Meryem x.
Nearby clinics
Gm-Sənin Psixoloqun
A. Abbaszade Str
Dent House Baku Diş Klinikası
Medera Hospital
Starlab Tibb Mərkəzi
Baki
. Əhməd Rəcəbli Küç
Kijina
1025
Baku Medikal Plaza Medilux
Istanbul
You may also like
dr.dietoloq.maryam.islamova
12 həftəyə alınan nəticə!
Pasiyent bu zamana qədər arıqlamağa çox cəhdlər edib;intensiv idman, qeyri-düzgün pəhrizlər,mədəkiçiltmə əməliyyatına cəhd...
Nəticədə 150kq-a çatmışdı.
Hazırda;
✅balanslaşdırılmış sağlam qidalanma ilə,
✅ ac qalmadan, kifayət qədər yeyərək,
✅heç bir dərman və ya qida əlavəsi qəbul etmədən,
✅intensiv idman etmədən,yalnız açıq havada gəzinti edərək,
✅su içmək,
✅ yuxu zamanını stabilləşdirərək 20kq-a vida!
20kq çəki verməklə ,Bədən çəki indeksi enərək 3-cü dərəcəli piylənmədən 2-ci dərəcəyə enmiş ,visseral piy azalmış,piy kütləsinin dinamikasında müsbət nəticə...
✅ən əsası Əzələ kütləsindən 1q da əskik olmamış!
Bu gənc artıq 2dəfə qarderobunu təzələyib.Arıqlamağa davam edir...Necə deyərlər:"Asta gedən,daha çox gedər"
Yaşamağımız üçün vacib olan enerjini qidalarımızdan alırıq.Qidalarımız- bizim enerji mənbəyimizdir.Lakin hər qida qəbulu zamanı müsbət enerji alacağımız,daha gümrah olacağımız şərt deyil.Keçən postda enerjimizi yeyən qidalardan danışdıq,bu gün isə bizi daha aktiv,enerjili edən 11 qidamızdan danışacağıq:
✅Taxıllar-mürəkkəb karbohidratlar olmaqla,uzunmüddətli enerji artımını təmin edir. Yulaf, çovdar, arpa sıyığı, tam taxıl çörəyi, arpa və qəhvəyi düyü günü enerjili keçirməyə kömək edir.
✅Qatıq-kalsium və probiotiklərin mənbəyidir - bağırsaq mikroflorasına müsbət təsir göstərir, immun sistemin fəaliyyətini gücləndirir, həmçinin enerji səviyyəsini artıraraq yorğunluqla effektiv mübarizə aparır,beynin aktivliyinin artmasına kömək edir.
✅Qızılbalıq-qanda xolesterinin səviyyəsini aşağı salan omeqa-3 yağ turşularının zəngin mənbəyidir. Enerji verməklə yanaşı,depressiyadan qoruyur,stressi idarə etməklə, ürəyin işini yaxşılaşdırmağa kömək edir.
✅Quru meyvələr -Fındıq, badam və püstə əsl enerji akkumulyatorlarıdır. Fındıq "p*s" xolesterinin səviyyəsini aşağı salır və biotinlə zəngindir. Badamda çoxlu protein, maqnezium və vitamin B2 var. Püstə yüksək lif və vacib amin turşularına malikdir.
✅İspanaq-kalorisi azdır,tərkibində dəmir,lütein,beta-karotin və zeaksantin, antiinflamatuar xüsusiyyətlərə malik fitokimyəvi maddələrlə zəngindir və yaxşı görmə qabiliyyətini qoruyur.
✅ Ədviyyatlar-darçın,hil, zəncəfil, qırmızı bibər və s.maddələr mübadiləsini sürətləndirərək , orqanizmi enerji ilə təmin edir.
✅Yumurtanın tərkibindəki vacib aminturşular orqanizmi uzunmüddətli tox tutaraq doyumluluq hissi verir, enerji ilə təmin edir.
✅Göbələk-gündə bir qab gündəlik dəmirə olan tələbatı 50% -ni ödəməklə,orqanizmi enerji ilə təmin edir.
✅Mövsümi tərəvəz və meyvələr-tərkibindəki zəngin vitamin və mineral kompleksinə görə, xroniki yorğunluqla mübarizədə mühüm rol oynayır.
✅Şokolad-tərkibindəki kakao xoşbəxtlik hormonu endorfin səviyyəsini artıraraq,gün boyu insana gümrahlıq, yüksək əhval-ruhiyyə, enerji verir.
✅Təmiz su-gücü bərpa etmək üçün əlavə maddələrə ehtiyac yoxdur.Enerjini lazımi səviyyədə saxlamaq üçün su içmək kifayətdir.
