Funda Hospital

🏥 Sağlamlığınızı bizə etibar edin!
☎ *0777
☎ (012)5675582
📱 (055)5499363 Медицинская компания

19/04/2024

Bəzən xəstələr sual verirlər ki, "Doğrudan da xəstəliklər təhlükəlidirmi?"

Əslində səhhətimizdə olan kiçik problemlər belə yaşam keyfiyyətimizi aşağı salır. Maraqlısı budur ki, ağır göz xəstəlikləri erkən dövrdə ciddi əlamət verməz, gizli irəliləyər, bir çoxu təsadüfi müayinələr zamanı üzə çıxar.

Ən təhlükəli xəstəliklərə aşağıda qeyd olunanları aid edə bilərik:

- Qlaukoma
- Sarı nöqtə xəstəliyi
- Şəkərə bağlı retinopatiya
- Göz damarları tıxanıqlığı
- Retinal yırtıq
- Uşaq yaşda göz təzyiqi
- Ağır infeksiyalar
- Ağrısız görmə itkisi
- Miopatiyalar

Lakin heç bir halda xəstəliklər Sizi qorxutmasın! Çünki istənilən mərhələdə diaqnoz qoyulandan sonra xəstəliyin müalicəsi var, çıxış yolu var. Ən önəmli faktor isə burada pasiyentin səhlənkarlıq etməməsi və qorxmadan vaxtında işin üstünə düşməsidir!
azizmehtiyev

☎️ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

17/04/2024

Ceyhun Vahidli/Travmatoloq-ortoped

Təhsil:
2011-2017 – Azərbaycan tibb universiteti, Müalicə işi fakültəsi

İş təcrübəsi:
2017-2022 – Kliniki Tibbi Mərkəz
2023-cü ildən “Funda Hospital”-da fəaliyyət göstərir

İştirak etdiyi kurslar:
2023 – Ulusal Türk Ortopedi ve Travmatoloji Kongresi

İcra etdiyi əməliyyatlar:
Serebral Palsi bərpa əməliyyatları
Artroplastika
Kök hüceyrə
Artroskopik cərrahiyyə
Diz cərrahiyyəsi
Onurğa xəstəlikləri
Çiyin, əl və bilək xəstəlikləri
Bud-çanaq oynağı xəstəlikləri
Ayaq və ayaq topuğunun xəstəlikləri
Mikrocərrahiyyə və əl cərrahiyyəsi
Osteoporoz
Artroz müalicələri



☎️ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

16/04/2024

Hal-hazırda ən çox gündəmdə olan problemlərdən biri də D vitamin çatışmazlığıdır.

Əsasən – saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanın zəifləməsi ilə özünü göstərən D vitamin çatışmazlığını təyin etmək və aradan qaldırmaq üçün Funda Hospital sizin xidmətinizdədir!

☎️ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

14/04/2024

Gələcəkdə insultun qarşısını almaq üçün hansı tədbirləri görmək olar?

Bəzi risk faktorları dəyişməz olduğu üçün bunun qarşısını almaq hər zaman mümkün deyil. Ancaq bu riski azaltmaq üçün yüksək qan təzyiqinə, diabet və yüksək xolesterolun qarşısını almağa müvəffəq olunmalıdır.

20-30 yaşlarında insult nadir hallarda baş verir, ondan sonrakı yaşlarda isə yüksək qan təzyiqi və ya yüksək xolesterin riskini azaltmaq üçün sağlam həyat tərzinə sahib olmaq vacibdir. Sağlam qidalanma yüksək qan təzyiqi, yüksək xolesterol və diabet risklərini azalda bilər. Müntəzəm idman, alkoqollu içkilərdən istifadə etməmək və siqaret çəkməmək sağlam həyat tərzinin əsas amillərindəndir.

40-50 yaşlarında qan təzyiqini yoxlamaq üçün həkimə müraciət etmək daha doğru olar. Xolesterol səviyyələri və diabet üçün qlükoza yoxlanışı kimi qan testlərinin olması risk faktorlarını idarə etməyə yardımçı ola bilər. Sağlam çəkini saxlamaq da çox vacib bir məsələdir, çünki piylənmə ürək-damar xəstəlikləri, o cümlədən insult üçün risk faktorudur.

