuna qarşı olan allergiya nəticəsində) əziyyət verir. Allergik öskürək, adətən, quru olur, yəni bu zaman bəlğəm ifraz olunmur.
normal qulaq pərdəsi...
Endoskopik foto...
Burun damcılarına öyrəşmək və bundan qurtulmanın yolları
Həkimlərin sinusit kimi infeksiyon xəstəliklərin müalicəsində təyin etdikləri burun açıcı damcılar xəstələr tərəfindən özbaşına istifadə edildikdə,burun ətlərinin daha çox şişməsinə,burun tıxanıqlığının artmasına səbəb ola bilir.Bu dərmanlar burun içinə püskürdüldüyündə geniş bir sahəyə çatıb xəstəlik səbəbi ilə şişmiş və burun tıxanıqlığına səbəb olan burun ətlərini kiçilldirlər.Ancaq uzun müddət və yüksək dozalarda istifadəsi zamanı burun selikli qişasında zədələnmə yaradır.və nəticədə burun ətləri daha çox şişməyə başlayır.Burnu daha çox tıxanan xəstə daha çox dərman istifadə edib nəfəs almaya çalışır.və get gedə bu bir asılılıq halını alır.Günlük praktikamda burun damcılarından asılı hala gəlmiş və gecə onsuz yatmayan xəstələrlə tez tez rastlaşıram.Üstəlik bu asılılıq yalnızca tıxanmaya deyil, burun içində zədələnməyə səbəb olduğundan burun qanaxmaları,burun içində yanma,və batma hissi,iy bilmədə zəiflik kimi problemlər yarada bilir.
Hər asılılıqdan yaxa qurtarmaq çətin olduğu kimi burun damcısı asılılığından yaxa qurtarmaqda çox çətindir.Xəstələrin çoxu gündüz istifadəni dayandıra bilsələr belə ,gecələri bu dərmansız yata bilmirlər.Əslində bu asılılıqdan yaxa qurtarmağin ən yaxşı yolu,səbirli və dözmlü olub bir neçə həftə dərmandan istifadəni dayandırmaqdır.Bu tip sprey və damcıların istifadə qaydası bir həkim tərəfindən soylənilməlidir.Bu dərmanların bir çoxu qan təzyiqini yüksəltdiyi üçün urek damar xəstəliklərində istifadəsi riskli ola bilər.Qış aylarında otaq havasının qurumaması və burun içi selikli qişanın qurumasının qarşisını almaq üçün radiyatorlar üzərində su yerləşdirmək mütləqdir.Bu tip dərmanlaradan asılı olmamaq üçün ,istifadədən öncə mütləq həkimlə məsləhətləşmək lazimdir
Hovuz suyu qulaq iltihabı yaradır mı?
Hovuz suyu içində xlorun miqdarı çox olduğu üçün, qulağa hovuz suyu daxil olması və bunun tez tez baş verməsi xarici qulaq yolunu qurudur.Qurumaya bağlı olaraqda xarici qulaq yolunda eyni ilə quruyan torpaq kimi çatlaqlar əmələ gələ bilər və buda bakteriya ve infeksiyalara zəmin yarada bilər.Üzgücü qulağı deyilən, tibb dilində external otit dediyimiz xəstəliyə səbəb ola bilər.Hovuz suyunun isti və ya soyuq olması vacib şərt deyil,amma çox soyuq olarsa ve yada çox isti olarsa qulağa daxil olması zamanı baş gicəllənmə yarada bilər,amma bu müvəqqəti bir haldır.Əgər qulağa daxil olan su uzun müddət qulaqda qalsa bu ağrı yarada bilər...və mütləq qulaq burun boğaz həkiminə müraciət etmək lazimdir.həkim daxil olan suyu aspiratorlar xaric edəcəkdir
op.dr.Cavid İsmayilov
Artıq burun estetik əməliyyatını çox bəsitləşdirdik.Burun dərisini açmadan,çəkic istifadəsi olmadan,sümük qırmadan,burun belini yonma,kəsmə kimi işləmlər etmədən,burun elastikliyini təmin edən bağları kəsmədən,qoruyaraq,Ultrasonic-piezo cihazı ile,letdown texnikası ilə qapalı olaraq,burun qığırdaqlarına incə tikişlərlə forma verərək icra edirik.Burun estetiğinin bu səviyyəyə ulaşması həqiqətəndə sevindiricidir.
Müayineye yazılmaq üçün 0702420930 nömresi ile elage saxlaya bilersiniz
#ринопластика #нос #пластическаяхирургия #пластика #хирург #септопластика
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Category
Contact the practice
Telephone
Website
Address
Ismayıl Hidayətzadə Küçəsi 163
Baku
INSTAGRAM:OP.DR.CAVID_ISMAYILOV
Opening Hours
Monday | 09:00 - 17:00 |
Tuesday | 09:00 - 17:00 |
Wednesday | 09:00 - 17:00 |
Thursday | 09:00 - 17:00 |
Friday | 09:00 - 17:00 |
German Hospital Bakı Şəhəri, İsmayıl Qutqaşınlı Küçəsi 51
Baku, AZ1073
Burun Estetiği & Sağlığı Пластика носа и здоровье
Spero Hospital
Baku
Otorhinolaryngologist - LOR cərrah * Rinoplastika * Otoplastika * Septoplastika * Konxa cərrahiyəsi * FESS * Tonzillektomiya
Gəncə Prospekti 34
Baku
Qulaq, burun, boğaz xəstəliklərinin terapevtik və cərrahi üsulla müalicəsi.
Badamdar Qəsəbəsi, Məktəbli Küçəsi 1. MTN Hospitalı
Baku
LOR Cərrah Allahverdiyev Səid Əlaqə: 0558701399 e-mail:[email protected]
Səməd Vurğun 155
Baku
Uzm. Dr. Murad Şıxəliyev 15 ildən artıq Almaniyada həkimlik təcrübəsinə sahib LOR cərrahd
Baku, AZ1075
LOR Hospitalın nəznində fəaliyyət göstərəcək olan Loqopsixologiya və Reabilitasiya Mərkə
Ege Hospital, Akad. Həsən Əliyev Küç. , 38
Baku, AZ1022
Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahı Yusif Hacıyevin rəsmi Facebook səhifəsi