Daimi yorğunluq və enerji çatışmazlığı müxtəlif səbəblərdən yarana bilər:
📍yuxu pozğunluğu;
📍fiziki yüklənmə;
📍emosional gərginlik...
Lakin çox vaxt əsl səbəb...
Düzgün qidalanmamaqdır❗
Hər dəfə yeməkdən sonra ağırlıq, diskomfort, ağrı, ürəkbulanma, gəyirmə və ya mədə yanması sizi narahat edirsə və gün ərzində yemək qəbul etdiyinizə baxmayaraq, özünüzü bitmiş-tükənmiş ,halsız ,gücsüz hiss edirsinizsə,bu, balanslaşdırılmamış qidalanmanın və nəticədə vitamin çatışmazlığının əlaməti ola bilər.
Nə etməli❓
Birincisi, qida rasionunuza nəzər yetirərək,
✅sağlam, balanslaşdırılmış qidalanmaq;
İkincisi,
✅rejimlə qidalanmaq;
✅yeməyi yaxşı çeynəmək;
✅yemək zamanı ayrı heç bir işlə( televizora baxmaq, telefonla məşğul olmaq,kitab oxumaq və s.) məşğul olmamaq, diqqətinizi yalnız yediyinizə yönəltmək;
✅ayaqüstü atışdırmamaq;
✅yeməyə kifayət qədər vaxt ayırmaq;
✅su rejimini gözləmək;
✅yeməklər arasında çox fasilə etməmək...və s.
Biz gündəlik yaşamımız üçün enerjini qidalarımızdan alırıq,nəticədə gün boyu özümüzü gümrah, güclü hiss edirik.Lakin elə qidalarımız var ki,onlar bizə enerji vermək əvəzinə,əksinə,enerjimizi tükədirlər:
❌ağ undan hazırlanmış çörək,un məmulatları;
❌ şirniyyatlar;
❌qazlı içkilər;
❌rafinəolunmuş ərzaqlar;
❌paketlənmiş şirin içəcəklər;
❌ spirtli içkilər;
❌fastfud və burgerlər;
❌çipslər və s.
Bütün bu enerjimizi tükədən qidaları qəbul edərək,sonra ovuc-ovuc qida əlavələri( vitaminlər,çatmayan defisiti doldurmaq üçün mineral kompleksi) qəbul etməyə məcbur oluruq.
Odur ki,bir daha rasionunuza nəzər yetirin,sizi yoran,gücsüz edən,zəiflədən,xəstə edən qidalardan uzaq durun ❗Elə yeyin ki,
Qidalarınız sizin dərmanınız olsun❗
Arıqlamaq kimi kökəlmək də sağlam şəkildə olmalı,orqanizmə ziyan vurmamalı,əksinə əzələ sisteminin inkişafı istiqamətində olmaqla,
orqanizmin möhkəmlənməsinə, immunitetin güclənməsinə yönəldilməlidir.
Tədqiqatlar göstərir ki,qanda xolesterinin səviyyəsini tənzimləyən dərmanların zərəri xeyrini üstələyir.Bu preparatların uzunmüddətli qəbulu:
📌hormonal pozğunluqlara;
📌yaddaş problemlərinə;
📌 xolesterinin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəticəsində immun sisteminin zəifləməsi onkoloji xəstəliklərin inkişafına səbəb ola bilir;
📌2-ci tip şəkərli diabetin inkişafına;
📌allergik reaksiyalara;
📌əzələ zəifliyinə;
📌qıcolmalara;
📌üz sinirinin nevritinə;
📌 mədə-bağırsaq sisteminin patologiyalarına;
📌vaxtsız qocalmaya;
📌cinsi zəifliyə;
📌kök hüceyrələrinin funksiyasının pozulmasına;
📌ağıl zəifliyinə
və s.s.səbəb ola bilir.
Çıxış yolumuz nədir?Yenə də düzgün qidalanma və təbii vasitələrdən istifadə-öndə durur.
📍Səhifəni izləyin,çıxış yollarını sizinlə bölüşəcəyəm.
Aktiv həyat tərzi keçirin.
Ateroskleroz,şəkərli diabet, insulindirənci,dislipidemiya və s. zamanı kardio məşqlərə üstünlük vermək lazımdıir. Onlar yüksək qan xolesterolunu, ümumi bədən yağını və trigliseridləri azaltmağa kömək edir və streslə mübarizədə əla vasitədir.
İdman zalında məşq edə bilmirsinizsə,ruhdan düşməyin! Hətta yeməkdən sonra 20 dəqiqəlik gəzinti də trigliserid səviyyəsini aşağı salmağa kömək edə bilər.
İş vaxtından artıq işləməməyə, aktiv həyat tərzi keçirməyə, yeriməyə, gəzməyə, qaçmağa vaxt ayırmağa çalışın. Alternativ olaraq daha sıx və daha az intensiv məşqlər edin.