60, 70 və 80 yaşlarında əsas məsələlərdən biri də mövcud sağlamlıq problemlərinin yaxşı idarə edilməsinə əmin olmaqdır. İnsult üçün digər mühüm risk faktoru atrial fibrilasiyadır (AF). Bu sürətli, nizamsız bir ürək döyüntüsüdür. AF insult riskini təxminən beş dəfə artırır, buna görə də insanda sürətli ürək döyüntüsü, başgicəllənmə və ya sinə ağrısı kimi hər hansı simptom varsa, həkimə dərhal müraciət etməlidir.

☎️ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

12/04/2024

Rəngli Doppler Exokardioqrafiya müayinəsi vasitəsi ilə ürəyin bütün kameraları, qapaqları,divarları və ürəkdən çıxan iri damarlar dəqiqliklə ölçülür.

Bu metod vasitəsi ilə uşaqlarda və böyüklərdə anadangəlmə və qazanılmış ürək qüsurları, ürəyin yığılma qəbiliyyəti (sistolik və diastolik funksiyaları), gizli keçirilmiş infarktlar, ürək kameralarında qan laxtası və s. təyin olunur.

Alınmış nəticələr əsasında isə Funda Hospital həkimləri
tərəfindən xəstənin dərmanla və ya cərrahi usulla müalicəsi haqda qərar qəbul olunur.



☎️ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

11/04/2024

‼️Antibiotiklər haqqında tez-tez verilən suala pediatr .aynur_dadashova bu videoda cavab verəcək.

Unutmayaq ki, həkim məsləhəti olmadan uşaqlara antibiotiklərin verilməsi böyük fəsadlara səbəb ola bilər.

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

10/04/2024

Dəyərli izləyicilərim, Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, tutduğunuz orucların, etdiyiniz duaların qəbul olmasını diləyirik!🙏

07/04/2024

Qan şəkərinin normal səviyyədə daha aşağı olması halına qan şəkəri düşməsi və ya tibb dilində Hipoqlikemiya deyilir.

Hipoqlikemiyanın ilk simptomları ilə insanların əksəriyyəti üzləşib. Vaxtında qida qəbul etmədikdə biz aclıq, baş ağrısı, halsızlıq, başgicəllənməsi hiss edirik. Lakin şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və ağır pozulmalarla nəticələnə bilər.

İnsulin ifraz edən mədəaltı vəzinin şişləri, böyrəküstü vəzi xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı, bəzi immun xəstəliklər də hipoqlikemiyaya meyilli ola bilər. Nəzərə alın ki, bəzi dərmanlar, qəhvə, yüksək kofeinli və spirtli içkilər, ağır və ani stress, hətta həddindən artıq fiziki fəaliyyətlər hipoqlikemiyaya səbəb ola bilər.

Unutmayın ki, hipoqlikemiya lazımi diqqət tələb edir. Onun inkişafının qarşısını almaq üçün həkimə müraciət etməli və müvafiq müalicəyə başlamalısınız.



☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

05/04/2024

Neyrosonoqrafiya-yenidoğulmuş və 1 yaşa qədər uşaqlarda baş beyin haqqında məlumat əldə etmək üçün aparılan ultrasəs müayinə üsuludur.

Bu müayinə üsulu ilə qansızmalar, inkişaf qüsurları, şişlər və kistalar, iltihablı proseslər və s. araşdırılır.

Funda Hospital-da doğuş zamanı və doğuşdan sonra körpələrinizdə baş verə biləcək travmalar və patologiyalar haqqında ilkin məlumat ala bilərsiniz.
xumara_usm

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

*i

04/04/2024

Bu gün sizlərlə tez-tez aldığımız sualın cavabını paylaşmaq istərdik. Analizlər hansı qaydalara əsasən verilməlidir❓

Paylaşımı statistik göstəricilərə görə daha çox müraciət edilən analizlərin üzərindən yazmaq istərdik.

- Qan analizi əksər hallarda acqarına verilir. Bu isə son qida qəbulundan ən azı 8 saat keçməyi deməkdir. Şirə, çay, qəhvə spirtli içki qəbul etməmək lazımdır. Eyni zamanda sözügedən analizi verməmişdən öncə rentgen və USM, fizioterapiya prosedurlarından keçmək olmaz.

- Sidik analizi üçün müvafiq maye səhər saatlarında toplanılmalıdr. Sidiyi yığmamışdan öncə xarici cinsiyyət üzvləri su ilə yaxşı yuyulmalıdır, sidik steril qabda 2 saat ərzində laboratoriyaya təhvil verilməlidir.

- Yaxma analizini verməmişdəm əvvəl çalışmalıyıq ki, 2-3 saat ərzində sidiyə çıxmayaq. Antibiotik qəbul ediriksə, 1 həftə öncədən dərman qəbulunu dayandırmalıyıq, eyni zamanda da spirtli içki qəbul etməmək lazımdır.

- Spermoqramma analizi verən şəxslər, 3-7 gün öncədən cinsi əlaqədə olmamalı, spirtli içki və dərman qəbul etməlidirlər. Analiz steril qaba yerləşdirilməli və 1 saat ərzində laboratoriyaya təhvil verilməlidir.

Funda Hospital - sizin sağlamlığınız bizim üçün çox önəmlidir. 🙏🏻

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

02/04/2024

Ciyərlərinizə barmaq arası yox, rentgen şüalarından baxın.

Öskürək əslində tənəffüs yollarını təmizləməyə yönəlmiş bir refleksdir.

Şiddətli öskürəyin səbəbləri müxtəlif ola bilər.Astma öskürəyi, reflüks öskürəyi, allergik, ürəklə əlaqəli, siqaret, psixoloji və s. səbəblərdən yaranan öskürək sizə gündəlik həyatınızda çox böyük problemlər yarada bilər.

Funda Hospital - sizin sağlamlığınız bizim üçün çox önəmlidir! 🙏🏻

☎️ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

31/03/2024

31 mart 1918-ci ildə Azərbaycanda baş vermiş soyqırımdan 103 il keçir! 🥀

Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi tariximizə yazıldı.

Allah bütün faciə qurbanlarına rəhmət eləsin!

29/03/2024

Səhhətlə bağlı çətinlik yaşayan şəxsləri sağlamlıqlarına qovuşdurmaqda yardımçı olmaq, pasiyentlərimizin dəstək olmaq bizim üçün olduqca önəmlidir. 💫

Hər bir xəstənin yaxşılaşan nəticələri bizi çox xoşbəxt edir, və biz bunun üçün gecə-gündüz çalışırıq!

Əziz izləyicilər, hər zaman sağlam olun! 🙏

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

27/03/2024

‼️İnsan sağlamlığı üçün 7 qida vacib hesab olunur.

1. 🐟 Balıq: Balıq məhsulları Omeqa-3 yağ turşuları, eləcə də bir çox mineral və vitaminlərlə zəngindir. Həmin məhsullar diqqət pozuntusu, bağırsaq və digər xəstəliklərin yaranma riskini azaldır. Həmçinin beynin funksiyalarını yaxşılaşdırır, ürəyin sağlam olmasına kömək göstərir və sümüklər üçün faydalıdır.

2. 🍳 Yumurta: "Təbii multivitamin" adlandırılan yumurta rasionumuzda mühüm yer tutur. Ortaölçülü 2 yumurtanın tərkibində gündəlik D vitamini ehtiyacımızın 82, fol turşusu ehtiyacımızın 50, B2 vitamini ehtiyacımızın 25, selen ehtiyacımızın isə 40 faizi mövcuddur. Yumurta, həmçinin A, E, B5, B12 vitaminləri, dəmir, yod və fosforla zəngindir. 13 əsas vitamin və mineralla zəngindir.

3. 🥦 Göyərtilər: Göyərtilər vitaminlərlə, üzvi turşularla, xüsusilə də, karotin, C, B qrup vitaminləri və fitonsidlərlə zəngindir. Həmin məhsullar ürək-damar xəstəlikləri və piylənmə riskini azaldır.