Qanda xolesterinin səviyyəsinin artması adətən heç bir simptomla özünü göstərməyə bilər.Əksər hallarda simptomlar qanda xolesterinin səviyyəsinin yüksəlməsi nəticəsində əmələ gələn ağırlaşmalardan yaranır:
📌 stenokardiya,döş sümüyü arxasında ağrılar;
📌kəskin yorğunluq;
📌 təngnəfəslik;
📌boyun,çənə,qarnın yuxarı hissəsi və kürəkdə ağrılar;
📌aşağı və yuxarı ətraflarda keyləşmə,soyuqluq;
📌qəflətən bədən tarazlığının və koordinasiyanın pozulması;
📌 başgicəllənməsi;
📌çaşqınlıq;
📌görmənin torlanması və ikili görmə;
📌 qəflətən kəskin baş ağrıları;
və s....
Bu əlamətləri özünüzdə hiss edərsinizsə, mütləq həkimə müraciət etməniz tövsiyyə olunur.
Çünki qanda xolesterinin səviyyəsinin artması:
📍İnfarkt;
📍İnsult;
📍2-ci tip şəkərli diabet;
📍 Arterial hipertoniya;
📍 Periferik damarların xəstəlikləri
və s.ağırlaşmalara səbəb ola bilər.
İnsulin dirənci olan gənc xanımın 2aya -9kq verməklə,bədən ölçülərində;
✅ Sinə -16sm
✅Bel -21sm
✅Çanaq -15sm
✅Bazu-3sm
✅Bilək-1sm
✅Bud -7sm
kimi nəticələr göstərməsi,çəkinin əsasən piydən getməsinə sübutdur.
Xolesterin bizə lazımdır!
Xolesterin hüceyrənin əsas struktur elementlərindən biridir, onun möhkəmliyini və membran keçiriciliyini təmin edir, həmçinin həm cinsi hormonların, həm də böyrəküstü vəzilərin hormonlarının, D vitamininin və öd turşularının sintezində iştirak edir. Odur ki,qanda səviyyəsinə nəzarət etmək vacibdir!Çünki təkcə qanda xolesterinin səviyyəsinin artması deyil, həm də onun çox aşağı olması da təhlükəlidir. Qanda xolesterinin səviyyəsinin çox aşağı olması:
📌həzm pozğunluğuna;
📌yağların mənimsənilməsinin pozulmasına;
📌 depressiyaya;
📌xroniki yorğunluğa;
📌baş beynin funksiyalarının pozulmasına;
📌sümüklərin kövrəkliyinə;
📌 qadınlarda - erkən menopoz və ya amenoreyaya;
📌 kişilərdə impotensiyaya;
📌 orqanizmin müdafiə funksiyalarının zəifləməsi səbəbindən xərçəngin inkişaf riskinə...və s.s.
səbəb ola bilir.
Əsrlər boyu insanlar orqanizmi,sözün əsl mənasında,"təmizləmək" üçün intervalla-müəyyən müddət ərzində yemək və içməkdən imtina etməklə aclıq ediblər.Maraqlı fakt ondan ibarətdir ki,aclıqla pəhriz bir çox dinlərdə müəyyən formada mövcuddur:İnduizmdə , İudaizmdə, xristianlıqda və hazırda davam edən Müqəddəs Ramazan ayında tutduğumuz oruc.
Müəyyən edilib ki, interval aclığa keçid zamanı artıq ilk 3 gün ərzində metabolik proseslər 10% sürətlənir.Stressə davamlılıq artır,iş qabiliyyəti yüksəlir, yuxu və əhval-ruhiyyə yaxşılaşır, bütün bədəndə yüngüllük hiss olunur. Bu pəhriz zamanı hətta xarici görünüş dəyişilir,dəri təravətlənir,cavanlaşır,saç və dırnaqlar möhkəmlənir,qanda xolesterinin səviyyəsi aşağı düşür,artıq çəkisi olanlarda arıqlama baş verə bilər.İnsan qidalanmasına çox diqqət etsə də, bədən toksinlərdən təmizlənmǝdikcə,lazım olan faydanı əldə etmək mümkün deyil.Oruc bədəni zərərli toksinlərdən azad etməyin ən yaxşı yoludur.Alimlər sübut etmişlər ki,oruc tutmaqla orqanizmdəki ehtiyat qüvvələr işə düşür.İl ərzində fasiləsiz olaraq işləyən orqanlar dincəlir, köhnə,ölü,xəstə hüceyrələr yeniləri ilə əvəz olunur, həzm sistemi hüceyrələri təzələndiyi üçün həzm prosesi də yaxşılaşır,bağırsaq mikroflorası faydalıların artması istiqamətində dəyişir.