4. 🍎 Alma: Almanı “vitamin və mineral deposu” adlandıra bilərik. Alma dəmir, kalium, fosfor, sinklə zəngindir və yüksək lif tərkibinə görə asan həzm edilir. Antioksidantdır, yəni bədəni toksinlərdən təmizləyir. Yüksək C vitamini sayəsində qan damarlarının elastikliyini artırır.

5. 🫒 Təbii zeytun yağı: Zeytun yağı A, E vitaminləri və bir çox minerallarla zəngindir, iltihab əleyhinədir və antioksidant təsir göstərir. Bu yağ beynin və gözlərin sağlamlığı üçün əhəmiyyətlidir. Eyni zamanda Alzheymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı faydalı olduğu düşünülür.

6. 🌰 Çərəzlər: Çərəzlərin tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır.

7.🥬 Təbii fermentləşdirilmiş kələm: Təbii halda fermentləşdirilmiş kələm təzə kələmdən daha faydalı hesab edilir. Fermentasiya edildikdə kələmin tərkibindəki şəkər süd turşusuna çevrilir. Probiotik və prebiotik xüsusiyyətlərə malik olmaqla, bağırsaqlarda zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır və toksinlərin bədəndən xaric olmasını sürətləndirir. Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

25/03/2024

Əziz valideynlər, Sizinlə vacib bir fikri bölüşmək istərdik: uşaqları həkimlərlə qorxutmayın!👩‍⚕️

Gəlin uşaqlara birlikdə göstərək ki, həkimlər qorxmaq üçün səbəb deyil, onlar balaca xəstələrin ən yaxın dostlarıdır.

Bu qorxunu aradan qaldırmaq üçün uşaqlarımıza erkən yaşlarından sağlamlığımızın qeydinə qalmağın vacibliyi və həkimlərin özümüzü daha da yaxşı hiss etməmizə necə kömək edə biləcəyi barədə danışmalıyıq.

Unutmayın ki, biz hamımız - həkimlər, valideynlər və uşaqlar - sağlam və xoşbəxt bir cəmiyyət yaradırıq! 🤗

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

23/03/2024

Dərinin və saçların həddən artlq yağlılığının səbəbləri müxtəlif ola bilər.

Onlardan biri və çox rast gəlinən səbəbi isə hormonal pozulmalardır. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir.

Qeyd etmək lazımdır ki, saç və dəri yağlılığının yüksəlməsinə daxili orqanların da qeyri-düzgün fəaliyyəti səbəb ola bilər.

Buna görə, əgər siz dəri və saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçməli, hormonal pozuntu varsa onu mütləq şəkildə müalicə etməlisiniz.



☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

20/03/2024

Bahar bayramınız mübarək! ☀️

Dəyərli izləyicilər və Funda Hospitalın müştəriləri 💜

Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir və həmişə sağlam olmağınızı diləyirik 🌱

18/03/2024

Sindaktiliya və polidaktiliya haqqında məlumatınız varmı?

Travmatoloq-ortoped Ceyhun Vahidli sizə anadangəlmə bitişik barmaqlıq haqqında ətraflı məlumat verəcək.

Videonu izləyərək bu spesifik deformasiyalar və onların müalicə metodları barəsində məlumatı əldə edə bilərsiniz.

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

16/03/2024

Pediatr sadəcə həkim deyil, o həm də övladınızın sağlamlıq yolunda birlikdə addımladığı ilk dostudur! ♥️

Onları xüsusi edən isə kiçik pasiyentlərə göstərdikləri qayğı və diqqətdir.

Klinikamızda yaratdığımız səmimi və rahat mühit sayəsində, pediatra baş çəkmək təkcə tibbi prosedur deyil, həm də uşağınız üçün xoş və faydalı təcrübədir.

Övladınızın sağlamlığını bizə etibar edin!

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

14/03/2024

Elektroneyromioqrafiya bir sıra periferik sinir sistemi xəstəlikləri və əzələ xəstəliklərinin diaqnostikası, xəstəliyin ağırlıq dərəcəsinin dəyərləndirilməsində istifadə olunur.

Müayinə, impulsların sinir sistemindən bilavasitə əzələ toxumasına qədər ötürülmə gücünü qeydə alan xüsusi tibbi avadanlıqlarla həyata keçirilir.

Sinir-əzələ sisteminin xəstəlikləri 4 əsas hissəyə bölünür:

1.motoneyronun zədələnməsi
2.aksonun zədələnməsi(radikulopatiya, pleksopatiya, neyropatiya)
3.sinir-əzələ ötürməsinin pozulması
4.birincili əzələ xəstəlikləri.

Sağlamlığınızı qorumaq üçün mütəmadi olaraq həkim müayinəsindən keçmək mütləqdir! Unutmayın ki, sağlamlığınız öz əlinizdədir.

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

13/03/2024

Arıqlama çayları qaraciyər, böyrək daşı, kəskin mədə xəstəlikləri, revmatizm və yüksək təzyiqdən əziyyət çəkənlər üçün çox təhlükəlidir.

Həmçinin qeyd etmək lazımdır ki, həmin içkilər hormonlara da mənfi təsir göstərir. Nəzərə alın ki, bəzən artıq çəki hormonlarının disbalansı nəticəsində ərsəyə gəlir və arıqladıcı vasitələrə, hətta idman və sağlam qidalanmaya baxmayaraq çəki itirməkdə çətinliklər olur.

Müəyyən arıqladıcı vasitələrin tərkibində kofeinlər və digər qatqılar var. Məsələn onkoloji ya da mioma, fibroma, kista kimi xəstəliklər varsa, bu arıqladıcı vasitələr xəstəliyə birbaşa təkan verir.

Məhz buna görə artıq çəkinin nə ilə bağlı olduğunu araşdırmaq və peşəkar həkimlərə müraciət etmək vacibdir.



☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

12/03/2024

Skarlatina – qızdırma, intoksikasiya, angina və çox miqdarda nöqtəvari səpgilərlə müşayiət olunan kəskin infeksion xəstəlikdir.

Bu xəstəliyə daha çox 2-10 yaşlı uşaqlar tutulurlar.

Bəzən oxşar əlamətlərinə görə, skarlatina və qızılca xəstəliyini səhv salırlar. Bəs onların arasındakı fərq nədir?

Qızılca xəstəliyi zamanı səpkilər xəstəliyin 4-5-ci günündə üzdən başlayır və mərhələli şəkildə bədən səthinə yayılır. Skarlatina xəstəliyi zamanı isə səpkilər xəstəliyin 1-2-ci günlərindən etibarən döş qəfəsindən başlayaraq dəriyə yayılır. Səpkilər 2-5 gün davam etdikdən sonra solmağa başlayır.

Skarlatina kəskin formada başlayır – temperatur qəfil 39C-dək qalxır, uşaq baş ağrısından, ürəkbulanma, halsızlıq və udqunan zaman möhkəm ağrıdan şikayətlənir.

Qızılcadan fərqli olaraq, skarlatinanı həkim təyin etdiyi antibiotiklərlə müalicə edirlər.
aynur_dadashova

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

11/03/2024

Rinoplastika cərrahiyyənin bir istiqaməti olub, anadangəlmə və qazanılmış burun qüsurlarının aradan qaldırılmasına yönəlmiş əməliyyatdır! ✓

Lakin bu, yalnız estetik prosedur deyil. Əməliyyat həm də burun funksiyasını qorumaq və ya pasiyentin obstruktiv proses səbəbiylə hava axını azalıbsa, onu yaxşılaşdırmaq məqsədi daşıyır.

Funda Hospitala müraciət edərək, əməliyyatın məqsədindən asılı olmayaraq, nəticəsindən razı qalacağınıza əminik! 🙏
dr.cavid_ismayilov

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

09/03/2024

Darçın antioksidant, antiinflamatuar və antidiyabetik təsirləri ehtiva edən sağlamlıq faydaları ilə qida əlavəsi kimi qəbul olunur.