Lakin hər bir orqanizm fərdidir və intervalla aclıq-oruc hər kəs üçün uyğun olmaya və yaxud istənilən nəticəni verməyə bilər:
📌klinik tədqiqatların bir qismi göstərdi ki, piylənmə diaqnozu qoyulmuş insanların bir qrupunda bu pəhriz heç bir nəticə vermədi, arıqlama, maddələr mübadiləsinin sürətlənməsi baş vermədi.
📌Digər qismində kortizol səviyyəsində artım müşahidə olunmuş,yüksək konsentrasiyada olan stress hormonu kortizol immunitet sistemini zəiflədir və həmçinin yağ ehtiyatlarının yığılmasına kömək edir.
📌Saç tökülməsi;
📌 Menstrual pozğunluqlar;
📌Yuxu pozğunluqları;
📌 Mədə-bağırsaq sisteminin xəstəliklərinin kəskinləşməsi;
📌Öd kisəsində durğunluq,daş əmələ gəlməsi kimi neqativ hallar ola bilər.
📍Bədən Çəki İndeksi 18,5-dən az olanların;
📍Hamilə qadınların və süd verən anaların bu pəhrizə riayət etməsi isə tövsiyə olunmur.
Odur ki,hər hansı səbəbdən pəhrizə başlarkən,orqanizmi dinləmək,
öyrənmək vacibdir.
"P*s" xolesterinin səviyyəsini nə qədər tez azaltmağa başlasanız, ürək-damar xəstəlikləri riskiniz bir o qədər azalar.Qanda "p*s"xolesterinin səviyyəsini azaltmaq üçün xüsusi qrup dərmanlar tövsiyə olunur. Effektivliyi ilə yanaşı, bu dərmanlar yaddaşın pozulması, konsentrasiyanın azalması, məşq tolerantlığının azalması, əzələ və oynaq ağrısı və depressiya kimi bir sıra yan təsirlərə malikdir.Bu dərmanların uzunmüddətli qəbulu artıq çəkiyə səbəb olaraq,nəticədə 2-ci tip Şəkərli diabetə yol açır,qocalmanı tezləşdirir.
Bu cür dərmanlar yüksək xolesterol səviyyələrini düzəltmək üçün lazım olsa da, pəhriz tənzimləmələri, müvafiq məşqlər və s. dərman müalicəsi üçün güclü bir köməkçi ola bilər və bəzi hallarda, hətta alternativ olaraq xidmət edə bilər.
📌Dərmansız xolesterinin səviyyəsini aşağı salmaq mümkündür,bunun üçün:
✅həyat tərzini dəyişmək;
✅ zərərli adətlərdən uzaq olmaq;
✅bədən çəkisinə nəzarət etmək;
✅fiziki aktivliyi artırmaq;
✅ stresdən uzaq olmaq;
✅düzgün qidalanmaq lazımdır.
Dərmansız,bu faktorları həyata keçirməklə,Antixolesterinemik pəhriz proqramının köməyi ilə çox yaxşı nəticələr almaq və qanda xolesterinin səviyyəsini normada saxlamaq mümkündür!
📌Antixolesterinemik pəhriz proqramı şəxsə özəl ,bədən parametrlərinə,
yanaşı gedən xəstəliklərə uyğun tərtib olunur.
Müqəddəs Ramazan ayı başlayır.Bu münasibətlə bütün müsəlmanları təbrik edir,Allahdan hamının oruc və dualarını qəbul etməyini diləyirəm.Ramazan ayında müsəlmanlar günçıxandan günbatana kimi oruc tuturlar.Oruc zamanı ilboyu dayanmadan işləyən orqanlar istirahət edir,bədən toksinlərdən təmizlənir,hüceyrələr yenilənir.Lakin
insanların müəyyən qismi səhər yeməyini ötürüb,yalnız axşamlar yeyir,bu zaman isə istər-istəməz daha çox yemək yeyilir.Yaxud müəyyən qismində qəbizlik yaranır,digər qismində əsəbilik,baş ağrıları,zəiflik və s əlamətlər müşahidə olunur.
Oruc tutmağın orqanizmə olan xeyrindən tam faydalanmaq üçün rasionun düzgün tərtib edilməsi son dərəcə vacibdir.
Adətən deyilirdi ki, yağlı qidalar qəbulu insanı kökəldir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Ancaq bu mifi ifşa etməyin vaxtı gəldi! Müasir tədqiqatlar sübut edir ki, düzgün yağların qəbulu nəinki ziyansızdır,hətta sağlamlıq üçün vacibdir.
İnsana yağ lazımdır!