Darçın çoxlu miqdarda B vitaminləri, həmçinin C, A, E, K vitaminləri ilə xarakterizə olunur. O, fol turşusu, niasin və tiamin mənbəyidir. Biz də onun tərkibində çoxlu miqdarda kalsium, sink, dəmir, maqnezium, kalium, fosfor və natrium tapırıq.

Yeni bir araşdırma zamanı dörd həftə ərzində darçından istifadə piylənmə və ya artıq çəki, həmçinin diabetdən əziyyət çəkən insanlarda qan qlükoza (şəkər) səviyyəsini azaltdığı müəyyənləşib.

Tədqiqatlar ədviyyatın antioksidant, iltihab əleyhinə, antidiabetik, antimikrobiyal və hətta xərçəng əleyhinə təsirlərə malik ola biləcəyini göstərir.

Bir az darçın yesək, ishal, zəhərlənmə, həzmsizlik kimi xəstəliklər tez keçəcək.

☎️ *0777⁣
☎️ (012)5675582⁣
📱 (055)5499363⁣
📍Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

08/03/2024

Əziz və gözəl xanımlar! ✨

Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, həyatınızda bol şans, sevgi və sağlamlıq olmasını diləyirik ❤️

Hörmətlə, Sizin sağlamlığınızın keşiyində duran Funda Hospital ailəsi 🙏

06/03/2024

Peritonit — peritonun iltihabı, qarın boşluğunun iltihabıdır.

İltihabın qaynaqlarından asılı olaraq peritonitlərin bir neçə növü mövcuddur:

* İnfeksion (yoluxucu)
* birincili – bura qaraciyər xəstəlikləri və assit zamanı spontan bakterial peritonit və peritoneal dializ alan xəstələrdə əmələ gələ bilər.
* ikincili – qarın boşluğu orqanlarının zədələnməsindən əmələ gələn (dəlinməsi, yırtılması)
* üçüncülü – uzun müddət və ya antibiotik müalicədən sonra qayıdan infeksiya nəticəsində qarın boşluğu orqanlarının zədələnməsi olmadan əmələ gəlir. Qan yolu ilə keçir və əsasən immunçatışmazlığı zamanı meydana gələ bilər.

Peritonitin simptomlarına qarın ağrısı, qızdırma, ishal, sidikqovucu müalicəyə rəğmən yaxşılaşmayan assit, bağırsaq keçməməzliyi kimi əlamətlər daxildir. Peritoneal pozğunluqların müalicəsi səbəbdən asılıdır.

Qeyd etmək lazımdır ki, diaqnozun vaxtında qoyulması həyati vacibdir.
xumaraa_usm

☎️ *0777⁣
☎️ (012)5675582⁣
📱 (055)5499363⁣
📍Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

*i *ihəkimi

05/03/2024

Hormonal pozuntu yaşayan insanlar müxtəlif sağlamlıq problemləri ilə qarşılaşa bilərlər.

Qandakı hormonların tərkibi digər komponentlərlə müqayisədə cüzi olsa da, orqanizmə təsiri böyükdür.

Qadınlarda reproduktiv sistemə təsir edən hormonal pozuntu simptomlarına aşağıdakı əlamətləri şamil edə bilərik:

- Nizamsız aybaşı dövrü
- Dəri problemləri
- Metabolizmada dəyişikliklər
- Emosional dəyişikliklər
- Reproduktiv sistemdə problemlər

Qadınlarda hormonal pozuntunun müalicə planı spesifik vəziyyətindən və hormonal pozğunluğun əsas səbəblərindən asılı olaraq dəyişə bilir. Müalicəyə başlamazdan əvvəl həkimə müraciət etmək vacibdir.
lamiya_humbatova

☎ *0777⁣
☎ (012)5675582⁣
📱 (055)5499363⁣
📌Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

03/03/2024

👨‍💻 Kompüter qarşısında çox vaxt keçirmək görmə qabiliyyətinin zəifləməsinə və ya göz xəstəliklərinə səbəb olur.

Monitorun gözə və görmə qabiliyyətinə mənfi təsirinin qarşısını almaq üçün məsləhətləri videodan öyrənə
bilərsiniz! ✓

Sağlam qalın ki, rahat işləyəsiz 💼
imranjarullazada

☎️ *0777⁣
☎️ (012)5675582⁣
📱 (055)5499363⁣
📍Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

29/02/2024

Demək olar ki, hamımız bel ağrısının nə olduğunu bilirik; ya özümüz rastlaşmışıq, ya da dost-tanışlarda bu problem olub.

Bel ağrısı və bel fəqərəarası yırtığının müalicəsi haqqında danışanda müalicəvi idman haqqında söyləmək vacibdir.

Bel ağrılarını yüngülləşdirmək üçün aşağıdakı hərəkətləri tövsiyə etmək olar:

1. Hər iki ayağınızı bükün və sinə tərəfə aparın. Bu vəziyyətdə 15 saniyə qalın. 3 dəfə təkrarlayın.

2. Yuxarıdakı hərəkəti hər ayaqla təklikdə edin. Bir ayağınızı bükün və sinə tərəfə aparın. 15 saniyə saxlayın. Hər tərəf üçün 3 dəfə təkrarlayın.

3. Arxası üstə uzanın. Dizləriniz bükülmüş vəziyyətdədir. Çanağınızı qaldırın və endirin. 15 dəfə təkrarlayın.

4. Dizinizi bükün. Bir ayağınızı o biri ayağınıza çarpaz kecirin. Altda qalan ayağı sinə tərəfə aparın. 15 saniyə saxlayın. Hər tərəf üçün 3 dəfə təkrarlayın.

5. Üzü üstə uzanın. Əlləriniz çiyninizin altına yerləşdirin. Dirsəklərinizi yavaş-yavaş açırsız və bədənin yuxarı hissəsini qaldırırsınız. Çanaq və ayaqlar sərbəst yerdə qalır. 1-2 saniyə bu vəziyyətdə qalırsız və yenə üzü üstə uzanırsız.

Bu sadə və effektiv hərəkətlər bel ağrılarından əziyyət çəkənlər üçün faydalıdır.

Lakin unutmayın ki, bəzən bel ağrısı daha ciddi xəstəliklərlə bağlı olur. Onların arasında infeksion proseslər, törəmələr, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinədən və müalicədən keçməlidir.

☎️ *0777⁣
☎️ (012)5675582⁣
📱 (055)5499363⁣
📍Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

28/02/2024

Hidrosele kişilərdə xayanı əhatə edən qatların arasına normadan artıq mayenin yığılmasıdır.

Bu xəstəlik əksər zamanlarda heç bir əlamət göstrəməyə bilər. Testislərdə şişkinlik, ağrı və müəyyən müddətdən sonra qızarıqlıq hiss edilir. Böyümüş hidrosele ölçüsünə bağlı olaraq gəzdiyiniz zaman və ya cinsi əlaqə zamanı da narahatlıq verə bilir.

Hidroseliniz varsa və bu sizə ağrı, narahatlıq verirsə həkiminizin məsləhətilə əməliyyat olunmağınız lazımdır. Əməliyyat zamanı te**is torbasında kiçik kəsik açılaraq içərisində olan artıq maye boşaldılır.

Əməliyyat müddəti kiçik olduğundan,xəstə həmən gün ambulator müalicəylə evə yazılır.
Hidroselenin əməliyyatdan sonra təkrar yaranma ehtimalı çox azdır.



☎️ *0777⁣
☎️ (012)5675582⁣
📱 (055)5499363⁣
📍Rəssamlıq akademiyasının arxası⁣
📍Nərimanov r. Hidayətzadə küç.163

Want your practice to be the top-listed Clinic in Baku?
Click here to claim your Sponsored Listing.