İnsanı kökəldən yağlı qidalar haqqında eşitdiyiniz və ya oxuduğunuz hər şeyi unudun. İnsan orqanizminin təbii yağlara ehtiyacı var.Çünki yağlar sağlamlığımız üçün bir çox vacib funksiyaları eyni anda yerinə yetirir:
🤔 yağda həll olunan vitaminlərin mənimsənilməsini təmin edir;
🤔 maddələr mübadiləsini optimallaşdırır;
🥶bədəni enerji ilə təmin edir;
🤧 bədəni soyuqdan qoruyur;
🤨 dəri, saç və dirnaqların sağlamlığında böyük rol oynayır;
🤨bədənin qida maddələrini mənimsəməsinə kömək edir;
😳sinirlərin, beynin və ürəyin düzgün işləməsinə kömək edir...
Gördüyünüz kimi, qidalardakı yağlar "dəhşətli" bir şey deyil,əksinə, bir insanın sağlamlığını və rifahını qorumaq üçün həyati əhəmiyyət daşıyır. Bu, həm doymamış yağlara, həm də doymuş yağlara eyni dərəcədə aiddir. Müasir elm doymuş yağ qəbulu ilə ürək xəstəliyi riskinin artması arasında heç bir sübuta əsaslanan əlaqə tapılmadığı üçün köhnə pəhriz tövsiyələrini rədd edir.
Xolesterin nədir? Xolesterin bədəndəki bütün hüceyrələrin qurulması üçün istifadə olunan bir lipiddir. Sinir və immun sistemlərinin normal işləməsi, D vitamini, bir sıra qadın və kişi cinsi hormonlarının istehsalı üçün lazımdır. Beləliklə, nəticə - xolesterin orqanizmə lazımdır! Sual yalnız onun miqdarındadır.
Xolesterin qanda həll oluna bilmir, buna görə də xüsusi daşıyıcıların- zülalların köməyi ilə qan dövranında hərəkət edir. Xolesterinin daşıyıcı zülala əlavə edilməsi nəticəsində iki növ kompleks əmələ gəlir, biz onları şərti olaraq "p*s" xolesterin və "yaxşı" xolesterin adlandırırıq.
📍"P*s"- xolesterini orqanizmin hüceyrələrinə çatdırır. Hüceyrələr lazımi miqdarda xolesterini mənimsəyir,artığı isə qalır(bu artıq qalan təhlükəlidir)
📍"Yaxşı"- isə artıq xolesterini toxumalardan çıxarır və
onları qaraciyərə çatdırır,orada zərərsizləşdirilir.
📌"P*s" xolesterinin səviyyəsini artıran amillərə aşağıdakılar daxildir:
😟 siqaret çəkmək;
😟 artıq çəki;
😟 passivlik;
😟 qeyri-düzgün qidalanma;
😟 mədə-bağırsaq traktının fəaliyyətində pozğunluqlar;
😟 endokrin pozğunluqlar;
😟 irsi meyllilik.
📌İnsanların çoxu xolesterini yalnız qidadan aldığımıza inanır.Halbuki xolesterinin çoxu - təxminən 80%-i bədənin özü, ilk növbədə qaraciyər tərəfindən istehsal olunur.Yalnız 20%-i qida ilə alınır.
Orqanizmin həyati fəaliyyəti üçün B qrupunun vitaminləri xüsusi əhəmiyyət kəsb edir, çünki bu bioloji aktiv maddələr sinir sistemini gücləndirir və orqanizmin stressə qarşı müqavimətini artırır. Məsələn, B5 və B1 vitaminləri böyrəküstü vəzlərin işində iştirak edir, B6 və B9 vitaminləri rifah və əhval-ruhiyyəni idarə edən nörotransmitterlərin meydana gəlməsindən məsuldur. Stress, müntəzəm yorğunluq və xroniki yuxusuzluq zamanı, ilk növbədə B qrupun vitaminlərinə ehtiyac olur və həddindən artıq yemək bu vacib elementlərin çatışmazlığının təzahürlərindən birinə çevrilir. Bundan əlavə, B qrup vitaminlərinin səviyyəsinin azalmasına həddindən artıq şəkər və qəhvə, spirtli içkilərin qəbulu
və müəyyən dərmanlardan sui-istifadə (qeyri-steroid iltihab əleyhinə preparatlar və oral kontraseptivlər) əhəmiyyətli dərəcədə təsir edir.
📍Nə etməli?
Yuxarıda göstərilənlərdən aydın olur ki, bədəndə B vitaminlərinin səviyyəsini saxlamaq üçün spirtli içkilərin qəbulundan imtina etmək, qəhvə və şəkərin istehlakını azaltmaq lazımdır. Əksinə, bu bioloji aktiv maddələrin ehtiyatını artırmaq üçün mütəmadi olaraq ət və süd məhsulları, müəyyən balıq növləri (xüsusilə qızılbalıq), yumurta və bol göyərti, banan və avokado, həmçinin kabak və s.yemək tövsiyə olunur.Tərəvəzlər çiy halda daha xeyirli olduğuna görə,salatları rasionunuzdan əskik etməyin.
21-ci əsrə qədər qida sənayesinin inkişafı ona gətirib çıxardı ki, insanlar qida liflərindən tamamilə təmizlənmiş,rafinə olunmuş, dəfələrlə emal olunmuş ,🙄 yaxşı "həzm olunan" süni qidalar yeməyə məcbur olmuş ki, bu da təkcə piylənmə deyil, həm də xroniki qəbizlik problemlərinə səbəb olur. Pəhrizdə qida liflərinin olmaması bağırsaqlarımızın tonusuna mənfi təsir göstərir, bu da "tənbəl"bağırsaq halına səbəb olur. Bağırsağın əsas vəzifəsi bədənin ehtiyac duyduğu hər şeyi "götürmək" və zərərli, zəhərli, istifadə olunmamış hər şeyi bədəndən "xaric etməkdir".Bu lazımsız bağırsaq möhtəviyyatını "itələmək" üçün yoğun bağırsağın aktiv motor işi lazımdır.
Kifayət qədər həcmdə kobud qida lifinin rasionda olması bağırsağın bu motor mexanizmini işə salır və liflərin suyu saxlamaq qabiliyyətinə görə. əlavə olaraq bağırsaq möhtəviyyatının həcminin artmasına və nəticədə tənbəl bağırsağın işləməsinə səbəb olur.
Pəhriz lifi ilə zəngin qidalara;bütün taxıllardan hazırlanmış və ya tərkibində əhəmiyyətli miqdarda kəpək olan çörək məmulatları,
qarabaşaq yarması, arpa, yulaf əzməsi , qoz-fındıq (badam, fıstıq, püstə), təzə tərəvəz və meyvələr paxlalılar daxildir.
📌Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, ümumi qəbul edilmiş norma yeməklə gündə 25-35 q lif qəbuludur.
📌Maraqlı fakt ondan ibarətdir ki, əsasən tərəvəz, meyvə və südlə qidalanan və demək olar ki, ət yeməyən bəzi Afrika qəbilələrinin sakinləri təbii olaraq kolon xərçənginin səviyyəsinin aşağı düşdüyü halda, ümumiyyətlə qəbizlikdən əziyyət çəkmirlər.
Laval Tibb Fakültəsinin mütəxəssisləri araşdırma apariblar: onlar artıq çəkili qadınları iki qrupa ayırıb və fərqli pəhriz təklif ediblər. Birinci qrupun menyusunun əsasını yüksək miqdarda kalsium olan məhsullar, ikinci qrupda isə - kalsiumu düşük menyu təşkil edirdi.
Nəticədə kalsiumla zənginləşdirilmiş menyu ilə qidalanan qadınlar digər qrupa nisbətən bir neçə dəfə
daha sürətli arıqlamışlar.
Kalsiumla zəngin qidalar,əsasən süd məhsulları: qatıq,süd,pendir,kəsmik və s.
İşıq nə qədər parlaq olsa, bir o qədər az yeyirsən - alman alimləri bu qənaatə gəliblər. İşığın zəif olması porsiya ölçüsünü pozur (porsiya daha kiçik görünür) və bu zaman yeyilən miqdarı idarə etmək daha çətindir.
🇦🇿
Qısa müddətli pəhrizlər işləmir.Bu nə deməkdir?Bəzən,xüsusən xanımlar,doktor,mən filan tarixə qədər arıqlamalıyam mütləq,-deyə müraciət edirlər.Bütün professional dietoloqlar kimi, mən də bu cür arıqlamağa düzgün baxmıram.Çünki sürətli arıqlama zamanı bədən, birinci növbədə artıq sudan,daha sonra isə artıq piylərdən azad olur,bəzən isə,düzgün olmayan pəhrizlər zamanı, kilo itkisi hətta əzələdən də gedə bilir.Yavaş, tədricən kilo itkisi aclıq və stress yaşamadan daha rahat bir pəhriz-qidalanma tərzi olmaqla, daha dözümlü olur. Sürətli kilo itkisi həzm sisteminin
işinə mənfi təsir göstərir və pəhrizin kəskin pozulmasına ,itirilmiş kiloların yenidən qayıtmasına səbəb olur.
2 tip şəkərli diabet,qara ciyər piylənməsi ilə əlaqəli dərman müalicəsi ilə yanaşı qidalanma proqramı verdiyimiz pasientimiz sağlam qidalanaraq həm də 1 həftəyə -1,5 kq çəki verib.Hər bir nəticə bizim uğurumuzdur.Hamınıza işlərinizdə uğurlar arzulayıram.