Videos (show all)

‼️Antibiotiklər haqqında tez-tez verilən suala pediatr @dr.aynur_dadashova bu videoda cavab verəcək.Unutmayaq ki, həkim ...
Dəyərli izləyicilərim, Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, tutduğunuz orucların, etdiyiniz...
Bahar bayramınız mübarək! ☀️Dəyərli izləyicilər və Funda Hospitalın müştəriləri 💜Sizi Novruz bayramı münasibəti ilə ürək...
Sindaktiliya və polidaktiliya haqqında məlumatınız varmı?Travmatoloq-ortoped Ceyhun Vahidli sizə anadangəlmə bitişik bar...
Rinoplastika cərrahiyyənin bir istiqaməti olub, anadangəlmə və qazanılmış burun qüsurlarının aradan qaldırılmasına yönəl...
👨‍💻 Kompüter qarşısında çox vaxt keçirmək görmə qabiliyyətinin zəifləməsinə və ya göz xəstəliklərinə səbəb olur. Monitor...
‼️Penis böyütmə əməliyyatı necə aparılır?Əməliyyatdan öncə xəstənin tələbləri dinlənilir və xəstənin tələblərinə uyğun o...
Qeyri-sağlam yemək vərdişləri, hərəkətsizlik, piylənmə, şəkərli diabet, spirtli içkilərdən istifadə, qalxanabənzər vəzin...
Müasir dövrdə xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi kimi diaqnozlar çox aktualdır.Məh...
Haşimoto xəstəliyi (tənbəl zob) autoimmun adlanan xəstəliklər qrupuna aiddir.Bu xəstəlik ilk dəfə Yapon alimi Akira Hash...
Hər bir cərrahi əməliyyat bir neçə mərhələdən ibarətdir! ✓Təbii ki, əməliyyatın aparılması və gedişatı ən önəmli və məsu...
Penisin ölçüsü kişilərin cinsi problemlərindən ən vacibidir.Penisin ölçüsü fizioloji, genetik və irqi mənsubiyyətlərdən ...

Category

Telephone

Address


Funda Hospital
Baku
Other Hospitals in Baku (show all)
Online aptek Online aptek
Azerbaycan
Baku, AZ1000

evden kenara çıxma imaknı olmadığı halda peşakar şekildə, aczaçı desteyi...

Aptek Online Aptek Online
Baku, AZ0100

Aptekimiz onlayn mehsulları size bir başa depodan çatdırır

AHA International Training Center - Baku Azerbaijan AHA International Training Center - Baku Azerbaijan
Baku, AZ1010

Həyat naminə öyrən & tətbiq et... UPTODATE IN MEDICINE Sizi Amerika Ürək Assosiasiyasının

Yalnız Tam Təbii Yalnız Tam Təbii
Vaqif Pr 32
Baku, AZ0100

Tam Təbii və faydalı dağ bitkiləri sizə xeyir verəcək. Heç bir əks təsiri yoxdur.

Orxan or Orxan or
Aa
Baku, 1010

Aptek1 Aptek1
Azerbaycan
Baku, AZ1000

Derman axtar Ana Sahife O Haqqimızda aptekaz - oz texniki yeniliklərine va onlayn ödəniş sistem

Bakı Uroloji Androloji Mərkəz Bakı Uroloji Androloji Mərkəz
Baku

Bakı Uroloji Androloji Mərkəz �uroloji və androloji müayinə və müalicələr �USM diaqnostika �Uroloji Cərrahi Əməliyyatlar

Top Sales Summer Top Sales Summer
Baku

Hospital

Vimay-Med Clinic Vimay-Med Clinic
Binəqədi Ray, M. Ə. Rəsulzadə Qəs, Davudoğlu Küç. 12A
Baku

SAĞLAMLIĞINIZI BİZƏ ETİBAR EDİN! � +994 12 568 39 93 � +994 50 407 01 56 wp � +994 70 20

Relivium Reabilitasiya Mərkəzi Relivium Reabilitasiya Mərkəzi
Baku

🔴 Narkomaniya, alkoqolizm, oyun və digər asılılıqların psixoloji müalicəsi və tam reabilitasiya kursu 🔒: Anonimlik 100% qorunur 🛎: Pulsuz konsultasiya

Herba Medical Center Herba Medical Center
Bəşir Bünyatov, 1N
Baku, AZ1123

Bizim başlıca məqsədimiz tibb elminin, xalq təbabətinin və ən müasir texnologiyaların imkanlarından istifadə edərək sizlərə yüksək keyfiyyətli xidmət göstərməkdir. Sağlamlığınız bi...