Autoimmun xəstəliyi olub, arıqlamaq istəyən pasiyentimiz, verdiyimiz pəhriz proqramı ilə həm 2 həftəyə -3,6kq çəki vermiş ,həm də xəstəliyi ilə əlaqəli xeyli yaxşılaşma əldə etmişdi.Hamınıza işlərinizdə uğurlar arzulayıram!
Mədə-bağırsaq traktının xəstəlikləri üçün pəhriz müalicəyə mühüm əlavədir. Müəyyən bir pəhriz proqramı xəstənin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdira, sağalmanı sürətləndirə və xəstəliyin yeni residivlərinin qarşısını ala bilər.
Diaqnozun nəticələrini, xəstəliyin mərhələsini, mədə şirəsinin turşuluğunu və müşayiət olunan pozğunluqların(ishal,qəbizlik) mövcudluğunu nəzərə alaraq xüsusi bir qidalanma rejimi seçilməlidir. Xəstəliyin kəskin forması üçün ciddi qida məhdudiyyətləri xarakterikdir. Remissiya zamanı qidalanma tələbləri o qədər də sərt deyil.
📍Müalicəvi pəhrizin yalnız məhdudiyyətlər və dadsız
yeməklərdən ibarət olduğunu düşünməyə ehtiyac yoxdur. Əslində,
daxili orqanların xəstəlikləri ilə belə, müxtəlif ərzaq
və yeməklərdən həzz ala bilərsiniz.Dəfələrlə xəstələr:"Doktor,o olmaz,bu olmaz...bəs mən nə yeyim?"sualı ilə müraciət edirlər.
Bu xəstəliklər zamanı həm müalicə ,həm də xüsusi menyularla tərtib olunmuş qidalanma proqramı sizin köməyinizə gələ bilər.
Mədə-bağırsaq traktının xəstəlikləri üçün düzgün pəhriz yalnız bədəninizin fərdi xüsusiyyətlərinə əsaslanaraq bir həkim tərəfindən təyin edilə bilər.
Əlaqə nömrəsi:0705915053
İndi insanlar həzm problemləri, bağırsaq narahatlığı və şişkinlikdən getdikcə daha çox şikayət edirlər. Bu xəstəliklərin səbəbləri nələrdir və onlarla necə mübarizə aparmaq olar?
📌Stress, p*s qidalanma, müxtəlif dərmanların qəbulu və ya p*s ekologiya bunun günahkarı ola bilər. Xoşbəxtlikdən, əksər hallarda şişkinlik həqiqətən ciddi bir şey demək deyil. Bir qayda olaraq, pəhriz və həyat tərzini tənzimləməklə asanlıqla aradan qaldırıla bilər, lakin həmişə deyil.
Adətən bağırsaqlarda qazın artmasının səbəbi aşağıdakılardır:
✳️stress;
✳️ qeyri-düzgün qidalanma;
✳️zülalların p*s həzm edilməsi (qidanın fermentasiyası baş verir);
✳️şəkər və karbohidratların tam mənimsənilməməsi(bəzi mürəkkəb karbohidratların parçalanması üçün orqanizmdə kifayət qədər fermentlərin olmaması);
✳️bağırsaqda bakteriyaların disbalansı (mədə-bağırsaq traktında trilyonlarla həm yaxşı və p*s bakteriya var və onlar arasında tarazlığın pozulması );
✳️hormonal pozğunluqlar;
✳️ bağırsağın iltihabi xəstəlikləri;
✳️SİBO;
✳️Qlütenəhəssaslıq,laktoza çatmamazlığı;
✳️qida allergiyaları və s.
Artıq çəki ilə çarəsiz şəkildə mübarizə aparan insanlara empati ilə, əksinə, kökəlmək istəyənlərə şübhə ilə baxırıq.Çəki almaq istəmək mümkündürmü?
📌Əslində, az çəkili olmaq,artıq çəkili olmaqdan az təhlükəli deyil.
Adətən çəki defisitli insanlar ariqlamaq istəyənlərdən daha az olur.Çünki, çox arıq insanlar öz tükənmələrini hiss etmirlər və buna görə də kökəlməyə ehtiyac görmürlər,hətta özlərini şişman hesab edir və orqanizmin,orqanların defisitlə uzun müddət işləyə bilməyəcəyini və bir gün xəstəliklərlə qarşılaşacaqlarını ağıllarına belə gətirmirlər.Halbuki bu xəstəliklər daha ciddi olub ,hətta ölümə də səbəb ola bilir:
📌. İmmunitet problemləri;
Bütün növ infeksiyalarla mübarizə aparmaq üçün bədənin enerjiyə ehtiyacı var. Qida çatışmazlığı ilə bu enerji kifayət deyil. Buna görə də, çəki çatışmazlığı olan insanlar daha tez-tez xəstələnir və bu xəstəliklər daha uzun müddət davam edir,fəsadlar ola bilir.
📌. Sümük kövrəkliyi;
Çəkisi az olan insanlarda sümük sıxlığı azalır. Nəticədə sümüklər daha kövrək olur ki, bu da sınıq və osteoporoz riskini artırır.
📌. Dərinin, saçın və dişlərin p*s vəziyyəti;
Bədənin kifayət qədər qida maddələrini almaması dərinin solmasına,daha məsaməli olmasına, torpaq rəngi almasına səbəb olub,sürətlə qocalır.Saç uzanması ləngiyir və bəzən tamamilə tökülür.Dişlər tez xarab olur.
📌Daimi yorğunluq;
📌Dünyaya övlad gətirməklə bağlı çətinliklər;
Çəki çatışmazlığı olan həm qadınlar, həm də kişilər üçün,çəkisi normal olanlara nisbətən valideyn olmaq daha çətindir.
📌Demensiya riskinin artması;
Çəki defisiti olan insanların normal çəkililərə nisbətdə 34% artıq qocalıq ağıl zəifliyinə məruz qalma riski yüksəkdir.
📌Vaxtından əvvəl ölüm riskinin artması;
Çəkisi az olanların, hər hansı sağlamlıq problemindən (ürək və qan damarları, dayaq-hərəkət sistemi, daxili orqanlar və s. xəstəliklər) erkən ölüm riski normal bədən çəkisi olan biri ilə müqayisədə təxminən 2-2,4 dəfə artıqdır.
Özünü qucaqlamaq. Əhval-ruhiyyə yaxşı olmayanda, sadəcə öz qollarınızla özünüzü qucaqlayın. Bu zaman şüuraltı zehnimiz özünü sakitləşdirir, stress hormonunun səviyyəsi azalır, harmoniya və rahatlıq hissi gəlir.
Объятия. Когда настроение не лучшее, человек подавлен и чем-то угнетен, чтобы избежать последствий и расслабиться, нужно просто обнять себя своими руками. Часто можно встретить человека, который просто при разговоре обнимает сам себя с обеих сторон. Это говорит о том, что его подсознание само себя успокаивает, снижается уровень гормона тревоги, наступает чувство гармонии и СПОКОЙСТВИЯ.
Click here to claim your Sponsored Listing.
Videos (show all)
Contact the practice
Telephone
Website
Address
Mərkəzi Dəmiryolu Xəstəxanası (Biləcəri Qəsəbəsi. R. İsmayılov Küç), Vertebra Onurğa Mərkəzi (8-ci M/rayon İ. Dadaşov Küç 71c
Baku
[email protected]
Opening Hours
Monday | 09:00 - 18:00 |
Tuesday | 09:00 - 18:00 |
Wednesday | 09:00 - 18:00 |
Thursday | 09:00 - 18:00 |
Friday | 09:00 - 18:00 |
Saturday | 09:00 - 18:00 |
Parlament Prospekti 76
Baku, AZ1006
Head doctor of the Central Clinic Hospital / President of the Azerbaijan Society for Cardiovascular
Азербайджан
Baku, AZ1000
🤧 Uşaqlar və böyüklər üçün QRİPİN və SOYUQDƏYMƏNİN profilaktik həlli 🌊 Аkva M
Həsən Əliyev K. 3
Baku, 1002
Artıq 10 ildir fəaliyyət göstərən AzEstetik Group sizin üçün dünyanın ən müasir texnologiyalarını, ən yeni avadanlıqları təqdim etdik.
84 Qara Qarayev
Baku, 1118
Cərrah Mama-Ginekoloq Firuza Cafarzade Sonsuzluq üzrə mütəxəssis Reproduktoloq Hamiləlik təqibi Açıq və qapalı Ginekoloji əməliyyatlar 📲+994 55 611 15 55
Arzu Dent Klinikası, Abbas Mirzə Şərifzadə Küç 241 (2 N-li Tibb Texnikomu Ilə üzbəüz)
Baku, AZ1000
Tbilisi Pr. , 35, ASK Plaza, Regus
Baku
Məqsədimiz: Tibbi xidmətlərinin optimallaşdırılması və əhalinin sağlamlıq təbəqəsinin yüksəlməsi İctimai səhiyyə və elm sahəsində faydalı layihələr və təşəbbüslərin həyata keçirilm...
Baku
Sales of Ophthalmological Equipment, Devices, Disposables, and Instruments. Repair Service of Ophth